Zahir Əzəmət. Şərif, biz hərif deyilik!
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 03 Ocak, 2009
Şərif Ağayarın AYB-yə qayıtmaq məsələsi son günlərin ən geniş müzakirə olunan mövzusu oldu. Mən də mövqeyimi aydın şəkildə ortaya qoydum. Başqaları da müxtəlif arqument və səbəblərə söykənərək, öz fikirlərini bildirdilər. Bu mövzunu özümçün bağlanmış hesab etsəm də, Şərifin bir şərhi məni yenidən və son dəfə bu məsələyə qayıtmağa vadar etdi.
Şərif yazıb: “Zahir, admin müəllim, əlimin altında adam olmusan, sənə dablyu hərfini mən göstərmişəm. Bu soğan iyi verən arvadları üstümə salma! Sənə qayıdaram, özu də pis.”
Deməli belə…
Şərif, danışdıqca daha çox özün olursan. Daha içindəkiləri boğmağa, pafos və bəlağətə bürünməyinə ehtiyac qalmır. Səni özünə qovuşdurduğumuza, daha “azad” və “bəzək-düzəksiz” danışmaq şansı verdiyimizə görə təşəkkür etməyi unutmusan amma.
Keçək sənin “əlimin altında adam olmusan” iddiana.
İndi mən yaxın tarixə kiçik bir ekskurs edim, sən də oxu.
- Məni bir neçə dəfə hazırladığın ədəbiyyat səhifəsində dərc etmisən. Vəssalam. İndi mən səni haralarda və neçə dəfə dərc etdiyimi burada sadalamalı olsam, uzun, çox uzun bir siyahı alınar. Yalnız bir sualıma cavab ver: səni məndən daha artıq dərc edən, yayan, təbliğ edən varmı?
- Kitabın çıxanda M.Ə.Sabir adına Kitabxanada bütün ədəbi cameəni yığıb geniş müzakirə təşkil etdim.
- İstər kitabın haqqında, istər özün haqqında yazılar yazmışam. Dəfələrlə səndən müsahibələr götürüb təbliğ etmişəm.
- İndi Mədəniyyət Nazirliyində kiçik məmur olmağına yol “Kino+”-dan başlayıb. O qəzetin yarandığı gündən keçən 1 il ərzində onun necə çıxdığından xəbərin oldumu? Sən qəzetin puluna saunalarda fırlananda mən bütün potensilamı ortaya qoyub qəzet çıxardırdım. Redaksiyaya hamıdan tez gəlib, hamıdan gec gedirdim. Qardaşın Vüsalın sözü olmasın, “Sən Zahir Əzəmətin qəzetində baş redaktor işləyirdin”. Kollektivi də mən yığmışdım. Ordan bir il sonra niyə uzaqlaşdığımı da çooox yaxşı bilirsən- bura söhbəti deyil.
- Sən nə etmisən bəs? Sənin hansı əməyin hesabına adam olmuşam?
- Ədəbiyyata gəlincə. İlk dəfə səninlə “Pərvanə”də rastlaşdıq. Onda heç yazmırdın da. Niyəsi də buranın söhbəti deyil. Amma sonradan işıq üzü görən kitabım elə həmin ilk gündə “Pərvanə”də oxuduğum şeirlərlə açılır. Sən hələ sonradan yazacaqdın. Yaddaşını təzələmək üçün, bir məqamı xatırladım. Hər halda o zaman təkcə sən deyil, çoxları “Ulduz” metrosunun yaxınlığındakı çayxanaya biz “Nəfəs”çilərin başına yığışırdı ədəbiyyat söhbətlərini dinləməyə. O vaxt hələ AYO da yox idi.
- Tamam. İlk dəfə sənin yanında internetə daxil olmuşam. “Dablyunu” sən göstərmisən. Bunun borcunu isə sən Mədəniyyət Nazirliyinə imtahan verəndə internetlə bağlı sualların cavabını gəlib məndən öyrənəndə qaytarmışam. Şükür, bal yığıb məmur oldun, indi əlin bala batıb deyəsən.
