Nazim Hikmətin vətəndaşlığı geri qaytarılır

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 06 Ocak, 2009

nazim-hikmetTürkiyə Nazirlər Kabineti məşhur türk şairi Nazim Hikmətin Türk vətəndaşlığından çıxardılmasıyla bağlı ötən əsrin ortalarında verilmiş tarixi qərarı ləğv etməyə şalışır.  “Kultaz.com”-un verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatına, Baş Nazir köməkçisi və hökumət sözçüsü Cəmil Çiçək məlumat verib.
Türk vətəndaşlığından çıxarılan Nazim Hikmətə yenidən Türk vətəndaşlığı verilməsiylə bağlı bir fərman hazırladıqlarını və bu təklifin yaxın gələcəkdə imzalanacağını bildirən Cəmil Çiçək belə deyib: “Artıq Nazim Hikmətin Türk vətəndaşlığından çıxarılmasıyla əlaqədar Nazirlər Kabineti qərarının ləğvi üçün iş görülüb. Nazim Hikmətin Türk vətəndaşlığı statusunun təkrar alması məqsədiylə təklif hazırlanıb. 1951-ci ildə Nazim Hikmət Türk vətəndaşlığından çıxarılmışdır.”
Cəmil Çiçək, Nazim Hikmətin Moskvadakı məzarının Türkiyəyə gətirilməsiylə əlaqədar suala isə “Bu yalnız hökumətin verə biləcəyi bir qərar deyil” cavabını verdi. Əvvəl ailəsinin qərar verməsi lazım olduğunu bildirən Çiçək, hökumət tərəfdən bir problem olmadığını söyləyib.
Qeyd edək ki, Türk Vətəndaşlığı Qanunu sabah Türkiyə Böyük Millət Məclisində müzakirə ediləcək.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın