Kamil Vəli haqqında
Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 26 Aralık, 2008
Qan Turalı
Qənimət Zahidlə həbs olunandan bir neçə gün əvvəl Azneft beydanındakı beton bayrağın altında rastlaşdıq. Qənimət bəyə mənə yenidən “Azadlıq”a yazmağı təklif etdi. Amma öz şərtini də dedi: “Nədən yazırsan yaz, amma Kamil Vəlidən yazma”. Qənimət Zahid az sonra həbsə atıldı. Kamil Vəlidən isə heç bir səs çıxmadı.
Uzun fasilədən sonra Kamil Vəli keçən şənbə “Yeni Müsavat”da göründü. Bu vaxta qədər isə o, türk konqresi ilə bağlı mədhiyyələr söyləmişdi, konqresə dəvət almasına görə ölkə başçısını Əli bəy Hüseynzadəyə bənzətmişdi.
Kamil Vəlinin yazdığı yazınıın mövzusu haqqında danışsam, bir xeyli yer tutacaq. Çünki Kamil Vəli Pənah Hüseynin savadından tutmuş, Nizami Cəfərovun əqidəsinə, orda da Əkrəm Əylislinin cığallığına qədər bir çox şeydən danışıb, guya isə əsas məsələ Rüstəm İbrahimbəyovun müsahibəsidir. Yazıda soyuq və rasional alim təfəkkürü, yaxud türkoloq alimin dilə həssaslığı yoxdur, rus dilində xeyli sözlər işlədib, türkoloq olmasını isə türk dilində olan uğursuz neologizmləri kullanmaqla xatırladıbb. Qısaca mən həlməşiyə bənzər bir şeyi mədəmə ötürməli oldum.
Kamil Vəli deyir ki, mən siyasət üçün doğulmamışam. Hakimiyyətlə mübarizədə ən radikal mövqe tutan AXCP-nin sədr müavini siyasət üçün doğulmadığını deyir. Bəs elədirsə, Kamil Vəlinin yaradılış təyinatı nədir axı?
Deyir ki, mən Cəbhədə ağsaqqalam. Cəbhə nədir axı? Siyasi partiya, yoxsa elat? Partiyada ağsaqqal olmaq nə deməkdir? Bu partiya hökumətə qarşı fəal müxalifətdədir, partiyanın qəzetinin iki yazarı və ona qədər fəalı həbsdədir, partiya sədrinin xarici pasportu, partiyanın qərargahı yoxdur. Amma onun sədr müavini ağsaqqaldır. Kamil Vəli harda və necə ağsaqqallıq edib?
Məlumdur ki, siz professorsunuz. Hər halda bu barədə sənədiniz var. Bəs onda niyə bircə dəfə də olsun Mirzə Sakitin şeirləri haqqında yazmamısınız. Hər şey cəhənnəmə, nəyə görə bircə dəfə də olsun Qənimət və Sakitin həbs edilməsiylə bağlı səsinizi çıxartmamısınız. Ağsaqqalın müasir cəmiyyətdəki anlamını, yəni hər şeydən ən son xəbər tutan və qərarların verilməsində heç bir iştirakı olmayan adam anlamını nəzərdə tutursunuzsa, bəli, siz ağsaqqalsınız. Məlumdur ki, bir zamanlar ciddi institut olan ağsaqqallıq institutu indi sadəcə olaraq rişxənd obyektidir. Bu yaxınlarda Ağstafaya qatarla gedəndə konduktora müraciətlə deyilən bir cümləni bura yazıram: “Ağsaqqal, çay gətir”. Siz də məhz bu cür ağsaqqalsınız.
Ağsaqqal partiyada olmur, tayfada olur. “Cümhuriyyət” qəzetində Əli Kərimlinin əleyhinə yazdığınız onlarla məqaləni heç kim unutmayıb. Tövbə yazınızı da. İndi də Anar haqqında yazdığınıza görə tövbə edirsiniz. Tövbə etmək pis şey deyil. Lakin məsələ burdadır ki, siz yazılarınızda səmimi olmadığınız kimi tövbənizdə də səmimi deyilsiniz.
Kamil Vəli yazır: “Anar haqqında yazılarımda etika hissini siyasi coşğunluğuma qurban vermişəm”. Axı sizin nə zaman siyasi coşğunluq hissiniz olub? Sizin Anarla olan mübarizənizdə siyasi çalar var idimi? Bəs elədirsə, indi niyə heç olmasa özünüzün də yazdığınız kimi, etikalı, amma tənqidçi yazısı yazmırsınız? Anar sizdən fərqli olaraq üç partiya dəyişməyib axı. Eləcə də Anarla Elçinin nə fərqi var? Elçin hətta Anardan fərqli olaraq hökumətin, sizin ağsaqqal olduğunuz partiyanın mübarizə apardığı hökumətin üzvüdür. Bəs niyə onun haqqında yazırsınız, dostluq edirsiniz? Mübarizə bəs nədir? Siyasi coşğunluq bəs nədir? Yerlibazlıq və tayfabazlıq hissləri ilə yaşayan adam üçün “siyasi coşğunluq” ifadəsi bir az mübaliğəli deyil ki?
Kamil Vəli “dəyişə-dəyişə dəyişməz ola bilmək” adlı bir tezis irəli sürür. Hər zamankı kimi o ciddi söhbətlərə baş vuranda səhv buraxır. Guya Məhəmməd Peyğəmbər dəyişə-dəyişə dəyişməz olubmuş. Bəli, insan yaş artdıqca, mütailə, həyat təcrübəsi genişləndikcə xarakteri, dünyagörüşü müəyyənləşir. Lakin bunun Quranı dindarların dediyi kimi vəhy yolu ilə alan Məhəmməd Peyğəmbərə dəxli yoxdur. Məsələni Kamil Vəliyə aid edək. Kamil Vəli hansı dəyişiklər edib ki, dəyişməzliyə gəlib çıxıb?
İyun qiyamından sonra Elçibəyin bütün komandası öz səlahiyyətlərini dondursa da yalnız Kamil Vəli öz postunda qalıb yeni hökumətlə anlaşmağa çalışdı. Alınmadı. Onu prezident sərəncamı ilə vəzifəsindən uzaqlaşdırdılar. Bir postdan imtina etməyi bacarmayan bir şəxs Orxan Pamuku Nobeldən imtina etməyə çağırır. Siz nədən imtina etmisiniz ki, imtinadan danışırsınız? Budurmu dəyişiklik?
Daha sonra neylədiniz? Cəbhə parçalananda Mirmahmud Mirəlioğlunun yanına keçdiniz. Ordan İsa Qəmbərin yanına gəldiniz. Daha sonra isə AXCP-yə. Dəyişə-dəyişə dəyişməz olmaq bunamı deyirsiniz?
Siyasətlə məşğul olmağa yaşının (61 yaş) və səhhətinin imkan vermədiyini deyən Kamil Vəlinin nədənsə hakimiyyətin xarici siyasətini dəstəkləməsi də maraq doğurur. Bir müddət əvvəl anoloji açıqlamalarla indi Faiq Ağayevlə “mavi-lezbiyen” duelinə çıxan Flora Kərimova da çıxış etmişdi. Siyasətlə məşğul olmuram, amma hakimiyyətin xarici siyasətini dəstəkləyirəm- AXCP sədrinin müavininin tipik ziyalı mövqeyi bu cürdür. Kamil Vəlinin adını yazıda çəkdiyi Atatürk serrozla əlbəyaxa olduğu günlərdə müalicə olunmayıb Hatayı Türkiyəyə qaytarmaq üçün çabaladı. Atatürk çəkinirdi ki, onun Avropadan həkim gətirib müalicə olunduğunu eşidən düşmən güc qazanar. Yaşa gəldikdə isə, mərhum Prezident Heydər Əliyev hakimiyyətə gələndə 70 yaşını tamamlamışdı. Bir sözlə adamda siyasətlə məşğul olmaq üçün səhhətdən və yaşdan da önəmli olan xarakter olmalıdır. Xarakter və Kamil Vəli isə diametral qütblərdə dayanır.
Kamil Vəlinin bu gün ortaya qoyduğu və özünün ziyalı mövqeyi adlandırdığı mövqe standart ziyalı mövqeyidir. Bu gün Azərbaycan ziyalısı üçün yalnız şəxsi mənafe var, başqa bir şey yoxdur. Kamil Vəlinin sitatlarından seçdiyim xronoloji bir düzümə fikir verək:
“Nərmin Kamalın yazıları çox xoşuma gəlir.”
Kamil Vəli, “Yeni Müsavat” 21 fevral 2007- “Haqqı qoçuluqla əldə etmək olmaz”.
“Nərmin Kamalın yazılarında sevindirici nəsə tapıram, ondan böyük sənət naminə nəsə gözləyirəm.”
24 Fevral 2007, “525-ci qəzet”, Kamil Vəli Nərimanoğlunun “Şeytanla mələklərin davası” yazısından
“Kamil Vəlinin yazarları hansı məntiqlə iki qrupa bölündüyü bəllidir: Kamil Vəlini tənqid edənlər (Həmid və Qanturalı) və onun haqqında heç nə yazmayanlar. Ona görə də Kamil Vəlinin səmimiyəti bizdə şübhə doğurur.”
Nərmin Kamal, 4 mart 2007, “Reytinq qəzeti”
“Nərmin Kamalın qəzetlərin birində tərbiyəsiz bir yazısını oxudum.”
7 mart 2007, Kamil Vəli Nərimanoğlunun “Gündəlik Azərbaycan”a verdiyi müsahibədən
Bəli, bu adamın həyat və yaradıcılıq kredosunu bu cədvəllə müəyyən etmək çətin deyil. O heç bir zaman ictimai mənafe naminə çalışmayıb. Yarımçıq savadı və natamam xarakteri ilə hər zaman öz xeyri hardadırsa, orda da bulunub.






Yüklənir...
Tural yenə KVN-i darmadağın elədi.
Yazinin ikinci hissesi niye yoxdur?
Tural, sene 5. kisihi adamsan. yazini bele yazarlar. davam ele, davam ele, davam ele! men her defe bu yazilari oxuyanda kef eleyirem.
Tural, əzizim, axı sənə xahiş elədim ki, ölülərdən əl çəkəsən. Nə tərs adamsan sən! Vallah qorxuram axırda bu ölüləri dirildəsən, təzədən zibilə düşək.
Eləmə, dostum.
Bu yazı
Qan Turalın
haqsız və qərəzli yaradiciliq nümununələrindəndir!
Bircə-bircə deyim:
Qənimət Zahid- qapisi acilsin!- Qan Turala deyib ki, kimdən, nədən yazirsan yaz, Kamil müəəllimdən yazma! Niyə?- sualini Qənimətə niyə verməyib Tural? Kamil müəllimin tənqidolunmazligina niyə razılaşıb? Razılaşıbsa, sözünü niyə tutmayıb? Bəlkə Azərbaycanın ən tarixi və peşəkar nəşrlərindən olan “Azadlığ”a qoyulan embarqolar saldı demokratik düşərgənin nüfuzunu? Bəlkə “yazma” deyən Qənimət tənqid olunmalı idi?
Bir adam- fərqi yoxdur kim- Turalin, Talehin, Nərminin bütün yazılarını bəyənmək zorundadirmı?
Kamil müəllimi Tural heç zaman ağsaqqal saya, onun ağsaqqallıq missiyasını başa düşə bilməz ona görə ki, Tural heç zaman CƏBHƏÇİ olmayıb!
Kamil müəllimin ağsaqqallığı patriarxal və PARTİ-”arxal” deyil- barışdırıcılıq, uzlaşdırıcılıq, nizamnamə və qərarla düzənlənməyən münasibətləri tənzimləməkdir!
CƏBHƏÇİ olmaq, bir partiyanın üzvü olmaq deyil, bir cameəyə mənsub olmaq da deyil!
Cəbhəçi olmaq DAİM HAQQI müdafiə eləməkdir!
Kamil müəllim DAİM HAQQI müdafiə edib!
Əli Kərimli tənqidolunmazdırmı?
Əli Kərimli- Elçibəy seçimində məhz Bəyi dəstəkləmək alqışa layiq deyilmi?
Əli Kərimli Əli Kərimli olsaydı, Kamil müəllimin haqlı tənqidinə əsas verməsəydi AXCP parçalanardımı? Təşkilat bu günə düşərdimi? Heçmi günahı yoxdur bu İFLASda Əli Bəyin?
Mən Kamil müəllimin AXCP-yə keçməsini yaxşı xatırlayıram. Onun həmin qərarını da Kamil müəllimin şəxsi ləyaqətinin, kiçik hisslərlə yaşamamasının və AXCP-yə doğma münasibətinin təsdiqi hesab edirəm. Qan Tural xahiş edirəm gələnlərdən yox, gedənlərdən yazsın!
O gedənlərdən ki, Elçibəy-Əli Kərimli münasibətlərinə zərbə vurublar.
O gedənlərdən ki, SÖZÜN HƏQİQİ MƏNASINDA SATILIBLAR!
O gedənlərdən ki, Kamil müəllim də daxil olmaqla biz hamımız Əli Kərimliyə onlara görə qarşı çıxmışıq…
Kamil müəllim yumşaq ifadələr işlədə bilər, İlham Əliyevin iştirask etdiyi tədbirdə- konfransda pərxaşlıq qatmaq ona yaraşmaz təbii…
Kamil müəllim siyasətlə məşğul olmur. Bu onun təməl haqqlarından biri deyilmi?
Ayrı vaxt deyirlər ki, qocalar imkan vermir… Çıxın da qabağa, Kamil müəllimin siyasətdə yeri boşdur. Öz gənclik enerjinizlə, ruhunuzla dinamizm gətirin AXCP-yə?
Lap elə Qan Tural, Nərmin Kamal olsun AXCP sədrinin müavini… Niyə olmasın?
Mən bu yaxınlarda Azərbaycan dili ilə bağlı bir kitab oxudum. Orada Kamil müəllimin və Firudun Cəlilovun məqalələrinə sözün əsl mənasında heyrətləndim! Onlar ciddi tədqiqatçılar və yaxşı alimlərdir! Lütfən…
Pərviz deyir: Ölüləri diriltməyək!
Qardaşım, bu dəqiqə Azərbaycanda iki ölü var. Biri “Azadlıq” qəzetidir, qabilyyətinizi ortaya qoyun, senzorluğu buraxın, onu yenidən AZADLIĞA çevirin! Bu işdə mən də əlimdən gələni edərəm!
Biri də müavinləri bir-bir aradan çıxan AXCP sədridir. Gəlin onu da dirildək, ona nəfəs verək və onu hakimiyyətin planına uyğun şəkildə “bir partiya-bir papka” liderinə çevirməyək!
AXCP-yə və “Azadlığ”a yeni zehniyyət gərəkdir!
Mirzə Sakit- qapısı açıq olsun- Kamil müəllimin təhlilinə layiq yazar deyil. Bunu niyə qəbul eləmək istəmirsiniz?
Qəniməti Kamil müəllimin üzvü olduğu partiya müdafiə etmirmi? Kamil müəllim bəyəm YAP-ın üzvüdür?
İndi Azərbaycanın Kamil müəllimi itirəcək vaxtı deyil!
Taleh, sən Allah bəsdi…
Kamil Veli muellim haqqinda yazilanlarin hamisini beyenirem. Bu adamin heqiqeten hech zaman oz simasi olmayib. Ya da xeyri olan yerde simasini itirib. Elbette, bir professor haqqinda bu sozleri eshitmek o qeder de xosh deyil. Amma bir mesele var ki, heqiqet de deyilmelidir.
Qanturalinin qan-ter icherisinde yazdiqi bu yazinin obyekti bele eziyyete deymezdi.Chunki Kamil Veli deyishe-deyishe dala gedir.Onun Kamil Veliyev olduqu vaxtlardaki hormet ve nufuzu indiki guppultulu Kamil Veli Nerimanoqluluqundan qat-qat ustun idi.Elbette, kechmish telebelerinden biri kimi muellimimimizin bu reqressiv inkishafi bizi kederlendirir.Kamil Veli tay-tushlari arasinda nufuzunu tamam itirib.Ona gore de ozune aqsaqqalliq missiyasi kimi gorunen yazilari hech bir effekt vermir.Hami bunu Kamil beyin shexsi chixarlara hesablanmish novbeti cehdi kimi deyerlendirir.Amma istenilen halda men Qan Turali kimi hele edebiyyat qarshisinda hech bir xidmeti olmayan birisinin bele prokuror rolunda chixish etmesini de qebul ede bilmirem.Amma sebebini basha dushurem. Chunki boshluqu kimse doldurmalidir.
Ədəbiyyat qarşısında xidmət kimi stalinizm qoxan ifadəni izah etsəniz pis olmazdı.
KVN – bu inisialda her shey deyilib – Klub Veselix i Naxodchivix. Maslyakov bele KVN-den cesaretli, abirli adamdir. Adam 60-ci illerde chixib siyasi movzularda zarafat edirdi, mesxeree qoyurdu ciddi bir sistemi. Khrushovun qilincinin dali-qabagi kesdiyi zamanlar. KVN ise Azerbaycan boyda mesxereni ciddiyyete getirir.
Rasim Qaraca ile KVN in ferqi nedi?!
Tural axı sənə demişdim ki Kamil Müəllim haqqında yazma. Deyesən meydan boşalıb diyə serheddni aşmısan. Eybi yox senle uz- uze gelerik.
Dunyayi sen mi qurtarican lan?!
)))
Ay bedbextler sizin Kamil Muellim kimi insanlara hele chox ehtiyaciniz olacaq. Elbetde mubariz,namuslu,eqideli insanlara Azerbaycan elitasinda heleki yer yoxdu. Biz Kamil muellimi itirdik (cismani olmasada ruhen itirdik) Qan Tural kimi nagilbazlar ise yixilana balta vurmaqdan zovq alirlar.Qan Turalin yazisini oxuyanda ele bildim ki o hansisa ermeni haqqinda bele yazib… Qan Turali qinamaqda olmur..Chunki Bedbext Kamil muellim haqqinda ancaq nagilbazlarin agzindan eshitdiyini yazib. Kamil muellim indi Turkiye yazarlari icherisinde boyuk hormete malik bir insandi.. Gorunur Turkler bizden daha chox qiymet vermeyi bacarirlar.. Tural kimilerine chox yazixlar olsun
Men Turkiyede turkologiya uzre tehsil alan bir Azerbaycanli genc kimi Kamil muellimin hormetin ve nufuzun her yerde gorurem, sen ordan gore bilmirsense ona camaat neynesin axi?! Devequsu kimi basinizi soxmusunuz qicinizin arasina, agziniza geleni danisirsiniz. Men Azerbaycan medeniyyetini teblig eden ve bir cox yazini da hevesle oxudugum bu saytin moderatorlarini da qinayiram ki, bu cur peskalara soz haqqi verirsiniz. Umid edirem ki, bu gozel sayt ozunu bu virus ve mikroblardan temizleyecek.
Bu yazı haqqında fikrimi geniş şəkildə yazmalıyam, ancaq öncə yaxşıca yatmalıyam. Ən böyük və ciddi əsərlər yaxşı yatdıqdan sonra yazılır, məncə. Yazsanızda yazınızı yaymayın, bir dəfə yatın oyanın yenidən oxuyacaqsınız sonra daha yaxşı olur. Hər dadlı yatış insana yeniliklər gətirir. Mən min ildən artıdır yatmağımızı demirəm haaa, yanlış anlamayın. Yatıb oyanmağı deyirəm, Yatıb oyanmamağı demirəm.
Hormetli moderatorlar ve sayt idarecileri. Indi gorurem ki, menim serhimi ixtisar etmisiniz. Bunu sayt prinsipleri kimi deyerlendirmek ve haqli saymaq olar. Ancaq nece olur ki, Qan Turali kimi birinin Kamil muellim haqqinda tehqir dolu yazisini indiye qeder bas meqale kimi saxlayirsiniz? Bu hansi edalet prinsiplerine sigir, xahis edirem izah edesiniz?! Bu sayti bir daha xahis edirem bu cur edebiyyatin “qonaqdan qalmalari” ile mundarlayib, esas meqsedinden saptirmayasiniz.
Hormetle, Tahir Necefov
Qan Tural bəy, ilk dəfədir sizdən bir yazı oxuyuram. Nərimanoğlunun bir neçə məqaləsini oxumuşam. Öncə onu deyim ki, dilçilik üzrə professor olmaq dilçi alim olmaq anlamına gəlməz. Dilçi, Əlişir nƏvaidir, Mahmud Kaşqarlıdır. Yəni dil üzərinə bir şeylər kəşf etmiş alimlərdir. Örnəyin “Dilçilik saatı”nın yazarı Kondratov dilçidir. Nərimanoğlu əfəndi dil üzərinə nəyi kəşf etmişdir? Dilçi Akop Dilaçardır. XX əsrdə türk dili üzərinə barmaq sayı mütəxəssis alim yetişmişdir. Onların başında Dilaçar gəlir. Çünkü gerçəkdən türk dilinin açarı olmuş, türkçənin özünü artırma, doğub-doğurma qanunlarını geniş miqyasda kəşf etmişdir. Atatürk də yersiz yerə ona “dilaçar” ləqəbini verməmişdir. Ona görə də bir sürü yabancı qramatologiya sözlərini əzbərləyib tezis yazmaq dilçi olmaq anlamında deyildir bəy əfəndi. İlk öncə bunu başdan bəlli etməmiz gərəkir. Nərimanoğlu əfəndinin oxuduqlarım yazıları mənə bu dəyərli insanımızın dilçi olmadığını göstərdi. Həsənbəy Zərdabi haqqındakı yazısı maraqlıdır. Başqa maraq doğuracaq yazıları da vardır. Ancaq burada bəzi dostların yazdığı kimi Türk Dünyasında məşhur olan türkoloqlardan biri deyildir. Bu “məşhur” sözü dərinliyi olmayan qavramdır. Bəzən yanlış adamlar məşhur olurlar. Məşhur olmanın iki yolu var: 1. Adam bir qanun kəşf edir, ya da örnəyin Atatürk kimi böyük bir tarix yaradıb məşhur olur. 2. Münasibətlər adamı məşhur edir. İkinci variantın məşhur adamları böyük insanlar olmurlar. Hesab edirəm ki, Nərimanoğlu əfəndi də ikinci qismə mənsubdur. Mənin Nərimanoğlu əfəndinin insani tərəfləri ilə işim yoxdur, çünkü yaxından tanımıram, heç önəmli də deyildir mənim üçün.
Örnəyin Nərimanoğlunun Əibəy Hüseynzadədə böyüklük axtarması hər zaman məni düşündürmüşdür. Hüseynzadənin harasındadır o böyüklük? Hansı əsərindədir. Ofeliya Bayramovanın 4 kitab şəklində hazırladığı Hüseynzadənin əsərlərinin hamısını diqqətlə oxudum. “Fiyuzat” və “Həyat” dərgilərində çıxan məqalələri. Sonra da öz-özümə dedim ki, Hüseynzadə haqqında böyük konuşanlar bunun düşüncəsinin harasında dərinlik görürlər? Əlbəy Hüseynzadənin harası türkçü olmuş? Əlibəy Hüseynzadə baltanı tam kökümüzdən vurmuş. Bizim damarlarımızda fars qanının dolaşdığını yazmış, dilimizin də farsca ilə eyni kökdən olduğunu yazmış. Bunun üçün saxta osmanlıca deyilən bir dildə yazmışdır. Yəni Hüseynzadənin saxta görüşlərini elmi olmayan baxışlarını osmanlıca kimi soysyz bir dil doğrular yöndə idi. Hüseynzadənin tarix bilgisinin qaynağı fars milliyətçiliyinin əsəri olan Firdovsinin “şahnamə”sidir. Mirzə Cəlil zamanında çox haqlı olaraq “Anamın kitabı” əsərində Hüseynzadənin tərcüməsini ikrahla vermişdir. Mən hələ də anlamış deyiləm ki, gerçəkdən də Nərimanoğlu əfəndi, Hüseynzadni oxumuş yoxsa çayxanalarda onun haqqında bir şeylər eşitmişdir?
Qan Turalı əfəndi, yazınız dərin elmi yöntəmlərə dayanmamaqdadır. Nərimanoğluna qarşı olan antipatiyanız elmi yanaşmanızı üstələmişdir. Bir halda kı Nərimanoğlu timsalında daha yeni bir cərəyan olaraq önəmli mövzulara toxuna bilərdiniz.
Məsələn Nərimanoğlunu Mirzə Sakitin şeirlərini dəyərləndirməməkdə suçlayırsınız! Mirzə Sakitin elə dərin satirik məzmunu olan şeirləri yoxdur. Mirzə Sakit satiranın fəlsəfi dərinliyini öz bilgilərində idrak edə bilməmiş bir vətəndaşdır. Zindana düşmək insanın sənətini böyütməz, ancaq adamı məşhur edə bilər. Məzmunundan ayrılmış sosial həyatı anlatmaq satiranın önəmli görəvlərindən biridir. Bu isə dərin sosioloj və sənətşünaslıq bilgisi gərəkdirir. Mirzə Sakitin yazdıqları onun bu bilgilərdən məhrum olduğunu göstərir. Bu baxımdan Baba Pünhan da satirik şair deyildi. Satira yersiz yerə güldürməz. Sabirdən sonra satirada Orta Doğuda şair yetişmədi. Azərbaycan iqtidarının yanlış politikası və hər əlinə qələm alanı həbs etməsi sənət dünyamıza yanlış adamları soxur.
Nərimanoğlunun “Peyqəmbər dəyişə-dəyişə dəyişməz olub” deməsi də məlum edir ki, Kamil bəyin din bilgisi çox zəifdir. Çünkü Peyqəmbər dəyişməz deyildi. O da dəyişirdi. Fransız dilində belə bir atasözü var: “Dəyişməyən axmaqdır.”
Qan Turalı bəy, Nərimanoğlu yəqin ki, bilmir Quranın böyük bir qismi özü tərəfindən ibtal edilibdir, dəyərsiz sözlər yığını halına gəlibdir. Buna İslam fəlsəfəsində “nasix və mənsux” deyirlər. Yəni batil edən və batil olunan. Quranda bir çox ayələr var ki, daha sonra gələn ayələr tərəfindən ya batil edilib, ya da əksiklikləri düzəldilib. Məsələn Quranda “Dində zor yoxdur” kimi məşhur bir ayə var. Bu ayə daha sonrakı “qital” ayələri tərəfindən ibtal edilibdir. Bu üzdən də Quran yalnız qətl və öldürmə kitabına dönüşmüşdür. Lakin bu ayələri də yalnız peyqəmbər tətbiq edə bilərdi, başaqsı deyil. Peyqəmbər ən son peyqəmbər olduğu üçün Quranın öldürməyə fətva verən “cihad” hökmləri ibtal edilmişdir. Bu, çox önəmli və geniş mövzulardır. Bəlli ki, Nərimanoğlu əfəndinin bu haqda bilgiləri araşdırmalara deyil, eşitdiklərinə dayanır. Hətta bir çox din alimlərinə, islam alimlərinə görə Quranda hələ də “Qəraniq” var. Qəraniq, şeytanın Hz. Məhəmmədin ağzına qoyduğu, tələffüz etdirdiyi ayələr olmuşdur. Bu ayələrin bəziləri peyqəmbərin öz zamanında özü tərəfindən ibtal edimiş, Quranda yer almamışdır. Qurana ələşdirəl baxış olmadığı üçün Hz. Məhəmmədi varlığın bütün sirlərini bilən insan kimi anlatmışlar. Ancaq Quranda yazır ki, peyqəmbərə ruh haqqında bilgi verilməmişdir. Mohyəddin Ərəbi kimi müsəlmanlar isbat etmişlər ki, Hz. Məhəmməd öz zamanının ən ibtidai tibbi, nücum, fizik bilgilərini bilmirmiş. Bilməyən insan isə, bilgiyə doğru daimi bir dəyişkənlik içində olar. Kimsə Mohyəddin Ərəbini bu yanaşmasına görə kafir adlandırmamış, müsəlmalığını inkar etməmişdir. Yazıqlar olsun ki, islamşünaslıq islam dünyasında xürafələrə o qədər qarışdırılmış ki, islamın zatında olan doğru bilgiləri xürafat ört-basdır etmişdir.
“Siyasətlə məşğul olmaq üçün xarakter olmalıdır” deyirsiniz. Xarakter nədir? Əcəba, xarakter biologiyanın məhsuludur, yoxsa eyitimin? Bilim adamlarının isbatlamalarına görə xarakter cüzi şəkildə biologiyanın ürünüdür. Geniş miqyasda eyitimdən və ortamdan qaynaqlanar. Vəzifə şüuru insanı başqlaşdırır. Xarakterini tənzim edir. Məsələ burasındadır ki, Azərbaycanda xarakterli insanların da siyasətlə məşğul olmalarına zəmin yoxdur. İnsan varlığı və xarakteri bilim adamlarına görə irsiyət və mühitin məhsuludur. Mühitdəki gəlişmlər zaman axışı içində davranışa dönüşdüyü üçün irsi özəlliklər daşıyır, Qan Turalı əfəndi. Azərbaycan mənəvi mühiti insanların istedadını sadəcə siyasi planda deyil, başqa planlarda da söndürməkdədir. Bütün Şərqdə belədir. Bu üzdən də Azərbaycanın ictimai mühitindəki əksiklikləri də Nərimanoğlunun xarakterinə yükləməyin. Yalnız dahilər zamanı və ictimai mühiti aşa bilirlər. Məsələn uyğur lideri Rəbiə xanım Qədir kimi. Bu qadın böyük bir imperatorluğun, Çin imperializminin bütün amansız basqılarına rəğmən dünayada bir uyğur lideri kimi tanınmağı və öz millətini tanıtmağı başardı.
“Azərbaycan ziyalısı üçün yalnız şəxsi mənafe var” deyirsiniz. Bəlkə siz çox gəncsiniz. Həyatın nə qədər şirin, sevimli olduğunu hələ ağılla tərkib tapmamış duyğularınız anlamaqda zorluq çəkir. Yalnız istisna alturist insanlar mənafelərini düşünməzlər. İnsanın nəfsində öz mənafeyini qollama instinkti var. Ancaq toplumda elə ortam yaratmaq lazımdır ki, şəxsi mənafe ilə ictimami və milli mənafe örtüşsün. Belə olduğunda hər kəsdən fədakarlıq gözlənilmir. Fədakarlıqlarla işlər yürüməz. Fədakarlığın da zamanı və məkanı var. İnsan yaşamaq da istəyir. Zəngin olmaq çox gözəl duyğudur. Zəngin olmadığınız üçün bəlkə bunun bilincində deyilsiniz. Zəngin olub fədakar olmaq daha böyük işdir. Məsələn Budda kimi. Yoxsullar bəzən məcburən fədakar olurlar, çünkü yalnız bir tək seçənəkləri var. Ona görə də savaşlarda genəlliklə yoxsullar fədakarlıq göstərərlər. Bu yoxsulları fədakar olmaları üçün aldatmanın da min cür psixoloji yöntəmləri var. Necə ki, Xumeyni kimi bir qatil bu yoxsul kütləni dəstə-dəstə İran-İraq savaşında ölümə göndərdi. İslam yolunda savaş adı ilə. Baxıldığında bütün dinlər, ideologiyalar yoxsulları öz hədəfləri yolunda qullanmaq üçün ortaya çıxmışdır.
Keleyberli bey diyesen yatdi durdu ve fetvasini verdi)) Bir cox yonu ile razilasmasam da her halda oz sozunuzu ve fikrinizi ifade etmisiniz. Bu cur movqeye, dusunurem ki, hormetle yanasmaq lazimdir. Dogru da olsa, yalnis da olsa, oz baxisinizi aciqlamisiniz. Derd orasindadir ki, Qan Turali ve bu tipli opportunist (fursetci) zehniyetli bir nece neferin iddialarinin kokune getseniz goreceksiniz ki, bu yazini yazmasina sebeb hec bir fikriyyata, hec bir eqideye soykenmir. Ya Kamil Veliden nese umub ala bilmeyib (Elcin Efendiyev haqqindaki yazisinda qeyd etdiyi “bir konyakla mukafatlandirilmaq” benzeri bir sujet olub), ya da Sahsuvarlinin yazisinda qeyd etdiyi kimi “100 dollara gore uze durub”. Keleyberlinin sozu olmasin, bu hemin peygemberimizin diline yerlessdirilen “Qeraniq” kimi bir seydir ki bunlarin agzina yerlesdirilib. Yada ele suursuz sekilde ozu agzi ile tutub…
Adama deyerler ki, o mal mal baxdigin sekilde basina qoydugun kepka yiyesiz qalmasin, sen neynemisen axi? Indiye qeder yazdigin dilqir 5-10 yazi xaricinde neynemisen ki, Azerbaycani layiqince temsil eden bir professor haqqinda, eqidesine sedaqetini kecen zaman zerfinde subut etmis insan haqqinda agzini qoyursan Allah yoluna. Ele bunu Astanbeylinin Ramiz Rövşen haqqındakı yazısına da şamil etmek olar.
Qisacasi, her kes heddini bilmelidir. Nese edib ortaya qoyandan sonra basqasina dil uzada bilersen. Yoxsa o dilin gec tez ucun kesirler, yada umumiyyetle kokunden qoparirlar.
Get indi o kepkani qoy qabagina fikirles!!!
Tahir əfəndi Sizin yanaşmanız Qan Turalınınkından da daha bəsitdir. Bu “Fətva” sözü nədir yazmısınız bura? Bir yazının dəyərləndirməsi ətrafında söhbət gedir. Yəni Qantulaının yanaşması Kamil Vəliyə qarşı olan antipatiyasına dayanır, sizinki isə, Kamil Vəliyə olan simpatiyanız dəyərləndirmənizin məğzini təşkil edir, bu balaca dəyərləndirmənizin. Bilirsiniz ki, artıq modernitə ağsaqqallıq adında bir qurum tanımır. Modernitənin fırtınaları qopdu və ağsaqqllıq zirvəsindən ağsaqqallar donbalaq aşdılar. İndi bilgi çağıdır. Ağsaqqallıq çağı deyil. Bilginin isə saqqalı yoxdur. Bilgi evrənsəldir. törələrin, ənənələrin dar çərçivəsinə sığmaz bilgi. Girdiyi yeri genişlədər, daraltmaz. Ona görə də sizin “bizim ağsaqqal türkoloqumuzla sakın işiniz olmasın!” kimi əndişəniz əsassızdır və hər hansı dəyərləndirməni də “fətva!” adlandırmanız çağımızın çox arxalarında qalan səsin son nəfəsi kimi adam təsir edir. Siz Kamil Vəli bəyi onun yaradıcılığından örnəklər gətirərək savuna bilərsiniz. Mən internetdə olan Kamil Vəlinin bütün müsahibələrini və məqalələrini demək olar ki, oxumuşam. Kamil bəyin haqqında söz demək fikrimdə yox idi. Sadəcə buradakı yazı məni də danışdırmaq zorunda buraxdı. Bu da “fətva!” deyil. sərbəst fikir dartışmasıdır. Fikriniz yoxdursa “qaba” sözlərlə dartışmacıları sancmayın, buraxın insanlar fikirlərini söyləsinlər. Bu fikir datrışmaları düşüncə dünyamızda tənqidi işbiriliyi sağlamaqla birgə, ağlımızın önündəki bütün tabuları və önyarqıları ortadan qaldıra bilər. Təhqirin dışında hər şeyi danışmaq, yazışmaq olar. Bu gün modern müsəlmanlar özü hətta Quranı da dartışma altına aparmışlar. Yəni modernitə gəlmiş və toxunulmazlığı ortadan qaldırmışdır. Modern dünyada böyük insan olmaq çox çətin məsələdir. İdeoloji və dini diktatorluqlar ortadan qaldırılmışdır.
Örnəyin Qan Turalı, Kamli Vəlini indiki iqtidardan istifa vermədiyi üçün 93-də qınayır. Bilirsinizmi niyə? Çünkü Qan Turalı çox gəncdir, tarixi və tarixi şəxsiyətləri yaxşı bilmir. Məsələn Nizami Gəncəvi şaha elə yaltaqlıq edir ki, özünü Şahın qapısında sür-sümük yeyən köpəyə bənzədir. O zaman kimsə Nizamini özünü bu qədər təhqir etməsinə görə tənqid etsə idi, dərhal Şah tərəfindən öldürülərdi. Ancaq indi elə deyil.
Nizaminin “Sirlər xəzinəsi” əsərindəki bu şeirini sizə olduğu kimi yazıram, tərcüməsi ilə bir yerdə:
با فلک آن شب که نشینی به خوان
پیش من افکن قدری استخوان
کافر لاف سگیت می زنم
دبدبه بندگیت می زنم
Kimsə Nizamini bu əməlini görə ələşdirməz. Bu haqda daha fazla bir şey demək istəmirəm. Ancaq Nizamini də yarqılamaq haqqını modernitə bizə tanımışdır.
Keleyberli bey diyesen bu yazisini yatmadan yazib. Yada yaxsi yatmayib. Bundan evvelkini bir az oxsatmisdi…
Ozun bir “agsaqqal turkologla isiniz olmasin” tezi ortaya atmisan, ozun de munasibet bildirirsen. Oz kolgenle qilinc qilinc oynayirsan. Aqil Abbas demisken, yazini oxudum, amma hec ne basa dusmedim…
Qurandan vurub moderniteden cixmisiniz.
İslamdan, Qurandan ayeler getiren siz, hedisden vecizler deyen siz. Men bir fitva dedim gunahkarmi oldum? (Bu arada fitva nedir deye sual edirsiz. Yazim tam menasini, aydinlatmaqda belke faydasi olar: a. İslam hukuku ile ilgili bir sorunun dinî hukuk kurallarına göre çözümünü açıklayan, şeyhülislam veya müftü tarafından verilebilen belge (Turk Dil Kurumu Buyuk Sozlugu, Ankara, 2005).
Keleyberli bey, nece olur, siz camaati tehqir ede bilirisiniz (ne qeder biteref movqeden qeleme alinmis gorunse de, yazilariniz heqaret ehtiva edir), onlarin sevenleri, simpatizanlari size bir sey deyende bu olur qabaliq, insani sancmaq?! Sizinki fikirdir, milletin ki, kobudluq? Yox ezizim, kecmez.
Beli, menim Kamil Veliye qarsi bir simpatiyam var, bunu gizletmirem de (baxmayaraq onunla bir defe bir beynelxalq tedbirde ayaqustu gorusmusuk, sexsi munasibetimiz yoxdur). Sirf Azerbaycan ziyalisi kimi burada basimizi uca etdiyi ucun ona hormetim var. Adam kimi adam oldugu, milletini layiqince temsil etdiyi ucun. Bu bir vetendas kimi mene kifayet edir. Birde ki, burada sozkonusu sadece Kamil Veli deyil. Umumiyyetle terbiyesiz munasibet terzidir.
Sayin Keleyberli, bu mubahiseye nece oldu daxil oldunuz, sizi ne sovq etdi bilmirem, maraqli da deyil menim ucun. Yazilarinizin mahiyyeti bir terefe, iki gun arayla yazdiginiz yazida ozunuz ozunuzle ziddiyet teskil edirsiniz. Daha dogrusu incimeyin, yalan danisirsiniz. Yaniliramsa lutf edib duzeldin: 1. Nərimanoğlunun bir neçə məqaləsini oxumuşam (İyul 15th, 2009 23:10 ) 2. Mən internetdə olan Kamil Vəlinin bütün müsahibələrini və məqalələrini demək olar ki, oxumuşam (İyul 16th, 2009 22:40). Derin felsefi fikirlere girmeden, yazanda bir gun onceki yazilariniza bir nezer salin ki, bele xos olmayan goruntuler ortaya cixmasin!!!
Kiçik qeyd: Kamil Velini yaradiciligindan numuneler vererek savunmagimi meslehet gorursunuz. Bu metod, genelde o hallarda olur ki, qarsi terefin de muqayisede tereziye qoymaga neyise olur. Onlari qarsilasdirib, arqumentlesdirirsen. Bu veziyyetde bu absurddur, qeyri mumkundur.
Bu Qan Turali eblehinin neyi var ki, neyini de qoyasan ortaya? Her seyi qoy bir terefe, K. Velinin kitablarini ust uste qoyub terezinin bir gozune, Qan Turalini da diger gozune oturdsan (hetta butun gis paltarlari geyindirilmis veziyyetde…) yene menzere deyismeyecek.