Bilmirəm, yenə nələrisə sadalamağa dəyərmi? Hərçənd indi sənin psixoloji durumun elədir ki, nəyisə çətin həzm edəsən. Başa düşürəm. Amma sən də anlamalısan ki, mənim nə Şərif Ağayar, nə Anar, nə də AYB problemim yoxdur. Mən kəlləri sındıran rejimlə savaşıram. Təbii ki, qarşı cəbhədəsənsə, arada-bərədə sənə də kəsək dəyəcək. (Bu konuda Həmid Herisçi ilə Dayandur Sevgin arasında məşhur bir “deyişmə” olduğuna görə, söhbəti çox uzatmıram). Bu artıq sənin öz problemindir.
Yenə təkrar edirəm, sənin AYB-yə getməyinə yox, buna hansı don geyindirməyinə münasibət bildirdim. Belə olmasaydı, hadisədən dərhal sonra münasibət bildirərdim. Hətta “Kultaz” oxucularından biri niyə bu xəbəri yayımlamadığımıza irad da bildirmişdi. Amma mən reaksiya verməmişdim. Çünki Şərifin və ya qeyri-birisinin hardan çıxıb-hara girməsi sıradan bir hadisədir. Amma Şərif durub deyirsə ki, “Bu gün ciddi sənətlə məşğul olan insan Azərbaycan dövlətinin yanında olmalıdır”, buna susqun qala bilməzdim. Çünki bu bir çağırışdır. Hamını boyunduruğa səsləməkdir. Bu, mübarizə aparan gəncliyin hesabına alver etmək, bazar açmaqdır. Tamam, getmisən, əcəb eləmisən, abırına bükül, təqaüdünü al. Daha buna qəhrəmanlıq donu geyindirməyə, hamını sürüyə səsləməyə qalxma.
Həm də söhbət bütün cəbhələrdə alternativliyi yox etməyə qalxan, “Xalq-Heydər, Heydər-Xalq” şüarını bayraq edən YAP-dan gedirsə… Dövlət dediyin bumu? Hanı insanların konstitusion hüquqları? Dövlət insanları sındırmağa deyil, onları qorumağa çalışmalıdır. Beləmi qorudu dövlət səni?
Ən dəhşətlisi odur ki, haqsız olduğunu bilirsən.
Daha iki məsələyə də qısaca münasibət bildirim. Burada hər kəs sənin qədər şərh yazmaqda azaddır. Məgər sən indiyə qədər “amaravati” və ya “kentamani” imzalarıyla şərh yazanda mənim sifarişimi yerinə yetiridin? Ya sənin məntiqinlə desək, səni kimsə üstünə “salan” mən idim? Necə sən dünənə qədər (oxu: məmur olana qədər) istər yazı və müsahibələrində, istərsə də şərhlərində kimi istəsən tənqid və ya təqdir etməkdə özünü azad hesab edirdinsə, eyni hüquqa da başqaları malikdir. “Kultaz” demokratik məkandır. Hərçənd indi sənin demokratiyaya münasibətindən YAP qoxusunun gəlməsi təəccüblü deyil.
Qaldı ki, sənin üstümə qayıtmaq hədəsinə… Bunu doğrudan da anlamadım… Mən AYB-yə qız köçürməmişəm. Əgər, həmyerlilərinin sözü olmasın, “köylündən-zadından” başqa nəsə keçirsə, buyur…
Vəssalam.



(8 səs, hardasa: 4,00 ilə 5 arası)

Yüklənir...
AYO-nun dilinden AĞAYARA AĞI
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək,
Nə vaxtsa, üstündə tutulacaqdır.
Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.
Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.
Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən, nə danış, nə din,
Yox ol uzaqlar tək dumanda, çəndə.
Nəyimi sevmişdin deyə bilmədin,
İndisə, yüz eyib görürsən məndə.
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı…
Nüsrət KƏSƏMƏNLİ.
BİZ NEÇƏ NƏFƏRIK?
Dekabr 30, 2008 23:52 Yazar: praqmatik
Bizim ölkənin ayrı problemi-zadı yoxdur. Ziyalı problemi var. İndi- Azərbaycanın müstəqilliyini itirdiyi, respublika quruluşunu dəfn etdiyi, padşahlığın soyuq qış təki qapımıza dirəndiyi bir vaxtda gözümüz ziyalı gəzir. Gözümüz ziyalı gəzdikcə görürük ki, bu vətənin bütün davası elə bizim çiynimizdəymiş. Səhvlərimiz, doğrularımız, uğurlarımız və uğursuzluqlarımızla birgə Azərbaycan elə biziymişik. Azərbaycan bizim səsimizmiş.
O səsmiş ki biz onu hər seçkidə AZADLIĞA, DEMOKRATİYAYA, İNSAN HAQLARINA, AVROPAYA İNTEQRASİYAYA VERMIŞIK.
O səsmiş ki onu Məzahir Pənahov riyazi dəqiqliklə saxtalaşdırıb, qoruya bilməmişik. Bizim RESPUBLİKA səsimizi “Azadlıq” meydanına həsrət qoyublar, “Xəqani-33”-dən qovublar, “Azdrama”nın qabağında mühasirəyə alıblar, “Qələbə”də döyüblər, “Motodrom”da ələ salıblar.
Bizim səsimizi İQTİDAR olmağa qoymurlar!
Bizim səsimizi DEMOKRATİYA olmağa qoymurlar!
Bizim səsimizi RESPUBLİKA olmağa qoymurlar!
Kiminin səsin batırdılar, kimini boğaz elədilər… Səsimiz batdıqca ölkəmiz batdı… Demokratik düşərgənin tanınmış simaları boğazlandıqca vətənin xirtdəyi əldə qaldı…
ZİYA 90 FAİZ ÖLDÜ!
İndi baxıram, gur-gur gurlaya bilmirik; millətə hayqıra, rejimin üstünə çığırmağa gücümüz yox. Seçkidən-seçkiyə bir addım qabağa gedə-gedə olduq… Krallıqmı? Krallar hakimi-mütləq deyil indiki zamanədə. Padşahlıqmı? Axı bizim nağıllar aləmində padşah olmağın da bir yönü, tövrü, təhəri vardı, bəm-bəyaz göyərçinin başını üzsəydin də qonmazdı ölkəni talan edənlərin çiyninə!
O göyərçin XALQIN HAQQ ARAYIŞININ, ETİRAZ SƏSİNİN simvolu idi.
İştə budur o GÖYƏRÇİNİ BOĞANLAR:
Tutdu: Allahşükür Paşazadə; Başını üzdü: Anar Rzayev;Yoldu: Elçin Əfəndiyev; Qarnını yardı: Əkrəm Əylisli; Ütdü: Rüstəm İbrahimbəyov;Bişirdilər: İlhamə Quliyeva və Flora Kərimova;Masaya gətirdi: Əflatun Amaşov. Döş ətini- Zeynəb Xanlarova; Budunu- Çingiz Abdullayev;Belinin parasını – Kamal Abdulla;Belinin o biri parasını: Vaqif Səmədoğlu;Qanadın birini: Aqil Abbas;Qanadın o birini: Afaq Məsud; Dümbəyini: Faiq Ağayev, Aygün Kazımova yedi!
İndi o göyərçinin yumşaq tüklərindən xalqa balış düzəldirlər, lələklərini isə bizə uzadırlar ki, başınıza taxın! Əlimizi-qolumuzu sallayıb seyr edəkmi?
Yoxsa bizim padşaha gürcülərin prezidenti Saakaşvilini və Ermənistanın sabiq dövlət başçısı Köçəryanı örnək göstərəkmi?
Ey padşahsevərlər!
Meydanlardan çıxan, həyatını və hakimiyyətini Gürcüstan naminə risqə qoyub ruslarla kəllə-kəlləyə gələn, dədəsinin hesabına dövlət lideri olmamış Mixail Saakaşvili müsahibə verir və deyir: “İKİ DƏFƏDƏN ARTIQ PREZİDENT OLMAYACAM!” Saakaşvili demokratdır! Saakaşvili yaxşı bilir ki, İKİ DƏFƏDƏN ARTIQ PREZIDENT OLMUR, DİKTATOR OLUR! DİKTATURANI ÖZÜNÜZƏ NECƏ SIĞIŞDIRIRSINIZ? Niyə ayıbınıza kor olmursunuz?
Niyə susursan ANAR? Niyə istefa vermirsən ELÇIN? “Azərbaycana liberal avtoritarizm lazımdır” deyə nə çərənləyirsən Rüstəm İBRAHİMBƏYOV? Haradasan BƏXTİYAR VAHABZADƏ? Tüpür o mandata ƏKRƏM ƏYLİSLI! Qoy başını yarsınlar, sarı, AMMA DAHA BİR DƏFƏ ÇIX QKÇP-nin qabağına SABIR RÜSTƏMXANLI! Fazil Qəzənfəroğlu, DEMOKRATİYA NİTQİ məhz indi söylə! Sərdar Cəlaloğlu, MAHİYYƏTİ indi ortaya qoy! Tahir Kərimli, ÜRƏYİN GEDİNCƏYƏ QƏDƏR ÇIĞIR! Rauf Arifoğlu YA ALLAH deyib qələmə yenidən sarıl! İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət, ÖLün bu vətən naminə! Bəylər, BU VƏTƏNƏ QIYMAYIN! Bu ölkədə PADŞAHLIQ QURULMASINA İZN VERMƏYİN! Ey AZAD QƏLƏMLƏR! TARİX naminə bu millətə səslənmək bizim işimizdir.
AZƏRBAYCANDA BU DÜNYANI DÜZƏLTMƏK BİZİM MİSSİYAMIZDIR!
ARTSAX QAZİSI Robert Köçəryan demokratik seçki keçirməsə də, padşahlıq qurmadı, iqtidarı ailə üzvünə yox, DAVA ARKADAŞINA ötürdü. Nədən Gürcüstan, Ermənistan ola bilmir Azərbaycan? Başa düşürük, bizim prezident heç zaman DAVA ADAMI olmayıb…
Anlayırıq, dava adamı olmayanın DAVA ARKADAŞI da olmaz! Amma indi daha bir dəfə özümüzdən soruşmağı yeridir:
Biz DAVA ADAMIYIQMI?
Nəcib Fazil “Sakarya” şeirində söylədiyi kimi, SONUNDA RÜTBƏ VƏ MAL OLMAYAN MÜQƏDDƏS YÜKÜN HAMBALIYIQMI?
Əgər sonunda rütbə və mal olmayan müqəddəs yükə hamballiq edirsənsə SƏNSƏN AZƏRBAYCANIN YENİ AYDINI!
BIZ NEÇƏ NƏFƏRIK? Neçə nəfərdir bu ölkədə AYDIN ŞƏKİLDƏ PADŞAH İSTƏMƏYƏN?
Taleh Şahsuvarlı
P.S: xahiş edirem sehv geden varianti sil, admin bey!
Ichinizdeki insan sevgisine eshq olsun ve o,hech zaman tukenmesin,Hormetli Zahir bey!
Bir neche gundur Sherif Agayarin AYB-e getmesi meselesi muzakire olunur.Ittiham edenler,qinayanlar boyuk choxluqda,eslinde bir “xoshniyyetli xanimi” chixmaq sherti ile .Sherif beyin Alatoranda,Proloqda ,bu saytda derc olunan yazilarinin demek olar,hamisini oxumusham,chox da beyenmishem(xetalari da az deyil:dilinde bir az diqqetsizlik,bir az da pintilik).AYB-e getmesi nazik demeye chalishsaq,meni de sevindirmediAmma ruhdan da salmadi.
Ta ittihamlara qaba cavablar gelene qeder.Evveller,”Sogan iyi veren arvadlara” xanim deyende yeqin ki,chetin idi(ozunden demek kimi chixmasin,istemediyim sozu mecbur qalib demek mene o qeder agir gelir-olmek kimi), “dablyu” meselesi ise… Yada H.Z.Tagiyev,U.Hacibeyov ve bir choxlari,oyretmeye borclu olduqlarini dushunenler VE ATV kanalini edebiyyata sirimaga chalishanlar dushur,ikincilerin nailiyyeti goz onundedir.Belke shuar da hazirdir:Hami hamiya qarshi!Burda en gereksiz sheyler vicdan,leyaqet,insaf,obyektivlikdir.Birincileri ise tesevvuetmek olmur ki,yedirtdikleri,oxutdurduqlari insanlarin bashina qaxac elesin.Ne ise,Ramiz Rovshen demishken, evvel dost sonra dushman olmaqdan pisi yoxdur.
P.S.Taleh bey,ozumu aydin saymasam da,aydin shekilde padshahligin eleyhineyem.
Sherif danishdi…
Her kesin cavibi verdi…
http://adyazar.az/qezet/index.php?newsid=137
Zahir bəydən sitat:
“Mən kəlləri sındıran rejimlə savaşıram.”
Əziz Zahir bəy! Sənin AYO-dan çıxmanın tarixçəsini bilmirdim. Hər halda bu sözlərdən özüm üçün nəsə anladım.
AYO qəribə bir təşkilatdı. Üzvləri bir cür düşünür (şərə qarşı), təşkilat bir ayrı cür. Üzvləri ilə ilə həmfikir olmayan bu təşkilatın AYB-dən bir fərqi var – bir hərf xətası (O-B). Kimsə “O”-nu “B”-yə dəyişir – yəni xətanı xətaya. Kimsə hər iki xətadan uzaqlaşır.
Mən sənin mövqeyini alqışlayıram. Şərifin də bu hökumət yetkililəri kimi hədə diliylə danışmasına isə ürəkdən təəssüflənirəm.
Nə isə, Allah şeytana lənət eləsin.
Perviz, AYO-nun nece dusnmeyi vacib deyil, esas odur ki bu teskilat var. Onun AYB-ye qarsi oldugunu bilirem. Senin ozunun bir dusuncen varmi? Yazicisan, yoxsa nesen? Esl movqesizliyi sen sergileyirsen. Vurusan bu iki teskilatin hec birisinde deyilsen, ustelik guya sere qarsisan. Sher senin kimilerin uzunden bu dunyada hec azalmir. AYO-nun AYB-den ferqi tekse bir herf deyil, bunu unutma.
Sherifin “Sənə qayıdaram, özu də pis” demesi haqqinda nece gundur fikirlesirem ki, bunu harda esitmisem. bu gun yadima dusdu, Qurdlar Vadisi filminde bunu Canpolad deyir 54-cu seriyada. Sene quzu keserem aye, ay Canpolad-Sherif
saq ol zahir bey
Şərif Ağayar, Zahir Əzəmət və mən birlikdə AYB-dən istefa verdikdən bir neçə gün sonra şair Lətif Mustafaoğlu mənə zəng eləyib, «görüşək» deyib. Ovaxtki «Baksovet» metrosunun qarşısında görüşmüşük. Lətif AYB-nin katibi Arif Əmrahoğlunun mənimlə söhbəti olduğunu söyləyib, mən də demişəm ki, problem yoxdu. Sonra üçlükdə – Arif Əmrahoğlu, Lətif və mən AYB-də, birincinin otağında iki saata yaxın söhbət eləmişik. O söhbətdə Arif müəllim məni istefa verməklə tələsik addım atdığımıza, qurultaydan sonra AYB-də ciddi dəyişikliklərin olacağına inandırmağa çalışıb. Bundan sonra mənə geri qayıtmağı təklif edib, mən demişəm, mümkün deyil, həm də artıq istefa ərizəmizi dəftərxanaya təqdim etmişdik. Orada mənə «Ulduz» jurnalının şöbələrindən biri qeyri-rəsmi təklif olunub, yenə razılaşmamışam. Tezliklə prezident təqaüdlərinin bərpa ediləcəyi xatırladılıb, demişəm ki, bu da heç nəyi dəyişmir. Arif müəllim mənə bir neçə gün fikirləşməyi məsləhət görüb, mən də demişəm ki, artıq gecdir. Ertəsi gün xəbər çıxdı ki, mənim AYB-dən istefa ərizəm itib. Sonra da ismarıc göndəriblər ki, əgər problem o ərizəydisə, onu həll etməkdən asan heç nə yoxdur. Demişəm dünəndən itsin, bu, mənim yox, AYB-nin dəftərxana problemidir. İndi Şərifə sual verirəm, allah eləməmiş, əgər o vaxt mənə edilən təklifi qəbul etsəydim, keçmiş dostum bu gün özünə qazandırmaq istədiyi bəraətlərin ondan birini mənə qazandıracaqdımı?
Hamıvız çox ciddi oğlanlarsız, bir az gülün, ciddi olun. Gəlin Şərif`ə də yeni dotlarının arasında uğur arzulayaq
Salam Elnur,
eger AYB oz üzvlerini İTİRMEKden qorxan teskilatdirsa, senin dediyin kimi, ora erize yazacam )))
elnur, mən bu söhbəti bilirdim, danışmışdın.
yəqin o da yadında olar ki, türkün məsəl şirzadın altında istefa məsələsini mən təyin etdim və sizin tərəddüdlərinizə rəğmən dedim ki, sabah ərizəmi verəcəm, kim necə istəyir elə eləsin.
amma doqrusu həmin vaxt sən dediyin addımı atsaydın səni boğub öldürərdim, amma təhqir eləməzdim.
doqrudanmı hesab edirsən ki, o gündən bu günə heç nə dəyişməyib.
biz uduzmadıq e… qoçum, çoxdan uduzduğumuzun fərqinə varmadıq.
iştə həyat!
o dəyişir, hətta geriyə də inkişaf edir.
p.s. mənim üç oğlum var – resad, elnur və mövlud. əclaf, nə eləsən də səni çox istəməyə bilmirəm.
yadındadı, Qaçaq Kərəmin (qazaxşinalıq olmasın!) atasının Kərəmdən heç ayıra bilmədiyi israfil ağanın üstünə getmə səhnəsi. təxminən belədir:
- Mən sənin güllənə ölmərəm…
amma ölür.
həp mərd adamlar belə sıradan çıxırlar.
ama mən Zal oğlu İsgəndərdən fərqli olaraq deyirəm:
gülləsinə öləcəyim adamlardan birisən. sənin haqsızlığını qaldıramam. İNAN!
gor kimler kimleri nede qinayir, a kisi! onlar bakida bizim coregimizi yeyirler, ozumuze de xox gelirler. asiq elesgerin qohum-eqrebasidu bunlar, zoofil serler yazmaqdan basqa bir sey bacaramazlar.
serif helede merdlikden danisirsan?
Вravo, Zahir!
men hele 2003-de shubhelenmishdim sherifden.indi konstitusiyamizi deyishen prezidenti gencler adindan desteklemishdi. beyler onda siz sherifden shubhelenmemishdiniz ki?
prezidentin padşah olmasında pis bir şey görmürəm, bir az da şərəfli status olar. Taxt – tacı çox bahalı düzəldib bankrot olmasaq. Yəni, o bir ingilis qarısı kraliça ola bilir, (vallah şahzadə Çarlza yazığım gəlir) bizimkinə yaraşmır?! Yaraşır! Amma, ingilislər kimi gülünc vəziyyətə düşmməmək üçün varislər içindən alternativ taxt-taca yiyələnmək hüququ da olmalıdır ki, padşahın təklifi ilə xalq özü seçsin. Bu çox demokratik olardı. Hər bir sülalə 300 ilə cırlaşıb məhv olur. Onu gözləmədən bir sülalənin müddətini ortalama 100-150 il təyin etmək olar. Bunu da millət vəkilləri həll etsinlər, vaxt tapanda. İdarəçilk, özü də dövləti idarə etmək o qədər də asan məsələ deyil. Yəni meydana toplaşmaqla ancaq şeytana güc vermək olar, ağıla yox. Onu da görmüşük
Qardaşlar, siz unudursunuz ki, ölkəni təkcə prezidentlər deyil, dəftərxana müdirləri də idarə edir. Bu dünyanın hər yerində belədir. Şah Qacar Şuşanı alanda, dəftərçisi erməni idi. və s. və i… Ona görə referenduma belə bir bənd əlavə etmək olar: dəftərxana müdirinin yeddi arxa dönəninə qədər erməni və PPk-çı kürd qohumu, dostu olmasın! Vəssalam! Mən belə düşünürəm, daha ağıllı fikir sahibi buyursun! Prezident dövlətin, xalqın simvoludur. Görkəmi, ağlı, savadı normal səviyyədə olması yetər. Başqa bir üstünlüyü də olsa başımızın ucalığıdır.
P.S Hörmətli TaNıŞ! Gözəl nitqlər söyləmək azdı, gözəl işlər görmək lazımdır, heç olmasa qanun çərçivəsində.