“Eurovision-2009″-un seçimləri başladı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Ocak, 2009

Təmsilçimizin seçilməsi ilə bağlı sənəd qəbulu aparılır

“Eurovision-2009″ mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin adı və ifa edəcəyi mahnı martın 16-dək məlum olacaq. “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib ki, martın 16-dək həm təmsilçinin adı, həm də ifa olunacaq mahnı Avropa Yayımları Birliyinə təqdim olunacaq: “Artıq təmsilçimizin seçilməsi ilə bağlı sənədlərin qəbuluna başlamışıq və 10 ifaçının sənədi rəsmi qeydiyyatdan keçib. Ancaq bu proses hələ davam edir və təmsilçimiz peşəkarlardan ibarət münsiflər heyəti tərəfindən seçiləcək”.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın