Pərviz. Orxan Fikrətoğlunun “VAXT”ı

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 20 Aralık, 2008

orxan-kitabOrxan Fikrətoğlunun Vaxtı artıq mənim əlimdədi. Hər işdən bir az vaxt qınqırdıb Onun Vaxtına ayırıram. İllərdi ki, çoxumuz kimi onun da vaxtı yoxdu. Tanrının bizə ədəbiyyat üçün ayırdığı vaxtı o da güzəranla jurnalistikanın arasında böldü. Ama Orxan da dünyaya ədəbiyyat nəfəri kimi gəlib. Ədəbiyyat media deyil və onun bir gözəlliyi də elə bundadı – bu orduda kapitanlar, generallar olmur – bir nəfər olur yalnızca – özü həm Ali Baş Komandandı, həm də sıravi sıra nəfəri. Ədəbiyyat təklərin ordusudu. Yazar yalquzaq kimidi. Sürülərdə birləşənlər əvvəl-axır canavara dönür. Sürünün başında durma instinkti yazarı sürü məmuruna çevirir. İstənilən Birliyin sonu kolxoz olmaqla sonuclanır. Orxan kolxozçu deyil, olsa-olsa – fəhlədi. Hələ ədəbiyyatın fəhləsi olmağa vaxt tapmasa da, millətə fəhləlik eləyir. Adam öz təkindən söz çıxarmaqla məşğuldu. Söhbət gündəlik tələbat sayılan sözdən gedir. Zəmanə onun da yataqlarını hələ ki, möhürləyib. Hələ Azərbaycanın söz səltənətinə yatırım qoyan investorlar yoxdu – bizim söz yataqlarımız dünyaya məlum deyil. Dövlətin ədəbi iqtisadiyyatı hələ yuxudadı, yatır. Belə getsə, qalxmayacaq da, yataq xəstəsi olacaq da, qalacaq. Dünya bizim söz yataqlarımızdan möhürlərin qırılıb atılacağından qorxur – qorxurlar ki, söz birjalarında sözün qiyməti hədsiz yenər, dünyanı böhran bürüyər. Sözün qiyməti bizim yataqların bağlı qalmasının hesabına sabitdi – sözbazlar yaxşı gəlir götürür. Azərbaycanın söz yataqları isə, partlamağa qalır, dünyaya söz çatdıra bilmirik. Hələ ki, dünya bizim qazımızı almaq uğrunda savaş aparır. Sözümüzü alan yoxdu. Sözümüzü vecinə alan da yoxdu. Ümid Obamaya qalıb,- neft rəngində olan adama. Hələ ki, yaxşı sözlər danışır. Oxuduğu da Quran olarsa, bizim yataqlar da açılacaq. Son vaxtlar mən işlərimi O.-nun Vaxtına uyğunlaşdırmağa çalışıram. O, vaxtın yetişdiyini duyub quyulardan birinin ağzını açdı və “Vaxta” vurdu. Mən bu “Vaxt”ı ekeloji baxımdan təmiz, alternativ enerji axtarışlarının bəhrəsi hesab eləyirəm. Bu alternativ enerjinin sınaqdan uğurla çıxacağına inanıram. Yəqin ki, mənim haçansa ala biləcəyim avtomobil bu Vaxt yanacağıyla çalışacaq…
Dünya enerji bazarı bir gün bizim sözümüzü daşımaq üçün yeni kəmər layihələri üzərində baş sındıracaq. Ona qədər başımızı qoruya bilsək…

***

Hələ ki biz, bu günəcən ədəbiyyatın üstünə günülər gətirə-gətirə vaxtımızı öldürmüşük. Arada baxtsız olduğumuz da üzə çıxdı… Orxanın da “VAXT”ının yeni əlfbayla çıxışı çox uzun çəkdi.

Orxan istəsə, deputatxanaya, gedə bilərdi – getmədi. Azərbaycan Tv-lərindən hara desən getmək olur. Adamı olduğundan böyük göstərən Tv efirə aşağıdan yuxarı baxanları çaşdırır.
Onun evi də nə böyüdü, nə artdı. Torpağı kiçilən məmləkətdə balaca adamların evi böyüyər… O, Allahın evini ziyarətə getdi. Burada şeytanı daşlamaqdan ürəyi soyumamışdı, bir də orda daşladımı? Şeytan isə, varsa da, orda deyil, hər yerdə “burada”dı – hər kəsin öz içində. İnsan daşları öz içinə atmalıdı. Öz içində şeytanı daşqalaq eləyə bilməyənlərin Ora getməsinə gərək yoxdu. Boşuna vaxt itirməkdi – Allah yanında. Orxann orda atdığı da daş yox, şeytanın ölüsüydü. Orxanın öz içinə atdığı sonuncu ağır daşın adı “VAXT”dı…

