Qan Turalı. İki yabançı: Əkrəm Əylisli, Tahir Salahov

Yazar: Qan Turalı | Bölmə: Publisistika | Tarix: 19 Aralık, 2008

qan-turali-2Mən Əkrəm Əylisliyə rəğbətim olduğunu gizlətmirəm. Onun bir çox əsərlərini məmnuniyyətlə yenidən oxuyaram. Əkrəm müəllimin “Gilənar çiçəyinə dediklərim” əsərini oxumağı hamıya bir daha tövsiyə edirəm.
Açığı, Əkrəm Əylisli bizim ziyalı klişeləri ilə desək, qiymətini almış yazıçıdır. Xalq yazıçısı olub, Milli Məclisə deputat seçilib, əsərləri yüksək tirajlarla çap edilib və s. Kimsə deyə bilər ki, Əkrəm Əylisli istedadlıdır, ona görə də bütün bunlara onun haqqı çatırdı. Lakin bura Azərbaycandır. 60-cı illərin ən böyük yazıçılarından biri olan İsi Məlikzadənin bu gün harada adı var? Ya da Sabir Əhmədli. Xalq yazıçısı olsa da, bu gün o demək olar ki, unudulub. Latın əlifbası ilə kitablar dərc olunanda da onu unutdular. Amma Əkrəm Əylisli çox şey qazanıb. Düzdür, 70 yaşı tamam olanda onu Prezident Aparatından zəng vurub təbrik eləmədilər.

Keçən həftə “Reytinq” qəzetində Əkrəm Əylisli ilə bağlı informasiya dərc olunmuşdu. Etibarlı mənbə əsasında yazılan məqalədə Əkrəm Əylislinin AYB-yə sədr olacağı deyilirdi. Əkrəm Əylisli isə bu məqaləni çox sərt qarşıladı. Əkrəm Əylisli məqaləni üzdəniraq, məkrli  adlandırdı, bütün etik qaydaları pozaraq 70 yaşlı yazıçıya yaraşmayan bir tərzdə yazıya qarşılıq verdi.

Düzü, Əkrəm Əylislinin yazısının arxasında duran səbəb mənə bəllidir. Sadəcə olaraq Əkrəm Əylisli bir ay öncə Anarın onu müdafiə etməsinə görə köhnə dostuna jest etmişdi.

Bu gün Əkrəm müəllim deputatdır. Gəlin, görək onun faydalı iş əmsalı nədən ibarətdir. Bu günlərdə Elbrus Ərud  mənə kitabını bağışlayıb. Elbrusun aldığı müsahibələrin də əhatə olunduğu kitabda Əkrəm Əylislinin 2005-ci ildə verdiyi müsahibəni tapıb yenidən oxudum. Əkrəm müəllim orda deyir ki, mən Milli Məclisə yazıçı kimi yox, siyasətçi kimi girəcəm. Amma gəlin görək Əkrəm Əylisli 3 illik deputatlığı ilə nələrə nail olub? Şəxsi problemlərinin həllinəmi? Yox, Əkrəm müəllimin şəxsi problemi olmamalı idi. Anara diş göstərməkmi? Bu mümkündür. Çünki Anar deputat seçilməmişdi.

Mən Əkrəm müəllimin yazdığı bu cavaba təssüf edirəm. Cəmiyyətdə bu qədər yalan ola-ola bir yalana-özü haqqında xoş niyyətli bir yalana  münasibət bildirən adama yazıçı yox, obıvatel deyirlər axı. Bunu Əkrəm müəllim bilməmiş deyil.

Əkrəm müəllimin yazısı ancaq “525-ci qəzet”də dərc edildi. Yazıdan ən çox sevinən adamın Anar olduğunu isbat etməyə gərək yoxdur. Əkrəm müəllimin sədr olması ilə AYB-də nələrinsə dəyişəcəyinə heç bir inamımız da yoxdur. Bu qurum öz sədri ilə birlikdə tarixin arxivinə getməlidir. Amma  hələ də bəziləri hesab edir ki, Əkrəm müəllimin AYB-yə sədr olması nələrisə dəyişdirə bilər. Bu boş söhbətdir. Çünki Əkrəm müəllim Anarın jestlərinə davam gətirməyəcək qədər xoşməramlıdır. Onun Anarı niyə bu qədər çox sevdiyini anlamaq da çətindir. Amma fakt budur ki, Anarın adi bir jestinə görə Əkrəm müəllim topu-tüfəngi yerinə qoyur.

Tahir Salahov haqqında

Bu günlərdə Tahir Salahovun yubileyi oldu. Məşhur rəssamdan APA müsahibə götürmüşdü. Bu müsahibəni oxuyandan sonra bir daha əmin oldum ki, Azərbaycan rəssamı ilə Avropa rəssamı arasında olan fərq Azərbaycan yazıçısı ilə Avropa yazıçısı arasında olan fərq qədərdir.

Misal üçün, iki-üç gün bundan əvvəl Türkiyədə Prezident mükafatları verildi. Bu mükafata ədəbiyyat bölməsindən Yaşar Kamal layiq görülmüşdü. Yaşar Kamalın mükafat alarkən dediyi cümlə sadəcə olaraq məni heyran elədi: “Mənim üçün ədəbiyyat yox, namusum önəmlidir”.

Amma Tahir Salahovun müsahibəsində hər şey onun özüylə, sənətiylə də yox, aldğı mükafatlarla bağlı idi. Pyer Kardenin Bakıya gəlişini əsas uğuru sayan rəssam geniş həcmli müsahibəsində yalnız iki cümlə rəssamlıq haqqında danışır: “Onlar daim təklikdə çalışırlar və bəzən şöhrət onlara dünyadan köçdükdən sonra çatır. Mən hesab edirəm ki, rəssama alqışlar 500 il sonra qismət olur. Amma müsahibə  Tahir Salahovun aldığı mükafatların siyahısı ilə doludur. Guya yazıçı bütün nəslini başına yığmamış roman yazmır. Tahiq Salahovun rəssamlıq barədə dediyi budur. İndi biz nəyə görə bu adamı dahi edib başımıza çıxartmalıyıq.

Onun mərhum prezidentlə bağlı dedikləri də heç bir əndazəyə sığmır. Bu rəssamlıqdan çox siyasətçilikdir. Tahir Salahov bu oyuna qoşulmaqla əslində mərhum prezidentə divident qazandırır, özünə yox.

Tahir Salahovun rəssamlıq istedadı varmı? Bu barədə danışmaq üçün səlahiyyətim yoxdur. Çünki rəssamlıqla bağlı bilgilərim çox kasaddır. Lakin Tahir Salahovun bir xarakter kimi natamam obrazından müzakirə açmaq məqbuldur. Hətta vacibdir. Lap gözəl olub ki, Azərbaycanlı rəssam 34 yaşında olanda Venesiya sərgisində SSRİ-ni təmsil edib. Lakin bu gün bu rəssam (elə o gün də) hətta Anar kimi adamın belə dediyi məsələni- Bakının şəhər görkəmini itirdiyini demirsə, bundan çəkinirsə, daha o rəssamın çəkdiyi şəkil nəyə lazımdır. “Mənim üçün ədəbyyat yox, namusum önəmlidir”- deyən Yaşar Kamalı burada xatırlamayaq, neyləyək?

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

16 Şərh var
Şərh yazın »

  1. Qan Turalın en yaxşı yazısı…

    bele teqdim elemek olar….

  2. Olmaz, Tanış, heç olmaz…)
    Həmişəki kimi. Sadəcə bir az leksikon dəyişikliyi diqqət çəkir…

    Tural nədən elə danışanı görür, danışdıranı yox?
    Mənə verilməyən suala mən necə cavab verə bilərəm?

    Tural, yazıların “Tahir Salahovun xarakteri kimi natamam”dır həmişə…

  3. Qan Tural, senin arkadasin, arxadasin, sirdasin, meslekdasin, ne bilim… ne dasin Serif Aqayar Ayo-ya xeyanet ederek Ayb-e erize yazaraq xahis etmisdir ki,onu yeniden ayb-ye berpa etsinler. serifin bu arzusu da xahis -minnetnen yerine yetirildi. Buna munasibetin nedir? Ekremi, Anari beyenmirsen. Guya ozunuz nesiniz? Bu, doyulsunuz. Hesablasan sizlerden xeyanetkar adam tapilmaz. Ekreme min sukur…

  4. Xahish-minnetle uzv niye eleyirdiler ki? Erizeni geri qaytarardilar, Serifi lap pis duruma salardilar.

    Demeli ozlerinin Serife ehtiyaci varmish.

  5. “- Bakı Yazarlar Klubu barədə fikrin nədir?.
    - Ora yığışan insanların, demək olar ki, heç biri AYB-dən çıxmayıb. Bu o deməkdir ki, öz mübarizələrinə özləri də inanmırlar. Və bu adamların çoxunu ədəbiyyata bağlayan məhz AYB üzvlüyünün qırmızı üzlü vəsiqəsidir ki, bu vəsiqədən nə az, nə çox min beş yüz adamın cibində var. Sabah bir tədbir keçirilsə, Səfər Alışarlı kimi ciddi bir nasirin səsi ilə Dayandur Sevginin səsi arasında heç bir fərq olmayacaq.
    Bilirsən, biz iqtisadiyyat, siyasət, kino, futbol kimi ədəbiyyat sahəsində də iynə ilə gor qazırıq. İşimiz çətindir. Ədəbiyyyatın dirçəlməsi üçün bütün sahələrdə intibah lazımdır. Amma bu gözlənilir.”…
    http://kultaz.com/2008/04/14/musahibim-genc-yazar-serif-agayardir/

  6. Bu oğlan hamının demək istədiyini deyir lakin başqalarında buna nə istedad nə də cəsarət çatışmır.

  7. Qavroş, deyəsən, “siyasət”lə heç aranız yoxdur…

  8. Sherif Agayarla elaqe saxladim. Deyir ki, onun bu meseleden xeberi yoxdur.

  9. “AYB-nin katibliyində
    Şərif Ağayarın (Ağayarov Şərif Ziyadxan oğlu) Azərbaycan Yazıçılar Birliyinə yenidən bərpa olunması barədə xahiş ərizəsinə Azərbaycan Yazıçılar Birliyinin katibliyində baxılmış və Şərif Ağayar və Şərif Ağayar yenidən Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilmişdir.
    Azərbaycan Yazıçılar Birliyi”
    MƏNBƏ:”Ədəbiyyat qəzeti” 19 dekabr 2008-ci il, səh 4

  10. Mütləq hardasa olmaq lazımdı…?

  11. Ədəbiyyatımız artıq çürük kələmə bənzəyir…üstünü götürürsən, daha bir xarab yarpaq..sonra daha biri, daha biri…heç biri də digərini bəyənmir…

  12. Mənim sözüm Seymur baycanadır. Sadəcə, şərh yerini tıxadığı üçün Q.Turalının yazısında bunu deməyə məcburam: s.baycan, şərqin nə nəhəngliyində acılar, ağrılar içərisində olduğu göz qabağındadır. Söhbət geri qalmadan gedirsə, bunu bir səbəbi özündədirsə, başqa bir nədəni isə pul qazanmaq hərisliyinin dini ideala çevrilidiyi, sənin də yarınmağa-yalmanmağa, missiyalarından ianələr alıb Füzuli dərdini unutmağa çalışdığın (ama çətin səndə belə şey ola, sən ayrı bir zadsan) protestant dünyasının heç bir müqəddəslik və qadağa, tabu tanımadan (postmodern yanaşma tərzinə yaxın bir şəkildə) dünyaya sahib olma niyyətləri və planlarının nəticəsidir. Dünyaya sahib olma üçün əl-ələ verən bu güclər heç nədən çəkinmədən “məqsəd bütün addımlara haqq qazandırır” düşüncəsi ilə bu dünyanı öz çıxarlarının qandallarına bağlaya biliblər. Sən də onların bu layihələrində bir çox bənzərlərin kimi Azərbaycan üzrə işlədilən vintciklərdən biri təəssüratı verirsən. Hər mədəniyyət dövri biçimdə yüksəliş-enmə aşamalarının yaşaya bilər. Üzdə görüləni götürüb içəridəkinin üstünü basmaqla istədiyinə çatammazsan. Qərbin indi üstünlükləri çoxdur, gözəl həyat qurublar, inkişaf yolu görünür. Həmin qərbdir bu ölkəni istibdad burulğanına yuvarladan siyastəion başında duran. Həmin Qərbdir ermənsitanı birmənalı dəstəkləyən. Sən özünü elə aparırsan ki, adam fikirləşir: Yəqin burada doğulmağına, bu atadan, bu anadan olmağına, Füzulidən, Azərbaycandan olmağına görə çox peşmansan, utanırsan, hər gün Məsihə, Müqəddəs Ruha və Məryəmə nədən burada doğulduğuna görə şikayətlər edirsən. Ancaq sən səni yönəldənlərin gözündə, əminəm ki, elə bu söymək istədiyin cəmiyyətin nadürüst bir varlığı, gülüş obyektindən başqa bir şey deyilsən. Başa düş, Roma papasında artıq katolik olmaq mümkün deyil, ay protestant qnomcuq. Sən sadaladığın bit-birəli ölkələrdə olmusan? Fələstinin bir hissəsi axı sənin dindaşlarındır, bunun islama nə aidiyyəti beləysə? Nə isə… Sənini əlacın yazyla deyil… Bir də yazıram, ancaq, bilmirəm axı, sən gerçəkdə kimsən, sən bizsənmi? Bütün anlamlarda…

    Zahir bəy, bu şərhi yerləşdirsəniz, minnətdar olaram.

  13. Şərifin AYB-ə keçməsini Zahir Əzəmət informasiya kimi qoysaydı şərhlərimizi yazıb bir az başımızı qatardıq.

  14. Bəli, buna ehtiyac var. Kultaz bu işi indiyənə qədər niyə görməyib? Axı bu barədə qəzetlər də yazıb. Kultaz geri qalır.

  15. Əkrəmi yabançı adlandırmaq heç insafdan deyil. Amma Tahir Salahov məsələsində səninlə razıyam

  16. ilk dəfə bu yazının ilk abzasını oxuyub,təəccüblənmişdim. Təəssüf ki, qəzetdən oxuduğum üçün şərh yazmaq imkanım yox idi,amma yazıya şərh yazmağı çox arzulayırdım. az-çox mətbuatda kitab oxuyanlardan biri olan,kitab bilicisi,mütaliə əjdahası (ifadələrə görə təəccüblənməyin) Qan Turalı bəyin primitiv zövq sahibi olmağı bu yazıyla üzə çıxır. Həmişə Əkrəm Əylislidən danışanda, daha doğrusu yazanda yuxarıda adı çəkilən, öz sözü ilə desəm “əsər”i misal gətirir. Əgər onun yaradıcılığından güclə misal gətirməyə bir povestinin adın çəkirsənsə deməli yazıçı ortababdan başqa bir şey deyil. Hələ mən şübhə edirəm ki, görəm yazının müəllifi oxumağı tövsiyə etdiyini özü oxuyubmu? Orta məktəbdə bir sinif yoldaşım heç zaman deyək ki, “Qaraca qızı” və b. özü oxumayıb, evdəkilərin ona nağıl etdiyini dərsdə danışıb beş alırdı. Çox güman ki, elə mənim “dostumun metodu”yla Gilənar çiçəyinə dediklərimi oxuyub.Əylisli kəndindən başqa nə yazıb ki? H.Səlimov yazılarının birində, daha doğrusu bir abzasıyla Əkrəm Əylislini əslində necə lazımdı, elə təsvir etmişdi. Bəlkə də yaddaşına güc gəlib xatırlaya bildin

Şərh yazın