Rəbiqə Nazimqızı. 2008-in ləçəkləri.
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 07 Ocak, 2009
Bayram günü yaradıcı dostlardan standart, “optovoy” mesajlar almayım deyə onları qabaqladım…
***
Xoşbəxtlik gəldi və mənə yağışla bağlı özünün yazdığı şeiri oxudu. Bundan sonra nə yazasan?
***
Hava bir gündə bir neçə dəfə dəyişəndə xoşuma gəlir – elə bil təbiət demək istəyir ki, həmişə möcuzə gözlə!
***
Günün şüarını Sən etmək istədim, dedin ki, bu gün görüşə bilməyəcəyik, başqa birinə görüş vermisən. Neyləməli… Bahar havası vardı, amma gördüm ki, hava da sevgi-filanla bağlıdır. Getdim mağazalara, özümə bəzi şeylər aldım, özümün xoşuma gəldim.
Günün şüarı nə oldu? Əlbəttə, MƏN…
***
Tapmacalardan həmişə zəhləm gedib – elə uşaqlıqdan.
***
Bu dünyada gözəl olan şeylər də var – o balaca otaq, kompyuter, balaca pəncərə, balaca qızdırıcı və üşüdüyüm üçün ciynimə saldığım kişi gödəkçəsi kimi.
***
Dörd saat yarım bir yerdə olduq, doğru-dürüst 4 kəlmə deyə bilmədim…
***
Həmişə sevinməyə bəhanə tapacağam – xasiyyətim belədir…
***
Mənə yaxın bilib dediyin şeyi, əslində, eşitməməyi üstün tutardım.
***
Bu gün məni “sevimli” adlandırdın… “sevimli… dost”.
***
Əl vurduğum hər şeyin dağıldığını bəhanə edib sənə toxunmayacağam…
***
Hər dəfə reaksiyandan qorxuram – sonra məlum olur ki, qorxmalı heç nə yoxmuş…
***
O hər şeyi özü qaydasına qoyacaq…
***
Bu səsdən bezmək istəyirəm…
***
… sən güldün və cavab verdin ki, sənin ayrı, öz məntiqin var!
***
Telefonla danışmaqdan həmişə zəhləm gedib. Amma sənin üçün istisna edə bilərəm.
***
Nə olacaq sabah – nə sən bilirsən, nə mən…
***
“Sənsiz darıxıram” pıçıltısı. Ədəbiyyat səhifəsi. Və bu gün etməyib bazar ertəsinə saxladığım işlər…
***
O, Səni göndərib ki, ürəyimi ələ alsın!
***
Axşam gəzintiləri. Küçə işıqları. İşıqla bağlı hədiyyələr. Özümə kitab almaq – bu dəqiqə hər şeydən – yaşamaqdan xoşum gəlir!!!
***
Bu gün sənə üç məktub yazdım…. İrad tutdun ki, mətndə “salam”dan başqa heç nə yoxdu…
***
Sən və Katarsis! Təşəkkürlər hər ikinizə!
***
Daha heç nə deməyəcəm. İndi növbə sənindi – danış…
***
Gerçək – görmək istəmədiklərimizdi… (görəsən, təkrar olmadı ki?)
***
Uşaq kimiydim… Amma böyümədim…
***
Psixoloqlar səhər-səhər qəbristanlıqda gəzməyi tövsiyyə edirlər…
***
Sənin sağlığına heç içmədim – yalnız buna üzülürəm…
***
Qaydaları öyrənəndən və əmin olandan sonra ki bunu bacarırsan, həmin anda hər şey öz əhəmiyyətini itirməyə başlayır.
***
Məni kim sənin dalğana köklədi?
***
Səhər yuxudan durmaq … iclas… məcburiyyət, borc hissi – hansı daha pisdir görəsən?
***
Bir dəfə birmənalı ol, nə olar…
***
Səninlə oynayan adamın qələbəsinə uşaq kimi sevindiyini görəndə… məğlubiyyət şirin gəlir.
***
Hər şey çox adi qaydada davam edir. Bunun özü də adidir…
***
Səndən bir az ayrı qalan kimi təxribatçı ruhum katarsisə üsyan etmək istəyir…
***
Saniyələr sənin vurduğun o əsrarəngiz ətirdən daha tez uçub getdilər – qafiyəyə, ritmə, hətta mövzuya belə məhəl qoymadan…
***
Nağıl kimi kimi keçən il bitdi… göydən düşən almaları yolkadan asdım…




(5 səs, hardasa: 3,60 ilə 5 arası)

Yüklənir...
“Əl vurduğum hər şeyin dağıldığını bəhanə edib sənə toxunmayacağam…”
Nolar get referenduma…-))
bu yazıların içində nəsə var,amma bu nəsə çox səthidir. uğurlar
Sən və Katarsis! Təşəkkürlər hər ikinizə!
Sen ve Katarakta bundan ugurlu olardi.
1ce misra tapmadim ugurlu olsun.umumiyyetle misra dediyime de shubhe edirem
yuxaruda yazilanlara fikir verme, her shey eladir. superdir. ugurlar. hamisini oxudum, ureyum titredi. gul kimi ureyiniz var…
Şükür!-))
Jale, o gun dedikleri buymush sen deme)))
re, əla duzdur elesi var ki yazmasaydin da olardi
ama ekseriyyeti heyrətamizdi. sevgi tapmacadi he?
elburus duz seyir gul kimi ureyin var…
Salam Rebiqe xanim. Serlerinizden olduqu kimi yazilarinizdan da ancaq size mexsus olan, her setirlerinden mexmer kimi yumsaq qadin obrazi boylanir. Bu qadinin ancaq ozune mexsus olan dunyasi dord divar kimi xarici dunyaya qapadilib. Ancaq piciltilardir. O piciltilar kovrek, hessas yaqis kimi adamin ust-basina, saclarina, gozlerine yaqir. Men bir daha inandim ki, qadinliq duyqusu gozelmis. Bu sozlerimi urekden qebul et. Sevgilerle.(Qendab)
Özü hanı 2008-in, özü… -))
Novarg, film böylə izlənirmi? Sən ordakı duyğuya baxacaqsın…-))
Azerbaycanda son vaxtlar maraqli imzalar yaranib. onun biri de bu xanimin imzasidir. cemi bir iki yazisini oxumusham. istedadli xanimdir. ona ugurlar….
Aforizmdir bunlar..? -))
Ele bilirdim…
Rebish, hemisheki kimi mohteshemsen… Ugurlar…
Rebiqe, icaze ver, Xatire xanim’dan bir-iki shey sorushum, neye gorese sheirleri sherhlere qapalidir…
Xatire xanim, mene maraqlidi, siz bu sheir oldugunu iddia elediyiniz metnleri ezbere bilirsiz..? Mes., 6 aydan sonra bir dost yigincaginda sachlari zencirotu lecheyine oxshayan xanim gorsez – Ay daa, menim zencirotu adli sheirim olub, deye, ureyinizde ezbere oxuya bilersiz..? Ya da, arxadashlardan biri sohbet esnasinda – Xatire, o Freddi Merkuri olmaq sheirin vardi haa, bir onu ezbere de, hezz alaq, dese, ezbere deye bilersiz..?
Bax, chox semimi sorushuram, bu yazilarinizi harda saxlayirsiz, “papka” yaradib ora qoyursuz, yainki bloknota qeyd eleyib chantanizda gezdirirsiz, yoxsa word’de yigib, boyur-bashina clipart’daki gul-chicheklerden duzub print eleyirsiz..? Nece dashiyirsiz bu irsinizi gelecek nesillere..?
Rebiqe, istesen sen de cavab vere bilersen yuxaridaki suallarima… Mene chox maraqlidi…
Diqqet!
Rebiqede netnen bagli broplem yarandigindan ismaricini size men catdiriram. Sitat: “Teshekkurler… amma kichik bir yanlishliq neticesinde Zahire ilkin varianti gondermishem… fursetden istifade edib deyim ki, sonraki mence daha mukemmel variant – bloqumdadi” (www.sozlerim.azeriblog.com)
Sitatin sonu…-))
Qadjiyev, konkret danish, o nece dedi, – mence daha mukemmel, yoxsa daha mukemmel..?
“Sitat” bilirsen ne demekdi…?
Gozum, sehv eshitmish ola bilersen, fikrin bashqa yerde olar, herf artiq dusher… En yaxshisi, sen bir de deqiqleshdir onunla, nece dedi, – mence daha mukemmel, yoxsa daha mukemmel..?
Novarg, qardashimiz shev etmeyib. Guya ki men tevazokarliq etmek istemishem)) Eslinde, demek isteyirdim ki, bu tam metn deyil…
amma tam semimi deyirem, bu metnin yaxshi qarshilanacagi hech aglima da gelmezdi)))Hetta kimse orada misra da axtarmaq istedi))))
Əşşi, deyirəm axı… Nəsə, fikir vermə, uşaqlardı da, misra da axtaracaqlar, hələ dərinə gedib məna-filan da çıxaracaqlar… Nə deyəsən..? -))
Rəbiqə xanım, bu stildə sizdən əvvəl yazanları və yazılanları siz bəzi şərhlərinizdə deyəsən bəyənməmişdiniz. Bilmək maraqlı olardı, janr haqqında fikrinizi dəyişmisiniz, yoxsa “ayrı səbəb” vardı sizin o vaxtkı bəyənməməzliyinizdə?
Sizin yazdıqlarınızda da maraqlı yerlər vardı. Mənim bunu deməyə gücüm çatır… İmza: Aleksandr Gelyeviç Duqin
Men her iki varianti oxumuwam. Ovqati ani de olsa deyiwecek yazilardir. O, hisslere tesir etmeyi bacarir.
maraqlidi..xususi ile- Həmişə sevinməyə bəhanə tapacağam – xasiyyətim belədir
Rebiqe xanim eqreb burcunden idiniz de sehv etmiremse
Haşa hörmətdən,- bu nə?
Dugin, @Rəbiqə xanım, bu stildə sizdən əvvəl yazanları və yazılanları siz bəzi şərhlərinizdə deyəsən bəyənməmişdiniz. Bilmək maraqlı olardı, janr haqqında fikrinizi dəyişmisiniz, yoxsa “ayrı səbəb” vardı sizin o vaxtkı bəyənməməzliyinizdə?@ deyrisiniz. Lutfen fakt getirin!!!
Siz doz oneunde boyuyursuz…uslubca ozunuzu yenilesdirirsiz…sevgi neye qadirdi…mence siz kimise deyil sevmek hissinizi sevirsiz,bu eladi, cunki kishiler sevilmeye layiq deyil…Ayka