Azərbaycan Yazıçılar Birliyinin saytı niyə yenilənmir?
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Ocak, 2009
Birliyin saytı iki ay öncə yenilənib
www.azyb.net ünvanında yerləşən Azərbaycan Yazıçılar Birliyinin saytı uzun müddətdir yenilənmir. Saytın xəbərlər bölümündə cəmi üç xəbər var ki, bunlar da keçən ilin oktyabr ayında sayta yerləşdirilib. Saytın xəbərlər arxivi demək olar ki, yoxdur. Heç e-mail sistemindən danışmağa dəyməz. Saytın Fotoalbom bölümündəki fotolar da ötən əsrə məxsusdur, yeni fotolara rast gəlmək mümkünsüzdür.
Saytda AYB-nin Ağsaqqallar Şurasının sədri kimi 2007-ci ildə vəfat etmiş xalq şairi Qabil göstərilir. 2007-ci ildə vəfat etmiş Nəbi Xəzri də AYB-nin Ağsaqqallar Şurasının üzvü kimi təqdim edilib.
Qeyd edək ki, keçən il prezident İlham Əliyev Yazıçılar Birliyinin binasının açılışı zamanı binanın lazımi avadanlıqla təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Yazıçılar Birliyinin binasında təmir yanvarın 5-dən başlamışdı. Təmir işləri prezident İlham Əliyevin 2007-ci il martın 12-də Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması məqsədilə imzaladığı sərəncamlara əsasən aparılıb. //Kultaz.com






Yüklənir...