Səlim Babullaoğlu. EŞQ VƏ AĞIL POEMASI
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 04 Ocak, 2009
Elxan Zalın kitabı üçün son söz yerinə yazılmış bir yazı
Elxanın da formalaşdığı ötən əsrin 90-cı illərindən bu yanakı çağdaş poeziyamızda Əlisəmid Kür şeirimizə gətirdiyi əsəbilik, Adil Mirseyid hüzn və melanxoliya, Kəramət mühacirət stixiyası, Əjdər Ol yüksək vətəndaşlıq plakatları, Həmid Herisçi metaforik vizuallıq, Murad Köhnəqala arxaik metafizika, Salam ironiya, Rasim Qaraca eksperimentalizm, Azad Yaşar konseptualizm, Qulu Ağsəs xəlqi modernizmi ilə yadda qalacaq. Əlbəttə, sadalanan keyfiyyətlər həmin yazarların yalnız bir keyfiyyətini ifadə edir, üstəgəl bu siyahını mövcud şairlərin sayı qədər böyütmək daha dolğun və ədalətli görünə bilər. Amma mən elə əlamətləri sadaladım ki, onların hamısına Elxan Zalın şeirlərində rast gəlinir. Onlar adları çəkilən şairlərin yaradıcılıqlarından qırmızı xətlə keçirsə, həmin xətlər Elxanın poeziyasını ana dili dəftərinə çevirir. Özü də bu xüsusiyyətlər Elxanın poeziyasında müxtəlif semantik-dil müstəvilərində, bir də mənim daha vacib saydığım rəngarəng metrikalarda baş verir.
Mövzu spektrinə görə onu Fazil Hüsnü Dağlarca, ovqatına görə ingilis Odenə, fransız Mişel Uelbekə, üslub xassələrinə görə Oljas Süleymenova bənzətmək olar. Əgər Elxan Zalın şeirlərinin «qafiyə sözlüyünü» tərtib eləməli olsalar, o, çağdaş poeziyamzın:
a) ən geniş
b) ən qədim və milli
c) ən modern və dünyəvi
d) ən gözlənilməz və maraqlı lüğəti olacaq.
«Tonqa-Konqo», «Kolizey-Quzey», «Xırdalan-Qurdalan», «Hippi-Missisippi», «Bonapart-Partapart», «Kafka-kepqa», «Müzik-bizik», «momento-sakramento», «yakamoz-boz», «axır-ilaxır», «Antik-romantik», «Donda-Anakonda», «Alay-qolay», «Mayami-daimi», «Fortepiano- Sirano» kimi cütlərlə Elxan, poeziyamızdakı qafiyə vərdişlərimizi qırır, türkün qızıl dövründən danışırsa, bizi həmin danışığa, səs-küyə, cəng səsinə qulaq asdığımıza inandırır, müasirlərindən söz edirsə, bizə təkcə günümüzün sözlərini deyil, bugünümüzün qəhrəmanları, ədəbiyyat yaradan adları da göstərir. Elxan yeni qafiyələr yaratmaqla onların dəqiqliyinə də diqqət yetirir ki, sərbəst şeir meydanlarının saysız-sonsuz və qolkipersiz qapılarına top vuran «poetik pelelik» dövründə o, ciddi, dəqiq, ölçülü-biçili, qapılı-qafiyəli poeziyanın həqiqi Maradonası kimi görünür (bu cümlə də qoy Elxanın mənə təsirinin publisistik inikası sayılsın). O, qafiyədən istifadə edirsə, bunu zərgər dəqiqliyi ilə edir, assonans və dissonansların qoltuğuna sığınmır, etmirsə, onu yenə də poeziyanın lehinə olaraq etmir. Məsələn, Elxanın «Cahana cahad» şeirində cihadı bəzi regionlarımızın şifahi nitqindəki kimi cahad yazaraq həm şeirin adında, həm də sonradan mətnin içində «cahanı» «cahadla» qafiyə tutaraq, bizim ədəbyiyyatda ilk unikal göz qafiyələrindən birini yaradır.
O, rus şeiri gümüş dövrünün nəhənglərindən olan Osip Mandelştam kimi dünya mədəniyyətinə akmeistik xiffət duyur, yunan-roma-misir-slavyan-şaman-türk miflərinə müraciət edir, gah İstanbulda lokantadadır, gah Varşavada və ya Krakovda oteldə polonezə qulaq asır, gah Nizami küçəsində professor Pleyşner kimi şəstlə yeriyirsə, (onun məhz bu küçədə belə yeriməyə haqqı çatır), həmin küçənin «Torqovıy»a metamorfozunu, ordakı həyatı kədər, ironiya və ustalıqla qələmə alır.
Elxanın poeziyasını çoxlu rakusrlardan, mövqelərdən – ədəbiyyatşünaslıq və tənqid kanonlarından çıxış edərək, ideoloji plastda dəyərləndirmək olar əlbəttə. Bu vacibdir, həm də şeirin aid olduğu dilin qarşısında, coğrafiya qarşısında, adamlar qarşısında borcu var. Yeri gəlmişkən, həm professor Nizami Cəfərov, həm filologiya elmləri doktoru Arif Əmrahoğlu, həm Elçin Hüseynbəyli, həm də Əsəd Cahangir və Rasim Qaraca Elxanın şeirlərinin məhz bu məziyyətləri haqqında maraqlı yazılar yazıblar.
Amma məncə, Elxanın müxtəlif metrikalarda uğurla yazmasıdır ki, bunu da az əvvəldə qeyd eləmişdim. Bunu daha vacib saymışdım. İndi bu fikrə yenə qayıdıram. Niyə? Yəqin ona görə ki, məhz metr-müəyyən elementar ritmik hissələrin mətn içindəki vaxtaşırı təkrarı şeirin həyatla, zamanla əlaqəsini göstərir, məhz zamanı imitisiya eləməyə cəhd edir, onun reprezintasiyası olur.
Bəlkə ona görə məsnəvi, qoşma, gəraylı, bayatı, müstəzad, hecanın müxtəlif müasir variantlarında verlibr yazmaqla Elxan Zal özünün zamanla bir deyil, bir neçə bağının olduğunu göstərir. Əlbəttə, bu böyük peşəkarlıq göstəricisidir. Amma məncə, onun başlıca uğuru «pozuq heca» və «ağ şeir» ölçülərində yazmasıdır, məhz bu iki ölçüdə, bir az da dəqiqləşdirsəm, daha çox sonuncuda Elxan böyük impropizator (=şair) olduğunu sübut edir. Mən bunun niyə belə olduğunu çox fikirləşmişəm və qərara gəlmişəm ki, bu ağ şeirin özünün xisləti və Elxanın bunu lazımınca dəyərləndirə bilməsi ilə bağlıdır. Sətirlərin, misraların başında sözlərin əl tutuşması olan, onları bir-birinə nişan verən qafiyəni istisna edən «ağ şeir» əslində eyni şeyi qafiyənin yoxluğu ilə bir tərəfdən, misralarındakı heca saylarının bərabərliyi ilə digər tərəfdən edir. Bir az da qısa desəm, eyni heca sayının yaratdığı ritmika, bərabərlik duyğusu oxucunun qavrayışını zorlamır, əksinə, qafiyənin yoxluğu ona oxuduğu poetik mətnin adi nitqi ilə harmoniyada oldugunu asanlıqla hiss etdirir.
Şeirimizin əhəmiyyətli, miqyaslı və çox təəssüf ki, gözdən qaçan hadisələrindən birini də Elxan yaradıb. Mən bu kitaba daxil olan «Polonez» poemasını nəzərdə tuturam. 18-ci əsrdə 3\4 ritmli milli polyak rəqsi, rəqs-yürüşü, rəqs-alayıdır; bu rəqsin ritmində olan musiqi əsəri də polonez adlanır (Brokqauz və Yefronun ensiklopediyasında polonez haqqında bu qeydlər var). Bəs poema adaşından nəyi əxz eləyib? Onun da taleyində 18 var, poema 18 hissədən ibarətdir; lirizm, hüzn və oynaqlıq rəqsə xas olduğu kimi poemaya da xasdır; bir də poema «polonezin» tərifindəki yürüş xassəsinə malikdir: müəllif «mən noyon deyiləm Xan Ordasında/ içimdə bir ayrı fəth duyğusu var…» yazır ki, maraqlı arxitektonikaya malik poemanı oxuduqca, əsərin bir azərbaycanlı-türk intellektualının lirik eşq yürüşü olduğu bilinir. Görüşü, düşüncələri, Elxanın öz təbirincə desək, sevişi, Anna ilə gəzintiləri, müqayisələr, miflər və sairə. Metrikalar dəyişir, «ağ şeir»lə başlayan sətirlər hecaya, vurğu sərbəstinə, təkrar hecaya,verlibrə və yenidən «ağ şeirə» keçir. Burda həm hecanın, həm də «ağ şeirin» müxtəlif variantlarından istifadə olunur. Məsələn, «Qonaq qapısı», «Görüş önü», «Şam şöləsində vida» hissələri 11-lik «ağşeirlə», «Duet» «ağ şeirin» 14-lük versiyası ilə, «Qış nağılı» 10-luq məsnəvi ilə, «Sevdalı gecənin qoşqusu 10-luq pozuq çarpaz hecada, verlibr və çastuşka-krakovyak metrinə yaxın çoxlu başqa metrlərdən virtuozcasına istifadə edir Elxan. Burda nələrə rast gəlinmir? Din, siyasət, tarix, kilsələr, tevton cəngavərləri, türk igidləri, Füzuli, Mistkeviç, Şopen, Oruc bəy Bayatlı, Madonna, İsida, Mehr Banu, Kraso(a)pani, Papa, ona qəsd etmiş Əli Ağca, hətta Bzejinskiyə…
Məsələn, belə bir məqam (lirik qəhrəman polyak sevgilisinə – gözəl Annaya) deyir:
«Sən Əli Ağcanı xatırlayırsan/ O, güllə atmışdı papaya bir vaxt/ Papa bağışladı xristian kimi/ türklər bağışlamır, yavuzdur yasa…» – məsələn, tarixdə türklərin daha mərhəmətli olması haqda çoxlu misallar gətirib Elxanla (müəllifin lirik inikası ilə) razılaşmamaq olarsa da, əslində müəllif bugünkü Avropa birliyi və ona canatımla bağlı reallığı göstərir, sonra da sanki «antimillidir» yarlığından sığortalanmaq üçün «vaxt tap Bakıya gəl, sevimli pani/ orada dualar tez çatır göyə» deyir… Vətəni belə deyib sevmək, bu cür görmək istəmək çox gözəldir, mən burda şlyapamı astaca çıxardıram.
Ümumiyyətlə, poemanı oxuduqca Elxanın mütaliə dairəsinin genişliyi ilə üzvi şəkildə qonşuluq edən dərin romantikası və lirizminin sehrinə düşürsən. Şahanə misralara rast gəlirsən. Bayaq göstərdim, bir də oxuyaq «mən noyon deyiləm Xan Ordasında/ içimdə bir ayrı fəth duyğusu var…»; yaxud, «indi Amerika/ dansları dəbdə/ mən polonez sevərdim/ orta məktəbdə»; və ya «şeir oxuyuruq urus ağzında», «buzlar suya dönür, sular buxara/ torpaqda bir az çox yaşayır kəmik…»; yenə «şaxta kar etməz eşq istisinə/ mey xumarında vaxt qovur baca…».
Belə misralar çoxdur, lap düzü isə belə olmayan misralar azdır, ona görə mən Elxanın yazdığı bir eşq və ağıl poeması olan «Polonez»in «Duet» adlı hissəsinə qısaca göz atacam. Niyə bu hissəyə? Yəqin ona görə ki, eşqdə üçüncüyə yer yoxdur, o həmişə duetdir; xüsusən bu duet həmişə ağla (saflıqrəngi, yataq rəngi və sairə) assosiasiya olunub, Elxanın ustacasına hakim oluduğu «ağ şeir» ölçüsü ilə yazılıbsa.
Bəzi yerləri oxuyaq: «Gecə söhbətlərində şifirlənmiş sehir var/ Gecə köynəklərində yanıqlı bir polonez». Birinci cümlədə hər şey aydındır. Bəs ikinci? Polonez qadın və kişilərin birgə alayı, yallısı, rəqsidir, adətən bunu nikahda olanlar bir yerdə edir, bəlkə bu qadının kişisiz olduğuna işarədir… Ardını oxuyaq: «Hər kəs sayğac qoşanda sənin çılpaqlığına/ Qaranlıqdan don biçir yarasa uçuşları»… Ehtimal təsdiqlənir, qadının sevgilisi olsa da, (müvəqqəti bir eşq) o ərsizdir, hətta onun çılpaqlığına sayğac qoşanlar da var, ən azı olub, lirik qəhrəman bunu bilir… Diqqət yetirin, bütün yataq hadisələri daha çox (elə duet baş verən anda da) gecələr baş verir ki, Elxan bunu necə gözəl ifadə edir. Qaranlıq səmanı sağa-sola, aşağı-yuxarı, ziqzaqlarla, dairəvi cızan kor yarasaları təsəvvür edin və bir də oxuyun: «Qaranlıqdan don biçir yarasa uçuşları» – sarsıdıcı vizuallıq və digər tərəfdən qadının paltarsız olduğuna da, türklər demiş, nazik bir eyham… Sonra başqa şahanə poetik cümlələr: «Süvari pıçıltılar boşaldıb yüyənini…» (yəni pıçıltılar səngiyir), «blüz çalır sığalların isti barmaqlarında» (söz daha çox hərəkətə keçir), «ikonadan göz qoyur Məryəmin yasaqları» (ikona adətən divarda olur, divar özü isə hüdud və qadağa deməkdir ki, bir cümlədə qadağa və interyer çox maraqlı tərzdə göstərilir) və nəhayət «dualı dodaqların ayələri bitəndə/ öz solo konsertinə başlayır bizim duet…». Şərhə ehtiyac yoxdur.
Sonuncu sətirə qədər güclənən hisslər artıq təxəyyülün ixtiyarına buraxılaraq çoxyozumluluq qazanır, hər kəs sonranı özü istədiyi və görə bildiyi kimi görür; bu eyni zamanda etikdir də… Gərək Tarkovski pəncərəyə qonan göyərçinlərin qəfil uçuşuyla «çarpayı səhnə»sinə işarə etmişdi, nədənsə bu yadıma düşdü. Fikirlərimi burda bitirir, yox, kəsirəm. Çünki «kitab üçün son söz yerinə yazılmış bir yazı» oxucunu təkrar mütaliəyə qaytarırsa, mənim fikirlərimə bundan sonra nə hacət, qaytarmırsa, davam etməyə yenə və heç eyhtiyac yoxdur. Sadəcə, əziz oxucu, bil ki, əlində tutduğun kitab – kitab yox, vətənimizin, dilimizin dünya kodları ilə danışa bilən iki-üç şairindən birinin qaynar, romantik, hüznlü ürəyidir…
3 dekabr, 2008-ci il.







Yüklənir...
Əziz qardaşım Səlim!
Mən bu yazıdan başa düşdüm ki,
Səlim Babullaoğlu
- yetərincə savadlı və qabiliyyətli adamdır;
- çapı,kapasitəsi və konyukturu yerbəyerdir.
- Azərbaycanda yaxşı yazar olmaq üçün kimlərdən sitat gətirmək, kimlərin adını çəkmək, kimlərin etimadını qazanmaq, kimlərlə muqayisə olunmaq lazımdır;
- Elxan Zal DA maraqlı şairdir!
(bir az sonluga tələsib deyim ki, mənim onun yaradiciligina bir pritenziyam yox)
Amma onu başa düşmədim ki,
ELXAN ZAL
- NİYƏ MARAQLIDIR?
- NƏDƏ ORİJİNALDIR?
- ONUN EDEBİ QURALLARI VE QURALSIZLIQLARI NEDİR?
- Bu qədər avtoritetlə müqayisə olunan adam niyə AYB sədri deyil? Belə bir iddiaya nədən düşməyib?
- üMUMİYYETLE O NİYE YAZIR?
(bir DAHA TEKRAR EDİREM ELXAN ZAL yaradiciligina bir pritenziyam yox. HEÇ Sənə də…)
Fikrimcə, Azərbaycanda ədəbi şərhləri titullardan təmizləmək lazım.
Yani, Elxan Zaldan yazırıqsa, Elxan Zaldan yazaq. Konkret!
Daha Biləcəridən Kolumbiyaya qədər hamını yazıya tökməyin yeri yoxdur.
bunu məhz ona görə Sənə yazıram ki, ədəbi cameədə yetərincə qəbul olunan adamsan.
Bu arada gercek yaradıcı adam ücün İsadan əvvəlki və sonrakı peyğəmbərlər maraqsız personadırlar…
Səninlə bir fincan cay icmək həmişə xoşdur!
Hörmətlə,
TaNıŞ
bey terifi
Maraqlıdı, bizdə bu qədər qərəz hardadır. Mənim, bəlkə, yazının müəllifiylə ədavət saxlamaq üçün daha çox səbəbim var, amma necə deyə bilərəm ki, haqqında yazılan şair buna layiq deyil və ya yazı qeyri-peşəkar yazılıb…
Və bir də, sadəcə, elə-belə məqsədsiz-filansız sual edirəm – hər hansı qurumun rəhbəri olmaq üçün istedad başlıca və yeganə şərtdi… Bu sual həm də deməkdir ki, Elxanı yalnız şair olaraq tanıyıram və onun fərdi keyfiyyətlərindən xəbərim yoxdur… və Azərbaycanda onlarla istedadlı şair var, amma AYB-nin və ya AYO-nun bir sədri ola bilər. Bir də, Siz nə bilirsiz ki, Elxan Zal AYB sədrliyinə iddialı deyil? Bunu sizə özümü deyib?
Səlim bəy, mən ilk dəfə sənin ədəbi tənqid sahəsində yazınızı oxudum. Ədibi bu qədər dəqiqliklə dərk edib, ona ondan da yaxın olub, onun haqqında tam çılpaqlığı ilə söz demək hər ədəbi tənqid yazısında rast gəlinmir. Yəni tənqidi yazılarda ya boğazdan yuxarı söz deyilir, ya da çox zəif arqumentlərdən istfadə olunur.
Eyni zamanda, yaradıcılığı haqqında söz açdığınız ELXAN ZAL sözün həqiqi mənasında Azərbaycan ədəbiyyatında novatorluğu ilə seçilən şairdir.
İnanıram ki, bu sahədə de Səni böyük uğurlar gözləyir.
Indiyecen oxumamishdim E.Zali, amma indi onu yaxshica oxumaq istedim.
Hormetli Oxucu!
- Aylar once Seymur Baycanla bir sohbet etdik. Menim romanimdan danisdiq. Neticesi- ona dediyim bir fendi Seymur qacaraq koseye cevirdi- bu hec; diger bir meqamla bagli paraleller aparmaq isteyende men dedim ki, qardasim, bu duz deyil, HER METN OZUNE CAVABDEHDIR. Folkner, Hemunquey, Mirze Ibrahimov…- bu yanasmadan el cekmek lazim. Men paralellerin, muqayiselerin, tecrubelerin eleyhine deyilem, sadece, tutalim, men sabah Selim Babullaoglunun seirlerinden yazi yazsam, onun yaxsi sair oldugunu subut etmek ucun Akgün Akovadan sitat gətirmək zorunda deyiləm. Akgün Akova mənim dünyada ən çox sevdiyim şairdir, Yaşar Oğuzcanla yanaşı. Mənim dünyada ən çox sevdiyim yazıçının isə cəmi bir hekayəsini oxumuşam və sadəcə olaraq onun adını və digər mətnlərini heç yerdə tapa bilmirəm. Hətta Akgün Akovadan da soruşdum, türk ədəbiyyatını dərindən tanıyan bu adam “bilmirəm” dedi. Deməyim odur ki, bəzən ömründə bir dəfə hekayə yazmış adam el mətn yarada bilər ki, dünyanın bütün məşhur yazıçıları ona çata bilməz. Necə ki, M.Hakkı Yazıçının “Mühalifler mutsuz olur” hekayesi menim üçün indi o durumdadır.
Deqiqleşdirme: men heyatda kimseye qerezle yanaşmamışam ve yanaşmayacam da…
Selim Babullaoğlu ile bir defe sohbet elemişem ve mende özüne qarşı BÖYÜK HÖRMET yaradıb. Potensialını ve şeirlerini beyenirem.
Elxan Zalla tanış deyilik, olarıq. Onun yaradıcılığına iradım, sözüm yoxdur.
————————-
menim sözüm Anaradır. Ki, O özünü o qədər gözdən salıb ki, haqqında xoş söz söylənən istənilən adam AYB sədrliyinə ondan daha layiqli bilinir.
Azərbaycanda padşahlıq yaranan vaxt ağzına su alıb oturan, xalqı müqavimətə səsləməyən ZİYALI deyil, MANQURTDUR!
—————————
Qorxaq,
Adlar hallara,
Zəncirlər qollara,
Məbədlər yollara
Etiraz edən gün,
Mən Balaxanıda
neft buruqlarının arasında
torpaqların ən qarasında
gecənin tən yarısında
gizlicə basdırdığım ağ göyərçinin-
(Unutmaram,
onu kim vurmuşdu,
onu vuran əliqurumuşun
yanında kimlər durmuşdu)-
sümüklərini
Fəxri Xiyabana köçürəcəm!
Bütün sülalələrin acığına,
başını yediyin o göyərçinin hər gün gəlib qəbrini süpürəcəm!
Hər gün,
ay yaltaq,
sənin də qəbrinin önündə dayanacam,
Sənin mürdəşir yumuş üzünü görəcəm,
Sənə suallar verəcəm:
O göyərçinin başını niyə yedin?
Padşahlığa niyə “əvət” dedin?
Xəbəriniz olsun,
Pespublikanın məhvinə qarşı çıxmamış bütün ziyalıların Fəxri Xiyabandakı başdaşına tüpürmək haqqımı özümdə saxlayıram!
Çox təəssüf ki, bir neçə məqalələri ilə(o cümlətən türk şairləri haqqında) tanış olduğum S. Babullaoğlu savadlı bir gənc təsiri bağışlasa da,tənqirçi kimi fikir deməkdən qorxur, ədəbiyyat, yaxud kvazi əddəbiyyatşünaslıq terminlərinin arxasında gizlənib :-”görün mən necə də savadlıyam, nə qədər terminlər bilirəm!”- deyir. Və bu zaman sağ əli yazanda, sol əli “ədəbiyyatşünaslıq terminləri” kitabının arasında olur.
Qorxma qardaş, sənə güllə atası deyillər ki, fikrini açıq de! Hərçəndi, rəhmətlik A. Eynşteyn deyib ki, aydın düşünən və fikirlərini aydın şəkildə ifadə edən adamlar yüz ildə bir dəfə doğulur. Gözləyək.
Elkhan Muradin (KOHNEQALA)asilmish formasina okhshayir. Ozu de, sheirleri de.
Gozle adam,gozle 11 nomre tramvay geler ve seni aparar…belke orda kavzi(!)edebiyyatcunasliq terminlerinin olmadigini sene basa salarlar…salmasalar nolar? e qem yeme, deyerler, xub sen anlamadin….
Elxani taniyiram,pis sair deyil.Yazi da bela da,he,pis deyil,ancag bu komentleri anlamadim.Sexsi razborkaya oxsayir,sonra da istayirsiz yazilarivizi oxusunlar.Mugannilar Sizdan yaxsidi,hec olmasa bir-birlarini oz adlariyla soyurlar…
hörmətli “ox ucunun ucu!” Burda bir “türkün məsəli” düşür, amma deməyəcəm, xətrinə dəyər!
“Kvazi ədəbiyyatşünaslıq” termini yox idi, amma indi yarandı, əvvəllər cib telefonu da yox idi, ancaq bərkgedən kəşfiyyatçılarda olurdu. Bir də belə müdafiəçi qabiliyyətlərini ya futbola saxla, ya da iranda farslara qarşı. Torpağlarımızı paralayanda səsimiz çıxmır, bir adama bir kəlmə tənqidi fikir deyəndə cəngavərə dönürük, anlaşılan da elə budur. Allah hamımızı bir-birimizə mehriban eləsin, söz güləşdirməyin yeri deyil.
məmməd savalan-a
ne geddderrr derinnnnnn!
elaaa!
netersen eeee?
ayibdi ala get ozuve ish-guc tap…
temiz yazmaq isteyirsen…yaz oz adunla da…turkun meseli oz adun diyende ele oz aduvu nezerde tuturam…
Bura rinq deyil, kultazdi – herden deyesen bunu yazmaga ciddi ehtiyac duyulur…
Demeli bele, yazidan sonra neche adamla sohbet edebiyyatdan dushende suallardan biri de bu olurdu – Selim niye Elxandan yazib… qeribe mentiqle yanashirlar – sanki kimdense yazmaq uchun mutleq ortada metnden bashqa da nese olmali imish… eksine, shairin bashqa bir shairin sherileri barede normal yazi yazmasi vacib ve lazimdi…
Neyse…