Bakıda beynəlxalq tələbə filmləri festivalı keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Aralık, 2008

film1Bakıda dekabrın 23- 25-də «Start» V Beynəlxalq Tələbə Filmləri festivalı keçiriləcək
Festivalın təşkilat komitəsindən verilən məlumata görə, Azərbaycan, Türkiyə, İran, Rusiya, Ukrayna, Belarus, Latviya, Qırğızıstan, Özbəkistan, Misir, Gürcüstan tələbələrinin qatıldığı festival «1-30 dəqiqəlik dünya» şüarı altında keçiriləcək. Festivalın müsabiqə proqramına daxil ediləcək filmləri, Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən dəvət olunmuş peşəkar kinematoqrafçılardan ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.
Festivalın açılış mərasimi Teatr Xadimləri İttifaqında , filmlərin baxışı «Nizami» kinoteatrında keçiriləcək.
«Cinema» Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən «Start» festivalı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. //Trend

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın