Ennio Morrikone “Şərəfsiz ünsürlər”ə musiqi bəstələyir
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Ocak, 2009
Tarantinonun yeni filmi yəhudilərdən bəhs edir
Məşhur bəstəkar və dirijor Ennio Morrikone (bəzi hallarda Eni Morrison kimi tələffüz olunur) rejissor Kventin Tarantinonun yeni filminə musiqi bəstələyir.
Məlumat üçün vurğulayaq ki, Tarantinonun yeni filminin adı “Şərəfsiz ünsürlər”dir (Inglorious Bastards).
Həmin film italyan Enso Kastellyarinin 1978-ci ildə ekranlaşdırdığı eyniadlı filminə rimeykdir.
Kultaz.com-un məlumatına görə, filmin süjet xəttini amerikalı yəhudilərdən ibarət 8 nəfərlik dəstənin nasistlərlə döyüşü təşkil edir. Baş rollarda Bred Pitt, Mayk Mayers, Eli Rot, Til Şvayger kimi məşhur simalarla yanaşı Dayan Krüger və Melani Loran kimi təcrübəli aktyorlar da yer alıb. Filmin Kann kinofestivalının 2009-cu ildə baş tutacaq mərasiminə qədər tamamlanması planlaşdırılıb.





Yüklənir...