“Şərif AYB-yə qayıtdı. Növbədə Aqşindir…”
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 27 Aralık, 2008
Rəşad Məcid: “Seymur Baycan, Qan Turalı və Elnur Aslanbəylidən başqa, bütün istedadlı gəncləri Yazıçılar Birliyinə üzv qəbul edəcəyik”
Zahir Əzəmət: “Şərif Ağayar Azərbaycanın Türkmənistana çevrilməsinə səs vermiş oldu”
“Seymur Baycan, Qan Turalı və Elnur Aslanbəylidən başqa bütün istedadlı gəncləri Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edəcəyik”. Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclər üzrə katibi Rəşad Məcid bildirib. R. Məcid bir neçə il bundan əvvəl AYB-dən istefa verərək, Azad Yazarlar Ocağına (AYO) gedən yazar Şərif Ağayarın artıq geri qayıtdığını deyib. Onun sözlərinə görə, Ş. Ağayar yenidən AYB sıralarına qatılmaq istədiyini bildirən ərizə ilə qurumun rəhbərliyinə müraciət edib: “Biz də Şərif Ağayarın ərizəsinə baxıb qərara gəldik ki, onu yenidən Azərbaycan Yazıçılar Birliyinə üzv seçək”.
AYB rəsmisi son illər müxtəlif səbəblərdən qurumdan uzaqlaşan istedadlı gənclərin geri qayıdacağını da söyləyib: “Növbədə Aqşindir. Biz onu da Azərbaycan Yazıçılar Birliyinə üzv edəcəyik. Hətta Rasim Qaraca da məndən dəfələrlə AYB-yə üzv olmaq üçün nə etməyin vacibliyini soruşub”.
Məsələyə münasibət bildirən yazar Şərif Ağayar bildirib ki, ciddi sənət sahəsinin dövlətin dəstəyindən kənar inkişafına inanmadığı üçün AYB-yə qayıdıb: “Azad Yazarlar Ocağı fiziki və hüquqi cəhətdən formalaşmış təşkilat deyil. Bu, bir dalğa idi. Mən burada öz fəaliyyətimi bitmiş hesab etdim. Ancaq orada dostlarım var. Bu gün ciddi sənətlə məşğul olan insan Azərbaycan dövlətinin yanında olmalıdır”.
Şair Aqşin isə açıqlamasında heç vaxt AYB üzvü olmadığını və bundan sonra da belə fikrə düşməyəcəyini deyib: “Mən öz istedadını 200-300 manata satanlardan deyiləm. Azərbaycan Yazıçılar Birliyi ilə bütün körpüləri özüm yandırmışam. Bu təşkilatı indiki halda “Titanik”ə bənzədirəm, mənim batan gəmiyə minmək fikrim yoxdur”. (APA)
“Kultaz” Mədəniyyət Portalının rəhbəri, bir vaxtlar Şərif Ağayar, Elnur Astanbəyli və Rövşən Naziroğlu ilə birlikdə AYB sıralarından istefa verən yazar Zahir Əzəmət isə Rəşad Məcidin açıqlamalarını təxribat, Şərifin arqumentlərini isə absurd adlandırır:
“Bu gün Azərbaycan Yazıçılar Birliyinin alternativ gəncliyin ovuna çıxması Azərbaycanda baş verən daha böyük bir prosesin tərkib hissəsidir. Öncə siyasi alternativlik sıradan çıxarıldı. Daha sonra seçim azadlığı əlimizdən alındı. İndi isə prezidentlik institunu “əbədi”ləşdirirlər. Bütün bunların eyni anda və paralel getməsi təsadüfi deyil. Şərif Ağayarın AYB-yə qayıtması bir qərar olaraq, şəxsi işi ola bilər. Amma bir hadisə olaraq, mövqe olaraq şəxsi işi deyil. O, bununla Azərbaycanın Türkmənistana çevrilməsinə səs vermiş oldu. “Dövlətin yanında olmalıyıq” deyir. Bir yazar olaraq demirəm, hətta bir vətəndaş olaraq dövlətin funksiyasını anlamamışdır deməli. Dövlət bizim yanımızda olmalıdır. Dövlət göydən zənbillə düşməyib. Ya da YAP-çıların dediyi kimi, dövlət Heydər Əliyevin əsəri deyil. Dövləti biz vətəndaşlar qurmuşuq. Biz dövlətə deyil, dövlət bizə xidmət etməlidir. Bütün yazarları ucdantutma bir təşkilata toplamaq səyləri bizim Konstitusion hüquqlarımızın kobud şəkildə pozulmasına cəhddir. Rəşad Məcidin açıqlamaları isə təccüblü deyil. Dostların adını bilərəkdən bu şəkildə hallandırması təxribatdır. O, hər zaman YAP siyasətinin ruporu olmuş və olmaqda davam edir. Bu açıqlaması da növbəti sifarişdir. Nə yaxşı ki, özünü bir illik təqaüdə sata biləcək, alnına “3600 manata satılıram” deyə birka vurmuş gənclərimiz çox deyil. Satılan satılacaq əlbəttə. Əvəzində nə yazar kimi, nə də insan kimi heç nə qazanmayacaqlar. Əvəzində şərəf və ləyaqət kasadlığına uğrayacaqlar. Şərif Ağayar hətta gələcəyin Nizami Cəfərovu da ola bilməyəcək. Onda heç Elçin Hüseynbəyli ciddiyəti da çatışmır. Bir də adamlar qorxaqlığına bu şəkildə haqq qazandıranda əsəbləşirəm. Şərif deyir ki, AYO-da missiyasını başa vurub. Adam AYO-da hansı missiyanı yerinə yetirdi ki? Jurnalmı buraxdı, kitabmı tərcümə etdi? Hansısa aksiya, tədbirmi keçirdi? Hekayə yazmağını missiya adlandırırsa, doğru deyir- o daha yaza bilməyəcək. Əslində onun missiyası müsahibə verib, AYB-ni və onun üzvlərini tənqid etmək idi. İndi isə özü ora gedir. Elə isə, Şərif deməliydi ki, missiyamı yerinə yetirə bilmədim, məni bağışlayın, daha gücüm çatmadı və s. AYB-nin ömrünü hətta Şəriflə də uzatmaq olmaz.”
Azad Yazarlar Ocağının üzvü Rasim Qaraca da Rəşad Məcidin onun adıyla bağlı verdiyi açıqlamasını yalan və əsassız adlandırdı. “Qaynar.info”-ya danışan R.Qaraca heç vaxt AYB üzvü olmadığını və bu haqda düşünmədiyini bildirdi: “Bizim daha şərəfli təşkilatımız var.”





Yüklənir...
Rəşad Məcid: “Seymur Baycan, Qan Turalı və Elnur Aslanbəylidən başqa, bütün istedadlı gəncləri Yazıçılar Birliyinə üzv qəbul edəcəyik”
-))
Siz ey həyatında föhşə dadanmış,
Məşhur rəzalətlə şöhrət qazanmış
Xain atalardan nişan xələflər!
Taleyin qurduğu əyləncələrə,
İncik nəsilləri, işgəncələrlə
Qul kimi tapdayıb aşan xələflər!
Ey taxt ətrafında üşüşən yığın,
Şərəfin, dəhanın və azadlığın
Qəddar cəlladları enin, enin siz!
Qanun arxasında pərdələnin siz!
Sussuz qarşınızda qanun, ədalət,
Sussun qarşınızda bu qara dəhşət.
Fəqət ey rəngbərəng əxlaqsızlığın
Qarşısında gedən şərəfsiz yığın,
Bilin ki, tanrının məhkəməsi var,
O dəhşətli hakim sizi qarşılar.
Altun cingiltisi uzaqdır ondan,
O hər fikri, işi əvvəldən bilir.
Yapdığınız işə sizin o zaman
Nifrət yağdırmanız hədər bir işdir,
O sizə bir kömək etməyəcəkdir.
Şairin günahsız qanını hey siz,
Qara qanınızla yusanız, getməyəcəkdir.
***
Lermontov…”Şairin ölümü”…
Ələk öz fəaliyyətinə başladı demək…
Tülkü, tülkü, tünbəki,
Quyruq üstə lünbəki.
Ayı axmaq,
Donuz toxmaq,
Qurd ulavuş,
Çaqqal çavuş,
İlan qamçı,
Tısbağa çanaq…
və s.
Yeyib bitirəcəklər bir-birini bunlar…-))
***
Bu günün əzik-üzük köynəyini çıxarıb
tullayıram hara gəldi
tanrının verdiyi hər şeyi qoyub
getmək istəyirəm
dava-dalaş, yorulmaq olmayan yerə,
Bu gün rafiq tağını AYB-dən qovublar,
Səməd Vurğuna görə
Uzaqdan baxanda Səməd Vurğunun
şeirə saldığı qotur ceyranlara oxşayır
Tüfəng qabağında qaçan ceyran
Ölümdən savayı heç nə istəməz
Rafiq Tağının dərdi çox şey istəməkdi
İstəyə-istəyə söyməkdi,
Rafiq xaççoban kəndindəndi,
Yadına salmayın,
Sabah Nəbatini söyəcək.
Nəbati milli sərvətdi,
Anar kimi,
Ç.Abdullayev kimi
Lap bəd ayaqda Ədalət Əsgəroğlu kimi,
Rafiq bilmərrə sərvət deyil,
Əkrəm kimi,
AYO-çu colma-cocuqlar kimi
Rafiq tağını
amerikaya prezident göndərmək lazımdı,
gedən kimi
Azərbaycana müharibə elan edəcək,
Anarı əsir aparıb ondan BİN-LADEN düzəldəcək,
Ancaq anardan heç Əsgəroğlu da çıxmaz..
kimin ne dushunmesi meni maraqlanmdirmir. ancaq bunu yazmaqi vacib saydim. menim fikirlerim APA-da bir az tehrif olunub. munasibetinizi lutfen bu cumlelere bildirin:
“AZƏRBAYCAN KİMİ KİÇİK ÖLKƏLƏRDƏ CİDDİ SƏNƏT DÖVLƏTİN DƏSTƏYİ OLMADAN LAZIMI SƏVİYYƏDƏ İNKİŞAF EDƏ BİLMİR. XALQ KİTAB ALMIR, CİDDİ MUSİQİ DİNLƏMİR, KİNOYA-TEATRA GETMİR VƏ S. AZƏRBAYCAN REALLIĞINDA İSƏ DÖVLƏT ƏDƏBİ TƏŞKİLAT OLARAQ ƏSASƏN AYB İLƏ ƏMƏKDAŞLIQ EDİR.
AYO NƏ FİZİKİ NƏ DƏ HÜQUQİ CƏHƏTDƏN MÖVCUD DEYİL. BU BİR DALĞA İDİ VƏ ÖZ ZƏRURİ MİSSİYASINI BAŞA VURDU”.
“Mən burada öz fəaliyyətimi bitmiş hesab etdim” – deyə özündənrazı bir cümlə işlətməmişəm.
sayğılarla
şərif
Natiq GÜLƏHMƏDOĞLU,
“Bizim Yol”, 27.12.2008.
Mənəvi repressiya
İndi istəməsin, həmişə deyərdi ki, Natiq, sənin xətrini çox istəyirəm. And içə bilərəm ki, eyni hisslər mənə də yad deyildi. Biz onla çox yaxın sayılmazdıq, uzağı 3 dəfə bir süfrədə çörək yemişik. Bizim təmaslarımız qəzetlər, jurnallar üzərindən olardı.
O, mənim yazdıqlarımı bəyənməsə də, mən onun istisnasız bütün hekayələrini oxuyurdum, zövq alırdım. Nə yaxşı belə istedadlı və mövqeli ziyalı gəncimiz yetişir, deyirdim.
Axırıncı dəfə bir ay olar, Seymur Baycanın yeni “Körpüsalan”lar kitabını münasibəti ilə “Gənclik”də yeyib içirdik. Kədərliydi, tez-tez kövrəldiyindən danışdı. Hələ oxumağa macal tapmasa da elə bil “Körpüsalan”ınlardakı depressiya onun canına hopmuşdu.
Hardansa yadına Nazim Hikmət düşdü və Nazimin “başladı neslimin yaprak dökümü” şeirini dedi. İndi deməsin. Bəlkə də təsadüf idi, amma həyat elə onun dilindən çıxan kimi kədərli oldu: Faiq Ağayev demişkən səbəbi var imiş göz yaşlarının, bizim nəslin yarpaq tökümü başladı. Uzunçuluq etdim, söhbət gənc, istedadlı yazar Şərif Ağayardan gedir.
Ötən həftə “Ədəbiyyat” qəzetində Şərifin Azad Yazarlar Ocağını tərk edərək Azərbaycan Yazıçılar Birliyinə girdiyini eşidəndə şok oldum. İş ondadır ki, Şərif 2004-cü ildə ayıb olmasın, AYB-yə itin sözünü deyib çıxmışdı. Başda hörmətli Anar müəllim olmaqla bütün AYB-çiləri Şərif öz müsahibələrində dünyanın ən mənasız ölü canları adlandırırdı. İndi dostumuz təzədən AYB-yə dönüb. Dərhal onu aradım, rayondayam, anlaşılmazlıq var gəlim aydınlaşdıracam, dedi. Gəldi və aydınlaşan o oldu ki, “Ədəbiyyat” qəti dezinformasiya yazmayıb, Şərif abimiz doğrudan da “mövqeyini dəqiqləşdirib”. Düz bir həftə gözəldim ki, bu mövzuda Şərifin AYO-çu dostları yazsın. Mövqe mövzusunda kəskin prinsipial kimi tanıdığım Rasim Qaraca, Qan Turalı, Elnur Astanbəyli, Seymur Baycan, Aqşin bu mövzuda bir cümlə də qaralamadılar. Niyə? Buna nə mane olur, Şərifin iri yumruqları?
Uzun illər Elçin, Anar, Qabil, Kamil Vəli və s. gənc yazarlar tərəfindən həm də qohumbazlıq, dostbazlıq etdikərinə ədəbiyyatı bu kimi hislərə qurban verdiklərinə görə tənqid olunub. Bu cür təndiq onlar tərəfindən vaxtaşırı müxalifət liderlərinə də qarşı səslənib. İndi budur, onlar tənqid etdikləri situasiya ilə barışıblar. Susurlar.
Eşitdiyimə görə Şərif deyib ki, AYB-yə keçməyimlə bağlı 20 min işarə səbəb yaza bilərəm. Yada Sərdar Cəlaloğlu düşür. O da prinsipial mövqeyini dəyişib hakimiyyətə qarşı loyallaşanda “Gündəlik Azərbaycan”da 20 min işarəlik “ADP-nin yeni siyasi kursu nə vəd edir ” başlıqlı məqalə yazmışdı.
Şərif 20 min, 40 min də işarəlik səbəb yaza bilər. Ancaq onu heç kim oxumayacaq. O, bütün Azərbaycanın itgisidir. Yırtıcı mahiyyətli Azərbaycan hakimiyyəti bir gənci də məhv etdi. Onun parlaq gələcəyinə ləkə vurdu. Lənətə gəlsin görüm o vəzifəni, kreslonu Şərif 5 ay öncə Mədəniyyət Nazirliyində dövlət qulluğuna girmişdi. Kreslonun onu bu cür dəyişəcəyini şair İntiqam İntişdən başqa heç birimiz gözləmirdik. Vaxtdır Intişin peyğəmbərliyin qarşısında diz çökməliyik. Məhz o, az qala bir il əvvəl demişdi ki, gənc yazarların içərisində Şərifdən karyeristi yoxdur. O vaxt bu sözə görə İntişə əxlaqsız demişdim. Əfv et məni İntiş.
İnsandan kariyera hissinin olması təbii və başa düşüləndir. Şərif və onun kimi minlərlə gəncin indi tutduqları vəzifəndən də yüksəyini tutmağa haqqı çatır. Problem ondadır ki, Azərbaycan avtoritar sistemində mənliyindən, öz əqidəndən, özəlliyindən imtina etmədən çalışmaq mümkün deyil.
Bunun adı mənəvi repressiyadır. Lakin, indi 37-ci illərdən fərqli olaraq repressiya maşının altına könüllü atılanmar da az deyil. Şərif kimi.
Şərif axı sən ki, Toronun “aqibətini avtoritar hakimiyyətə bağlayan adam gec-tez rüsvay olacaq” kəlməsini təkrarlamağı sevirdin…
Həə, Şərif kişi…
Deyəsən, Vaqif Cəbrayılzadənin şeiridi, “Böyüyür körpə cəlladlar meşəsi”
Həəə, Şərif kişi
öz həqiqi fikrinlə mətbuata, efirə cıxanlar arasında cox belə fərqlərlə rastlaşacaqsan. Elə bilirsən, dövlət dəstəyinə kecib də yaşamaq, yazmaq asandı?
Elə bilirsən (və bilirsiz) Anar, Elcin, hətta Əkrəm Əylislinin mətbuata, efirə, hətta OZLƏRİ YAZDİQLARİ kitabdaki fikirləri ÖZLƏRİONƏ məxsusdu?
Yox.
Apa maşını nəzarət eləyir, lazımi yerləri kəsib qayçılayır
Allah qalanları qorusun ateist deyillərsə
Amma Rasimdən gözüm su içmir
Məhv olmuş, ya da məhv olmaqda olan adamlara həmişə heyifim gəlib. Hələ bir də onlara yardım etmək mənlik olmayanda bu daha ağrılı olur. Heyif…
Hamı hər şeyi – doğrunu da, yalnışı da deyəcəklər. Qərəzli də yazanlar olacaq, təmiz ürəklə yazanlar da. Amma yenə deyirəm heyif…
Əslində adam bilmir gülsün, ya ağlasın. Amma adamın həm də utanmağı gəlir…
Sadəcə bir şeyi xüsusi vurğulamaq istiyirəm –
ricavi xəffə məkan vermərəm gər ayıbçılar, min il də vəd edələr dəhşəti-qiyamətdən!!!
O buralardan gedər oldu
qalanlara salam olsun!!!
İmtinanın fəzilətlərindən o adamlar daha cox və daha bəlagətlə və daha artıq və qətiyyətlə söz edirlər ki, hələ onlara təklif gəlməyib
Şərifin danışdıqları əsassızdır. Çünki oxunan yazarlar da elə gənclərdi, oxunan jurnal da elə Alatorandır.
Guya Şərif AYB-yə getməklə bu xalq kitab oxuyacaq?
Adam sadəcə olaraq pula görə getdiyini əsaslandırmağa çətinlik çəkir.
Amma Zahir də düz deyir ki, o daha yaza bilməyəcək.
Çünki o bundan sonra AYB-yə qayıtmasının ağrısını çəkəcək. Anara Qan Turaldan da çox nifrət edəcək. Amma heç nə yaza bilməyəcək. Onun dərdi-səri də bu olacaq. Özünə ayırdığı bütün vaxtı bu mətləbləri düşünməyə həsr edəcək. AYB üzvlüyü onu məhv eləyəcək.
Daha bir adam getdi…
Murad, yaxshi bir sozun var: dadanibasa, gelecek…
ezizim Natiq.Hec kim Serifin iri yumruqlarindan qorxmur.Ele gunu sabah Elnur Astanbeylinin ”Reytinq”de bu movzuda yazisi cixacaq.
Mən Şərifin seçiminə hörmətlə yanaşıram və hesab edirəm ki, hər kəs öz seçimində sərbəstdir.
Şərifin nə AYB-dən AYO-ya gəlməsi, nə də AYO-dan AYB-yə qayıtması böyük hadisədir. Tarixə yox, tarixçəyə təsir edən olaydır. Şərif istedadlı, qabiliyyətli adamdır, amma bütün istedadlı adamların idealist olacağı, yaxud ömrü boyu eyni fikirdə qalacağı qural deyil.
Şərif dövlətin çətirinə girdi. Mən deyirəm ki, gəlin Şərifə dəyməyək, onu heç qınamayaq, əksinə dəstək olaq…
Mən deyirəm ki, gəlin O ÇƏTİRİ YIXAQ:
“Babəkin canlanması” romanından bir parçanı Şərif Ağayarın NƏZƏRİNƏ ÇATDIRIRAM:
“- Tamam, milləti tərəqqiyə yalnız idealistlər qovuşdura bilər,- Zahid elə maraqlı məqamlara toxunmuşdu ki, Azin söhbətə qoşulmaya bilmədi- ona söz yox. Fateh sualı başqa cür qoyur, məncə. Soruşur ki, nədən biz milli istiqlalımızı qazansaq da, azad ola bilmədik? Niyə bazarımız sərbəst, cəmiyyətimiz açıq, dövlətimiz məhdud, hökumətimiz yaxşı olmadı? Nə üçün Azərbaycan Latviya, Litva və Estoniya sayaq demokratiyaya sıçrayışla keçə bilmədi, əksinə, avtoritarizmə, monarxiyaya, despotizmə yuvarlandı? Bax, bu suallara cavab axtaranda hərləyib-fırlayıb bizə eyni aforizmi deyirlər: “hər xalq öz hakimiyyətinə layiqdir!” Mən deyirəm ki, diktaturaya, avtoritarizmə layiq xalq yoxdur dünyada! O başqa məsələdir ki, dünyadakı avtoritar rejimli ölkələrin heç hansında xalqlar layaqətli vətəndaşlıq şüuruna malik deyillər. Yəqin razılaşarsınız, “sakin” sözüylə “vətəndaş” ifadəsi arasında çox geniş sosial fərq var. Sakin, bir ölkədə, bir şəhərdə, bir evdə məskunlaşan, yaşayan, nə bilim, yemək yeyən, su içən, tualetə gedən adamdır. Vətəndaş- ideyaları olan, tənqidçi, təşəbbüskar, etiraz edən fərddir. Bayaq adını çəkdiyimiz şəxslər əsl ziyalı idilər, vətəndaş idilər, hər ikisindən daha çox missioneriydilər. O missionerlər Ləmbərandan Hacı Qaranı, Danabaşdan Məmmədhəsən əmini, İtqapanlıdan Novruzəlini tapıb ələ salırdılar, bizləyirdilər. İstəyirdilər ki, Hacı Qara, Məmmədhəsən əmi, Novruzəli çevrilib vətəndaş olsun. Qəzet oxusun, teatra getsin, operaya baxsın, səs versin, haqqını-hüququnu tələb eləsin, zənginlik davası döysün. Onlar olduğu kimi qalmaq, salavat çəkməyə, təsbeh çevirməyə, şəbeh çıxartmağa, baş yarmağa, zəncir döyməyə, xoruz döyüşdürməyə, it boğuşdurmağa davam etmək istəyirdilər. Qıran-qırana çarpışma gedirdi. Bir səngərdə aydınlarıydı, o biri səngərdə feodallar, təhkimli kəndlilər, ruhanilər. Aydınlar çiyinlərini istər Romanovların dövründə, istərsə də Leninin inqilabından sonra rus dövlətinə söykəyirdilər. Ruslar quzey Azərbaycanı İranla savaşaraq işğal etmişdi və cəmiyyəti İranın təsirindən qurtarmaq istəyirdi. Ziyalıların qabağına yekə bir çızıq çəkilmişdi, buyurun, öz toplumunuzu nə qədər istəyirsiniz tənqid edin, ancaq dövlətə toxunmayan. Bu minvalla dövlət xalqı kiçildir, vətəndaşı inkişaf etməyə qoymurdu, aydınlarımız isə problemin özəyinə gedə bilmirdilər.
- Halbuki, Avropa aydınları əsas sualı dövlətə ünvanlanmışdı- Azinin sözü bu yerə gətirməsi lap ürəyimcə oldu:
- Onlar “kim və necə idarə etməlidir” sorusuyla xalqları öz dövlətlərinə, krallarına və imperatorlarına qarşı etiraza, üsyana, inqilaba, vətəndaş müharibələrinə hazırlayır; daha azad, daha zəngin, daha maraqlı yaşamağa çağırırdılar. Onlar xalqa yox, dövlətə qarşı çıxırdılar. Azərbaycan aydınlıq hərəkatında yeni dönəm başlayır. Uzun illərdir Azərbaycanda axtarılan yeni aydın o adamdır ki, dövlətə qarşı çıxsın. Onun mükafatına, təqaüdünə, fəxri adına və imtiyazına yaxın durmasın. Dövlətin verdiyi evdə yaşamasın, bağışladığı maşında gəzməsin. Ədəbiyyat, kino, rəssamlıq, musiqi, kəsəsi, mədəniyyətin bütün sahələrini dövlətdən ayırmaq lazım. Yazıçı əsərini satıb pul qazansın, rəssam tablosunu. Dövlətə qarşı çıxmayan sənətin dəyəri yoxdur. Onu yaradan insan işıqdan məhrumdur. Azərbaycanda ziyasızın obrazı var, ziyalının obrazı yox; qaranlığın obrazı var, aydınlığın yox! Hələki bizim əsl aydınımız Kefli İskəndərdir- heç vaxt dövlətin çətiri altında yaşamadığına görə. Bu gün dövlət Azərbaycanda savadlı adama iki seçim tanıyır- ya mənə xidmət edəcəksən, kef çəkəcəksən, ya da İskəndər kimi marginallaşacaqsan, “kefli” ayamasıyla səni məhv edəcəyik…
Hörmətli adminsrator və hörmətli istifadəçilər (istifadəçilər ifadəsi sayta məxsusdu)!
Hər kəs fürsətdən istifadə edərək, məhz istifadə edərək öz hekayəsini, məqaləsini, sheririni, hətta şərh əvəzinə bura siz də məni bagishlayin soxushdurmasi ne derece duzdu?
Sonra da milklətə dərs kecmək istəyir(lər)ik.
Axi bölmənin başında aydinca yazilib ki, ŞƏRHLƏR.
O ki qaldi Tanish-in Şərifi qinamamaq haqda xahishinə, buna kimsə əməl edə bilər. Amma söhbət tək Şərifdən getmir, bütövlükdə guruldayan bir dəstədən gedir ki, vaxti catanda asanca kecirlər bu biri tərəfə
BU İSƏ BİZİM BİR MİLLƏT , BİR TOPLUM OLARAQ KEYFİYYƏTİMİZ HAQDA İNFORMASİYA VERİR.
BU MƏQAMDA vallah Babəklə iş aşmaz
Murad, əvvala ifadələrində bir az diqqətli və mədəni ol! Mədəniyyət- daşıyıcısı olduğu ideyadan asılı olmayaraq İNSANIN ESAS KEYFİYYET göstericisidir…
İkincisi, mən öz fikrimi, rəyimi və şərhimi İSTƏNİLƏN ŞƏKİLDƏ VƏ FORMADA BİLDİRMƏK hüququna malikəm… Səndən izn alacaq deyiləm!
Üçüncüsü, heç kimdən Şərifə dəyməyək deyə xahiş eləmirəm. Şərifin qoruyucu mələyi deyiləm! Mənim dediyim odur ki, Şərifin addımı epizodik hadisədir. Mən adamları müzakirə etməyin yox, problemlərin müzakirə etməyin tərəfdarıyam…
PROBLEM İSƏ DÖVLƏTDİR!
O DÖVLƏT Kİ ŞƏRİFİ VƏTƏNDAŞDAN SAKİNƏ ÇEVİRDİ…
O DÖVLƏT Kİ martin 18 də padşahlığa çevriləcək!
VƏ MƏN BAŞA DÜŞÜRƏM SİZ MƏNİM TƏQDİM ETDİYİ PARÇADAN NİYƏ QORXDUNUZ…
Mən başa düşürəm ki, siz əslində “dəstə” dediyiniz adamlardan qorxmursunuz… DƏSTƏLƏNMƏYƏN ADAMLARDAN ÇƏKİNİRSİNİZ…
Tanish, bu halda sizle qismen raziyam. Elbette, menden icaze almayacaqsiz adminstrator dura-dura, medeniyyet barede de raziyam. Nahaq menim sozlerimi yalniz siz öz üzərinizə götürmüsüz. Başqaları sizdən qabaq sheir-zad yazib, köşə yerləşdirib. Ve i.a.
Sherifin hereketi özlüyündə böyük hadise deyil, EPİZODİK de deyil, tipik hadisədi. Arta-arta gedir.
Özünüz bilirsiz, elave şərhə ehtiyac yoxdu.
Murad, deyirsiniz ki
“İmtinanın fəzilətlərindən o adamlar daha cox və daha bəlagətlə və daha artıq və qətiyyətlə söz edirlər ki, hələ onlara təklif gəlməyib”
Bu ədəbiyyatın evdə qarımışları, heç bir qurumdan və “dəstə”dən təklif almayanları çoxdu, amma onlar heç vaxt nə bəlağətlə danışacaqlar, nə də qətiyyətli söz deyərlər, ələlxüsus da imtina barədə..
Və problem doğrudan da flüger kimi ora-bura fırlananlarda deyil, problem insanlarımızın MƏN adlı bir ruhunun ölüvaylığındadır..bir bir şair ki pula alınacaq və ya satılacaq, bir yazıçı ki pula işləyəcək və ya işləməyəcək…demək həmin ədəbiyyat ölüb…ö l ü b…
Lap əvvəldə yerləşdirdiyim şeirsə mənim özümün deyil, Lermontovun məhşur və gözəl parçasıdır ki, həmin parça ilə mən bütün bu olanların qarşısında nə lazımsa demişdim əslində…
Bu ədəbiyyatın cinsini bilsəydim…adını deyə bilərdim amma…lənət şeytana..!
Şərif getdi, Pərviz getdi, Məhərrəm getdi… Bu adların heç biri hadisə deyil. Kimsə hardansa hara, ordan da harasa getməklə istedad qazanmır, daha yaxşı yazar olmur. Bircə onu bilirəm ki, gedəndə heç olmasa, işıq gələn tərəfə gedəsən. Onsuz da hər tərəf zülmətdi. Hətta içində olduğun zülmət belə, o biri zülmətdən yaxşı deyil. Ama doğma zülmətdi də, tanışdı, “gəvən evim, gənc evim(di), yatım səndə dinc evim(di)”. Şərif üçün bu, bəlkə də belə deyil – o, “o biri zülmətə”, “o biri dünyaya” da tanış idi. Odünyadan baş götürüb gəlmişdi.
Söhbət beləcə, kiminsə getməsindən yox, tendensiyadan gedir. Qulamhüseyin gedir, Fazil, Qüdrət, nə bilim kim… sadalamaqla bitirmi ki… hamısının mahiyyətində eyni şey durur. Bunlar eyni hadisələrdi. Eyni mayadandı. Seçim anına zorlanmaq…
Heç kim gedəndə barı yoldaşlarıyla sağollaşmır, halallaşmır da. Gedənlər bu gedişlərini getməyənlərin hamısından yaxşı anlayır axı…
AYB YAP-ın ədəbiyyat filialıdı elə bil. Konstruktiv ədəbi cərgəni genişləndirir. Ədəbiyyat (söz dövləti) kimsənin umurunda deyil. Çoxu buradan nə qopara biləcəyini düşünür.
Hamımız çətin vəziyyətdə yaşayırıq. Bu, getmələr üçün (bu gedişləri toplumda ya satılma, ya da ağıllanma adlandırırlar) səbəb deyil. Onda gərək kimsəni qınamayaq – nə bu ölkəni yeyib-talayanları, nə də gündə paqonunu dəyişənləri. Necə deyərlər, hamının balası var…
Rejim-monarxiya insanları öz MƏN-iylə balasının arasında seçim məcburiyyətində qoyub. Balanı Allah verib – yaxşı-pis saxlayır, qayğısına qalır da, MƏN isə MƏN-in yalnız özünə əmanət edilib. Rejiminsə heç biri vecinə deyil. Kimisə harasa çağıranda da balasının xətrinə çağırmırlar. Çağıranlar yalnız ÖZ BALALARININ, öz AİLƏlərinin xətrinə insanları bu cür idbar seçim qarşısında qoyurlar. Bunun üçün, yəni onların monarx-balalarının xətrinə öz balanın atasını-anasını onların sındırmaq ehtirasına qurban verməyə dəyərmi?
Mən əlbəttə heç kimi qınamıram – bildiyim budur. Qınadığım insanlarını bu hallara salan əsas səbəbdi – idbar əxlaq üstə qurulan monarxiya. Təbii ki, bütün seçimlərdən yalnız bütöv şəxsiyyət kimi formalaşmış adamlar üzüağ çıxa bilər.
Qalanlara salam olsun!
Dövlətin ən azı adı bizimdi – o bizimçün, biz onunçün çalışmalıyıq.
allah serifi biabir elesin, biabir olduq. İndi AYO-cular serifi zeif yazar hesab eleyecek. xususen tural-zad, elnur-zad, gunel-zad baslayacaq tenqid etmeye.
Dushunurem…
Dushunurem…
Biz bu rejimi sındırmayınca o bir bir hamımızı bax beləcə sındıracaq…
Özü də ən iri gövdəlilərdən başlayacaq…
Ürəyinizi çox da sıxmayın, dostlar.
Kimin ki özündən getmək problemi yoxdu, qorxmayın, heç yana getməyəcək. Sadəcə, gərək kimisə hansısa quruma üzv yazmamışdan qabaq doktor Rafiq bəyin yanına arayış üçün göndərək…
Gözlərini devlət məmurlarının cibinə tikib,gələcəyin xalq şair, yazıçılarının ipləri AYB bağlıdır. Onda bunla hansı xalqa, hansı xalqdan yazacaqlar. “yaşa patişahım, yaşa min yaşa.”
Reshad Mecid de razilashsa menim bir teklifim var…
raziyam novarq, teklifini de
dostlar, Sherifin AYB-ya kecmesi etrafinda isterikalara son qoyun. Sherif secimini edib – yolu aciq olsun. Inanmiram ki, onun bu addimi AYO ucun dehsetli zerbe olsun, odur ki, hadiseni sakit qarsilamaq lazimdir. Bu movzunun gunbegun ceynenmesi sadece Sherifin qara piari olacaq. Turkler demisken, ashq qarin doyurmuyor – yaqin, AYO da bir teskilat kimi Sherifin pembe xeyallarini ve umudlerini dogrultmayib
Bura smayliki necə qoyurlar..?
Men seslendirim teklifimi, yoxsa qalsin..?
Ryabina, neynirsen smayliki, arxadashlarin herflerinden de gülüş tokulur… -))
Bu hadisəni sakit qarşılamaq susmaq deməkdi, susmaqsa, bağışlayın şablona görə, razılıq əlamətidi. Allah eşqinə, buraxın bu yersiz loyallıq-liberallıq-tolerantlıq jestlərini, ortada bir sınma-satılma faktı, mənəvi ölüm hadisəsi var! Adam utanıb-çəkinmədən(!) tüpürdüyünü yalayır və nə istəyirsiz deyin, heç vercimə də deyil deyir! Necə yəni “yolu açıq olsun”? Millətin-ölkənin taleyini həmin o “açıq” yollarda qaraltmırlarmı? İçində olduğumuz bu iyrəncliyi öz pislikləriylə bir az da o “bəzəsin” deyəmi xeyir-dua verirsiz ona?
Yaxşı, onda imkanı olmayan yazarlarımız üçün (mən kişi cinsindən olanları nəzərdə tuturam, qadınlar müqəddəsdir, illərlə yeməsələr-içməsələr də yaşaya bilirlər) AYO rəngbərəng piştaxtalar hazırlasın, BŞİH`ə və MŞ`ə o piştaxtaları yerləşdirmək və reklam üçün muraciət edilsin, AYO öz xarici ədəbi əlaqələrindən istifadə eləsin, öz qiymətinə ucuz Çin, Türk mallarını vuraq piştaxtalara, həm yaşamaq üçün pul qazanaq, həm əlavə iş yerləri açılsın, həm ÜDM həcmini artıraq, həm də yuxarıdakı xanımı bu qədər əsəbiləşdirən satqınçılıq faktlarının qarşısı alınsın… Beləcə, həm “millətin və ölkənin taleyini qaraltmadan”, mənən ölmədən, eyni zamanda acından ölmədən yaşayaq, yaradaq… Ura!…
P.S. Elişka, sən nə təklif eləyirsən, necə alaq bu axmaq tendensiyanın qarşısını..? Belə getsə referenduma qeder Alya xanım hələ çox əsəbiləşəcək…
Mence novbeti teshkilata ehtiyac var. Mene ele gelir, bu teshkilat daha cox movqe prinsipile qurulmalidi. Mence, bezilerine mubahiseli gelse de, indi istedaddan leyaqet anlayishi one kecib.
Esas hedef Anari taxtdan ashirmagi ve ashagilamagi yox, ustun deyerlerin qorunmasini secmelidi.
Nece fikirleshirsiz Ryabina?
Nece dushunursuz, Tanish?
Alya bes siz?
“Bu dünyanı qurtaracaq mənmi qaldıma qədər düşdüm”
Nazim Hikmət demiş bunu.
Əgər bu dünyada Nazimlərin nümunəsi olmasaydı şəriflərin “dövlətə sığınması” çox normal görünərdi.
“Mən Şərifin seçiminə hörmətlə yanaşıram və hesab edirəm ki, hər kəs öz seçimində sərbəstdir…”
şərh yazan insanlar arasında ən istedadlılardan birinin və həmişə ən sərt mövqe göstərən Taleh bəyin fikirləridir bu…
Doğrudanmı bizimkilər emosiyasız, soyuq başla düşünməkdə bu qədər çəkirlər çəkirlər.
görünür dostların bir qismi “xəyanət”, “satqınlıq”, “tüpürdüyünü yalamaq” kimi ifadələrin dəqiq mənasını anlamırlar.
bir ictimai təşkilatdan çıxıb digərinə üzv olmaq “xəyanət”, “satqınlıq” deyil.
məncə bəziləri sadəcə Anara, hakimiyyətə olan nifrətlərini boşaldırlar.
heç kəsi müdafiə etmək fikrim yoxdu… ama matador bəy nazim hikmət ssri-yə sığınmadımı?
sizə nə olur ya?
kintamani,sizce bu dunyada hec eqide anlayisi yoxdurmu. Nazim oz eqidesine, oz yoluna (belke yanlis yol da ola biler) sadiq qaldi, butov bir sexsiyyet omru yasadi. Nazim buna gore boyukdur, zeif eserleri de onun sexsiyyeti fonunda gozellik qazanir. Ancaq Sherifin yaxsi eserleri onun bu hereketi kolgesinde cox menasiz gorunecek. Serif ne qeder boyuk xetaya yol verdiyini hele basa dusmur. Zaman kecdikce bu sehvini daha derinden anlayacaq. Helelik o, [zw ucun beraet yollari axtaracaq, meselen, sizin kimi dusunerek, Nazimin SSRI-ye siginmasi ona teselli verecek.
Azerbaycanda hele de bir Nazim Hikmet kultu var, qeribedi. 60-70-80-ci iller nesli Nazimi az qala dunyada modern ve istedadli edebiyyatin az qala sheriksiz lideri ve ya ORNEYİ sayirdilar. Nazimin SSRİ-de, o cumleden Az-da populyarlashmasinin siyasi sebebleri bellidi – onun ilk kitabini Az-nda S.Rustem tercume elemishdi!
…Bu kultdan bashi ayilmamish insanlar hele de var.
indilikde ürəyimdən olmasa da bir sual vermək məcburiyyətində qaldım – şərif də yanlış yolda ola bilər (müqayisə qüsurlu olsa da, nazim kimi) ama onun bütöv şəxsiyyət olmayacağına kim zəmanət verir və hansı əsasla? AYB-yə keçməkləmi? adam hələ gəncdir. bəlkə mənim də indilikdə qınadığım bu qələm sahibinə qarşı çox əzazillik edirik?
Salam Murad!
Fikrini daha etraflı görüşərək müzakirə edərik! Yaxşı ideyadır.Əgər məni yeni təşkilata cəlb edə bilsəniz sevinərəm, çünki TƏK vuruşmağa qərar vermişəm!
Amma qoy indi onu deyim ki, Babəklə iş aşır.
Babək Azərbaycanda EDAM OLMAĞI, QUL KİMİ YAŞAMAQDAN ÜSTÜN TUTAN DÜŞÜNCƏNİN ƏSASINI QOYDU…
Lənət olsun o yola ki, EDAM KÖTÜYÜNƏ APARMIR!
P.S: Alya haqlıdır!
Alya,
İnsan bu, su misali, kıvrım kıvrım akar ya:
Bir yanda akan benim, öbür yanda Sakarya.
Su iner yokuşlardan, hep basamak basamak;
BENİMSE ALİN YAZIM, YOKUŞLARDA SUSAMAK!
Her şey akar, su, tarih, yıldız, insan ve fikir:
Oluklar çift, birinden nur akar, birinden KİR.
Akışta demetlenmiş, büyük, küçük, kainat:
Şu ÇIKAN buluta bak, bu İNEN suya inat!
Fakat Sakarya başka, yokuş mu çıkıyor ne?
Kurşundan bir yük binmiş, köpükten gövdesine:
Çatlıyor, yırtınıyor yokuşu sökmek için.
Hey Sakarya, kim demiş suya vurulmaz perçin?
Rabb’im isterse, sular büklüm büklüm burulur.
Sırtına Sakarya’nın, Türk tarihi vurulur.
Eyvah, eyvah, Sakarya’m, sana mı düştü bu yük?
Alya,
BU DAVA HOR, BU DAVA ÖKSÜZ, BU DAVA BÜYÜK!
Ne AĞIR imtihandır, başındaki Sakarya!
Binbir başlı kartalı nasıl taşır kanarya?
İnsandır sanıyordum MUKADDES YUKE hamal;
Hamallık ki, SONUNDA NE RÜTBE VAR, NE DE MAL…
Yalnız acı bir lokma, zehirle pişmiş aştan:
Ve ayrılık, anneden, vatandan, arkadaştan!
Şimdi dövün Sakarya, dövünmek vakti bu ân;
Kehkeşanlara kaçmış eski güneşleri an!
Hani Yunus Emre ki, kıyında geziyordu?
Hani ardına çil çil kubbeler serpen ordu?
Nerede kardeşlerin, cömert Nil, yeşil Tuna?
Giden şanlı AKINCI, ne gün döner yurduna?
Mermerlerin nabzında hâlâ çarpar mı tekbir?
Bulur mu deli rüzgâr o sedayı: Allah bir!
Bütün bunlar sendedir, bu girift bilmeceler;
Sakarya, kandillere katran döktü geceler.
Vicdan azabına eş kayna kayna Sakarya.
OZ YURDUNDA GARİPSİN, ÖZ VATANINDA PARYA!
İnsan ÜÇ BEŞ DAMLA KAN, ırmak üç beş damla su:
Bir hayata çattık ki, hayata kurmuş pusu.
Geldi ölümlü yalan, gitti ölümsüz gerçek:
Siz, hayat süren leşler, SİZİ KİM DİRİLDECEK?
Kafdağını assalar, belki çeker de bir kıl!
Bu ifritten sualin, kılını çekmez akıl!
Sakarya, saf çocuğu, mâsum Anadolu’nun,
DİVANESİ İKİMİZ KALDIK ALLAH YOLUNUN!..
Sen ve ben, gözyaşıyle ıslanmış hamurdanız;
Rengimize baksınlar, kandan ve çamurdanız!
Akrebin kıskacında yoğurmuş bizi kader;
Aldırma, böyle gelmiş, bu dünya böyle gider!
Bana kefendir yatak, sana tabuttur havuz:
Sen kıvrıl, ben gideyim, Son Peygamber kılavuz!
Yol onun, varlık onun, gerisi hep angarya:
Yüzüstü çok süründün, ayağa kalk, Sakarya!
NECİP FAZIL KISKÜREK
qeribedir… neye lazim bu gurultu, bu simsekler? Sanki sohbet bir teskilatdan digerine kecmekden deyil, vetene xeyanetden gedir… Onda gerek ingilisler filosof Bertran Rasseli 5 defe dar agacindan asaydilar – cunki o, omru boyu defelerle felsefi fikirlerini deyisib
ALYAYA:
hormetli Alya, “Millətin-ölkənin taleyini həmin o “açıq” yollarda qaraltmırlarmı?” demek, Sherifin boynuna agir yuk qoymaq demekdir, ozu de onun ozunden xebersiz
Neden bizler helede basqalarinin secimine temkinli munasibet besleye bilmirik?
Sima, kaş men de sənin kimi xoş niyyetli ola bileydim. Burada söhbət, əslinə qalsa, Şərifdən getmir, hadisənin özü insana daha çox təsir edir. Çünki, yaşlılar (oxu: minbərdəkilər, hakimiyyətdəkilər) gənclərin qarşısında yalnız boyun əymək, yaltaqlanmaq yolu qoyurlar, bu ənənə Rəsul Rzadan, Səməd Vurğundan gəlir: boyun əy, haqsızlığa göz yum, işlərin xod getsin. Bax bu ənənə çox pisdir. Ona qalsa AYO da humanist bir missiya üçün qurulub, fəaliyyətində də qanuna əks bir cəhət yoxdur. …Bu ənənə gənclərin etiraz damarını qırmağa, cəmiyyəti bozlaşdırmağa yönəlib, Şərif də özünün həmrəylik benzin damlasını bu yanan Ocağın üzərinə atıb. Əgər onun bu hərəkətində qəbahət toxumu yox idisə, onda nə üçün bu günə qədər “dostlarının” üzünə çıxmır, öz imzasıyla bir açıqlama vermir. Demək ki, Şərifdə hələlik utanan üz var və o özü də nə etdiyini yaxşı bilir. Bədəncə cüssəli olsa da iradəcə zəifdir (bunu qəbahət saymaq olmaz),lakin səhv iş tutduğunu etiraf etsin. Bununla da iş bitsin.
Alya xanim, sizinle raziyam, amma susmaq tekce razilighin elameti deyil. Situasiya mene chox iyrenc gelir, hem de bele sheyler azerbaycanda chox tez-tez olur, menimchun yeni hech ne yoxdur ki, bu barede nese de deyim. Az-chox deyilesi soz vardisa da deyildi, Zahir, Perviz, siz dediniz. bu sohbeti gelin uzatmayaq. (maraqli bir sual/problemdir ki, insan niye hakim quvvelere satilir/satilmir, amma bunu da bashqa bir yerde dartishmaq olar). Situasiya barede yalniz bir maraqli meqam belke odur ki, daha bir numune gorduk ki, ayb de mehz hakimiyyetin metodlari ile isleyir. (bu da hech yeni deyil), onunchun azad yazarlar (AYO ve ondan kenar) gerek enenevi ve miskin muxalifetden ferqli bir keyfiyyet qoya ortaligha, bunu bacara.
matador, “sehv tutdughunu boynuna alsin, bununla da ish bitsin” – bu menasiz bir meqseddir, bunun hech neye ve hech kime xeyri de yoxdur, boshla bu ishi, ve gel bitirek sohbeti.
azər bey, amerikada oturub (allah işini avand eləsin) adamları belə rahatca tənbeh etmək sizcə bir az asan deyilmi?
sizin əvəzinizə burada sınanlara, əyilənlərə və ya sınmayıb, əyilməyib itin zulmunu şəkən insanlara sevgi ilə yanaşmaq ən azı mənəvi borcunuzdur. çünki bu adamlar sizdən fərqli olaraq alovun işindədir. kənardan baxana isə bu əyləncə kimi də görünə bilər.
bu movzuda yazilmis bir hekaye:
http://www.imler.biz/Rasim%20Qaraca-Oykuler-%20kim%20yatmish%20kim%20oyaq.htm
Men Simani destekleyirem bir meqamda ki, Sherif qardashimiz oz adimina mesuliyyetini ozu ferd olaraq cavabdehdir. Bizim ondan MUBARIZE teleb elemeye haqqimiz yoxdur. Rassel orneyi de tam dogrudur. Insan fikrini de, dusuncesini de, teskilatini da deyise biler. Qorxulu olan Serifin addimi deyil, fikridir:
“AZƏRBAYCAN KİMİ KİÇİK ÖLKƏLƏRDƏ CİDDİ SƏNƏT DÖVLƏTİN DƏSTƏYİ OLMADAN LAZIMI SƏVİYYƏDƏ İNKİŞAF EDƏ BİLMİR. XALQ KİTAB ALMIR, CİDDİ MUSİQİ DİNLƏMİR, KİNOYA-TEATRA GETMİR VƏ S. AZƏRBAYCAN REALLIĞINDA İSƏ DÖVLƏT ƏDƏBİ TƏŞKİLAT OLARAQ ƏSASƏN AYB İLƏ ƏMƏKDAŞLIQ EDİR”
Sherif dovletin ayriseckiliyine etiraz elemek, azad bazar ve reqabet muhiti teleb elemek yerine asan olani secdi. Mal, rutbe ve titul dalinca qacdi. Hec kim Serife niye bele etdin demir. Bizim umidimiz Serife qalmamishdi ki?
Biz mence Serifin dediklerini muzakire elemisik! Xalq kitab oxumur, ciddi musiqi dinlemir, kinoya-teatra getmir ona gore ki, AZERBAYCANDA DEMOKRATIYA YOXDUR!!!
Monarxiya yazicilarinin hamisinin uzune xalq bir gun tutpurecek! O xalq gec-tez meydana cixacaq!
Biz deyende men butun anti-monarxiyacilari nezerde tuturam!
Şərif A.-ın damarlarında AYO-un QANI axır,o harda olur olsun,hansı quruma keçməsinndən asılı olmayaraq məncə əqidəsindən dönməyəcək.O üzdən bir belə”göz yaşı”tökməyinizə dəyməz.Göz yaşı qanı yuya bilməz!!!
Eqide- bir az ayri sohbetdir Elnare xanim! Sen deyen olsa men Serife “ehsen” deyerem. Ki, ele Kultaza musahibe verib desin ki, ANAR DIKTATURAYA YOX DE!
Mən Qamçı Eldəniz bəyi gördüyümə sevindim!
Qoy, həmişə qalanlara salam olsun.
Azər bəyə irad tutana isə deyim ki, hə, o, Amerikada yaşayır (mən onu tanımıram, heyf, ama tanıdım hardasa), burda bir suç yux, gördüyümsə budur ki, Amerikada yaşasa da, o Azərbaycanı yaşayır.
AYB-də oturub bu ölkəni anlamaq olarsa, ABŞ-dan niyə olmasın?
Allah sizin hamınızı güldürsün… Şərif karyerasını fikirləşir, əppəyini fikirləşir sizdə başlamısınız burda ay əqidə belə gəldi, mənəviyyat elə getdi… Bir şeyi də deyim… Mən özüm 10 ildən çoxdu AYB üzvüyəm… Ona görə də fikirlərinizi bir az etik çərçivədə bildirməyinizi xahiş eliyirəm… Elə danışırsınız elə bil bu quruma üzv olanlar ən mənəviyyatsız adamlardır… AYB üzvlərinin içində istər istedadına görə, istər mənəviyyatına görə AYO-çulardan da, başqalarından da qat-qat yuxarı olan insanlar var… Ancaq etiraf eliyirəm… bəli AYB- də süləngilər də var ki, sizin gördüyünüz ancaq onlardır… və sizin Şərif də məhz onlardan birinə çevrildi… Hələ neçələri çevriləcək bunu zaman göstərər…
scorpion, sozlerine fikir ver.
*Ona görə də fikirlərinizi bir az etik çərçivədə bildirməyinizi xahiş eliyirəm…*
*AYB- də süləngilər də var ki, sizin gördüyünüz ancaq onlardır… və sizin Şərif də məhz onlardan birinə çevrildi…*
üç cümlədəcə iki sifət. gərgin situasiyalarda necə olarsınız cənab scorpion?
ANAR DİKTATURAYA YOX DE!
ATV’nin girdirme “El ichinde” proqramina devet almaq, o media meymununun bilerekden milletin beynini mehv elediyi, Jale’nin sponsorluq elediyi (shireleri deyirem… -)) verilishde fikir bildirmekle AYB’ye uzv olmaq arasinda ne ferq var ki..? Qardash, mubarizedirse butun cebhelerde aparin da, niye bezileri yaradilan imkanlardan istifade edir, amma bir bashqasi qinaq obyekti olanda onu basha dushmur, komek elemir..? Men Herischi’ni nezerde tuturam, mashallah, “El ichinde” verilishinin daimi qonagina chevrilib…
Novraq bunun sebebini sene aciqlayim: Hemid Herisci ATV verlisine cixanda dostlarindan xebersiz ogru pisik kimi cixmamisdi. Bu bir. Ikincisi, AYO AYB-ye qarsi vurusan, en azi ona qarsi olan bir teskilatdir, buna gore de Serifin hereketi qeyri-exlaqidir, bunu basa dusmeye navar? Serifi satin aliblar, ozu de nagd pula yox, nisye, vedlerle. Hec olmasa Murada AYO-dan cixmaq ucun 100 manat vermisdiler.
Bu meseleyle bagli bax:
http://adyazar.az/qezet/index.php?newsid=83
Heç Rasselin yeridir…
Rassel fəlsəfi fikirlərini dəyişib, əqidəsini satmayıb.
Ömrü boyu faşizmə, sovetizmə qarşı olub.
Pasifist olub
89 yaşında parlamentin qarşısında keçirilən aksiyada həbs edilib.
Malı-mala qatmayın.
Fikir dəyişdirmək başqadır, satılmaq başqa.
Hormetli Sherif bey, sizin aciqlamaniz tehrif olunmayib. ne demisinizse onu da yamisham. sesiniz hele dediktafondadir. menim sizinle shexsi-qezeim yoxdur. nece olur ki, Aqshinin, re.ad Mecidin fikierlerini tehrif etmirem. Sizin fikielerinizi tehrif edirem. bir de sizin ne demeyiniz aydin oldugu haqda butun cumlelerinizi yazmaq zorunda deyildim axi. Sizin bu sayta yazdiginiz aydinlatmas ile APA-da yayimlanan aciqlamaniz arasinda hansi ferq var. her ikisinin mahiyyeti eynidir. bele ise diqqetli olmaq lazimdir ki, Murad kimi dusunenler de APA-ni hansisa nezaret mashinina benzetmesin. Bu adamlarin sozunden bele cixir ki, guya Sherifi AYO-dan cixarib AYB-ye salan APA-dir. cenablar, diqetli olun. murad beye de deyirem ki, obyektiv ve edaletli ol, eks halda sizden hec ne alinmayacaq
Eshq olsun Elbrus! Maraqla oxudum aciqlamanizi, en maraqlisi odu ki, men agentliyin adini kicik herlerle (ona gore)yazmishdim ki, belke gozden yayina. Gorunur, bir nece gunden sonra agah olmusuz.
Vesslam
gelen defe daha kicik yazmaga ceh elerem.
Elnur Astanbetli nehayet ki, Reshad Mecidin cavabin verdi:
http://adyazar.az/qezet/index.php?newsid=113
Heyf…
Amma sen hec bir qurumun uzvu olmadan da “seneti inkishaf edire” bilerdin, arzuladigin “desteyi” ala bilerdin. Bunun ucun hec de Biceraxov kimi cebheni satmaq, yaxud shtreybrexerlik edib vaxti kecmish, uduzmush, oleziyen bir quruma iliq nefes, onu yoneten irticaci bashkanina, eprimish terefdarlarina destek vermek lazim deyildi.
Bu gun onlar lezzet alir, amma sabah sen ezab cekeceksen, Sherif Agayar. Cunki sabah emin olacaqsan ki, Elnur Astanbeyli, Seymur Baycan ve Qan Turali bir yerde bu xalq, bu Veten ucun AYB-den daha deyerlidir. Goreceksen ki AYB-de olmayan diger hemfikirler hamisi daha cox edebiyyat, senet fedaileridir.
Bir de ki axi AYB ne vaxtdan dovlet qurumu olub? O da sadece bir ictimai teshkilatdir. Onu konkret tarixi sherait uze cixarib, muvafiq sherait yetishende yene tarix silib atacaq. Prosesler buna aparir. Nece ki silinir… Meger 4-5 il evvel AYB-nin movqeyi bele idi? O suquta gedir. Tezi-geci var. Sense telesdin ve alnina rusvayciliq damgasi vurdun. Meger AYB-nin yaradildigi 1930-lardan evvel senet inkishaf etmirdi? Eksine… Sen sehv etdin Sherif! Tupurduyunu yaladin. Dunyada esas Edebiyyat deyil, esas Leyaqetdir. Sen ki bunlari bilmeli idin. Bes ne oldu? Sen indi meger AYB knijkasi ile “seneti lazimi seviyyede inkishaf” etdireceksen? “Xalqa kitab aldiracaq, ciddi musiqi dinledecek, kinoya-teatra aparacaqsan”? Sen bu qedermi sadelovh imishsen?
Heyf…
Sene olan inama heyf!
bu soz chox halanir *tupuduyunu yalamaq*…
ezizlerim, men hech olmasa bir defe tupurmushem.
sizin hech boqaziniz bele qovushmayib.
AYB uzvluyu mene JEK arayishi kimi lazimdi. vesselam. bu teshkilat haqda fikrim deyishmeyib. men xalqi qoyub gedirem. o xalqi ki hech vaxt basha sala bilmedim ki, men Anardan da Bextiyar Vıdan da maraqlı adamam.
ne ise. Hep tupurdum AYBşiıliyə və tupurerek de davam edyorum. xahish edirem senetden anlamayanlar qanimi qaraltmasin.
zahir admin muelim, əlimin altında adam olmusan, sənə dablyu hərfini mən göstərmishəm. bu soğan iyi verən arvatdarı üstüme salma! sənə qayıdaram, özu de pis.
Aşıq olan eşqe düşer derd çeker
Menim kimi derdi yüz olmaz olmaz
Her ağaçdan sendel her yarpaqdan gül
Her toprağın tamı duz olmaz olmaz
Sözün yeri geldi qoy deyim barı
Eşidenler meni görmesin karı
AŞIĞIN NİSYESİ KÜRDÜN İLQARI
Deseler inanma düz olmaz olmaz
Zikirsiz mö’münü şeytan aldadar
Sayqısız iqidi düşman aldadar
Ağılsız cahalı kirşan aldadar
Günü keçmiş qarı qız olmaz olmaz
Elesger serrafsan gövheri tanı
Dosta qurban olsun düşmenin canı
Cömerdin kisesi merdlerin nanı
İnşallah ölünce az olmaz olmaz
İnsanları suçlamaq çox qolay!
***
Bir gün, söz vaxtına çəkər, məhərrəmlik ayında, deyəsən elə həmin ayın 10-cu günündə, Zəncan şəhərindəki məsciddə molla moizə deyirmiş. Kərbəla döyüşü barədə olan bu moizəni dinləyən camaat da danışılan əhvalata nəinki yalnız qulaq asır, hərdən nidalarla yüzillər öncə baş vermiş əhvalata öz münasibətlərini də bildirirlərmiş.
Molla davam edir:
- Elə ki, Yəzidin qoşunu yaxınlaşdı…
Camaat:
- Eyvah!!!
- Həzrət İmam Hüseyn atının gətirilməsini xahiş etdi.
Camaatdan 1-2 dənəsi qışqırır:
- O atın ayaqları altında qalaydım.
Molla davam edir:
- Qurban olduğum ata minəndə…
Camaat:
- Eyvah…!!
Mollanın axırda səbri tükənir:
- A balam, bir dayanın da… bəlkə qurban olduğum atı suvarmağa aparırmış…
***
Bax belə.. Bəlkə bu hadisədən yalnız Şərifə deyil, ümumiyyətlə literaturçu gənclərə elə xeyir gələcək ki, Şərifin AYO-da qalmağından daha yaxşı olacaq.
Bəlkə Şərif AYB`ni dağıdacaq, sizlərin də canı qurtaracaq?
Əlbəttə, bəlkələrlə iş bitmir, amma hər şey yaxşılığa doğrudur…
***
Adam nə edib? Bir birlikdən çıxıb, o birinə girib. Əgər Şərif Anar Rzayevə yaltaqlansaydı, onun barəsində mədhiyyə yazsaydı, sizləri başa düşərdim…
***
Zahir, Şərif bəy deyir ki, APA onun fikirlərini təhrif edib. Bunun özü informasiya deyil? Bəlkə verəsən “QayNar”da? Sənin ki, özünün informasiya agentliyin var. Yarat ona tribuna, al Şərifdən bir müsahibə, APA`nın təhrif etdiyi fikirləri təhrif olunmamış şəkildə ver!! Bunu ki, yapa bilərsən…
***
Məşhur əhvalatdakı kimi: atlının əynindəki kürkü soyuq külək yox, isti günəş çıxarda bilər.
Bu qədər.
Sen artiq Anar kimi danishmaga bashlamisan, Sherif Agayar.
Deyesen hec biz de seni basha sala bilmeyeceyik…
Elnur Astanbeyli adyazar-a musahibe verdi!
Sherif Agayar ve Reshad Mecid haqqinda gorun neleri deyib:
http://adyazar.az/qezet/index.php?newsid=127
Deyesen hec biz de seni basha sala bilmeyeceyik…
salam həmvətənlər!
Bayramlar boyu Azərbaycanın internet məkanında görünməmiş təhqir yağışına tutuldum. elə bil azərbaycanin bütün bəlalarına bais mənəm. vaqif bayatlinin qanadlılıq misalı olmasın heç kimdən incimədiyimi bəyan edirəm və günahların çoxunu özümdə görürəm.
Ancaq unutmayın ki, mən də insanam. Mənim də əsəblərim var. Üstəlik bu təhqirləri yazan insanların əksəriyyəti gizli imza ilə yazır. Mən də gizli imza ilə yazmışam, amma təhqir yoox. Internetdi də adam hərdən əylənir özü üçün… Amma prinsipial məsələlərdə, bir qələm adamını gizli imzalarla bu qədər aşağılamaq və ya buna şərait yaratmaq ən azı düzgün deyil.
Bundan yana “soğan iyi verən arvadları üstümə salma” – deyə bir az qızdım adminə. Əslində burada işlətdiyim “arvadlar” sözü cins mənasında deyildi.
Odur ki, sözümdən incikliyi olan və məni təhqir etmək kampaniyasında iştirak etməyən bütün xanımlardan üzr diləyirəm.
Sayğılarla Şərif A.
Əzizim Anar müəllim!
Bu gün Azərbaycan Yazıçılar Birliyninin Azərbaycan yazıçılarının taleyində oynadığı növbəti müdhiş faciələrdən biri baş verir. Özü də hamının gözü qarşısında.
Bununla əlaqədər Sizin hansı əhvalları keçirdiynizi bilmək mənim üçün çoooooox maraqlı olardı.
Mən bilmək istərdim təhqirdən, söyüşdən, kimsəsizlikdən, hücumlardan, ictimai çıxılmazlıqdan, kollektiv təzyiqdən, özünü realizə edə bilməməkdən, çörək dərdindən, yaşamaq əzabından, yazmaq ağrısından bezən yazıçıların sabah intiharı prosesi başlasa, hamının bir ünvanı göstərdiyi halda, bunun məsuliyyti kimin boynunda qalacaq?
Siz üç yazıçını baramaqla göstərib Yazıçılar Birliyindən qovdunuz.
Onlardan ikisi türməyə düşüb çıxdı.
İnda daha üç yazıçını barmaqla göstərirsiniz?
Niyə?
Yəni Siz (və Sizin ətrafınız) İSTEDADDAN GƏLƏN SÖZÜÜN NƏZARƏTƏ GÖTÜRÜLMƏSİNİN qeyri – mümkünlüyünü doğrudanmı başa düşmürsünüz?
malades Raset, kishi adamsan.
Ən dəxilsiz şərhi yenə də Rasət bəy yazdı.
Anar burda şərh oxuyur?
ey kolxoz tefekkuru ile yashayanlar,siz yazarsiniz yoxsa pambiqchi?ne AYB var ne de AYO .Rasim Qaraca da Anar da size baxib qehqehe chekir.heresi bir yolla qazanir yazichi surusunden istifade ederek.biri dovletden, biri de genc yazarlara 12 vereq defter qalinliginda kitab chixarmaqla.geden sizden gedir.eslinde ele bu sohbetlerden istedadsiz yazarlar qazanir.bunlari muzakire edib gundemde qalir.dunya edebiyyati bize bilirsiniz harasi ile gulur?
Asena-nin fikirlerinde heqiqet vardir mence…
mən bir şeyi başa düşə b ilmədim. Yəni adıgedən Şərif bəy Qarabağdaş aşıb ermənilər tərəfəmi keçib, Ya Qəzzada həmasçılarlmı vuruşub?!
Kişilər, əsər yazın, əsər-əlamət qoyun,