Fərhad Amur. Şeirlər.
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 20 Aralık, 2008
your beauties
heç nə sadəcə
bir qadının saxta miqdarı
onu canlandırarmı, onu
gözdən düşməyimi də gözə almıram
bir qadının saxta miqdarı…
(həyatla iş anlaşmasımı)
ilk öncə bir qadının yatağında uzanmaq
bir qadını anlamaq istəyini oyandırmaqmış
həyatın içində sıx-sıx
insan yaşaya biləcəyi içində
içində ən sıx 7 saniyə
sağa sola sıçrayan qandır
hansımız sevilmədik ki
gözəl çılğınlarla mahnılarda dəmləndik
və fırlandıq divara, fırlanırdı piano
bir qarış ağız açıb bir nöqtəni öpüncə
dodaqlarımı ağzımda elə yumşaq yalayar
çox sevdiyim dodaqlarıyla
bir qadın sonsuz səssizliyi
qamçılamaq üçün gözəldir
çünki bir qızın sevimli dili
ruhumuzda var, namusumuz deyil
paylaşdığımız acıdır
canıyalınlığının gözəl yerləri
ciyərimi ən az bildiyim şeylərmi sökür
səni çıxıb almaq istəyincə
yasaqlarmı durur önümdə, ayıblarmı durur
bilmədim bircə öpüşlə
üzərində baş sındırdığım bircə öpüşlə
bir qadın günəşdən hər səhər fərqli
bir tək mənə oxuduğu mahnılarının
nə qədər həyəcanı var
bir tək mənə gələcəyi qurarmı belə
yuxuda öldürərdim iptal olardı
həyatda oyanıb və atardım yorğanı yalnız qalardım
ürəyinin əfsanəsi varlığıma israftək
İsraf olunduğu qədər sevilməyə bədənim,
ürəyimdən yellənir
Gözlərində ürəyinin şərtləri
Vücudumun hər parçasını tir-tir titrədir
İndi deyilmi ki, istəyin yaşatdığı acılar
istəksizliyin yaşatdığından çox acı
saçları uzandıqca kişilərdən qaçammır qadın
bir heyranlıq kütləsi var ardında
bəs niyə insana gözəllik kimi gəlir ürəyin verdiyi hər şey
unudulmayan hər şeydən
niyə? İnsan xəstə olmazmı?
qadının varlığı bir qutunun içində
bir qurtumluq canında
onsuz da bütün gerçəklərlə, yalanlarla aramızda hasar var
və necə də birəbir ölçüdə qarışmışıq dünyada
və bir birimizi həmişə sevməyə məcbur
hələ necə yaşamağı demirəm, əslindəsə
yalnız olduğumuz üçün heç birimiz olmadıq
güllərə də çatmadıq, ətrimiz də olmadı
dünyada minlərlə saxta göz yaşı
ama bizim üçün kimsə fəda oldumu
və bir daha əlimizdən gəlmir sevmək
və bir qadını oturub sadəcə seyr etmək yetmir
çünki ən yalanlı halıyla da gözəldir
(ordan mənə bir dünya ver bir dünya
ordan mənə bir qəzet ver ürəyimi gözəlcə büküm)
və bir xəstəni gün işığına çıxarın
gözlərindən təkcə sevgini oxumaq olmur
sığınacaq kimi adamlar bir birini seçsəydi
söyləyərdi sitarə,
hər qadın bir kişinin qucağında yaşasaydı nə gözəl
adın gerçəklə qarşılığı dərin bir rahatsızlıq var
islandı sonra göz yaşlarında islandı
islandığı göz yaşıyla islatdığı ipdən asıldı
ortada qadını boğub öldürməyin
ən gözəl yolu saçının uzunluğudur
tək səbəbi zamanın yetərsizliyi
ortada qadını doyunca sevməməyin ən düz izahı
qıpqızıl axmamağındadır qanının
qadının da zamanın da yetərsizliyidir
ortalarda bir yerdə gücüm tükəndi
və həyəcanlı bir qadın öz ərini kirli paltarı qədər ifşa eləyir
ama yenə də duyğuların cavabı var onda
heç bir şey qadın qədər qadın olammır
bir daha dişimi sürtürəm yenə
bir qadının saxta qismi deməkdir ki
bir qadının böyük qismi qadındır
bəs onda bir qadının gözəlliyi?
bir kişinin suç ortağıdır
kerri bacı
həyat- insanlar saatlıqmış kimi tasarlanmış bir bazar
rənglər nə gözəl
balaca alverlərə bölünüb
qırmızı gülün sərbəst biçən dişləri
sanacaqsanki
ilk ehtiyyatla girdim
girdim ayaqlarımın ucunda
yumşaq ürəyi bacımın yerində yoxdu
və çoxdan çıxdım ağzım qanın içində
mən öz həvaləmi kimə (sənəmi) verim bəs
arzusundayam sadəcə
kerri çaşqınlıq vermə
mənim gözəlliyim
gözəl olmaq istəyimdən nə qədər çoxsa belə
sənin sümüklərin soyuqdəyər kimi qırılmaz
sən gözlərini heç insana satarsan
mən düşünməkdən çevrilə bilmirəm gecələr
olmayana (sərxoş olana) dair
unutmuşam, bədənin
ürəyinin ən çox sevindiyi yermiydi
bu üzdən bir portağaldan neçə dilim olarsa,
bölündüyün gözəlliyi bəs?
