“Gənclər nəylə məşğuldur?” adlı konsert
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Aralık, 2008Azərbaycanda yaşayan gənc klassik musiqiçilər öz varlığını bu şəkildə duyurmaq istəyirlər
19 dekabr 2008-ci il tarixdə, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Böyük zalında yeni yaradılmış Azərbaycan Gənc Musiqiçilər Birliyinin ilk konserti olacaq. “Kultaz.com”-nun verdiyi xəbərə görə, konsert “Gənclər nəylə məşğuldur?” adlanır. Bu konsertlə Azərbaycanda yaşayan gənc klassik musiqiçilər öz varlığını duyurmaq və topluma hesabat vermək fikrindədirlər.
Konsertdə gənc bəstəkarların əsərlərini də məhz gənc musiqiçilər ifa edəcəklər.
Biletin qiyməti 2 manatdır. Biletləri Bakı Musiqi Akademiyasının giriş qapısından əldə etmək olar.
Biletlərdən gələn gəlirlər ifaçılara qonorar şəklində veriləcək.






Yüklənir...