***

“Zorxana”nı da vaxtında açdı, zorxanada baş verənləri Xeybərə xəbərlədi. Dünya Xeybərin qulağına, dünyanın Xeybərin qulağına olmaması da Orxanın qulağına deyil. Orxan illərdi, Xeybəri qandıra-qandıra gəlir. Xeybəri qandırmaq istəyənləri zorxana yiyələri həmişə “uslu çocuq” olmağa səsləyirlər, qandırırlar, yandırırlar, qafasına güllə sıxırlar, cibindən heroin “çıxarırlar”, zindana atıb hayıf alırlar… Orxan Xeybərdən əl götürmür, Xeybər qanmazlığından. Sonuncu dəfə Xeybərin qulağına nə dedi-demədi, bilmirəm, Orxanın vaxtını endirib quş həddinə, beş həddinə saldılar. Adamı sağdan da, soldan da yazmağa başladılar… Orxandan yazanları yazdıranlar bu milləti yazıq günə qoyublar, Orxan deyəsən, Xeybəri bu mətləblərdən agah eləməyə çalışır. Başqa heçcə nə…

***

Orxan qoc-qoca Fikrət Sadığın oğludu. O Fikrət Sadıq ki, yazıb:

Harda türk var,
Orda neft var.
Harda neft var,
Orda bəla var.
Nefti olan bütün ölkələrdə
Kərbəla var…

Orxanın dilindən köşə yazarlarının leksikonuna düşən bir “durba” sözü var. Orxan “durba”dan danışanda bilirdi ki, bu “durba”dan neft gedir, əvəzində Azərbaycana bəla gəlir – hər gün aşura, Kərbəla gəlir. Bu, Orxana atasından gəlirdi…

***

Orxanın “Vaxt”ı “Milad gecəsi”ylə başlayır. O uğurlu gündə:
“Süfrəsiz miz arxasında oturmuşdu. Arvadı qarşısına çay qoyub ayaq üstdə dayandı. Əlləri əsə-əsə “qar adamı” oyuncağını arvadına uzatdı. Arvadı “qar adamı”nı alıb, dinməzcə o biri oyuncaqların yanına qoydu. Yataq otağına keçib oradan: – Yatanda televizoru söndür! – dedi.”
Mən, televizoru heç yatanda da söndürmürəm, çünki açmıram da. Açanda isə Orxana görə açıram. Görüm, Zorxananın şəkli fiksasiya oluna bilibmi???
Arvadı “televizoru söndür” deyir. Axı bu mənasız enerji sərfinin dalıyca “Borc” gəlir:
“- Borcu qaytar, gedirəm,- qışqırdı. Atasından səs çıxmadı.
(…) Atası başını soyuq şüşəyə dayayıb onu gözü ilə binanın tininə qədər ötürdü. Sonra mətbəxə keçib dəstərxanı aça-aça: – Görəsən, mən ona nə borcluyam axı?- dedi…”
Borcunun nə olduğunu ahıl yaşında belə, bilməyən atanın oğlu “Ögey” də olmalıydı. Saatı qurub ölüm anını gözləməliydi. O, artıq ölmüşdü. Ama xəbəri yoxdu öldüyündən, ölümünü belə, boş bir ümidə dikmişdi, elə bilirdi ki, diridi, kiçik elmi işçi işləyir, “Mixək böcək” adlı qəribə bir həşərat icad eləməyə sərf eləyir ömrünü və inanırdı ki, bu böcək sonunda mütləq uçacaq. Hətta 8 uşağının anası hər il Nardaran pirinə nəzir də deyirdi ki, kişisinin böcəyi uçsun, elm naminə yox, təbii ki, dolanışıq üçün. “Böcək uçmurdu ki, uçmurdu.” “Su kimi axıcı, ötücü dünyadan süzülən illərin, ayların daşlaşmış cəsədləri belə, harasa uça bilirdi. Uçmayan ancaq mixək böcək idi…”
Onun mixək böcəyi uçmasa da, özü “Milçək”ə dönüb uça bilir, bunu baş redaktorun məşuqəsi olan katibə də təsdiqləyir: – Mən ondan çoxdan şübhələnmişdim,- deyir,- o, həmişə “adam” görən kimi harasa qaçmaq istəyirdi…

Bundan sonra ona “Çiçəkləyən adamın tarixçəsi”ndə rast gəlirik. Prezidentin göstərişilə bu əncir yarpağı tökən müəllim babanı qazandan çıxarıb Elmlər Akademiyasının Nəbatat bağında torpağa basdırırlar. Ömrü boyu dolana bilməmiş bu ağac-müəllim indi neçəsinin dolanışıq yerinə çevrilir: “Uç alim ona görə neçə il hökumətdən donluq aldı. Yeddi namizəd elmlər doktoru oldu.” Günümüzün görküdü – adamın ağlına haqq sözü yazıb türmələrə atılan jurnalistlər düşür – pah nə qədər adam bazarlığa başlayır, qaz vurub, qazan dolduranlar məmləkət dolu… Həmin adamlar “VAXT”ın sonnuda “Papaq Yusifi” – papağını dədəsindən, balalarından çox istəyən adamı çatladıb öldürürlər. Vaxt indiki kimi getsə, bu ölkədə bir başıpapaqlının qalmayacağı Gün kimi aydındı…

***

Hələ ismin adi hallanmasını doğru-dürüst bacarmayanlar Orxanın ismini hallandırmağı çox xoşlayırlar. Demək, hamı Orxanın İSİM olduğunu yaxşı bilir, bu İSMİN nə olduğunu bilməsələr də… Yoxsa nə çoxdu Sifəti Saysız olan Fellər…
Bəzən Orxanın “Zorxana”sındakı cümlələrə “bəsit” deyib qımışanlar, dodaq büzənlər olur. Orxan isə ən azından bu cümlələri yazmış adamdı:
“Yeddi ay durmadan yağış yağdı. Kəndin yollarını yudu, kəpənəklərini öldürdü. İtlərin səsi su çəkdi…”  Ya da: “(…) Kəndə ütülü, daraqlı təzə öndər seçildi. Ütülü öndər soyuducu ustası işləmişdi. Ona görə də bütün kənd soyuqladı. Hamı asqıra-asqıra ora-bura gəzdi. Təzə öndər xaricdən kürəyə qoyulmaq üçün xeyli kiçik “banka”lar aldı. Bütün kənd bir-birinə banka qoymağa başladı… ” (“Tarixi-Çıbı”)
Adamlar anlamaq istəmirlər ki, Orxanın Xeybərə dediyi sözlərin iliyinəcən yüz çirkli burun soxulub qoxu çəkir, iy çıxarmaq istəyir və adamlar onu da anlamaq istəmirlər ki, Xeybərlə ancaq Xeybərin dilində danışmalısan, yoxsa Xeybər, tutalım, bu cümlədən nə anlayası ki: “Atam evimizi satdı.
Neçə gündü evimiz yuxuma girir. Atam təzə evə sığmır. Əli işə yatmır. Qız köçürmüş kimi nigarandı. Beli bükülüb. Gün batana kimi pəncərədən çölə baxır. Ona elə gəlir ki, pəncərədən o tayda yenə otaqları var. Atam təzə evdə bizdən utanır. Astadan danışır. Hər gün məndən daşın, kərpicin məzənnəsini öyrənir. Ev qiymətlərinin qalxdığını eşidəndə ağlamsınır… (“Adilin itirdiyi hekayə”)”

***

Orxanın hekayələri, povestləri film təsiri bağışlayır. Hər şey görünəndi. Orda Orxanı lap iri planda görmək olar. Nə yazıqlar ki, bizdə oxucular baxıcıya dönüblər. Orxanı da ancaq “Zorxana” görürlər. “Zorxana” isə ədəbiyyat deyil, ədəbiyyatın dara çəkildiyi yerdi…

***

Bütün bunları Orxan Fikrətoğlu öz “Vaxt”ında yazıb. Mən isə, soruşdunuz-soruşmadınız, sizlərə sadəcə VAXTı dedim…

1 səs2 səs3 səs4 səs5 səs (6 səs, hardasa: 4,33 ilə 5 arası)
Loading ... Loading ...

55 Şərh var
Şərh yazın »

  1. Ne Pervizi ne de Orxani beyenirem.
    Ikisi de menasizdir menim ucun.

  2. Təşəkkür, Elnarə xanım. Deməli, Orxan da, Pərviz də bu qədər mənalıymış… Sayənizdə xəbər tutdum.

  3. ORXAN FIKRETOGLUNUN KITABINI OXUDUM O BIZIM EN BOYUK YAZICIMIZDIR.ONU UNIVERSTETDE TEDRIS ELETDIRMEK LAZIMDIR. MEN ONUN INGILISCE DE YAZILARINI OXUMUSDUM COX INTELEKTUAL YAZICIDIR.

  4. “Edebiyyat media deyil” – bir bu sade keshfine gore Pervize teshekkurler. Perviz chox duzgun olaraq, “Vaxt”i Orxanin oz ichinde ehtimal olunan SHeytana atdiqi dash kimi deyerlendirir. Mence, Orxan ichindeki tereddudlerden uzuaq chikmaqdadir. O, Xeyirle SHerin mubarizesinde Xeyire destek vermekdedir. Orxanin nesri bir yana, “Zorxana”si dovrumuzun ensiklopediyasidir. “Zorxana”nin her “nomre”sini men shifahi felsefi bir eser kimi dinleyirem. Gelek Pervize. Onun da nesri bir yana, qezetchilikdeki orijinal layiheleri hemishe ureyimden olur. Teki bunun uchun vaxti ola. Helelik vaxti iki ovlad layihesinindir. Hem de gelin, bir-birine benzemeyen bu iki benzersiz nasire chamur atmayaq. Silahlarimizi de sherin chixdiqi noqtelere tushlayaq. Herchend mubarize ezmine gore menim SHere de mueyyen hormetim var…

  5. Çöx sağ ol, Rafiq bəy.

