Foto ustasının xatirəsinə. Mərhum fotoqraf Akif Ağayevin fərdi sərgisi.
Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 09 Ocak, 2009Azərbaycan Respublikasının əməkdar jurnalisti Faiq Zəkiyev’in mərhum fotoqraf, foto-jurnalist Akif Ağayev haqqında dediyi bu sözlərində həqiqət vardır. Bu gün Fransa Mədəniyyət Mərkəzində açılışı keçirilən Akif Ağakişi oğlu Ağayev’in xatirəsinə həsr edilmiş fərdi yaradıcılıq sərgisində ustadın sərgilənən fotoşəkilləri fikrimcə hərkəsi düşünməyə vadar edirdi. Onun “İçəri şəhər” silsiləsindən olan fotolarına, “Balıqçı”, “Yazıçı Anar”, “Xəyallarla”, “Nəvələr” və digər fotoşəkillərinə baxdıqca hiss edirdim ki, Akif Ağayev onları böyük həvəslə, sevərək və düşünərək çəkib.
Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilən bu sərgidə A.Ağayevin 30-dan çox fotoşəkli nümayiş etdirilir. 31 yanvara qədər açıq olacaq sərgini ziyarət etməyi hər kəsə tövsiyyə edirəm.




Sayfalar: 1 2





Yüklənir...