Elxan Zal Qaraxanlı. Şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 26 Aralık, 2008

Elxan Zal Qaraxanlıyağma həvəsi

göy dağlardan köç gələndə,
burax məni yorğun şəhər,
arabamın yedəyində
yorğa günün tüstüsü var.

daş binalar kurqan kimi,
yolların sinəsi yağır,
supermarket vitrinindən
yal oynadan ayğır baxır.

sahil parkı, əski şarkı,
ilxıların kişnərtisi dalğalarda,
göy altında türk hamamı boyda dəniz,
su qızları ölən günü çimizdirir.

arabamın yedəyində
yorğa günün tüstüsü var,
harın polis baxışları
həvəsimi çidarlamaz,

burax məni yorğun şəhər,
köçəriyə sınır olmaz.
yovşanların kövrək duşu,
ya yalqız berkut uçuşu
yaddaşımın tozlu küncündə yatır.
yarağını götür, yağmaya gedək, batır.

anıların dalğasında

qazlar uçur əyrin-üyrün,
çaxırdan iç, göylə sürün.
bu parklar çoxdan qısırdı,
kol ardından baxmaz sığır,
küçələrin çöl həsrəti,
asfaltın üstünə çıxır.
hovuzda balıqlar üzür,
balıqlar pullu kölədir,
dəm baxışlar qızqarsonun
məməsindən itələdi.

yaz yelləri yalmanlıdır,
fikirlər durub dikinə,
mənim at sürmək həvəsim,
yapışıb palma tükünə.

ətrafda qızlar gəzişir,
yerişləri gumbur-gumbur,
anıların dalğasında
qazlara marş çalır tambur.

sinəmdə sözlər yatışır,
kef siçanı girib küncə,
alkoqolun dumanında
Kaşqara oxşayır Gəncə.

fikirlər durub dikinə,
qazlar uçur əyrin-üyryn,
kimlik yox, yollar bağlıdır,
çaxırdan iç, göylə sürün.

mayda

öpüşün sinəmə iz qoyub nal kimi,
saçların balınca dağılıb yal kimi,
içimdə doğurmaq həvəsi pırpız,
şarkına şərab qat, xurma gözlü qız.

sığallar sicilləmə, pıçıltılar qurama,
cırmaqla məni, cırmaqla, cırcırama.
şarkı söylə, cır, cır,
qoyma bitsin bu cıdır.

sinəsində döş oynadır uzaqlar,
canımda sürmək həvəsi var.
gəl çapaq Batının ordası kimi,
gəl çapaq sonuncu dənizə qədər,
dünya ağacının budaqlarından
Şolpan ulduzunun meyvəsini dər.
iydə çiçəkləri ətir səpirlər,
ağ keçə üstündə bardaş qurub may,
yanğılı yarasa, uyqulu Umay,
işvəli madyan,
mayda, mayda,
daha qadın sevəmərəm bu ayda.

həsrətin gil kitabları

Turan çöllərindən gəmilər gəlir,
baku baxışlardan boylanır Bakı,
kitabı gilləşən cəng səsi yatmış,
dalğa atlarının kişnərtisində.
gözləmə gözəldi, gözlənən olsa,
dumanlı duyğular yanğı nallayır,
baku baxışların mamırlığında,
yakut təbəssümlü maral otlayır.
dayanıb gövşəyir gəmi karvanı,
ağ keçə üstündə ağnayır liman,
bozqır həsrətinin sərhədlərini,
kömrük tamğasıyla bağlayamazsan.
dalğalar sahilə baxır, dikməmə,
ötələr, Ötükən civarındadır.
badam baxışıyla can yaxan bikə,
qımız duyğuları köpükləndirir.
otel balkonundan alaçıq baxır,
bikə barmaqları isti və narın,
bozqır həsrətinin gil kitabları,
köksünə yazılıb ər oğlanların.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

9 Şərh var
Şərh yazın »

  1. “öpüşün sinəmə iz qoyub nal kimi”

    Siz qizla opushmusunuz yoxsa atla?

  2. Elish, gozum, bir diqqetle oxu daa… Orda atdan sohbet gedir..?

  3. Chox gozel sheirlerdir,oxucuya hediyye kimi deyerlendirirem.

  4. “…yaz yelləri yalmanlıdır,
    fikirlər durub dikinə,
    mənim at sürmək həvəsim,
    yapışıb palma tükünə.”
    Bu shairi de Iranda ve Qeshemin neshr edildiyi chap etmek tovsiye edilir. Elkhan, xususen “fikirlerin dik durmagini” buralarda hech kes anlamaz.
    Ugurlar!

  5. bizim oxuyub bildiyimiz ədəbiyatda “misriqılınc” doğrunun, düzün yanında olub. bu adı özünüze seçirkən nəyi düşündüyünüzü bilmək istərdim. el içində belə bir deyim də var” insaf da yaxşı şeydir”
    sayın misriqılınc bəy, siz Güney şairlərindən kimləri oxumusunuz? son bir iki ildə bizdə çox dəyərli şeir kitabları çıxıb: Əlimdə əlli barmaq(nigar xanım xiyavdan) ulduzlarını söndür (aydın arazdan) öp ölümünü(duman ərdəmdən) alma yolu(seyid heydər bayatdan) ölüm öpüşündən yanmış lələklər və ah gözlərindən doğulmaq(kiyan xiyavdan) bu kitabların adlarını belə eşitmədiyinizi söyləmək çətin olmaz. bu kitabları oxuyan oxucu Güney şeiri üzərinə və Güney oxucu zövqunə belə gözlənilməz bir alçaldıcı görüşlə yanaşanmaz. bu kitablarla yanaşı Qəşəm bəyin şeir istilinə bənzər kitablar da az olmayıb. Qəşəm bəyin kitabını Güney oxucusunun zövqünün meyarı kimi götürmək böyük yanlışdır.
    hələ bunlar bir yana qalsın. Qəşəm Nəcəfzadə güneydə sadəcə çap olub, siz düz deyirdinizsə üzünüzü onun şeirlərini zəhmət çəkib, vaxt qoyub ingiliscəyə və başqa dillərə çevirənlərə
    tutaydınız. olmazdımı?
    bununla da bitmir, Azərbaycan Respoblikasında yeddi milyonluq bir toplumda Qəşəm bəyin öz oxucusu varsa, 30 milyonluq Güneydə də bu oxucu zövqünün olması sizi niyə də düşündürməməlidir.

    sizi tanımıram, ancaq kamentinizi oxumuş bir oxucu kimi nə şairə nə də oxucuya belə təhqiredici yanaşmanı düzgün saymıram. burda yazdıqlarım isə Qəşəm bəyin şeirlərini təsdiqləmək anlamına gəlməyəcəyini umuram.
    sayqılarımla

  6. Hadi bey bular cocuk, size ne oldu, seridemi deyerlendirmek gucunuz kayb oldu, elxanin serleri cox gozel ve unikaldi,eger sizler (hadiden savay) elxanin serlerinde zoofillik goruursunuzse bu sizin icinizdeki pisliklerin gotergesidir…yaxsi oxuyun ve coz yazig: Allah sie rehmet elesin diriyken oluluer

  7. alqislayiram! elxanin seirlerini hedsiz derecede sevirem. noshun ki onun seirleri adami ucurdur. esasi da odur ki qacqinkomdan ferqli yazir. zal, seirler kitabin cixan kimi mene gonder. oxuyaq hezz alaq!

  8. Hadi Qaracayin Nezerine

    Hormetli Hadi Qaracay,Men Guney edebiyyatini oxuyur ve yuksek qiymetlendirirem.Burada serh yazan misrqilinc/tessufler olsun ki, bu misr qilinc burada soz seklinde kecel hemzenin elindedir/ kimilerin adetidir bu cur qarayaxmalar.Siz yazirsiniz qeshem ingilis dilinde cap olunanda niye demediniz?/burada bir az sizden inciyirem, niye de demeliydiler?/ Amma dediler, onlar dediler ki, avropa seiri qanmir,ona gore qeshemin orada kitabi cixir. Baxarsan men asaqidaki serhi senden qabaq yazmisam bu nadanlar ucun.bax

    http://kultaz.com/2008/12/24/settar-mahmudoglu-seherecen-mugani-atlar-mugam-oxuyar/#comments

    Qəşəm Nəcəfzadə adlı istifadəçi, Dekabr 26, 2008 tarixində, saat 10:09 yazıb:

    Men hamiya, esas da hormeetli Tanisa,Cilqina derin tesekkurumu bildirirem.
    Sizden bir seyi xahis eleyirem, mene gore /ve mensiz/guney edebiyyatini qerezli tenqid elemiyin. Guneyde cox maraqli edebi proses yaranir ve var.Onlardan Aydin Araz, Duman Erdem, Hadi Qaracay, Seid Muqanli, Dalqa Xatinoqlu, Lale Cavansir, Alma Nuqanli, Turkan Urmulu, Melihe Ezizpur, Ceferi Ruqeyye Seyid Heyder Bayat, Eyvaz Taha ve nece-nece basqalarini gostermek olar.Onlarin coxu oz vetenlerinden dideregin dusub avropaya dunyaya sepelenibler, onlar milli azadliq uqrunda mubaruze aparirlar, zindanlara atilirlar. Biz onlari mudafie etmek evezine gorun neler danisiriq. Sizden xahis edirem mene ne deyirsiniz mene deyin Amma Guneyimize bir soz demeyin, Sehriyara toxunmayin. Siz meni tenqid etmeye adetkar da olmusunuz. Avropada yer tutdum, dediniz avropa seiri qanmir . Bilirem esebisiniz amma Guneye toxunmayin. Men Rasim Qaracaya ve Zahir Ezemete minnetdaram ki, hemise onlari cap eleyir. saq olsunlar. Sonda yene deyirem menim kitabima eseblesib edelatsizlikler elemeyin. Cox xahis edirem.

    Sizlere hormetle Qeshem Necefzade

  9. He, he, hezz alaq.

Şərh yazın