“Yeni dalğa” beynəlxalq festivalda 10 filmlə iştirak edəcək
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Ocak, 2009
“Yeni dalğa” Prodüser Mərkəzi cari ilin aprelində Almaniyanın Oberhauzen şəhərində keçiriləcək beynəlxalq kinofestivalında hər biri 8 dəqiqədən ibarət 10 filmlə iştirak etməyi nəzərdə tutub.
Mərkəzin direktoru Rasim Həsənovun bildirdiyinə görə, filmlər festivalın təşkilat komitəsunə yanvarda təqdim olunacaqdır. Onların arasında Novruz bayramı ənənələrinin təbliğinə həsr olunmuş 25 dəqiqəlik “Çərşənbə axşamı” sənədli filmi Azərbaycan və ingilis dillərində səsləndiriləcək.





Yüklənir...