    Rafiq bəy, şərin çarpışmalarını MÜBARİZƏ adlandırmaq olarmı?

  6. Perviz bey, SHeri yalniz qalibiyyet isteyine gore deyerlendirmek mumkundur. Qalibiyyet isteyi Xeyirde de var. Bu antoqonizmde isteklerin eyniliyi bu iki mefhumun yalniz bizim bayaqi dunyamiza xas olmasinin tezahurudur. Her shey darixdiricidir…

  7. Orxan Fikrətoğlunun kitabini oxumusham,manim fikirimca Orxan Fikrətoğlu yazici kimi dahidir.

  8. Fil, (Haminin Perviz Cebrayil kimi tanidigi MENALI yazara Fil demeyim bezi adamlara teeccublu gelmesin) yaziya gore bir daha teshekkurler…
    Elave olaraq Elnare xanima da bir kelme soz demek isteyirem. Kiminse kimseden xoshu gelmeye biler ve bu da tebiidir, bunun da obyektiv sebebleri var… Tebii ki, sizi tanimiram ve umumilikde tanimadigim insan haqqinda da nese fikir seslendirmek edebsizlikdir…
    Amma tecrube gosterir ki, gerek menali adam olasan ki, kimse haqqinda da ne ise menali fikir de soylemeye haqli olasan…

  9. Perviz bey sizi burada da gormek bize xoshdur. Azeriblog temirde oldugundan blogumuza -ichimize bash ceke bilmirik… Sizi gorub bir az ozumu icimizde hiss etdim…
    Elnareye de bir sualim var: Menali adam olub bize ne mena vermisiz?

    P.S. Ozunu menali sayan Elnareye bir teklifim de var: menanizi artirmaq ucun Pervizin “Olengi”sini oxumaq gerek, oxumaq!!! Amma inanmiream ki, menasiz adamlar orada mena tapsinlar…

  10. Pervizin Ölengi romanin axıra qədər oxuyan varsa ona qonaqlıq verəcəm… (Pərvizin özündən başqa)

  11. Orxanın nəyin bəyənirsiniz başım çıxmır.
    Orxan Fikrətoğlu bütöv şəxsiyyətdirsə ANS kimi saxta kanalda işləməz. ANS kimi bu millətə düşmən olan kanalada işləməz. Orxan daxilən qoca adamdır. Cavanları bəyənmir. Onları qəbul etmir. Gəncləri başa düşməyən adamların bu dünyada işi bitib demək.
    Pərvizə gəlincə…Onu shexsiyyeti haqqinda hec ne deye bilmerem. Amma bir yazici kimi guclu istedada ve intelekte sahib olmadigini bilirem.
    Bu yaxinlarda tenqidcilerden biri ile gorusmusdum. Elinde Pervizin sheirler kitabi var idi. Sorushdum ki necedir? Dedi ki oxuyammiram. Getmir.

  12. Elnare xanim, sizi qinamagin measi yoxdur! Cunki menasiz insanlar haqqinda nese fikir seslendirmek menasizdir cixir axi…
    Pervizin “Olengi”sine geldikde ise burada da haqli deyilsiz! Hec bir hefte olmaz ki, “Olengi”ni elde etdim ve oxuyub bitirdim de… Hemin kitabdan cox deyerlendim ve zovq de aldim!
    Sizin memleketin tenqitcilerini de qinamaq mumkun deyil! Hakimiyyetin yazici Anarin terbiyyesini alan tenqitcilerinizi de cox gormushuk!
    Kiminse harada ishlemeyinden asili olmayaraq onun shexsiyyeti barede nese fikir soylemek de yersizdir! Elnare xanim, men eminem ki, Pervizi ve Orxani beyenmeyenlere “Lidet TV”den ish teklifi gelse yuze-yuz buna raziliq vererler…

  13. …Bir az heyifsilənməyim gəlir ki, bu yazı Orxan barədə yazılıb. Bəlkə ona görə ki, Pərvizin SÖZü barədə belə yazı ortaya çıxarmağı bacaran olmayıb. Bəlkə ona görə ki, Pərvizin PƏRVİZ kimi bir dostu yoxdu…

    Kəndçimiz Xubyar kişinin boynuna göy kartof yemək düşdüyü kimi, bu yazıdan sonra boynuma düşdü Orxanın vaxtına baş çəkmək. Görək bu boyda tərifə layiqdimi. Ümumiyyətlə ANS-ə baxmadığım üçün Oraxan və verilişi barədə bir söz deyə bilmirəm. Düzü, ANSin qəlibindən çıxan adamın da hansısa fərqli düşüncəyə malik olub-olmamamasını bilmirəm.

  14. çox marağlı bir məgalə di, sağ olsun Fikrət. Xalal olsun.

  15. Aqil, səni burda da görməyimə çox sevindim…
    Sən bu elnarə nikini dalında gizlənən kimsəyə çox da bənd olma. Azərbaycanda qərəzsiz, tərəfsiz, neytral tənqidçi yoxdu. Ümumiyyətlə tənqidçilik məktəbi yoxdu.
    Bu tənqidçi də…
    Hə bir də axı, Pərvizin SÖZünə təndiq yazmaq da hər kəsin bacardığı bir iş deyil, tənqid yazmaq məsələsinə çatanda getmir eee, qələm dayanır, getmir…

    P.S. “tənqidçidən soruşdum, dedi, getmir…”
    Hə, burda elnarə “xanım” özünü ələ verir deyəsən… – bu qadın yox, kişi psixolojisinə məxsus nüansdı.
    “Hər sabah yaşam”ı mən də oxuyuram, və heç kəsdən də sormadım ki, necə kitabdı. Yəni oxumaq istəyi beyninə dolursa, qadın mütləq gedib oxuyacaq, tənqidçi rəyi ilə oturub durmayacaq.

  16. Elnare xn duzgun yazib da, hansi nikin arxasinda gizlenmeyinden asili olmayaraq,duzunu deyir ve menim kimi heyretlenir. saxta sedaqetle siz niye sehid olursunuz axi?

  17. Orxan Fikrətoğlu kimi insanların qədrini bilməliyik belə insanlar 100 ildə bir dünyaya gəlir məncə o daha əvvəldə də qeyd edildiyi kimi dahidir həm yazıçı, həm də bir siyasətçi kimi.

  18. P.P.S. Görəsən o tənqidçi yoldaş, əgər oxuya bilmirsə, Pərvizin kitabını niyə özüylə daşıyır, əlində gəzdirir?

  19. Dəhşətdir.Ancaq nəsr deyil!

  20. Perviz ve Orxan beylere salamlar. Hemcinin sayt sahibine de teshekkur edirik ki, yazini burada yerleshdirib.
    Menim de Elnare “xanima” bir teklifim var yuxaridaki serhlerden behrelenib hec olmaya ozunde mena axtarsa yaxshi olar…

  21. Salam dostlar… Aqil oz ichimizdeki, – “ichiche”deki dostlari burada gormeyime cox sevindim. Hetta ele sevindim ki, Elnarenin menali “semimiyyeti”ni de unutdum… Guler xanim duz deyir. Elelerine cox da bənd olmaq gerek deyil. Azərbaycanda qərəzsiz, tərəfsiz, neytral tənqidçi yoxdu.
    Koreya-Yaponiya telebeleri adindan Orxan beye ve Perviz beyi desdekleyirik. Qeleminiz hemishe bu cur davam etsin!

  22. Ezizlerim, can-ciyerlerim, menim kim olmagimin ferqi yoxdur, ne ferqi men kimem…belke ele pervizin ozuyem, reklam ucun bele yaziram=)

    Men Pervizin Ölengi romanin oxumamışam. Ancaq şeirlər kitabından 15-20 şeir oxumuşam. Başdan ayağa mücərrəd, anlamsız şeylər. Bircə dənə də misra yadımda qalmayıb. Kitabin adina bax: Her sabah yasham. Guya her axhsam yasham olmur=)

    Öləngi romanı haqqında ədəbiyyatdan bir şey qanan adamlardan eşitdiklərimdən belə nəticəyə gəlmişəm: Öləngi romanını kimsə axıra qədər oxuyubsa bunu yüz faiz bekarçıqıdan edib. Məsələn həbsxanada oxumaq olar. Ümumiyyətcə əsərin adı adamı onu oxumağa yox, oxumamağa səsləyir.

    Burda bir nəfər yazıb ki – Hemin kitabdan cox deyerlendim ve zovq de aldim!- Nəyindən dəyərlənib, nə zövq alıb?

    Pərvizi deyəsən öz dostları Fil adlandırırlar. Mənsə belə adlandırardım: “Fil”

    Orxan Fikrətoğlu haqqında yazdıqlarımın üstündə dururam. O istedadlı birisi ola bilər. Amma insanın şəsxiyyəti yoxdursa istəyir peyğəmbər olsun

  23. Bir şərh beynəlxalq böhran yaratdı ki.

    Gülnar xanım, siz təqribən neçə adamın adından danışırsınız.

    Bir də AzTv leksikonunuzu ləğv etsəniz pis olmaz. Çünki Orxan bəy ANS-də işləyir axı.

  24. O böhran içimizdədi, biz azərilərin içində. Bəzən qısqansclıq şəklində, bəzən xəbislik kimi, bəzən də digər qələm yoldaşına çamur atmaq formasında çölə çıxır, bir ovuc palçıq püskürür…

  25. Yuxaridaki bir sherhden sitat verirem:

    “…Bir az heyifsilənməyim gəlir ki, bu yazı Orxan barədə yazılıb. Bəlkə ona görə ki, Pərvizin SÖZü barədə belə yazı ortaya çıxarmağı bacaran olmayıb. Bəlkə ona görə ki, Pərvizin PƏRVİZ kimi bir dostu yoxdu…”

  26. Qavroş, qardaş, sadəcə, adın ləzzət elədi deyə, yazıram.

    Sən beynəlxaq böhran dediyindən qorxma, sənin itirəcək nəyin var ki, ya mənim… Qoy böhrandan milyardlar itirənlər qorxsun. Böhran yenə də bizə yarayacaq – ən azı dərin mərhələsinə qədəm qoyana kimi.
    Möhkəm ol, qardaş. Özünü qoru.

  27. Qavrosh qardash deyesen sen bizi tanimirsan ve ona gore de bele qereeli fikirdesen :) )) En azindan ichiceye bash vurmamagin o deqisqe hiss olunur.)))
    Buraya gelen dostlarin coxusu ichicenin daimi sakinleridir. Burada Pervizin muveqqeti qonaqlariyiq.
    Qaldi ki, ister AzTv isterse de ANS-in daimi tamashacilari siz olursunuz)))
    Biz onsuz da onlara baxmiriq… meslehet gorerdim ki, bir az bashinizi dediyiniz TV kanallardan ayildib heyatin ne oldugunu anlayasiz.

  28. Yeqin ki, hormetli Elnara xanim zarafat edir. Yumor hissi her halda heyat elametidir…
    Orxan Fikretoqlu cox deyerli yazicidir. Uzun illerdi onu taniyiram, atasi gozel sairimiz Fikret Sadiq da Orxan da hec vaxt qeleme xeyanet etmeyibler. xalqimiz onlari cox sevir. Umumiyyetle istedadli yazicinin harada islemesinden asili olmayarq, o yene millet, xalq ucun gereklidi.
    Qaldiki, Pervize, eziz dostumu salamlayiram ve ona tesekkur edirem. Saq olsun.

  29. Qəşəm bəy, siz indi burda yazıyla bağlı nə dediniz axı…

  30. Adini unutduqum yazarlardan biri deyirdi ki, Soz Vaxta qalib gelende, Vaxtsizlasanda ebedilesir.
    Edebiyyatin derdi de Vaxtdi.
    Perviz, Orxanin Vaxt derdine vaxtinda sherik olmusan. Soz ucun bu Bivaxt zamanda her ikininizin Sozune Vaxtinda qazanilan Vaxtsizliq arzulayiram…

  31. Elnare siz kimsiniz axi????
    Her iki menada…

  32. “mənim kim olmağımın fərqi yoxdu” deyə özünü danan biri deməli heç kimdi eləmi? Heç kimin dediyi də heç nə olur bu məntiqlə…

  33. Əvvəlki şərhlərində Pərvizin heç bir kitabını oxumadığın deyir, sonra da hansısa tənqidçinin sözüylə, (yapma ya! haçandan Bakıda oxucular tənqidçilərin rəyi ilə nəyi oxuyub-oxumamağın gərəkliyini müəyyənləşdirirlər…) yönəltməsilə şeriləri oxumaqdan vaz keçir. Sonra boynuna alır heç demə 15-20 şeirini oxuyub və eiraz əlaməti kimi axşam yaşamına keçib…
    Pərvizin də Orxanın da istüdadı və şəxsiyyəti göz önündədi! Özünü danan – kultazın ştatlı çamuratanlarından fərqli olaraq…

  34. Elnarə xanım, Elnarə qardaş! – bunun səninçün fərqi yoxdu deyə, umaram inciməzsən.
    Sən Pərviz ola bilərsən. Burda çətin bir şey yoxdu. Ancaq bir fərqimiz qalacaq — Pərviz heç vaxt öz adından başqa bir adla yazmır.

  35. Rim adli şərhçiyə

    Mən Elnarəyəm. Burda cəmi bir neçə nəfər tanyır məni. Pərvizin özü şəxsən məni tanımır. Mən də onu tanımıram.
    Mən özgür bir kızım=)

    Kimsə xoşuma gəlmirsə bunu açıq deyirəm. Günah işmi tuturam.

  36. Demeli siz ozunuz dediyiniz kimi Perviz bey siz tanimirsa siz onu haradan ve nece taniya bilersiz? :) )))))

    THE END!

  37. Rim, Pervizi shexsen tanidigimi hardasa yazmisam beyem?…

    Mentiqsiz adami ele mentiqsizler de mudafie edir deyesen.. =)

    Pervize bir sualim var…

    İsterdim semimi cavab versin, tam semimi…

    İndiye kimi, kimse “Perviz zeif yaziçidir” deye yazib mi?…

    Ve ya kimse senin özünə deyib mi ki “Öləngi`ni axıra kimi oxuyammadım, getmir!”- …?

    Xahiş edirəm, bədii cümlələrdən uzaq, abstraktlıqdan uzaq, adam kimi cümlələr quraraq bu sualıma cavab ver…

  38. Perviz bey sizden xahish edirem, adama cavab verin, seviyyesizlere fikir vermeyin!

    P.S. Adini elnare qoymush birisi ozu bu seviyyeye catdirdi

  39. Bir teklifim de bizim qeribler qrupu bir daha buraya gelmesin… Artiq biz sozumuzu dedik
    Rim demish THE END!

    Dostlar gelin ichicemize… Qoy ozunu mentiqli sayan mentiqsizin birisi ona buna camu atsin
    ……… Karvan kecer)))))))
    elnare bye-bye

  40. bye-bye’i men size deyirem,

    siz meglub olub getdiniz…

    melum oldu ki perviz eslinde ozunu ciddi yazici sanan, eslinde ise bele olmayan birisidir cunku onun yaxshi yazici olmagina hec bir subut yoxdur,

    pervize meslehetim odur ki,
    getsin qezetde redakte falan elesin, ailesin dolandirsin, edebiyyat kimi ciddi ishlere bash qoshmasin…

  41. FİL, əminəm ki, məna dağarcıqlarının AZ TV-dən bəhrələnmiş “mənalı” suallarına və gəvəzəliklərinə fikir verməyəcəksən. Buna vaxt sərf etməyə dəyməz belə…

  42. Tekrar biliyin anasidir:

    Pervize bir sualim var…

    İsterdim semimi cavab versin, tam semimi…

    İndiye kimi, kimse “Perviz zeif yaziçidir” deye yazib mi?…

    Ve ya kimse senin özünə deyib mi ki “Öləngi`ni axıra kimi oxuyammadım, getmir!”- …?

  43. Elnarə, dostum, sənə cavab yazmasam, hörmətsizlik olacaq. İstəmirəm olsun.

    Yazdığın iki sualın da cavabını özün bilirsən deyə, gərək duymuram yazmağa.

    Ama məni bir şey maraqlandırır – yazım üçün şərhlərin sayının çox olmasını istəməyin nədən doğur? Xətrin istəsə cavab yazarsan.
    Bir də təşəkkürlər.

  44. Yeri gəlmişkən, yazıyla bağlı fikirlərini bölüşən bütün xanımlara və bəylərə çox sağ ol deyirəm.

    Yeni yazılaradək.

  45. Perviz, agillisan=)

    Seni babat reklam etdim.=)

    Ugurlar!

    Sen istdedadlisan!

  46. Elnare xanim nehayet seni bu saytda babat agillandira bildik ))))))
    Elnare xanim sen cox agilli qizsanmish ))

  47. Çox sag olsun KULTAZ.Azərbaycandan çox uzaqlarda məişət probləri ilə beynimizin doldugu bir vaxtda-vaxt tapıb bir az problemləri yaddan çıxarırıq.
    Azərbaycanda ədəbiyyatın şəxsi münasibətlər üzərində qurulmasına təəccüblənmirəm…
    Bir az yazilarından tanıdıgıma ğörə çəkinmədən deyə bilərəm ki, kiminsə Pərviz olmagı çətin məsələdir elə Pərviz də kimsə olmaq istəməz.
    Adilikdə həyat heçnədir baxır ondan necə istifadə edirsən (Russo). Yazdıgınız kitabları dünyaya ğətirdiyiniz körpələrə bənzətsək əsas məsələlərdən biri o körpəyə yaxşı ad qoymaqdır. Sonra adindan utanmasın. Bir də yadima Fredin sevğini izah edərkən Dostoyevski haqqında dedikləri düşür.
    Böyük məmuniyyətlə vaxtımı VAXTa sərf edərdim.

  48. İltizam bəy, sonsuz təşəkkürlər!

    Ama Pərviz başqası olmaq istərdi… bir az başqa Pərviz…

  49. Pərviz salam. Yaziya gore cox sag ol. Amma senin bu yazin hele cox müzakire olunacaq. Tebiidir.
    Vaxtın olsa sen de menim “Vaxt” barede yazimi oxuyarsan.

  50. Çox sağ ol, Əvəz bəy.

    Ama mən sənin Vaxtını tapa bilmədim. İmkanın olsa link yolla.

