Səttar Mahmudoğlu. Səhərəcən Muğanı atlar muğam oxuyar

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Aralık, 2008

112(Qəşəm Nəcəfzadənin İranda cap olunmuş “Ölülər bizə gülür”kitabındakı şeirlər üzərinə)

Mən Qəşəm Nəcəfzadəni görməmişəm. Amma şeirləri ilə çoxdan tanışam.
Arada telefonda danşırıq. Ən maraqlısı odur ki, telefonda ön səsimizdən öncə (Qəşəm belə deyir)  uşaqlarımızın səsi eşidilir.  Bəli, bu, maraqlı faktdır. Təbrizdəki bir evlə Bakıda bir ev iç-içədir indi.
Qəşəm Muğan oğludur, yəni muğanlıdır. Bu torpağın böyük bir hissəsi Quzeydə, kiçik bir hissəsi Güneydədir. Onun mənə göndərdiyi şeirləri həm maraqla oxudum, həm də diqqətlə üzünü ərəb qrafikası ilə köçürdüm.
Qəşəmin “Problem” şeirində belə bir  misra var: “Özümü yaxşı tanıyıram: əclaf.” Niyə belə deyir Qəşəm? Əlini çənəsinə qoyub, telini yana darayan şair obrazından artıq bezmişik. Məncə, poeziya müəllifin öz- özünə bu cür hücumundan  başlayır indi. Başqa bir şeirində isə:

Qadın içimdə
Divan, kreslo
Tozsoran, mətbəx
Ütülü yorğan-döşək kimi tərpənər.

İndi  dəniz, payız, yarpaq, bulaq başı və sairə şeylər bu cür əşyalarla əvəzlənib. Ən maraqlı burasındadır ki, içimizdə  divan, kreslo, tozsoran, mətbəx nəfəs alır… ilham pərisi asrtıq xırdalıqların üzərinə qonub.
Qəşəm Nəcəfzadə “Qoşma”,”Gəraylı”, “Çöl müxəmməsi”, “Bayatı” şeirlərində klassik şeir növlərinə yeni bir quruluş verib.. Qoşma nədir? Qoşma həm də  əşyaları və fikirləri  bir-birinə qoşmaq, düzmək və bağlamaqdır.

Zəminin başındakı arx
Zəmiyə başlıqdır.

Və yaxud

Arxın başındakı söyüd
Yerdən qalxan buluddu.
Buludun da evi
arxdakı mürgüləyən sulardı.
Obanın yaraşığı itdi
Itin yaraşığı pişikdi
Qızın yaraşığı oğlandı
Gəlinin yaraşığı doğmaqdı.

Buradakı sanamalar bir-birinə qoşulub, birləşib. Bu, qoşmadırmı? Bilmirəm.
kitabdakı şeirlərin əksəriyyəti gündəlik hadisələr üzərində qurulub.
“Bayatı” şeirinə diqqət yetirək:

Əzizinəm itkin düşmüş
çiçəyi üçün zarıyan arı,
Iynəni çiçəklər öpsün.

Görəsən  çiçəklər niyə itkin düşüb? Niyə arılar zarıyır? Doğurdanmı çiçəklər arıların iynəsindən öpür? Bu sualların cavabı oxuculardadır. Şair  varlığı oxucudan baş qaldırır.

Əzizinəm generalın döşündə
bir medal yeri
əzizinəm ananın köksündə
bir bəla yeri.

(Bayatı)

Hə, bu da müharibə haqqında şeir. Burada generalın döşündəki medalla ananın köksündəki ağrının əlaqəsi və iç-içə oturmağı bütövlükdə qarabağ savaşının özüdür. Bu şeirdə bir hadisə başqa bir hadisənin başlanığıcı və ya sonudur.

Səhərəcən Muğanı atlar muğam oxuyar

Muğanda bir at nəfəsi var, bəlkə də Muğandan əsən yellər tövşüyən atların nəfəsidir. Atların dırnağından köbələklər tökülür, atların ayağından cölün eyni açılır, suyun eyni açılır atların dodağını görəndə.
Budur, sonu görünməyən Muğan çölünün əbədi nəğməsi!
“İt ölüsü” şeirinə baxaq:

Kimsə bu yolun başında
İt çəsədinin üstünü örtməz.
Axşam itin üstünü
təkçə öz səsi örtər.
Səsi yüz yol dövrə vurar başına
Ölüsünü diri itə oxşadar.
Səs düşən tək,
It yalmana-yalmana
Bürünər öz səsinə.

Bu da dünyanın metafizik qanunu… metafizikadan alınan şeir. Hər şey səsin üzərində oturub.
Qəşəmin şeirlərindən romantika çıxarılıb. Hər şey konkret hadisələr və faktlar üzərində yerləşib.

Qadın əlində tutduğu uşaqla
Müvazinətini saxlayıb.

(Park)

Nə qədər dəqiqdir bu lövhə. Sən demə böyüklərin müvazinətini saxlamaq üçündür həm də uşaqlar!

Və yaxud

Ayaq üstə güclə dayanan qadının
əlində tutduğu uşaq
alma zəmbilinə oxşayır.

(Metro)

Müşahidə çox maraqlıdır. Burada da qadını yıxılmağa uşaq qoymur. “Park” şeirində də tələbə qızı yıxılmağa qoymayan ürəyində tutduğu fikirdir.

…Hərdən də başımı itirib
Cibimi tapmayanda
Arvadım bir əlində su
Bir əlində dərman
Dalımca gəzir.

(Axşam əhvalatları)

Doğurdanmı adam başını itirəndə cibini tapmır? Niyə məhz cibini? Çünki burada cib ev, eşik, həyat, məişət anlayışını verir. Arvad  ilac verir ki, kişi cibini-evini tapsın.
Zindanlar bizə yaxşı tanışdı. Qəşəm “Həbsxana etüdləri” şeirində çox doğru deyir, həbsxanalar insanları daha da ən qəddar qatilə çevirər.
Həmin şeirdən:

Hər gecə dustaqlar arvadına yazdığı
Kiçik kağız parçasıyla
Özünü çölə çıxardar.

Qəşəmin “katibələr qulağıyla sevər”, “hər hündür bina kəndin çəkdiyi ahdır”, “itimizin burnunun ucunda ay doğar” misaralar gündəlik həyatımızın çox dəqiq şəklilləridir.
Dostlarım da deyir, Qəşəmə də demişəm bunu- kitabdakı şeirlər, fikirlər, düyğular çox  dağınıqdır. Amma bütün bunlar müasir həyatın daxili ritminə, intizamına bağlıdır.
Bəzən ayaq üstə olan bir fikri və ya bir şeiri  Qəşəm  qəsdi şəkildə baş-ayaq edir ki, oxucu özü seçsin, özü tanısın.
“Namaz” şeirində oxuyuruq:

Səhər-səhər əl-üzümü ağacla yudum

Oxucu düşünür, bu, nə deməkdur? Artıq buradakı sözlər öz ilkin mənasını itirib, tamam başqa mətn göz önündədir. Ağaclar məncə, su fəvvarəsidir. Burada əl-üzünü cox rahat yumaq olar. İkinci bir tərəfdən biz hər səhər yuxudan duranda üz-gözümüz karbon qazı ilə dolu olur. Ağacın bizə bəxş etdiyi oksigenlə də əl-üzümüzü yuyuruq. Artıq bu, başqa bir anlayışdır.
Hə, bu da kitab… Mən üzünü köçürdüm, gözəl qardaşımız  Səid Muğanlı Tehranda “Yaşmaq” yayım evində cap elədi bu kitabı… Uğur olsun!
Qəşəm Bakıdadır, mən Təbrizdə….
Qəşəmi görməmişəm, hərdən zəngləşirik… Evlərimiz iç-icədir.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

20 Şərh var
Şərh yazın »

  1. Əziz Qardaşım Səttar!

    Bu yazıya görə Sizə təşəkkür edirəm. Gözəl yazıdır. Öz fikirlərinizi bölüşməyiniz lap yaxşı oldu. Bir şeirin içinə girmək bir ruhla bütünləşməkdir. Bizim ruhlarımızın bütünləşməsi çox önəmlidir. “Bədənlər”, yəni əlifba fərqli olsa da…

    Elə adamlar var ki, onlar həmişə psevdo dəyərlər daşıyıcısıdır. Genişlikləri yoxdur. Onlar münasibət bildirməyi özlərinə “sığışdırmırlar”… Amma bu xarakterlə böyük ideallara qovuşmaq olmaz… Ədəbiyyat- böyük düşünə bilmək bacarığıdır.

    Buradan Güney Azərbaycanımıza, Bəzz qalasına öz sevgilərimi göndərirəm!

    Qəşəm Nəcəfzadəni bir daha təbrik edirəm…

  2. Qəşəm Nəcəfzadənin Türkiyədə kitabı çıxdı…
    Sonra İranda çıxdı…
    Çox gözəl..
    Türkiyədə kitabının çıxması üçün orda nə qədər adamı girinc edib Allah bilir…
    Axırda kitabın buraxıblar ki əl çəksin onlardan…bu bəlli bir fakt…
    Qəşəm Nəcəfzadənin İranda kitabın buraxdılar…Cənubi Azərbaycandan olan şairləri, şeirləri yəqin ki oxuyursunuz…nə anlayırsınız? heç nə! çünki hamısı mənasız söz yığınıdır… ucdan tutma hamısı haaa…istisna yoxdur…

    Yazıda qəşəmdən verilən birinci sitat:
    “Zəminin başındakı arx
    Zəmiyə başlıqdır.”

    Hə noooolsun?
    Yox eee bax nolsun?
    Nə deməkdir bu?
    Nə mənası var?
    Bunun nəyi yenilikdir?
    Nəyi istedadır?
    Nəyi şeirdir?

    Qəşəm haqqında bir şeyi də kəşf etmişəm…
    Bəlkəm də Qəşəm ciddi imzaya çevrilə bilərdi…Aqşin kimi sevilə, qəbul edilə bilərdi…Amma onun vid-fasonu buna imkan vermir…tam ciddi deyirəm…
    Qəşəm bütün günü ATV-də zadda arvadlarnan oturub çənə vurur…
    Sonda Zahir Əzəmətə səslənirəm…
    Zahircim, Qəşəmi burda tez-tez işıqlandırmaqla kultaz-i gözdən saldın…
    Doğurdan deyirəm…
    Nəysə…
    özünüz bilən məsləhətdir….

  3. elnare xanimla yüzeyüz sherikem.

    Qadın içimdə
    Divan, kreslo
    Tozsoran, mətbəx
    Ütülü yorğan-döşək kimi tərpənər.

    bu ne cefengiyatdir, ne dushuncedir.
    vallah biabırçılıqdır. Azərbaycanı xaricdə belə təmsil etmək çox ayıbdır ya…

  4. Yazi xoşuma gəldi.
    Qəşəm bəyə uğurlar arzulayıram.
    Saygilarimla

  5. “Cənubi Azərbaycandan olan şairləri, şeirləri yəqin ki oxuyursunuz…nə anlayırsınız? heç nə! çünki hamısı mənasız söz yığınıdır… ucdan tutma hamısı haaa…istisna yoxdur…”

    Elnarə xanım sizin cənubi Azərbaycan şeirilə bağlı qəzavətiniz, şeirdən nə qədər anlamadığınızı göstərir. Quzey azərbaycnda ədəbiyatın gözləri ” Sosyalızm realizmin” çərçivəsində məhkum olanda, güney Azərbaycanlı şairlər çağdaş dünya ədəbiyatını sizin indi belə anlamadığınızdan daha yaxşı anlırdılar. Orada olan dilin məhkumiyətini , şeirin anlamı üzərinə yükləməyin.Çağdaş şeirdən anlamaq istirsənsə, şeirə geydirilən çərçivələri bir yana burax, ona özgürlüyünü ver.Yoxsa muqayisələrində kor olarsan. Buna görə bir Qəşəmdən yana yaranan körpüləri yıxıb, dağıtma.Bundan sonra Güney Azərbaycanın şeirilə bağlı danışanda bir az ehtiyatlı ola. Yoxsa dediklərinin içindən çıxa bilməsən.

  6. vallah Elnare xanim duz yazib. onu destekleyirem. axi tozsoran nedir? adam sheri resm eseri kimi hiss elemelidir. burada ise adam shere nifret edir. bele edeniyyat olmur

  7. Qeshem bir nece verilisde seir estradasi dedi. Belke seiri estradaya getirmek lazimdi. Yeni oxu formasi tapmaq lazimdi belke. Rica edirem asaqidaki bloga baxasiniz

    http://qeshemnecefzade.azeriblog.com/

  8. sabir bey,

    men indiden danishiram iyirmi il bundan qabaq ne yazirdilar ne yazmisdilar mene maraqli deyil,

    here and now!

    alatoran jurnalinda uzun muddetdir ki cenubdan sheirler derc olunur,

    hele bir neferden esitmemisem ki, bu sheirleri teriflesin,

    “Çağdaş şeirdən anlamaq istirsənsə, şeirə geydirilən çərçivələri bir yana burax, ona özgürlüyünü ver” -

    deye yazibsiniz,

    ne ozgurluyu?
    ne cagdashliq?
    ozgurluk, cagdashliq deye agziniza gelenleri yazib da, bunlar yaxshi sheirdir, bizde poeziya var deye bize sirimayin,
    buraxin biz oz rejimimizin derdin cekek…

    ele sizin qesehem’e verdiyiniz qiymetden belli olur sheirden ne qeder anlamaginiz

  9. Elnarə xanımla tam razıyam. Sabir bəy Sabiri tanıyırsınızmı? Mirzə Fətəlini, Mirzə Cəlili, Haqverdiyevi, Yusif Vəziri, İsa Hüseynovu, Əkrəm Əylislini, Cəfər Cabbarlını, Cavidi necə?

    Hələ də lüğətinizdə qəzavət sözü var e sizin.

    Siz də bunların qarşısına bir adam qoyun.

    Baxın elə bura bir hekayə qoyun.

    Biz də İsa Hüseynovun Şəppəli hekayəsini.

    Görək ədəbiyyat harda olub.

    Sosrealizmin nə olduğunu bilmirsiniz. Adlarını yazdıqlarımın hamısı ondan əvvəl olub zatən.

    Bilirəm, Şəhriyarı deyəcəksiniz. Amam inan ki, bu Qazaxda bu dəqiqə 10 Şəhriyar var.

    Və Elnarə xanımın dediyi kimi bütün bunlar Qəşəm haqqında yazılanlardan görünür.

    Xətrinizə dəydimsə bağışlayın, amma bunlar acı olsa da gerçəkdir axı.

  10. Sabir bəy.
    Bir də dil məsələsini deyirsiniz.
    İnanın ki, adını çəkdiyim adamlardan Əkrəm və İsa istisna olmaqla heç biri azəri dilində təhsil almayıb.

    Vallah almayıb…

  11. Men hamiya, esas da hormeetli Tanisa,Cilqina derin tesekkurumu bildirirem.
    Sizden bir seyi xahis eleyirem, mene gore /ve mensiz/guney edebiyyatini qerezli tenqid elemiyin. Guneyde cox maraqli edebi proses yaranir ve var.Onlardan Aydin Araz, Duman Erdem, Hadi Qaracay, Seid Muqanli, Dalqa Xatinoqlu, Lale Cavansir, Alma Nuqanli, Turkan Urmulu, Melihe Ezizpur, Ceferi Ruqeyye Seyid Heyder Bayat, Eyvaz Taha ve nece-nece basqalarini gostermek olar.Onlarin coxu oz vetenlerinden dideregin dusub avropaya dunyaya sepelenibler, onlar milli azadliq uqrunda mubaruze aparirlar, zindanlara atilirlar. Biz onlari mudafie etmek evezine gorun neler danisiriq. Sizden xahis edirem mene ne deyirsiniz mene deyin Amma Guneyimize bir soz demeyin, Sehriyara toxunmayin. Siz meni tenqid etmeye adetkar da olmusunuz. Avropada yer tutdum, dediniz avropa seiri qanmir . Bilirem esebisiniz amma Guneye toxunmayin. Men Rasim Qaracaya ve Zahir Ezemete minnetdaram ki, hemise onlari cap eleyir. saq olsunlar. Sonda yene deyirem menim kitabima eseblesib edelatsizlikler elemeyin. Cox xahis edirem.

    Sizlere hormetle Qeshem Necefzade

  12. Qovraş ve Elnare xanım sizler menim dediklerimi anlmadınız. çünki ədəbiyardan anladığınız saqqız kimi çeynərtilərdir.
    Şerdən də anladığınız şuarlardır. sizə deyəcəyim bir şey yoxdur.
    Men də güneyin bu günkü şeirini dedim,ne geçmişini. Çünki geçmişdə güneydə Türkcə ədəbiyat yoxudur. Bir də güney, quzey muqayisəsini savaş etməyin. Yaxşı olar ədəbiyatdan danışasınız.

  13. Yaxşı olar ki, siz ədəbiyyatdan danışmayasınız.

  14. men hesab edirem ki, qesem’e bu saytad ban qoyulmalidir…hem “eserlerine” hem ozune

  15. Qeshem ozu aleme “ban” qoyur…

  16. Doğrudan?
    Siz onun Anarla şəklini görmüsünüz?
    Orda heç də siz deyən kimi görünmür.
    QƏşəm kövrəlib orda.

  17. Qeshem haqda yazilanlari oxudum. Bir soz daha chox tesitr etdi mene. Goresen Qeshemin vid fasonunu beyenmeyen kes esl shairi nece tessevvur edir? Belke esl shairin dord ayaqi olmalidir?
    Zeminin bashindaki arx-zemiye bashliqdir. Burdaki poetik fikri duymaq uchun gerek poeziyadan xeberdar olasan.Ve gerek ushaqliqin da kende keche. Zeminin ichinde laleler axtarib tapasan, zeminin yaninda quzu otarasan, o quzular zemiye girende var gucunle o quzularin arxasinca qachasan…qefil yaqish yaqanda ozunu unudub o balaca quzularin hayina qalasan….Bunlari yashamayan kes nece duya biler o sheiri. Shexsen mene gore Qeshem Necefzade shairdir. Hem sakit danishiqi ile, hem formasi ile, hem de adice sozlerinin ichinde gizletdiyi istehza ile….

  18. salamlarım Savalan ucaliğındaÇ
    Şəhriyar zirvəliyində ….
    Dostlar mən Güneyli Azərbaycanlı olaraq milli borcum bilərik , Qəşəmi və başqalarını bu tayda təbliq etməyə can qoymuşam.
    Ay ögeydən ögey *TANIŞ* sözüm sən kimilərə belədir :
    Ona yanıram ki , yana bilmirik

  19. vallah bu milletin deyesen isi gucu qurtarib…

  20. Bir dəfə nir “hörmətli” şairimiz fəxrlə dedi ki, Yaponiyada bir almanaz çıxıb, orda Azərbaycandan Nizami, Sabir, bir də “qağan” çap olunub. Təbrik etdim, nə deyəydim ki?
    Qəşəmi də təbrik edək. Bu günki şeirimizin bir təmsilçisidir. Amma, heyif ki, Muğandan muğlar əvəzinə mığmığalar qaynaşır. O şeirlərin təsiri ilə tezliklə İranda bərk çaxnaşmalar olacaq!
    Hansı molla o yazıları oxusa, əmmaməsini daşa, daşını da başa çırpacaq! Allah, sən özün günahsız bəndələrini qoru, həzrəvü-hədyanların bəlasından!!

Şərh yazın