içimdən sora bilər adamlar-
su içində bu halın
“bu ölkədə zənc saçların
hər şeydən daha zərərli”
gecələri ansızın
gündüzlərin yarısı qədər
ama hər şey çox gözəl öncə
mən sevən qızlardan gözəl
sevdiklərim ağlıma gəlmir
və gözlərinlə bu dünyada
bir sırada unudulmuşkən
sən sadəcə düşündünmü ki,
(və demişdim sırasında da)
bu xüsusdaykan saçların nə gözəl əsir
nə yanlış əsir
sadəcə əllərimə ilişir
bu üzdən dəhlizlərdə yürüdümmü ki,
imkansız kimi bir şey oluram
ayaqlarımı yumağın gəlir
təmizlik və bədən yoxsulluğum- gözüm önünə
və bir dəfəlik dolmuşam sonsuz
və daha neçə sualla
o qədər əsəbimdən ağlamışam ki
bizdə bu gözlərlə keçinmək olar?!?
***
qızarar gözləri
anasız doğulan uşaqlar bu işə yarar
ortada sənət əsərləri
öz acısıyla açıq suratla
dünyayı yox etmək üçün
üzgün hiss edər özünü sakit bir durum
çox xoş olan şeylərə icazə qalır
kişi qadını öz yerinə oturtmaq üçün
çox pis partlayar günün birində
***
biz bu qızların az yeməklərini yemədik
dar bir gecədə
keşkə yalnız bunun üçün sevsəydim səni
***
sərt kimi bu əngəllər
taaki özümüzü heç tanımamışdıq
başımıza gələn ən gözəl şeylər
sərt kimi bu əngəllər



(4 səs, hardasa: 4,00 ilə 5 arası)

Yüklənir...
Ezizim,Ferhat bey, her shey gozeldi,ancaq hech ne basha dushmedim!
basqa bir havasi var seirlerinin ruhuma sakitlik getirdiler
bir sheyin ozelliyi de demek olar onun anlashilmazligina, ona gore esas sherhin birinci hisseidi:)) ikinci hisse ise deqiq simptomdu. ustelik de kamyunun bir fikrini xatirladir-*mudriklikden ferqli olaraq gozelik onu basha dushmeyinizi teleb etmir*
Ferhad yaxhi olgandir…
Kendini üzmə.
Vaxt gəlir barmaqların danışmağa başlayar. Hələki ürəyin,
böyrəyin danışır,
nə bilm nəyin danışır
bir sözlə sən danışırsan, amma
barmaqların eşitmir səni.
Şerini barmaqlamaq
arzum yoxdu qətiyyən.
Şairciklər içində
bil ki, ən dahisisən.
Dantesən, Petrarkasan, Ariosto, Tassosan,
bir az türkəsayasan,
bir qədər də qatsosan!
Çao!!!
Bir Fərhad var idi, Şirini umurdu, axırda külüngü başına çırpıb özünü öldürdü. Bu yazılarını bizə təqdim edən qardaş bilinmir ki, nə umur?! Ona görə qələmini başına çırpıb belə yazılarla ya özünü öldürəcək, ya da bizi çərlədəcək! Sanki Rafiq Tağının son hekayələrindən iqtibaslar 100 qat qəlizlik əmsalına vurulub, üçqat kök alıbıb, sonra da neçə dəfə loqarifmalanıb. Nəticədə bir əsr əvvəl dağ kəndlərinin nahamar yollarında gedən arıq öküzlərin çəkdiyi arabanın musiqili cırıltıları və arabaçının hay-küyü yaranıb!
Ay Amur, axı, üzr istəyirəm, cümlələri dombaltma qoymaqla poeziya alınmaz qadası! Bir allah bilir ki, hövsələmi basıb bu yazıları sonadək oxumaq üçün nələr çəkdim. Oxuculara zülm edib qan uddurmaqda məqsədin nədir?!
Poeziyanın yüzlərlə məlum texnikasından ən ucuzvari və asanını seçib qəliz təhkiyə ilə millətə sırıma bu böhranların gur çağında.
“kerri bacı”n da kiri bacı çıxıb, o biriləri də ondan betər. “kult az”da rastıma çıxan ən bərbad yazı bunlardır, çünki primitivliyi həddən artıq hikkəlidir. Bulqakovun Şarikovunda səfeh də olsa bir ideya, məqsəd var idi. Burda heç o da yoxdur. Şeirlərə şərlər var.
Poeziya məscidinin qapısı həmişə açıqdır. Amma adam ayaqqabılarını qapıda çıxarmazmı? İncimə, bunlar R.Tağının cavanlıq şeirlərinin daha zəif şəklidir. Görürsənmi, o bic tərpəndi, vaxtında nəsrə keçdi.
Xırda hekayəələrdə özünü sına, bunlardan pis olsa, mən cavabdeh. Hara xeyirlidisə, allah səni ora calasın, “mən nə dedim ki?!”