Nobel ödüllü yazar vəfat etdi
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Aralık, 2008
Nobel ödüllü ingilis ədəbiyyatçısı, aktyor, insan haqları müdafiəçisi Herold Pinter həyatını dəyişib.
Pinter, ingilis teatrının 20-ci yüzilliyin ikinci yarısındakı təmsilçisi hesab edilirdi. 2005-ci il Nobel Ədəbiyyat Ödülünə layiq görülən ingilis yazıçısı, ssenarist, şair, teatr rejissoru, aktyor Herold Pinter qırtlaq xərçənginə məğlub olub. Uzun müddətdir xərçəngə qarşı müalicə alan, 78 yaşlı Pinterin vəfatı, ikinci həyat yoldaşı, roman və tarix yazarı ledi Antoniya Freyzer tərəfindən açıqlanıb.
“Gündəlik keşməkeş içindəki uçurumları gözlər önünə sərən və zülmün qapalı otaqlarını açılmağa məcbur edən bir yazar” idi o. Nobel komitəsi 2005-ci ildə ona mükafatı verərkən belə təqdim etmişdi Herold Pinteri.
Pinter, ingilis teatrının ən seçmə nümayəndələrindən biri idi. Pinterin önəmli əsərləri arasında “Qapıçı”, “Doğum günü partisi”, “Yuvaya dönüş” və “Aldatma” yer alır.
Pinter, eyni zamanda insan haqları uğrunda mübarizə aparan önəmli şəxslərdən idi. 2003- cü ildə “İraq Müharibəsi” əleyhinə şeirləriylə “Wilfred Owen” şeir mükafatını qazanmışdı. //Rəşad Səfərov, Kultaz





Yüklənir...