Sevinc Çılğın. ÇƏRƏNÇİNİN MƏKTUBLARI (Hekayə)
Yazar: Admin | Bölmə: Proza | Tarix: 26 Aralık, 2008
“Çoxdandır ki, sənə yazıb hər şeyi demək istəyirəm. Sənə boşuna ümid verib özümü də, səni də aldadıram. Əslində təzədən başlayıb əvvəlki sözləri təkrar etməyin də mənası yoxdur. Özün də bilirsən ki, xətrini nə qədər istəyirəm. Amma sənə ərə gəlməyə bu bəs eləmir. Bu iş mərhəmətlə-filan olan şey deyil.
Dayın arvadı bizimkilərə bir-iki aya qayıdacağını deyib. Hamı səni gözləyir. Desəm məndən başqa, üzülüb-eləmə. Yəni ki, ümidlə qayıdıb yox eşidəcəyini düşündükcə, daha bir-iki ay da orda qalıb unutmağını istəyirəm.
Ötən bir-iki görüşün xəyalına uyub özünü bədbəxt eləmə. Unut məni. Unut getsin…
Bizimki də gələsidir yaxınlarda. Neynim, unuda bilmədim. Kənddən xəbər gətirən Fərhad əminin kiçik oğlu dedi ki, gələn yaza ümid yeri var. Sözüm ondadır ki, sən də daha ümid eləmə. Bir parça daş bil məni, keçib getsin.
Salamat qal!” – təxminən belə bir məktub yazmaq istəyirdim ona. Gecə vermişdim bu qərarı. Tənbəllik eləməyib oturub yazdım da. Ama adi dəftər vərəqi tapa bilmədim. Əlimi uzadıb stolun üstündəki salfetlərdən bir neçəsini götürüb cızmaqara elədim. Soyuducunun səsi əsəblərimlə oynayırdı. Qazı da söndürməmişdilər. Bu dəfə tənbəllik edə bilmədim. Durub bütün səsləri kəsdim. “Cəhənnəmə xərəb olsun ət də, toyuq da” – bəyəm gecənin bu aləmi başqa şey düşünmək olardı? Mən də elə bunu düşündüm. Yerimə girsəm də, yatmaqdansa qurcalandım. Nənəm həmişə yuxudan duran kimi uzun-uzadı yuxu danışardı. Yata bilmədiyi gecələrin səhərisə “balam, ilan vuran yatdı, mən yata bilmədim bu gecə” – deyərdi. Yəqin ki, bu gecə də bütün ilan vuranlar yatmışdı.
Yuxarıda yazdığım qaralama məktubu başımın altına qoydum. Sonra bir də açıb oxudum. Sonra bir də başımın altına qoydum. Qərar verə bilmirdim – “bunu göndərmək lazımdı, ya yox?!”. Sonra fikirləşdim ki, hələ bir səhər durum, baxım görüm, sabah da bu fikirdə olsam, göndərərəm. Deyəsən, sonra yatmışam ki, daha heç nə yadıma gəlmir.
***
Bu evdə yatmaq zülmdü, zülm. Səhərlə bir yerdə bizimkilər soyuducunu da açırlar. Çaydanın altı yanır, tava isinməkçün qazın gözünə qoyulur, mən də gözümü açıram. Ay yatdun ha bundan sonra…
Bizim evimiz çoxadamlıdır. Adamların hamısına yer olmasa da, yerlərin hamısında adam olur. Oturub saysaq, beş-altı ailə yaşayır bu mənzildə. Qohum sarıdan korluq çəkmərik. Bəlkə inandırıcı olmaz, ama yalan deyənin atasına lənət. Allah verən günün səhərini də, axşamını da ərə getməkdən başqa elə də böyük bir arzum olmur desəm, qınanmayım gərək. Artıq tez-tez düşünməyə başlamışam ki, mətbəxi yataq otağıyla əvəz etməyin vaxtı keçir. Yaşım da yerində dayanmayıb. Birini qapazlayıb ərə getmək lazımdır. İntəhası… Bu intəhasız iş ötmür ki, ötmür. Gecələri fəlsəfə doğrayıb, gündüzləri ona-buna ümid verməyi vərdişə döndərmişəm artıq. Unutmaq da biyardır elə bilirsən bu diyarda. Hər axşam…
***
Bizim evin damı srağa gün damıb da qanımızı qaraltdı. Düz on beş il bundan əvvəl Qamboy kişinin əlindən çıxmışdı bu dam. Kişi elə on beş ilə də zamin durmuşdu. Ötən günorta atam Qamboy kişini dartıb yenə gətirdi. Deyir, çıx dama, bir çarə qıl. Düz yollarda yanını əyə-əyə yeriyən Qamboy kişinin bu evin ikinci mərtəbəsinə necə dırmaşacağını maraqla izləməkdən ötrü həyətimizdə “ailə üzvlərimizdən ibarət” mitinq elədik. Yaşı yetmiş ikini haqlamış bu adamın “dərələrdən sel kimi, təpələrdən yel kimi” adlayıb evin damından üzüaşağı baxdığını görəndə gözlərimiz kəlləmizdə idi. Atam aşağıdan yuxarı dilləndi:
– Qamboy kişi, evin üstündəki o ceyranı görürsən?
– Görürəm, qadası. Noolub ki? – Qamboy kişi yuxarıdan aşağı.
– Üstünü yazdığın yadındadı? – aşağıdan yuxarı.
– Həəə, yaddan çıxarmı, qadası?! – yuxarıdan aşağı.
– Dəyiş onu. – aşağıdan yuxarı.
– Nəyi? Ceyranı? – yuxarıdan aşağı.
– Yoo. Ceyranın üstündəkini. – aşağıdan yuxarı.
– Niyə, qadası? – yuxarıdan aşağı.
– Vaxtı keçib. – aşağıdan yuxarı.
– Nəyin, qadası? – yuxarıdan aşağı.
– Oğlum böyüyüb… – aşağıdan yuxarı.
– Əcəb eləyib! – yuxarıdan aşağı.
– Daha onun adını yaz ora. Bu gün-sabah evləndirəsiyik. Vaxtı çatanda o
da dəyişər… – aşağıdan yuxarı.
– Bə sənin adın, qadası, adın illərdi burda yaşayır. Bu yerlərə baş çəkən
tapılanda Əsədin oğlu Səmədin ceyranlı evi deyib də itmiş küçələri tapırlar. Deyirsən indi bələdçilik eləməsin bu ceyranın? – yuxarıdan aşağı.
– Yenə edər də, nə dəyişir ki. İndi də deyərlər Səmədin oğlu Əsədin
ceyranlı evi. Zad deyil, babam eləyib – aşağıdan yuxarı.
Qamboy kişi bir ürəkdən güldü, gəl görəsən. Atam yenə aşağıdan yuxarı:
– Qamboy kişi, istəyirəm illərlə Əsədin oğlu Səmədin ceyranlı evi daha Səmədin oğlu Əsədin ceyranlı evi olsun də.
Gülüşünün axırı dərin bir aha dönən Qamboy kişinin deyəsən, üzü qaraldı. Qamboy kişi yuxarıdan aşağı…
***
İki gündür evimizin kandarını qanun keşikçiləri qoruyur kimi görsənsə də, sual-cavab olunmaqdan atam az qala qovacaq onları. Amma birtəhər dözüb yola verməyi əmim məsləhət bildi ona. Necə olmasa, bizim həyətin “məhsuludur” bu “cinayət”. Anam da dünəndən aylarla qapımızı döyməyən, indi ürəyi yandığından ah-uf edən qonşularımıza hadisəni hər nağıl edəndə ağlayır. Deyir – balamın adını yazaceydi ora. Səmədin oğlu Əsədin… – daha dalını deyə bilmir. Kövrəkdi anam…
***
Sabah qardaşım qıza baxmağa gedəcək. Hansı qıza? Keçən həftə Əhmədin toy kassetinə baxanda xalamın qonşusunun qızını göstərdilər ona – o qıza. Deyir, əsilli-nəsilli qızdı. Atası, anası da yaxşı adamdı. Bir də özündən kiçik bacısı var. Səkkizinci sinifdə oxuyur. Qızın da vur-tut on yeddi yaşı var. Halal süd əmib. Doqquzuncu sinifdən çıxarıb evdə oturdublar. Evcanlıdır. Yaxşı biş-düş bacarır. Qızın bir eybi var, o da eyibsizliyidir. Anam deyir bizə də beləsi lazımdı. Deyir, oğlum aydan arı, sudan durudur. Sabah qardaşım qızla bir-iki kəlmə kəsməlidir. Yaxşı kəssə, bir həftəyə anam, xalam gedib istəyəcəklər. Evimizə gəlin gələcək…
O gecə yazdığım məktub vardı ha, səhəri əl-üzümü yuyanda cırıb atdım. Göndərməyə ürəyim gəlmədi. Üstəlik qardaşım da evlənir axı…
***
“Əsədin oğlu Səmədin ceyranlı evindən o gün əli xonçalı çıxdılar. Deyəsən, böyük gədəni evləndirirlər. Deyirlər, qız yaxşı yerdəndir” – məhəlləmizin son günlər ən sevimli söz-söhbətidir. Kim bizlərdən birinə rastlasa, qızın kimlərdən olduğunu xəbər alır birinci. Anam öyrədib ki, soruşan olsa, bəy nəslindəndir deyək. Bizlərdə böyük sözündən çıxmaq çörəyə təpik atmaq kimi bir şeydi…
***
Telligilə falçı gəlib. Kasaya su töküb fala baxır. Elə bilirsiz anam getmədi? Getdi də, gəldi də. Telli arvadın qonağı deyib ki, evimizdə cadu var. “Qızıvun bəxtin bağalayıblar” – anam elə yana-yana dedi ki onun dediklərini. Deyir, həyətimizdə ağacın altına basdırıblar. Bir-iki günə gəlib cadunu tapıb çıxartmalıdır.
***
“Salam. Necəsən? Adətən sevgi məktubları belə başlamır. Necəsənin yeri yoxdu, bilirəm. Ama birtəhər başlamaq lazımdı axı sözə.
Mən qərarımı vermişəm. Ona məktub yazıb hər şeyi başa saldım. Dedim, bizimki tutmaz. Dedim, səni unuda bilmirəm – onu yox a, səni. Dedim, bu qədər mərhəmətli, alicənab olub məni istəmə. Hamısını dedim. Daha doğrusu, yazdım. Noolsun?! – göndərə bilmədim. Cavab da almadım…
Qardaşımın toyu oldu. Gələn ayın 14-ü gəlin gətirəsiyik. Hamı Əsəd oğlu Səmədin ceyranlı evindən danışır buralarda. Atam hər şeyi təzələyib. Evimizə gəlin gələcək axı. Qardaşımın otağından daşınmışıq. İndi onlarçun hazırlanıb.
Eh…Necə utanmıram e. Bayaqdan elə özümdən danışıram. Sən neynirsən? Nə var, nə yox? Anan-bacın? Hamısı yaxşıdır? Salam söylə. Bəlkə gələn yay gələ bildik. Bu yay daha başımız qardaşımın xeyir işinə qarışdı da. Dayıdostun yaza biz tərəflərə keçəcəyini dedi…
Nə isə… Daha bəsdir. Yordum səni deyəsən, hə?
A-a, yaxşı yadıma düşdü. Qamboy kişi yadındadı? Keçən ay kişini yola saldıq o dünyaya. Allah o dünyasını versin. Bir gün gələn bir gün gedir də. Neyləməli…
Yaxşı, Salamat qal!”.
Yox, bunu da göndərmədim. Axşam samovar qaynadanda kibrit vurdum bu məktuba. Göndərə bilmədim yenə. Kim bilir, indi çoxdandı məktub-zad da yazmıram deyə nə alıb-verir dalımca. Yəqin bibimin “Qızı yaxşı yerdən istəyirlər” sözündən sonra nigarançılığı da var. Amma heyif. Gərək yazdığımı göndərəydim. Eh… o birisinə də göndərmədim. Əsgəri bitirməyinə az qalıb. Gələr, üzünə deyərəm. İndi ürəyinə salar gədə.
***
Bir kilo düyü işlətdi Telli arvadın qonağı. Bəxtimi açdı bu gün. Deyir, bundan sonra qapımızı döyəcəklər. Ondanmış ki, adımı çəkib yaxın gələn olmur. Qırıldı tilsim…
***
“Əzizim, Mələk!
Haralardasan? Mən yazmasam, yazmırsan a. Tərsliyimə salıb daha mən də yazmayacağam a deyəsən. Ay qız, elə bil buralardan getməmisən heç. Yoxsa qılınc qınından çıxıb qınını bəyənmir daha?!
Xəbərin olsun ki, bizimki yaz aylarında bura gəlmək fikrindədir. Yəqin, məndən ötrü gəlir. Amma bir kəlmə də olsun yazıb eləmir. O birini də gözləyirəm – yox deməyə dilim necə gələcək, bütün günü onu götür-qoy eləyirəm. Evdəkilər də gəlin hayındadırlar. Əsəd evlənir. Əvvəllər yenə arada-bərədə mən yada düşərdim, ərdən-zaddan söz salan olardı. İndi hamı dilini udub. Mənə söz çatanda ara qatılır.
Hə, yeri düşmüşkən, Telli arvadın qonağı gəlmişdi. Bəxt açanmış. Mənimkini də açdı, bacı. Deyir, indən belə qapımız hələ çox döyüləcək. Deyir, sən də yaxşı-yaxşı götür-qoy elə. Minindən birini seç.
Neysə daha… Uşaqları öp yerimə. De ki, bu yaz xalalarının toyuna gətirəcəksən onları.
Gülə-gülə…”
***
Səhər duran kimi ilk işim Fərhad əminin kiçik oğlunu çağırtdırmaq olacaq. Məktubu konvertə qoyub yola salacağam. Sonra da Telli arvadın qonağının tapşırdığı otlardan dəmləyib evin o yan-bu yanına səpməliyəm.
***
Səhər yeməyi süfrədə idi. Əsədə çay süzürdüm. “Gedim-gəlim sonra yeyərəm” – deyəndə “Fərhadın oğlu özü gələcək. Axşam zəng edib “kənddən məktub var” – deyib – deyə qardaşım dilləndi. Ürəyim ovcuma düşdü. Samovarın kranı əlimdə qaldı. Birtəhər özümü ələ alıb, Əsədə baxdım. Suala döndüm.
***
“Hörmətli Səməd kişi və ailəsi!
Sizi oğlum …..in toy məclisinə dəvət edirəm.
Məclis 14 sentyabr 2007-ci il saat 17:00-da keçiriləcək.
Ünvan: Sevinc xeyir evi.
Hörmətlə: …..”
***
Mələk məktub almadı….
11 avqust 2007






Yüklənir...
Salam Chilgin.Hekaayeni oxudum ve serf etdiyim vaxta heyfsilenmedim.Ugurlar!!!
Salam Xatire. Beyendiyine sevindim. Bes qusurlarimi gormedin? Fikirlerin maraqlidir
Sevinc, sebrin olsun, muellif gerek en azi 6-7 sherhden bir munasibet bildire… -)) Achigi, hele kesdire bilmemishem, oxuyum, yainki qalsin… -))
Ugurlar…
Memnunuiyyetle hekayeni ikinci defe oxudum,unutmusham ilk defe harda ve ne vaxt oxudugumu.
Dogma,chox dogma Sevinc Chilgin,tebrik edirem.Yeni yazilarinizi gozleyirem.
Cox sagolun Bahar xanim)))
Sevinc hanum, salam!
Hekayenizden yaman tesirlendim. Forma baximindan da gozeldir. Tebrikler! Qarshidan gelen bayramlariniz da mubarek!
Sevinc, sadəcə, ləzzət!
Qüsurlar… deyirsən… onları tapmağa bir xeyli vaxt lazımdı…
Belə hekayəni doğum günündə Zahirə bağışlamaqla bizim təbriklərə yer qalmayıb – hamının əvəzində özün bu işi görübsən.
Uğurlar.
Sevinc, təbrk edirəm səni.
Həm hekayəyə görə, həm ad gününə görə, həm də yeni ilin gəlişinə görə.Həyatında və yaradıcılığında-)) hər şey ürəyinizcə (sənin, Zahirin və dostlarınızın) olsun…
Bunu mən də oxumuşdum əvvəl hardansa, yadımda deyil indi..
Və məncə biryolluq nəsrə keçməyin tam zamanı artıq…
Uğurlar, canım…
Sevinc xanim, hem hekayenin uqurlu alinmaqini, hem de qarsidan gelen bayramlarini tebrik edirem.
sayqi ile qeshem necefzade
Cooox sagolun))) Tebrikleriniz de, munasibetiniz de qarwiliqlidir))) Amma axir vaxtlar tenqid etmirsiz deye darixiram e. Men Zaire dedim ki, hekayemi qoy ki, bir az fikir muxtelifliklerini gorum, neticeler cixarim. Rya, men dogrudan da ciddi nesre bawlamiwam ve mence, bu, davamli olacaq inwallah.
salam, Sevinc xanim.hekaye orijinal tesir bagishladi mene.tebrik edirem.
hormetle,Eli Shirin
tebrikler!
sagol, amaravati, sagol.
Salam Sevinc! Vallah, GUNDEMİN SENETİ USTELEDİYİ ZAMANDA munasibet bildirmeye gec qaldim )))
Menim fikrimce, iki cur hekaye var. Birinci o hekayedir ki, muellif onu yıxir ve dalinca suruyur, ikinci odur ki, o muellifi yıxır ve dalinca suruyur. Amma bir hekayede var ki, muellif yıxılanda, Ramiz Rovsen demish, onun yıxıldığı UCALIQ görünür. Mən bu hekayədən sənin yıxıldığın yeri gördüm! Ozu yıxılan ağlamaz )))
Qısacası: bu hekayə səmimi, sərrast və səbrlə yazılıb. Amma heyrətləndirmir!
Meselen, bu gun meni Bektas Velinin bir sozu heyretlendirib:
ARXASINI GUNESE CEVİRMİSH ADAMLAR KÖLGELERİNİN DALİNCA YURUYERLIER!
UZU GUNESE SARI!
siz eseriniz sizin gozelliyinizle ust-uste dushur.
standart azerbaycanli qizcigazin yazdigi mektub..tebrik edirem,yaxshi canlandirmisan.qeshem necefzade yaxshi hekaye olub olmadigini ne cur bildin?tebriz bazarinda xalcha necheyedir sohbeti deyil.sen munasibet bildirende men edebiyyata nifret edirem.”men baxan yara o da baxir timsalinda”:)
Tebrikincun sagol, asena!
Asena, Tebrizde bazar sohbeti ile bagli bax:
http://adyazar.az/qezet/engine/print.php?newsid=37&news_page=1
ÇÖLSÜZ EVIN İÇİ
“Səd heyf, Cəlillə ətraflı tanış olmağa, danışmağa, deyəcəklərinə qulaq asmağa zaman azıydı. Yağmur xanım günortayacan evə qayıtmağı tapşırmışdı. Yaxşı ki, tapşırmışdı, əgər tapşırmasaydı, düz axşamacan “Qapalı çarşı”nın qapısından çıxmayacaqdım. İki tümən üstündə iki saat sövdələşən, qiymət öldürən təbrizlilərə göz qoyacaqdım. Göz qoya-qoya düşünəcəkdim ki, Təbrizin qədim “Qapalı çarşısı”nda alıcılarla satıcıların qiymət üstdə çənələşməsi çərənləmək deyil, sadəcə, “aşağı-yuxarı söhbəti” yox, danışmağa bəhanədir. Qapalı toplumda danışmaqdan, mövqeyini açıqca ifadə etməkdən məhrum edilmiş incik insanların ünsiyyətə rahat girə biləcəyi yeganə məkandır bazar. Hərçənd, özü də qapalıydı o bazarın. Bütün qapalı bazarlar kimi dünyadan ayrıydı, aralıydı, sövdəgərləri hələ də “çökkə” işlədirdilər.”
TaNıŞ, gunel movludun “ne dexli var “rubrikasi fealiyyete bashlayib?amerikada ne var ne yox?:)
Asena,
“…tebriz bazarinda xalcha necheyedir sohbeti deyil”- bunu mene izah edersen. Istesen e mailime yazaraq: pragma_center@yahoo.com
Men Gunel Movludla LABASin yaxsi vaxtlarini gormushem, axirini Qan Tural burnumdan getirse de )))
Tam semimi deyirem ki, men artiq Sevinc’in yazilarini uslubundan da taniya bilerem, pis-yaxshi, artiq Sevinc’in mueyyen uslubu var, ister nezmi, isterse de nesri olsun, ferqlidir, ozunemexsusdur… Tebrik eleyirem, men Sevinc’den roman gozleyirem… Ugurlar…
Sagol, Novarg, allah qoysa o da olacaq)))
Adamların hamısına yer olmasa da, yerlərin hamısında adam olur…
menım de adım adamdı.o günü men de sızdeydım.bes meni görmedın…
seva cerencının mektubları ele cerencının mektublarıdı…
mektub yazmagı sevmırem amma senın yazdıgın mektublarını sevdım ve memnuniyyetle oxudum. vaxtım olmadıgından telesık oxudum. bır de yazanda qısa yaz …
ok Billur))) anladim seni)))
bu adamlar niye bogazdan yuxari danishirlar. tekce Asenani cixmaqla. axi bu hekayede ne var? butun sherh yazanlara ici muellif qarishiq uz tuturam. birce cumle tapin soxun menim gozume… besdirin de xanimlar, cenablar bu iyrenc yarinmaqlardan.
hec muellif de iki deyqeden bir xette qoshulub ona buna teshwkkur eleyer? ele bil ad gununde tebrik qebul eleyir…
men hec bu xanimi tanimiram. o uzden keskin danishdigim ucun sori
Elbrus Erud, izah edirem:
- Evvela, edebiyyatimizda oturushmush bir tendensiya var – tanishliq… Sherh yazarken bunu nezere almaq eshhedu-ehtiyacdir, eks teqdirde sherhler semimi olmaz, xosha gelmez… Nece ki, sherhinde xanimi tanimadigin uchun keskin danishdigini etiraf elemisen…
- Ikimincisi, istenilen uzun metni sebrle oxuyub basha vuran insan onu ister-istemez qiymetlendirmelidi, kim vaxt itirib oxudugu sheye pisdir, deyer..?
- Uchumuncusu, muellif heqiqeten de istedadlidi, indi bu hekaye olmasin, o biri olsun, gozel metnleri choxdur bu xanimin;
- Dorduncusu, uslub meselesi, ki, men sherhimi tekrar qoyuram bura, Sevinc Chilgin’in bir uslubu var, pis-yaxshi, uslubu var, hansi ki, nezmlerinde daha bariz gorunur…
“Tam semimi deyirem ki, men artiq Sevinc’in yazilarini uslubundan da taniya bilerem, pis-yaxshi, artiq Sevinc’in mueyyen uslubu var, ister nezmi, isterse de nesri olsun, ferqlidir, ozunemexsusdur… Tebrik eleyirem, men Sevinc’den roman gozleyirem… Ugurlar…”
Duz demirem..? -))
Elbrus bey, siz de sagolun-)))
Niye hikke ile yazirsiz ki? Size pisliyim deyib? Ozunuz de qeyd edirsiz ki, tanimirsiz meni))) Tanisaydiz, bele yazmazdiz))) Siz de terifleyenlerin coxu kimi bilerdiz ki, Kultaz rehberinin nishanlisiyam, “anam sinif rehberidir” deye menim kesdiyim basha sorgu-sual olmur-)))
Yo, zarafatsiz, men sizinle de razilasha bilerem, teki hekayenin pisliyini mene izah edesiz. Ribakov demishken, men sizin fikrinizi qebul etmeye bilerem, hetta (uzr istiyirem) fikrinize hormet etmeye bilerem, ancaq sizin fikrinizin movcudlugunu mutleq qebul edeceyem-)))
O ki qaldi hamiya teshekkur etmeyime, men fikirlewirem ki, insanlar mene zaman ayirib, nese yaxwi bir wey yazacagima umid edib hekayemi oxuyublar. Sizce, ele birce buna gore oz oxucularima tewekkur etmek haqqim yoxdur? hamiyla nezaket ve sevgiyle daniwmaq xowdur mene.
Novarq, sene de Elbrus beyin iradina regmen mudafien ucun tewekkur edirem-))) Bu, mene deil, muasir Azerbaycan edebiyyata qiymetdir, igid!-))) Elbrus bey, gulumseyin-)))
Chilgin, borcumuzdu, ne danishirsan.. -))
Zovqler,reyler,yanashma terzi muxtelifdir.Ve bu normaldir.Sevinc Chilgindaki yazar istedadi ile yanashi onun semimiliyinden,nezaketinden gorunen insanliq istedadi meni heyran edir.
geri cekilmek fikrim yoxdur. cunki men edaletli ve obyektivem. deyirsiniz ki, xanimi tanisam bele demerem, novrag deyir ki, tanishiliq tendensiyasi easas shertlerden biridir. qardash bu ancaq bizde beledir. beyem biz markesle, cek londonla, folknerle, kamyu, drayzer ve bashqa dahilerle tanish olmushuq ki, onu beyenmishik?
men sadece deyirem ki, burada qeyri-adi istedsad numuinsi yoxdur. o boyda hekayede hec ne tapmaq olmur. eger soz yoxdursa demelei istedad da yoxdur.
yeni bele sheyler yazib ne muellifi aldatmaq ne de artiq vaxt itirmek lazimdir.
eziz sevinc xanim, meni qorxutmaq ucun adini cekdiyiniz iki shexsden birini taniyiram. ananizla tanishligim olmasa da nishanlinizi yaxshi taniyiram. o sade ve ureyeyatan ogalndir. hem de istedadli. menim de dostumdur…
Elbrus abi, siz dogrudan da fikirlewirsiz ki, men sizi qorxutmaq istemiwem?-)))
Sual 2: Sizin yumor hissiniz var?
Ve men hem de dolayisiyla demiwem ki, Kultaz rehberinin niwanlisi olmaq, KUltazin bawqa bir rehberi olmaq demekdir -P
Zarafatsiz, fikirlerinize gore de tewekkur (bu tewekkurler sizi esebilewdirse de) -)))
efendim, menim yumor hissime ne gelib? ay qadan alim bu hekayeye verilen sherhler yumor hesab olunur?
anikdot yazmisihinz beyem?
vallah incimirem. sadece bu adamlarin yalan yaz,agi meni esebilsehdiri.
ancaq yalan da olsa semimidirse inanmaq olar…
bir de hansi sozden hiss etdiniz ki, sizin meni qorxutmaq istemeyinizden narahatliq ke,irmishem. nece yazmishiniz ele de qebul elemishem.
oz aramizdi siz de tezcirnayansiniz ha))))
“eziz sevinc xanim, meni qorxutmaq ucun adini cekdiyiniz iki shexsden birini taniyiram. ananizla tanishligim olmasa da nishanlinizi yaxshi taniyiram”
burda qorxutmaq sozunden istifade etmisiz deyesen-)))
“anam sinif rehberidir” deyende ele Zairi nezerde tuturdum, felsefem odur yeni demiwdim, anlamamisiz-)))
Men hekayeye yumor hissi ile yanawin dememiwem ki. Size cavab werhim zarafatla yazilmiwdi, onu da tutmamisiz-)))
bir de ki, siz niye direwmisiz axi ki, bu adamlar yalandan yazir? Siz yaxwi hesab etmirsizde, demeli, bu beledir ve hami da bele hesab etmelidir? Lap eger eslinde pisdirse de, bu adamlarin zovqune gore yaxwidirsa, siz niye narahat olursuz? Belke onlarin zovqunu formalawdirmagi boynunuza goturub ele Kultaz daxilinde mekteb yaradasiz?
Zarafatsiz deyirem e.
niye hirslenirsiz ki))))
ne tez zarafatlariniz bitdi…. yumor hissi yoxa cixdi))))
ne ise.
amma size bir sualim var. duzunu deyin ozunuz bu hekayeni dogurdan da benzersiz, istedad numunesi, tapinti ne bilim deshet bir shey hesab edirsiniz?
istenilen fikri dozumlu qarhilamaq lazimdir.
daha cilginliq etmek ne lazim?
soy adinizi nezerde tutmuram))))
E duzu qaçdı, qalsın sonrakı yazıya-)))
Ok ))))
belke sonraki yaziniz guclu oldu)))
Bu hekayeni oxuduqca adamin ureyi sixilir. Tez-tez cumle bitir, fikir yarimciq qalir. Mene ele gelir ki, hemin hekayeni 5 cumle ile daha dolgun ve bitkin ifade etmek olardi. O zaman hec kim bu sohbete tenqidi yanashmazdi.
MƏNCƏ SEVGİ SEVMƏK VƏ SEVİLMƏK GÖZƏLDİR ANCAQ SEVGİDƏ SADİQ VƏFALI İSTİQANLI OLMAQ ƏSAS ŞƏRTDİR. SVGİNİ SEVDİYİNİ QORUMAQ ONA SADİQ VƏFALI OLMA ONUN QƏDRİNİ BİLMƏK İNSANI HƏM YAŞADIR HƏMDƏ UCALDIR. MƏNDƏ ÖZ SEVGİMLƏ YAŞAYIRAM VƏ SEVDİYİM QIZI ÖZ CANIMDANDA ÇOX TƏMİZ SAF VƏ GÖZ YAŞƏ QƏDƏR TƏMİZ SEVGİYLƏ SEVİRƏM SEVGİM QARŞILIQLIDIR VƏ BUDA MƏNİ YAŞDIR ARZU EDİRƏM BU HƏYATDA BÜTÜN SEVƏNLƏR QOVU.SUN BİR YERDƏ XOŞBƏXT FİRAVAN ÖMÜR SÜRSÜN MƏN İÇİNDƏ.