İlə görə arxiv: Aralık 2008


Qəşəm Nəcəfzadənin İranda şeirlər kitabı çap olundu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Aralık, 2008

Şair Qəşəm Nəcəfzadənin Tehranda “Yaşmaq “ yayım evində “Ölülər bizə gülür”adlı şeirlər kitabı nəfis şəkildə çap edilib. Nəşriyatın öz hesabına nəşr etdiyi  bu kitaba şairin  müxtəlif illərdə yazdığı şeirləri toplanıb.
“Kultaz.com”-un verdiyi xəbərə görə, kitabın redaktoru istedadlı şair və naşir Səid Muğanlıdır. Üz qabığının qurucusu Ayxan, şeirləri ərəb qrafikası ilə yazan və ön sözün müəllifi Səttar [...]



Azərbaycan Dünya Kukla Teatrları Festivalına qatılacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Aralık, 2008

2009-cu ilin yanvarında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Fransada keçiriləcək Dünya Kukla Teatrları festivalında iştirak edəcək.



Çağdaş Azərbaycan şeiri Türkiyədə

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Aralık, 2008

Türkiyədə “Çağdaş Azərbaycan şeiri” antologiyası nəşr edilib.
Toplu Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində çap olunub.
“Kultaz.com”-un verdiyi xəbərə görə, layihənin rəhbəri DGTYB-nin sədri Əkbər Qoşalıdır.



Tehran Əlişanoğlu. Sabir Əhmədlinin trilogiyası (Tənqid.net)

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 13 Aralık, 2008

Sabir Əhmədli bizə bəlli son romanını “Ömür urası” (2000-2001) adlandırıb, son kitabını isə “Axirət sevdası” (Bakı, 2003). Üstəlik, “Ömür urası”nı ayağda xatırladıb: “Məsəl var: “Gedər bostan urası, qalar üzün qarası”. İnsan ömrünün sovulan çağına da “ura” söyləmək olar. Oxuculara çatdırılan bu romança yazıçı ömrünün son yetirməsi – “ura”dır. Bundan sonra nə yazsa, həmin ad altında [...]



Tehran Əlişanoğlu. Nəsrdə Cənub diskursu (Tənqid.net)

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 13 Aralık, 2008

Prozada diriliyi ilə seçilən xətlərdən biri də “cənub diskursu”dur (şərtən bu cür adlandırdığım həmin xətti mən ardıcıl “Alatoran” jurnalında izləyə bilirəm); bu barədə bir Cənublu yazara dedikdə, “burda (yəni Şimalda) redaktədən sonra belə olur”, – dedi. Hərçənd mətnlərə baxdıqda cənublu həmkarımla razılaşmaq çətindir; “prozaik sirr” bizə tanış olmayan, xam həyat parçaları, insan mənzərələri ilə bahəm, [...]



“Gənclər nəylə məşğuldur?” adlı konsert

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Aralık, 2008

Azərbaycanda yaşayan gənc klassik musiqiçilər öz varlığını bu şəkildə duyurmaq istəyirlər
19 dekabr 2008-ci il tarixdə, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Böyük zalında yeni yaradılmış Azərbaycan Gənc Musiqiçilər Birliyinin ilk konserti olacaq. “Kultaz.com”-nun verdiyi xəbərə görə, konsert “Gənclər nəylə məşğuldur?” adlanır. Bu konsertlə Azərbaycanda yaşayan gənc klassik musiqiçilər öz varlığını duyurmaq və topluma hesabat vermək [...]



Gənc şairlər, bəxtinizi Türkiyədə sınayın!

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Aralık, 2008

Arkadaş Z.Özger Şeir Müsabiqəsi başladı…
1973-cü ildə Türkiyədə dünyasını dəyişən şair Arkadaş Z.Özgerin xatirəsinə bu ölkənin “Mayıs Yayınları” 14 ildir ki, Arkadaş Z.Özger Şeir Müsabiqəsi keçirir. Kitabı yayımlanmamış şairlərin namizəd ola biləcəyi mükafata son müraciət günü 15 martdır.



1 milyon dollarlıq fotoşəkillər

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 13 Aralık, 2008

Filmlərin əfsanəvi sarışın ulduzu Merilin Monronun məşhur olmazdan və adı Norma Jean Baker olan vaxtlarda fotoqraf Andre De Dienesə çəkdirdiyi fotoşəkillər 16 və 17 dekabrda New Yorkda satışa çıxarılacaq.
“Kultaz.com”-un verdiyi xəbərə görə, Monronun 100-dən artıq fotoşəklinin 800 min ilə 1 milyon dollar arasında satılacağı gözlənilir.



Əzizə Mustafazadə Bakıda konsert verəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Aralık, 2008

Böyük Azərbaycan cazmeni Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadənin dekabrın 19-da Bakıda verəcəyi konsertin biletləri 40-100 manat arasındadı. Artıq biletlərin bir qismi satılıb. Bu barədə konsertin keçiriləcəyi Heydər Əliyev adına Saraydan məlumat verilib.



Keyt Uinslet yenə Oskara ən real namizəddir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Aralık, 2008

O, əvvəlki illərdə də 5 dəfə namizəd göstərilmişdi…
Tanınmış kinoaktrisa Keyt Uinslet, kino tənqidçiləri tərəfindən Oskar mükafatına bu dəfə də ən real namizəd olaraq göstərildi. “Kultaz.com”-un verdiyi xəbərə görə, 5 dəfə Oskara namizəd olan, lakin heç bir zaman bu ödülü qazana bilməyən Uinslet, bu dəfə daha iddialı təsir bağışlayır. Gözəl aktrisa, “Titanik” filmində birlikdə rol [...]



Banderas Salvador Dalini oynayacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Aralık, 2008

Tanınmış aktyor Antonio Banderas çəkiliş meydançasında məşhur İspan rəssamı Salvador Dalini canlandıracaq.
“Kultaz.com”-un verdiyi xəbərə görə, ingilis rejissoru Simon West Salvador Dali haqda çəkəcəyi filmdə İspan rəssamı obrazını Banderasa həvalə etdiyini açıqlayıb.



Avropa ilin ən yaxşı filmini seçdi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Aralık, 2008

“Avropa Film Mükafatları” festivalının növbəti qaliblərinin adı açıqlandı
Avropa Film Akademiyasının təşkilatçılığı ilə keçirilən “Avropa Film Mükafatları” festivalının növbəti qaliblərinin adı açıqlanıb.
“Kultaz.com”-un verdiyi xəbərə görə, İtalyan rejissor Matteo Garronenin “Gomorra” adlı filmi „ən yaxşı film“ nominasiyasının qalibi olub. Napolinin yeraltı cinayət dünyasından bəhs edən filmin rejissoru Garrone də Avropa Film Akademiyası tərəfindən ən yaxşı rejissor [...]



Xanəmir Telmanoğlu. Üç səs, üç hərf

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 12 Aralık, 2008

Bir şəkilçinin poetikləşmiş mifologiyasından metafizikasına
Ey dadi bidad danəndə dəhan dərviş d…..
Yazsam ki, gedib- gedib Qaf dağının ardında  Tibet lamalarının qocaları kimi oturuşmuş, oturmuş bir ermişə rastlarsan – eşit, özün bil, ama inanma.
Yazar olsam əyər, bu dünyada gördüyün sonuncu bir quşcuğazın sənin ona qarşı diqqətindən bir an sonra indiyə kimi yediyi dənlərin içində sonuncu dən onu [...]



“Muro” filmini 4 gün içində 1 milyon tamaşaçı izlədi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Aralık, 2008

“Qurdlar Vadisi” serialının inqilabçı jarqonu və “Nalet olsun içimdəki insan sevgisinə” replikasıyla tanınan Muro obrazının baş qəhrəmanlığıyla çəkilən eyniadlı film qısa zamanda 1 milyon tamaşaçı izləyib.
“Kultaz.com”-un verdiyi xəbərə görə, bu barədə filmin istehsalçısı “PanaFilm”dən bildirilib.



Rövşəni. Düşüncələr. (Tənqid.net)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 12 Aralık, 2008

Oxucu seçimində azaddır. Onun sevdiyi şeyi oxumaq və ondan ləzzət almaq imkanı var. Hətta sevdiyi əsəri yarımçıq qoymaqdan ləzzət almaq imkanı var.
Tənqidçi ləzzət almaqdan özünü məhrum etmiş oxucudur.



POSTMODERNİZM (Tənqid.net)

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 12 Aralık, 2008

Qorxmaz Quliyev, filoloji elmlər doktoru
XX əsrdə qlobal kataklizmlər şəklində özlərini büruzə verən inqilablar və dünya müharibələri ilə bağlı bəşər cəmiyyəti dərin böhranlara məruz qalmış, uzun yüzilliklər boyu cilalanmış əxlaqi prinsiplərin və mənəvi-ruhani dəyərlərin məhvi ilə səciyyələnən qeyri-sabit bir durumla üzləşmişdir. Bu arasıkəsilməz aşınma prosesi bir-birilə rəqabət aparan, “həqiqət yalnız məndədir” deyə bir-birinin dünyaduyum prinsiplərini və [...]



Oskar Uayldın itkin məktubları və əlyazmaları tapılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 10 Aralık, 2008

Məşhur ingilis yazıçısı və dramaturqu Oskar Uayldın 50 il bundan əvvəl it-bata düşmüş məktubları və əlyazmaları tapılıb.
Məktublar və əlyazmalar İngitərənin şöhrətli yazıçısı, dramaturqu, intellektualı və özünün iddia etdiyi kimi, “İngilis dilinin şahı”- Oskarın həyatının maraqlı dövrlərini əks etdirir.



Aydın Talıbzadə. Olum və Ölüm təqvimi (Tənqid.net)

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 10 Aralık, 2008

(qorxu pıçıltılarına refleksiya)
Qısa mesaj: Milli Dram Teatrının səhnəsində “Uçqun”. Təmir ərəfəsində necə də yerinə düşür bu ad… Təki xeyirliyə olsun! Müasir dünya dramaturgiyasının ən reytinqli əsərlərindən biri indi Azərbaycanda oynanılır. Nəhayət ki! Deyəsən, tilsim qırılıb. Pyes yazarı da öz türkümüzdür, Türkiyənin ünlü sənətçisi Tuncer Cücenoğludur. Tamaşa baxılır, seyrçi qavrayışına nüfuz edə bilir. Önəmlisi elə budu, [...]



Tehran Əlişanoğlu. Nəsrdə “qadın diskursu” (Tənqid.net)

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 08 Aralık, 2008

Təhminəni yaratmağın necə çətinliyini mən Sara Oğuzun “Çərxi-fələk” povestini oxuyarkən bir daha duydum; çün qadını müşahidədən yazmaq (Anarın “Ağ liman”ında olduğu kimi) bilavasitə yazmaqdan yəqin ki, daha ağır olar. “Çərxi-fələk”də Təhminə-Zaur münasibətlərinin uzaq əks-sədası var; amma mövzu cəmiyyət münasibətlərinin mürəkkəb çulğaşığından çıxarılıb, daha lokal planda – əsas qəhrəmanın mənəvi iztitirabları çevrəsində “azdırıldığından”, aydındır ki, qayə [...]



“Tənqid.net” jurnalı “Kultaz”ın qonağıdır

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 08 Aralık, 2008

Bu günlərdə 5-ci sayı işıq üzü görən “Tənqid.net” jurnalı həftə boyunca “Kultaz”ın qonağı olacaq. Belə ki, jurnalın son sayında dərc olunmuş bir çox yazıları seçmə üsulu ilə sizlərin müzakirəsinə təqdim edəcəyik.
Qeydə edək ki, jurnalın bu sayının əsas mövzusu “müasir tarix”dir; amma birbaşa tarixin rəqəmləri və tarixşünaslıq materiallarında yox; burda müasir tarixi canlı şəhadət – yazıçı, [...]