  51. Orxan Fikrätoğlu ANS-də yayın sunduğu zaman, onun bir proqramını CD-yə yazdım. Onu məhkəməyə verib haqqında “Azərbaycan ordusunu və əsgərlərini aşağıladıq üçün təzminatda bulunacaqdım. Ya da ən azından bu sayqısız adam qamuoyunda danlaq höhmü çıxardı məhkəmədən. Nə yazıq ki, Bakıdan ayrıldım, ancaq bu istəyimdən vaz keçməmişəm. CD- ilə bir yerdə Bakıya g\əldiyimdə bu adamı məhkəməyə verəcəm. Nə deyir burda Orxan Fikrətoğlu?
    Deyir ki: “Köpək selbədən qorxduğu kimi Azərbaycan əsgəri də erməni gülləsindən qorxur.”!!!
    Bu sayqısız adam anlamır ki, 1. Güllədən bütün millətlərin üzvləri qorxar. 2. Ədəbsiz adam bu şəkildə adam da öz millətinin ordusunu, öz soydaşlarını təhqirmi edər? 3. Erməni gülləsinin üzərinə yürüyən cəsur insanlarımız olmuş. Yurdlarını qoruyub və şəhid düşmüşlər. 4. Orxan Fikrətoğlu öz qorxaqlığını, və sayqısızlığını ümumiləşdirir və elə bilir ki, hamı onun özü kimidir. Fikrətoğlu öz şüuraltında gizlin saxladığı qorxaqlığı yüzminlərcə Azərbaycan ordusuna mal edir utanmadan.
    Qarşımızdakı aylarda Bakıya sırf bu iş üçün gələcəm. bu adamın və ANS-in sayqısızlığını ifşa etmək və əsgərlərimizin heysiyətini savunmaq üçün bu CD ilə fikrətoğlunu məhkəməyə verib və bütün basın orqanlarını da çağıracağam. Fikrətoğlu bu çirkin sözləri Fransada və ya başqa demokratik ölkədə ağzına alsaydı, həmin qurum bu adamı məhkəməyə verər və bir daha TV-yə çıxmasını yasaqlardı. Ancaq Azərbaycanda görünür ki, TV-lətin Orxan Fikrətoğlular timsalında törətdiyi təxribatlardan dövlətin xəbəri yoxdur, ya da xəbəri var və dövləti də elə Fikrətoğlu kimi vətənsizlər, ordusunu, insanını sevməyənlər idarə edir.

  52. Salam.yaziya gore tesekkyr .cox deyerli bir yazidi.sanki bir yazici haqinda gozel sozler yazmisiz ve sizi perviz bey dasa tutublar .anladim.ortada elnare beyler .ne bilim kimler meydana cixdi bunu da anladim.bu son mehkemeyle tehdid eden .vetenden uzaqda bizi gelisiyle qorxudan insani anlamadim.tekce bu ne demek isteyir .onu bilmedim.
    mence vetenden uzaq .ya vetende .gorkemli gozel insanlari qorumaq lazimdi qardasim.onda siz Celilin Sabirin dovrynde yasayan nadan insanlardan ne ferqiniz olar .insani gozel sozlere gore dasa tutmazlar .eger bu son qardasimiz bele cesurdusa bir bas ermenilerin ystyne gedeydide bura bizim ystymyze niye gelir.Orxan Fikretoqlu .bu xalqi oz diliyle basa salmaqa calisir .o qorxaqliq asilaya bilmez ..bu sehv fikirdi .Perviz Bey size tesekkyr .gozel yazidi .qalanlarada sebr .kim sizin kitabinizi elinde gezdirir .oxumaqdan yorulub artiq yemek isteyir ,kitabda boqazinda qalib getmir .ona da Allahdan komey .dileyirem.Haminiz menim myselman qardaslarim Allahin amaninda olun.!!!!!!!!

  53. Orxan meshhur letifeleri deyishdirib bakililarin dilinden yazmaqla verilishler cekir,
    saygisiz tehqirli ezop dilile verilis hazirlayir,
    yazdigi yazilar fuflo, saxtakar,
    bir filmine de baxdiq – Papaq- demek istediyini beri basdan deyib, cox besit film idi.

    Ozu de yeke-yeke deyir ki, men AVropa yazicisiyam hansisa musahibesinde.

    Qoy oturmusuq.

  54. Goryrem emellim basli izleyirsiz amma !!!yaradiciliqi da filmini de .ve s…….hemise izleyen olun !.hemise gozelliye zibil atanlardan olsaz isleriniz ela olar !!!bir de men oz fikrimi dedim !!!.qoy oturmusuq nedi .isteseniz goyde ucsanizda men oz fikrimde qalacam.siz ise cox uzaqdasiz .size mynasibet bildirmekcyn ene bilmerem !!!!!!

  55. “Qoy oturmuşuq”
    Elman, nə gözxəl akkord vudun!
    Elə bil konsti+tusiya müzakirə olunur,
    cümlə hünərvərlərik…

Şərh yazın