GÖRKƏMLİ AZƏRBAYCAN YAZIÇISI ÜRƏYİNDƏN İNFARKT KEÇİRİB
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 13 Yanvar, 2009
“Qəlbimdə mahnılarımız səslənir, ürəyimin sağalmasına yardım edir…”
Uzun illərdir Moskvada yaşayan görkəmli Azərbaycan yazıçısı, “Fətəli Fəthi” “Doktor N”, “Ailə sirləri”, “Merac”, “Məhəmməd, Məmməd, Məmiş” kimi tanınmış romanların müəllifi Çingiz Hüseynov ürəyindən infark keçirib. Bu barədə Kultaz.com-a Çingiz müəllimin ailəsinə yaxın şəxslər məlumat verib. Faktı yazıçının həyat yoldaşı Lena xanım da təsdiqləyib.
Lena xanımın sözlərinə görə, hadisə ötən il dekabrın son günlərində baş verib: “Əvvəl kürəyində ağrı hiss edib, amma fikir verməyib. Bir neçə saatdan sonra yeriyə bilməyəndə, təcili yardıma zəng edilib. Həkimlər ağır infarkt diaqnozu qoyublar. Əgər ağrılar hiss edilən kimi həkim çağrılsaydı,ağırolmazdı”.
Yazıçının həyat yoldaşının bildirdiyinə görə, hazırda Çingiz müəllimin vəziyyəti normallaşıb və iki həftədir ki, Yerusəlimdə həkim nəzarəti altında mülicə olunur.
Lena xanım onu da qeyd edib ki, Azərbaycandan rəsmi qurumlardan heç kim onlarla maraqlanmayıb: “Həmişəki kimi, bizə Moskvada yaşayan bir azərbaycanlı hüquqşünas kömək edir. Moskvadakı digər həmyerlilərimiz də yardıma hazır olduqlarını bildiriblər. Ümumiyyətlə, bir neçə dəfə vəziyyətimiz ağır olanda yalnız azərbaycanlılardan kömək görmüşük. Hamıya təşəkkür edirik”.
Çingiz müəllim həyat yoldaşı vasitəsi ilə Azərbayacanda onu sevənlərə öz mesajını da göndərib: “Bütün dost-tanışlara, qələm əhlinə və sadə insanlara minnətdaram. İndi halım babatdır. Gündə 1 saat gəzməyə çıxırıq. Keçmiş və sabah məni dalğa-dalğa bürüyür. Qəlbimdə mahnılarımız səslənir, ürəyimin sağalmasına yardım edir. Nazim Hikmətin bir misrasını tez-tez xatırlayıram: Məmləkətim- ürəyimin infarktında.”
Onu da qeyd edək ki, hazırda Çingiz müəllim öz xatirələri üzərində işləyir. “Xatirələrimi yazıram. Gördüyüm, tanıdığım sadə adamları unutmuram. Bu mənim prinsiplərimdən biridir: mən xatırlamasam, kim yad edəcək? Belə sadə adamlar az deyil yazılarımda”.
Bu il aprelin 20-də Çingiz Hüseynovun 80 yaşı tamam olacaq.
Kultaz.com






Yüklənir...
allah shefa versin
Allah shefa versin!
Ancaq bir seyi anlamadim. Boyrekden de infarkt kechirmek olur ki?!!
Hormetli Chingiz muallim xatirelerini bildiyim qeder her zaman yazib:sovet dovrunun demek olar ki,butun Azerbaycan yazichilari ve edebiyyata dexli olan isimleri-Mikayil Refili,Mirze Ibrahimov,Ekber Babayev ,Memmed Rahim ve b.,Nazim Hikmet,Rusiyada,Fransada yashamish turk ressami Abidin Dino,fransiz rusisti Leon Robel,chuvash shairi Gennadi Aygi,tacik Timur Zulfikarov ve bir chox rus edebiyyat adamlari o xatirelerde yer alib.Men de bu boyuk ve necib insana,gozel yazara Allahdan shefa dileyirem.
Bilmirem bizim yazicilarin ureyi niye bele kovrek olur.
Allah shefa versin…
Bu yazida kobud bir sehv var - yazarin xaniminin adi Lena yox, Marinadir. Turk ve Azerbaycan yazarlarinin bır cox eserlerini erıyle bırlıkde ugurla ruscaya cevirib ve tanidib. Diggetli olun,beyler. Yaxshı kı, Natasha yazmamısınız…
Stomatolog onu da bilsin ki beyin infarktı da olur. Dogru sozumdur. İnanmayan internetde axtarış versin. Adını da stomatolog goyub. Yox bir proktolog…
van dam, doğru qeyd edirsiz, Çingiz müəllimin Marina adlı həyat yoldaşı olub və səhv etmirəmsə, 1991-ci ildə vəfat edib. Lena xanım Çingiz müəllimin ikinci xanımıdır. Onu da doğru qeyd edirsiz ki, Marina xanım tərcümə ilə məşğul olub. Biz kifayət qədər diqqətliyik.
Saygılarımla