İlə görə arxiv: Aralık 2008


Nurlan UMUD. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 08 Aralık, 2008

«Xoşbəxt qadın rolunda bir aktrisa» da
yaşaya bildi bəlkə bundan sonra
«Qanadları qırılmış quş ağrı hiss etmir,
ancaq o bundan sonra uça da bilmir»
Mənimsə qanadlarım dəfələrlə qırılmış…
Heç vaxt arxamda görmədim səni,-



Bakıda Misir və Rusiya Kino Həftəsi keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 05 Aralık, 2008

Dekabrın 15-19-da Bakıda Misir Kino Həftəsi keçiriləcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən verilən məlumata görə, tədbir nazirliklə Misir Mədəniyyət Mərkəzinin birgə təşkialtçılığı ilə keçiriləcək. Həftə çərçivəsində 5 gün müddətində son illər Misir kinematoqrafçılarının istehsal etdiyi filmlərin nümayişi nəzərdə tutulur.



Qan Turalı. Pisliyin kökü hardadır?

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 05 Aralık, 2008

Bir daha Şərq-Qərb haqqında
Şərq ədəbiyyatı haqqında çox danışırlar. Azərbaycan da Şərqin bir hissəsidir. Lakin Avropalaşmamış, amma Şərqli olmaqdan çıxmış hissəsi. Yəni yarımçıqlıq. Yarımçıqlıq isə hər şeydən pisdir. Yarımçıqlıq tamlığa can atmırsa, yarımçıqlıq öz situasiyasından razıdırsa, onda deməli bir söz var: bu yarımçıqlıq iyrəncdir. Bu yarımçıqlıq ikrah doğurur.



İlin 10 ən yaxşı kitabı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 05 Aralık, 2008

Dünyanın ən nüfuzlu qəzetlərindən biri olan “The New York Times” 2008-ci ilin 10 ən yaxşı kitabının reytinq siyahısını hazırlayıb.
Ekspertlərin fikrincə, ilin ən yaxşı əsəri yazıçı və ssenariçi Stiven Millhauserin 13 hekayəsindən ibarət “Təhlükəli gülüş” (“Dangerous Laugther”) kitabıdır.



Yeni layihə: Roman və Roman haqqında hər şey

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 02 Aralık, 2008

Kultaz: Portalımızın daimi müəlliflərindən biri- Cavidanla saytımızın daimi şərh yazarı Novarg yeni bir layihənin əsasını qoyublar. Layihə “Roman” adlanır. Belə ki, yeni yaradılan “roman.azeriblog.com” ünvanında məqsəd roman və roçançılıq haqqında bilgilər vermək, müzakirələr açmaqdır.



“Sənət qəzeti”nin yeni sayı satışda

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Aralık, 2008

Kultaz: Azərbaycanda dərc olunan yeganə müstəqil ədəbiyyat-mədəniyyət qəzeti olan “Sənət qəzeti”nin növbəti sayı işıq üzü görüb.
“Kultaz”-ın verdiyi məlumata görə, qəzetin bu sayında da çoxlu maraqlı yazılar, əsərlər və tərcümələr dərc olunub.



Dövlət Yuğ Teatrı – Afişa

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Aralık, 2008

07.12.08
“Civilti” tamaşası
10.12.08
“Mən Məhəmməd Füzuli” layihəsi çərçivəsində “Rüsva – Ya rəbb” tamaşaları



İbrus Teatrı – Afişa

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Aralık, 2008

08.12.08
Rüstəm İbrahimbəyovun “İvan Buninin sonuncu döyüşü” tamaşası
18.12.08
Jan Koktonun “Tək səs” tamaşası



Gələn həftə Bakıda II Rostropoviç musiqi festivalı keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Aralık, 2008

Dekabrın 9-dan 14-nə kimi Bakıda II Rostropoviç musiqi festivalı keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsindən məlumat verilib. Festivalın açılış mərasimi Heydər Əliyev Sarayında keçiriləcək.



2008-ci ildə çəkilmiş 100 ən yaxşı filmin siyahısı açıqlanıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Aralık, 2008

“Times” və “Sunday Times” nəşrləri 2008-ci ildə Böyük Britaniyada premyerası keçirilən 100 ən yaxşı filmin reytinqini açıqlayıb. Siyahıya Kristofer Nolanın “Tutqun cəngavər” filmi başçılıq edir.
Britaniya nəşrləri “Ən yaxşı xarici film” nominasiyasında “Oskar”a namizəd olan italyan rejissorların çəkdiyi “Qomorra” filmini ikinci yerə layiq görüblər. Film Neapolun “Kamorra” cinayətkar klanından bəhs edir və kino tənqidçiləri bu [...]



XATİRƏ SADIQOVA. Yeni Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 01 Aralık, 2008

AZADLIQ SAATI
Üfüqlərə qoşulub
ulduzların evini arayan adam
gözlərin qaranlıqdı yenə
əllərin yuxulu
onu bil ki, sən
həyat qədər gözəlsən
ölüm qədər qorxulu