ƏSƏD NƏSİRLİ. Şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 09 Ocak, 2009

esed-nesirliHeç vaxt sənə oxumayacağım şeir

Görüşdüyümüz bu parkın zeytun ağacları kimisən,
ilin dörd fəslində də öz rəngini dəyişməzsən.
Mənsə hər fəsil bir qız dəyişərəm.
Birinin boyu balaca olar,
birinin ailəsi kasıb,
biri gözəl olmaz,
biri də məni bəyənməz…
Görüşdüyümüz parkın zeytun a…
Dedim ya, heç dəyişməzsən.
Bir dəfə də olsun nifrətini bildirməz,
uzun-uzadı sevdiyini anladarsan
səni sevməyən birinə.
Sən mənim qollarımda öz sevginə sığınarsan,
mənsə…
Bəzən düşənərəm ki, məni sənə çəkən ehtirasdır.
Ama sonra düşünərəm: ehtiras da sevgidir.
Və bundan da vaz keçərəm…
Bəzən də səni sevdiyimi deyil,
görüşdüyümüz bu parkı,
bu zeytun ağaclarını sevdiyimi düşünərəm.
Ama bu da keçməz…
Bəzən dilənçilər,
gül satan uşaqlar yaxınlaşar bizə.
Əlim gəlməz 20 qəpik verməyə,
çıxardıb sən verərsən.
Bundan zərrə qədər də utanmaram…
Bəzən də yanımda ola-ola çevrilib
qonşu skamyada oturan sevgililərə baxaram.
Və düşünərəm ki, onları bir yerdə tutan
Bir-birilərini sevdikləri deyil,
bir-birilərini anlamadıqlarıdı.
Bunu da sənnən gizlədərəm…
Dodağındakı öpüşün istisi hələ soyumamış
soyuyaram sənnən.
Və getməyə tələsərəm.
Üz tutaran yeraltı kafelərə, dumanlı meyxanələrə.
Özümü unudana qədər
axıdaram içki şüşəsinin göz yaşını…
Son qəpiyimi verər marşuruta,
oxuyacağım romanı da unudaram o gecə…
Məni sevsinlər deyə
oturub bir sevgi şeiri də yazaram.
Adını da
“sevgi günahdirsa, mən günahkaram” qoyaram.
Bu an yadıma nə görüşdüyümüz park,
nə zeytun ağacları, nə də sən düşərsən.
Qəribə də olsa
kimsədən bağışlanacağımı da gözləmərəm…
Və musiqi sədaları altında
sonuncu siqaret kötüyünü dəfn eləyib külqabıda,
zeytun rəngli yuxulara dalaram,
İçimdə də heç vaxt sənə yazmayacağım,
sənə oxumayacağım şeir…

Sümük gəmirən pişik

Zibil yeşiyinin yanında sümük gəmirən pişik!
Atılmışlar gəmrilmək üçündür.
Yaddaşını gəmirdikcə sümüyün- yaşamağı düşünürsən.
Düşünürsən ayaqda qalmaqdı vətən.
Sənin vətənin zibil yeşiyindən başlayır.
Vətən nə doğulduğun, nə də öldüyün yerdi.
Sümük gəmirdiyin yerdi.
Bütün sümük olan yerlərin adıdır vətən…

Bu gün Tuba xalanın
qızı Əsmər sənə təzə sümüklər gətirdi.
Sevindin gözlərinin içinəcən.
Böyüdü gözlərinin qarası.
Qırıldı etiraz gücün.
Bir zibil yeşiyi dua oxudun Tuba xalanın qızına.
O an nə düşündünsə fərq etməz,
fərq edən olmamazlıq.
Qorxma, qorxma, sümük gəmirən pişik!
Atılmışlar gəmirilmək üçündür.

QADIN ŞAİRİN GİZLƏTDİYİ ŞEİRİDİR
(dostum Qismətin cib dəftəri üçün)

Sən gedəndən sonra
sevdiyim bütün qızların ayrılıq səbəbi eyni
Adətən son sözləri belə olur:
“mən yox, başqa birisi”
Ən çox təəccüb etdiyim
onların da nifrətini bildirmədən ayrılması
Heç bir ayrılığa sevinmədim
sevinmədim…
Bilirəm, qadın olduğun gün sevəcəksən məni,
onda da başqasının qadını olacaqsan
Qadın kişini daha yaxşı anlayır…

Sən gedəndən sonra
sevdiyim bütün qızlar
anası seçdiyinə, atası verdiyinə getdilər
İndi anlayıram dostum Qisməti
Sevdiyinə sevmədiyini söyləyərkən nə qədər haqlı imiş…
Keçmişdə qızı hamamda bəyənərdilər
bəyənən də qadın idi…
Bir gün mən də
anam seçdiyin alsam, təəccüblənmə
Qadın qadını daha yaxşı anlayır…

Sən gedəndən sonra
bütün “rəsmi” kağızlara nifrət etdim
Dünən, yarım ildən sonra universitetdən
pulunu vermədiyim diplomumu alanda
anladım ki,
məni bura bağlayan bu deyilmiş…
Anladım ki,
bütün rəsmi kağızlar adamları kölə edir
Nə qədər nigahları var
ər arvadın, arvad ərin köləsidir…
Anladım ki, dostum Qismət
qadından filosof olmaz söyləyəndə
qadınları başa düşür
Anladım ki,
qadın şairin gizlətdiyi şeiridir…

Bir də, sən gedəndən sonra
anladım ki,
kişi qadını qaha yaxşı anlayır…

1 səs2 səs3 səs4 səs5 səs (7 səs, hardasa: 4,00 ilə 5 arası)
Loading ... Loading ...

37 Şərh var
Şərh yazın »

  1. vaxtim getdi…lucwe oxuyardim sevinc pervanenin serlerin defelerle

  2. Qulaq asın cəmaət,
    Mən danışım rəvayət,
    Bu məhəbbət aləmi,
    çoxusuna vermiş qəmi…

  3. Bəyənəmmədim…

  4. Əsəd qaga, o sag elinde setka zenbildeki nedi ele..? -))

  5. Bir dənə də olsun öz adıyla yazan yoxdur. Sinvollaşdırılmış ədəbiyyat və həyat tərzi… hamınıza minnətdaran.

  6. Əsəd, məni çıx…-)

    J. Jalə deməkdi də, bu hərfdə bir ad var…

    Uzunçuluq çoxdur, Əsəd, yorulur oxucu və şeirin içində əgər 1-2 yaxşı fikir varsa da, bu söz kütləsinin içində itib-batır…

    Uğurlar.

  7. Qurama serlerdir mence. Vallah men bele bir-birine yapisdirilmis suni serleri oxumaqdansa misal ucun sair Tofiq Abdinin serlerini oxuyaram.O serlerde hissler daha seffaf, sairin serde yaratdiqi obraz daha aydindr. Demek ortada qelb meselesi var. Misal ucun Tofiq Abdinden iki bend
    Meni bu sevdaya kimler tus etdi
    Gorum menim kimi yolunu azsin
    Ne qadinlar sevdim haraya getdi
    Omrum aldanisda senne ayazsan

    Kimseye deyilmez yareb bu sevda
    Seire icini tokdu bes neden
    Onun doqulduqu gune elvida
    O hey pohrelener menim icimden

  8. Əsəd,şübhəsiz ki istedadın var.nəfəsin idmançı nəfəsidir.(yəni genişdir)Hər bir mətn daxili harmoniyaya,müyyən ritmə və ən əsası qoyduğu məsələnin aktuallığına söykənir.bu mənada işləməli,şeirləri rəndələməlisən,sözlərdən qənaətlə və yerində istifadə etməlisən.fikirlərimi səmimi qəbul et.uğurlar…

  9. Nurəddin bəy, iradların yerindədi və fikirlərini səmimi qəbul edirəm. hər kəs sənin kimisəmimi olsa əla olar. təşəkkül…

    Titi, bəlkə mənə deyəsən qurama və yapışdırma şeir necə olur? Deyəsən, şeiri yaxşı bilirsən ya da usta işləyirsən.
    Özümə görə demirəm, vallah sənin kimi şərh yazanları görəndə iyrənirəm.
    Sənin kimi oxucuya elə Tofiq Abdin kimi şair lazımdı əzizim!

  10. esed bey niye bele eseblesirsiz? hami sizin yazdiginiz bu ser dediyiniz soz yığınını beyenmeye mecburdur?

  11. zuzu,
    1. mənim şeirlərimin söz yığını olub olmadığına sən və sənin kimi oxucular qiymət verirsə, onda vay bizim ədəbiyyatın halına.
    2. əsəbləşməyimin səbəbi sağlam tənqid yox, qərəzli münasibətdir. hər halda mən nə yazdığımı bilirəm. heç Nurəddin bəyə əsəbləşmədim.
    3. görürsən yazı qalıb kənarda, yazıya və sənə dəxli olmayan məsələlərən danışırlar, özü də gizli imzayla. əgər öz adyıla yazsa cavabını da necə alacağını bildiyindən gizlənir. elə sən özün niyə niklə yazırsan? hər halda bir adın var. əgər gizli imzayla ağzınılza gələni (heç nəyə əsaslanmadan) yazıb qəhrəman olduğunuzu düşünürsüzsə yanılırsız. sağlan polemika istəyirsinizsə yazışaq, lap görüşüb söhbətləşək, yox, əgər bekarçılıqdan yazıb kimisə təhqir etmək istəyirsizsə onda mən başlasam gərək mənə bu işdə Nobel verəsiniz, əzizim! anladınmı?
    4. əlbəttə, məyənmək məcburiyyətində deyilsən, amma ağzına gələni də yazmağa haqqın yoxdur. mən hamının fikirlərinə hörmətlə yanaşıram, amma o fikir olsun. söz yığını mənim şeirlərim yox, sizin şərhlərinizdi canım! vəsalam!

  12. sene kim deyir ee agzina geleni yazir kimse.. tengidi gebul eleye bilmirsense xais ele baglasinlar serh yazmagi galdi ki adla nikle yazmaga o burda serh yazanlarin oz isidir. mentiqe bax ee kim esed beyin serlerin beyenmirse yazirsa beyenmedim olur agzina geleni danisan.Vay ele o edebiyyatin halina ki her eline gelem alan ser adiyla sirimaga calisir boz soz yiginin
    bu da menim movgeyim VESSALAM

  13. zuzu,
    1. hər internetə girənin də ağzına gələn şərhi yazmağa haqqı yoxdur. tənqidin varsa konkret faklarla göstrər. yoxsa, “söz yığınıdı-mığınıdı” nə deməkdi anlamıram.
    2. bəyənmirsənsə de nəyi bəyənmirsən, demirsənsə yazma. bekarçılıqdan yazırsansa get özünə şərh yazmağa adam tap canım!
    3. qaldı şərhi bağlamaq məsələsinə, mən istəyirəm səmimi iradı olanlar fikirlərini konkret faktlarla göstərsinlər.
    4. hər halda mənim yazdığım “söz yığını” sənin bəh-bəhlə şərh yazıb təriflədiklərinin çoxundan yaxşıdır.
    5. sənə məsləhət görərdim şou-bizneslə məşğul ol. inan bu sifətlə çox tez məhşurlaşarsan. vəssalam, bir də vəssalam!

  14. semini deyirem – vallah beh behnen serh yazdiglarimin bir cumlesi senin bu sere benzer nedise onnam yaxsidir.

  15. zuzu,
    1. yenə boşboğazlıq eləyirsən. mənə demirsən şerlərimin nəyi pisdi. de da bə. səmimi deyirəm mənə də maraqlıdır.
    2. sənin şərh yazdığın adamları da oxumuşam və bilirəm nə yazmısan, sadəcə adların çəkmirəm ki, məhşurlaşarlar, canım!
    3. get azərbaycan dilini yaxşı öyrən sonra şeirdən danış, əzizim! dili bilməyən şeiri hardan biləcək?
    4. şərh yazdıqlarının bir cümləsi deyirsən ha o hansı cümlədir elə? yaz biz də oxurub şərh yazaq. öpdüm!!!!!!!!

  16. hormetli genc yazar.evvela sene boyuk ugurlar arzulayiram.ikinci isterdim sen heftede bir qiz deyismek evezine.heftede birce kerede olsun kimlerinse qirilmis konlunu alasan ve ya buna cehd edesen.bir de ki oheftede bir defe deyisdiyin qizlar ozgesi yox oz ana yurdumuzun qizlaridir. bir genc sairde onlari qorumaga borcludur.sene ugurlar

  17. salam Esed Nesirli. Men Nik altinda gizlenmirem. Adimi serhlerden sonra moterizede yaziram. Yeni menim adimin serhlere o qeder de onemi yoxdur. Ikincisi men her yaziya serh yazmiram. Serh yazdiqim yazilara da bacardiqim qeder obyektiv munasibet bildirirem. Menim hec kesle sexsi qerezliyim yoxdur. Bu sozden de iyrenirem. Bir de yazilanlara menim oxucu kimi cavab vermek huququm var. Size meslehet bu qeder aqressiv olmayin. Bir de Tofiq Abdine dodaq buzenler kas onun kimi leyaqetli yaza bileydiler. Bir de xahis edirem qizlara,qadinlara sayqiyla yanas. Yalanci hap-goplardan hemise iyrenirem.(Qendab)

  18. Esed mubahise janri sende pis alinmir, sheir yazmasan da olar.
    Ugurlar.

  19. Qəndab xanım, münasibətini bildirdiyinə görə çox sağ ol! Mən aqressivəm düzdür, amma gəlin məsələyə bir tərəfli yanaşmayaq. Yəni sən şərhində dediyin qurqmq və yapışdırma şer anlayışını əgər əsaslandırmayıb və üstəlik Tofiq Abdinin şerini ortaya atmaqla nə istədiyini bilmədim. Əgər doğrudanda tənqidlərində səmimi idinsə belə etməzdin.
    Fikir versən görərsən ki, məni birinci əsəbləşdirən də elə sənin şərhin oldu. Gəl bir-birimizi düz başa düşək. Şeri bəyənməmək olar, əlbəttə zövq məsələsidir. Amma kobud şəkildə müqayisə etmək və məntiqsiz danışmaq olmaz.
    Qəndab xanım, nə isə, sənə yeni şərhlər.
    P.S. Zahirdən xahiş edəcəm Tofiq Abdinin şerlərini qoysun sayta.

  20. maraqlidir

  21. Esed bey anlaqli sozlerinize gore tesekkur. Ancaq indi menim vaxtim olmadiqindan cavabi birinci gun yazacam. Esaslandiracam neye gore Tofiq Abdinden sitat getirdiyimi.Her halda hec ne essassiz deyil. Xahis edirem bir-birimize hormetle yanasaq.(Qendab)

  22. oldu Qəndab xanım,necə istəyirsən, gözləyəcəm. hələlik…..

  23. Esed, senin ad gunun ne vaxtdi..?

  24. Novrg,
    şərh yazdığın yazıları heç bir dəfə də olsun oxumusan?

  25. Salam Esed bey. Menim yazdiqlarim belke de hec serh deyil. Natiq Memmedli demis munasibetdir. Zovq meselesinde mubahise etmeyecem. Haqlisiniz. Men sevdiyim seiri sizin sevmemeyinizi tebii qarsilayiram. Ancaq sohbet zovq meselesinden getmir. Sohbet kimin hansi zovqu xoslayib xoslamadiqindan asili olmayaraq umumi edebi kriteriyadan,hec bir behanenin sebeb olmadiqi ser prinsiplerinden gedir. Subhe etmirem siz edebiyyatla baqli insansiniz, belke ser, edebiyyat barede menden qat-qat daha biliklisiniz. Ancaq bu meselenin bir terefi. Diger terefi menim basa dusmediyim teref sizin serlerinizdir. Ve siz bu barede cox iddiali gorunursunuz. Bunu bilmemis olmazsiniz sair adi detalla sere bedii mena, poetik yuk qazandira biler. Sizin serlerinizde goze gorunen bolluca sozlerdir. Mene ele geldi bu sozlerin bir-biri ile ve birbasa serle hec bir elaqesi yoxdur. Birinci seirin basliqindaki (Gorusduyumuz bu parkin zeytun aqaclari kimisen, ilin dord feslinde de oz rengini deyismezsen sozlerinden sonra sizin sevgi haqqinda qarmaqarisiq fikirleriniz gelir. Bir de zeytun rengli yuxular nece olur? Yegane tutumlu soz mence bu sO ki qaldi Tofiq Abdine oz idi(Qadin sairin gizletdiyi seirdir.) Sizin sevgi(ve ya gorunen sevgi)seirleriniz ile Tofiq Abdinin qadin sevdasi ile dolu olan seirini muqayise etmek istemisem. Eger fikirlerime etiraziniz varsa bildire bilersiniz.

  26. Elave etmek isterdim ki, serh yazanlarin mence her birinin edebiyyata azdan – coxdan dexli, baqliliqi var. Yeqin siz de buna inanmazsiniz baqislayin bu sozume gore kuceden kecen tesadufi adam munasibet bildirsin. Ser mubaliqesiz deyirem menim heyatimda teselli yerim, sevincimi-kederimi boluseceyim bucaqim olub. Ve umumiyyetle edebiyyat yegane sevinc menbeyim olub hemise. Bele de olacaq. Ureyimden geldi bu sozler dedim.

  27. Bir de bir seye aydinliq getirmek isteyirem. Serhdeki bir cumle qarisiq gedib. Bele olmaliydiYegane tutumlu soz mence bu soz oldu(Qadin sairin gizletdiyi seirdir)

  28. Qəndab xanım!
    çox sağol! indi sənin nə qədər səmimi olduğun son şəhlərindən bilindi.Əslində mənim də istədiyim bu idi.Yenə öz təşəkkürümü bildirirəm.İnanıramkı növbəti yazılarım iddiamı təsdiq edəcək, hələ mən yolun başındayam.
    Hörmətlə:Əsəd Nəsirli..!

  29. “hər fəsil bir qız dəyişən kişinin” də adı var, ona “pozğun” deyirlər və onun da poeziyaya heç bir bir dəxli yoxdur. Ədəbiyyat sənətdir, sənət isə insamı ucalığa aparan yoldur,alçalmağa, alçatmağa deyil. Sənətin sadə əlifbasını bilmədən kolluqlarda vurnuxmağın nə mənası varmış ki?! Ey cavan, qəlbində layiqli bir hissin yoxdurmu bölüşməyə?!

  30. Məmməd savalan!
    deyəsən sən heç vaxt qız üzü görməmisən. Səni başa düşürəm…………

  31. Qəndab xanım!
    imkanın olanda medeniyyet.net-ə girib təzə şeirimə baxabilərsən….

  32. esed! aşıq gördüyan çağırar.Mən həyalı qız üzü gördüyümdən zövqümü qorumuşam. Poeziya ilə qırmızı fənərli küçələri qarışdırmaq lazım deyil.

  33. MƏMMƏD SAVALAN
    QIRMIZI FƏNƏRİ ÇOX POYETİK YAZMISAN

  34. Nədənsə sevməyəndə daha yaxşı yazılır sevgi seirləri. Qismətə yazdığın seirlierdəki paralellər cox uğurludu. Tebriikler Elasan

  35. hörmətli ƏSəd,oxudum şeirləri.o qədər də güclü şeir deyil.amma şərhlərin əladir.gələn dəfə şeirini sayta qoyanda yanında qılınc şəkli də qoy,onda görəcəksən situasya necə dəyişəcək.biz axı qılıncdan qorxan musurmanıq.

  36. Sən yaxşı şeirlər yaza bilərsən, gənc dost! Çalış başqalarından çox təsirlənməyəsən. Aqşini oxuma, Zahiri oxuma, Elnuru oxuma, ümumiyyətlə, keçmiş “Nəfəs” ədəbi qrupunu oxuma bir müddət. Qarışdırırsan.

  37. Esed sherlerinizi. olduqca beyendim. Yashiniza uygun sherlerdir. Sizin uzunuzu gormeyen sherlerinizden genc oldugunuzu biler, amma umidverici biri kimi. Bezi yashli yazarlarin dediyi kimi chixdi sozum deyesen.
    Pishik sherini daha chox beyendim, amma pishik sumuk gemirmir, chorek yeyir, amma sumuk gemirmir, uzaq bashi etlerini didishdirir ve son. Bunu size pishikleri olduqca seven ve mushahide eden biri deyir. Amma ideya chox yaxshidir. Tebrikler!

Şərh yazın