“Azdrama” Dənizçilər Evinə sığındı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Ocak, 2009

Maliyyə çatışmazlığı ucbatından bir müddət Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Dövlət Film Fondunun boş otaqlarında fəaliyyət göstərən Akademik Milli Dram Teatrının yer problemi həll olunub. Bu barədə məlumat verən teatrın direktoru Maqbet Bünyadovun sözlərinə görə, teatrın kollektivi məşqləri yenidən Dənizçilər Evində davam etdirəcək.
“Azdrama”nın əsas binasında təmir gedir.
Qeyd edək ki, Akademik Milli Dram Teatrı Türkiyənin Kayseri və Ankara şəhərlərində Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşası ilə çıxış edəcək. Apreldə yenidən Türkiyəyə səfərə hazırlaşan kollektiv Bursa şəhərində beynəlxalq festivala qatılacaq.
Maqbet Bünyadov onu da qeyd etdi ki, hazırda üç tamaşa üzərində məşqlər gedir. Bunlar Hüseyn Cavidin “Şeyda” (quruluşçu rejissor Mərahim Fərzəlibəyov), Çingiz Aytmatovun “Çingiz xanın buludu” (quruluşçu rejissor Rövşən Almuradlı) və Aqata Kristinin “Tələ” (quruluşçu rejissor Əsgər Əsgərov) tamaşalarıdır. Tamaşalar həm Rus Dram Teatrında, həm də Musiqili Komediya Teatrında nümayiş olunacaq.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın