Kəbutər. Dilçək (Hekayə)
Yazar: Admin | Bölmə: Proza | Tarix: 28 Ocak, 2009Mənim dilçəyim yoxdu. Necə olubsa dilçəyimin olmadığı anamın da nəzərindən qaçıb. Elə bilirəm bunu anadan olan kimi bilsəydi, məni doğum evində qoyub çıxardı, ya da gecənin birində boğub öldürərdi. Dil açanda baxıblar ki, danışmaq əvəzinə ulartıya, hürüşə oxşar səslər çıxarıram.Danışa bilmirəm deyə sevdiyim qıza da yaxınlaşmağa qorxuram. Eh, yaza da bilərəm. Bəs sonra? Ürəyimdən keçənləri ona necə pıçıldaya bilərəm. Ömrü boyu ürəyimdə danışmaqdan ürəyim şişib. Elə gözəl səsim var ki. Bütün günü ürəyimdə oxuyuram. Ay Allah, kaş danışa biləydim. Az qalıram partlayım. Belə iş olar, asta danışırsan, başa düşmürlər, bərkdən danışırsan, başlayırsan hürməyə. Ta anqırası deyiləm ha. Hərdən nobata-zada gedəndə prob eleyirəm. Elə bil qonşu Alıgilin boz eşşəyidi. Özüm də Alı dayının eşşəyi kimi bom-bozam. Hələ yaxşı ki, məni uşaq vaxtı görməmisiniz. Adımı kirpi qoymuşdular. Elə sarıydım- deyirdin yumurtadan çıxmışam. Sarı da yox e, belə əndirabadi rəngdə. Hər dəfə məktəbə gedəndə deyirdilər eşitmişik atan səni sirkə satıb. Ay canım, belə iş olar? Dabanbasma evə yüyürürdüm. Onsuz da danışa bilmirəm, bir tərəfdən də ağlamaq imkan vermir, qalmışam ulaya-ulaya. Məni sakitləşdirib nə baş verdiyindən hali olanacan da gecə yarıdan keçirdi. Anam gülüb məni qucaqlayırdı, atam da “dəyyus, get öl yerində, sirk səni neynir, elə alan olsa, ode, Pösərəyin lümək oğlunu alar də” deyib qulağımın dibindən birin ilişdirib yatmağa gedirdi. Sonra da qəzəbnən anamı səsləyirdi ki, o da gedib öz yerində ölsün, ta az qalıb səhər açıla.
Səhər açılanda qorxa-qorxa çantamı götürüb qoyun-quzu dalıyca örüşə, ordan da məktəbə gedirdim. Gözüm Pösərəyin lümək oğlunu axtarırdı. Elə bilirdim atamın sözündən sonra hökmən onun dalınca gələcəklər. Sonra birdən məni də istədilər? Atam yəqin verərdi. Onsuz da məndən zəhləsi gedirdi. Böyük qardaşım bəsləriydi də. Caydaq, həm də gözəl. Paltarın təzəsi onun, yeməyin yaxşısı onun. Toya o gedirdi, gəzməyə onu aparırdılar. Əclaf, ağzımı açan kimi başlayırdı hürüb məni cırnatmağa. Danışa bilmədiyimdən cavabını verə bilmirdim. Üstünə qışqıranda mənə qoşulub ulayırdı. Hərdən ənkirrəyib canın alırdım. Sabahı gün yenə elədiyin eləyirdi. Zəhləm gedirdi ondan. Ona bir şey olan kimi sevindiyimdən atılıb-düşürdüm. Mənim elə gülüşüm var kişmişi. Anam deyəndə eşitmişəm. Yazıq arvad, elə hey deyirdi nə olardı danışığı da gülüşü kimi şirin olsaydı. Qardaşım ən çox gülüşümdən hirslənirdi. Özü də əməziyin biriydi. Bütün günü ya yıxılıb qıçını əzirdi, ya əl-ayağını qançır edirdilər. Mən də gül ki, güləsən. Elə heylə əməzik idi deyin, vurub gözünü çıxartdılar. Kişinin oğlu dostlarıyla dava-dava oynayan çıxmışdı. Onlar da quşatanla daranq birini qoyumuşdular gözünnən. Kənddə bir səs-küy vardı gəl görəsən. Vuran varlı adamın oğluydu. Bizə bir az görüm baxım elədilər. Atam deməsə də bilirdim ki, tövlədəki dananı onlar gətirib. Kələboyunun biriydi. Bəxtimdən kişi onu örüşə-zada buraxmırdı. Kim idi onun dalınca düşüb gəzən. Qayıdıb adamı alardı ayağının altına. Çox elə vərəzan gündəydim, qalmışdı dana çığnamağı. Qardaşımın gözü sifətindən üzü aşağı axıb tökülmüşdü. O qədər kinolarda elə səhnələr görmüşdüm ki. Onun üzündə kinolardakı kimi qan-zad yox idi, iyrənc bir şey sifətinə yayılmışdı. Anam başına döyüb ağlayırdı. Ürəyimdə sevinirdim. Allaha qurban olum. Bütün günü məni təpə-qarama eləmişdin.
Qardaşım xəstəxanadan tez çıxdı. Həkim demişdi müalicəlik bir şey yoxdu. Ta toylar, gəzməklər yığışmışdı. Kəndin içinə də az-az çıxırdı. Büzüşüb armud qaxına dönmüşdü. Ağzımı açan kimi səksənib üzümə baxırdı. Bilirdim, onu ələ salıb güləcəyimdən qorxur. Bir dəfə küçədə uşaqların hansısa kor demişdi, az qala bütün yayı evdən çölə çıxmadı. İşi gücü tək gözüynən kitab oxumaq idi. Anam özünü öldürürdü ki, həkim hələ oxumağa icazə vermir, o gözünü də kor edib məni yaman günə qoyacaqsan. Yox, deyirdi, məktəbi bitirən kimi çıxıb gedəcəm istituta. Ta buralara gəlib eləmiyəcəm. Allahın işinə bax də. Kor olasan, yenə inadından əl çəkməyəsən. Həmişə deyirdi mən böyük məktəblərdə oxuyacam, şəhərdə evim olacaq, sən kənddə qalıb mənə mal-heyvan saxlayacaqsan. Elə deyəndə cinim çıxırdı. Yoxsa bu kor yenə də elə bilir mən ona nökərçilik edəcəm. Allah vurmuşdu. Korun biri olasan, mən də sənə hambalçılıq edəm? Mən ürəyimdən keçənləri ona açıq aydın dedim. Dedim sənə mal-zad otarmayacam. Sən də heç o tay gözünlə məktəb qurtarıb şəhərə gedə bilməyəcəksən. Məktəbi qurtarana qədər salamat gözün də tutulacaq. Evləri kəndin o başında olan Xanı kişi kimi əllərini divarlara sürtə-sürtə su başına gedəcəksən. Ayaqyolunun qapısını tapmadığından eləcə həyətin ortasındaca oturub işini görəcəksən. Kəndin yolnan keçən uşaqları da səni tuman-paça görüb lağa qoyub güləcəklər, cırnatmaq üçün daş atacaqlar. Atamla anam öləndən sonra səni aparıb şəhərdəki əlillər evinə verəcəm. Əlillər evini televizorda görmüşdüm. Deyəsən qardaşım dediklərimə inanmışdı. Mən onunla dava edən günün axşamı özünü asdı.




(8 səs, hardasa: 3,88 ilə 5 arası)

Yüklənir...
Ay Kebuter!!!!!!
Nədi qaqa?
insan faciəsinə aqlayanda olur drama, ichindən ağlayıb üzündən guləndə olur komediya, guya haqsızı mudafiə edib mahiyyətcə haqqın tərəfini saxlayanda olur ironiya və s.
ama insan faciəsindən bu cür diletant lağlağı düzəltməyin adını hələ tapmamışam. ağlıma ancaq bura yazmağı məzləhət bilmədiyim sözlər gəlir.
bu nə sonluqdu.
“Mən onunla dava edən günün axşamı özünü asdı”
bu nə qeyri-ciddilikdi!?
kor bir yeniyetmənin tnələrdən bezib intihar etməsi belə göydəndüşmə, qondarma, bambılı cümlə ilə necə ifadə oluna bilər. Əsər nə qədər “çərənçi”nin dilindən yazılsa belə, “kor” sözünün bu qədər çox hallanması müəllifi necə razı sala bilər?
mənə hekayə yox, müəllifin, ümumiyyətlə insanın bu qafada olması təsir elədi. o da ki Kəbutar kimi bir “iç adamı” ola!
hekayələrinizi yayınlamadan öncə zövqune inandığınız bir adama göstərməyiniz məsləhətdir.
görünür admin bu işi görmək istəmir.
ela! bir hekaye bir oxucunu bu qeder terpede bilirse(bezen men de qeyri-tevzazokar ola bilirem .m) demeli yazmaqa deyer! teshekkur!
Kebuter Hanım Çok gözel yazmış.
Eline sağlık.
Çok duygulu, esprili olmuş. Anlatması da çok eyi. Siteye kıymet katmış.
Tebrik edirem
Tuncer Bahçivan
http://www.gazeteci.tv editörü/ İstanbul
Maragli hekayedi.Amma sonluq daha anlasiqli ve maraqli ola bilerdi.Ugurlar!!!
yene deyirem, mene hekaye yox müəllifin, ümumiyyətlə insanın bu qafada olması təsir elədi.
ancaq bu metne istedadsiz da demek olmaz. mehz ona gore size ciddi bir redaktor meslehet etdim.
mene ele gelir, esl hekaye, natiqe cavabiydi, natiq miq eleye bilmedi! Qaqa danisa bilmirsen yaz as boynundan! Kebuter sen onsuz da yaza bilmirsen, bilirem ki, bunu hamidan yaxsi ozun bilirsen! sadece meydan bosdu da birini de niye sen yazmayasan!
amaravati meni de sizin edebiyyata baxishiniz teccublendirir
bu qeder diqqetinizi ala bildimse etiraf edim ki sevindim ))))))))))))
Ay Kebuter, bilirsen bu amaravati kimdi? Senin Yeni Azerbaycanli ish yoldashin ve Yazicilar Birliyninin uzvu Sherif Agayar yoldash
Əla!
Çoxdan idi bədii qiraətlə məşğul olmurdum.
Sayəndə!!!
Davamı gəlsin
Markiz səhv edirsen Natiq mənim ən cox sevdiyim əski iş arkadaşımdı və biz sadece zarafat etdik
bu ozumuzə aiddir
men meydanda olanlarin coxu ile öz ferqimi yaxşi bilirem ve düşünürəm ki hekayə yazarı kimi oxucunu lazımınca tərpədə bilirəm təşəkkür
Dushunurem ki, bunu bir fransiz yazmish olsaydi bezi arxadashlarimizin yanashmasi bir qeder ferqli olardi… Men beyendim bu hekayeni, ugurlar…
kebuter, xanim szene ugurlar. yaxshidir. hec kesi vecine alma. sen yazini yaz. yazilanin istedasiz olub-olmadigini oxucu ozu mueyyenleshdirecek.
oxudum sevindim. ugurlar
novard elburus teshekkurler
AAAAAAAAAAAAAAAAAAAAAAA Dost, bu Şərif imiş! Markiz də o olmasın! baxin o şərhlərin hər ikisində mən bir kin duydum?????? ama mən şərifin yazdiqlarini bəyənirəm və onun şərhlərinin yaradıcılığına münasibətinə dəxli oımdığlnl düşünürəm. )))))))))))))))
Novard və Elburus! sizə də təşəkkur edirəm vaxt tapıb oxuduqunuz ücün. Onu da deyim ki men hec bilmirdim bu dunyada ))))))) taxma adlardan istifade edirler… O gun Taleh Şahsuvarli bu gün Şərif maraqlidi)))))))))))
Arxadashlar demish, uzulerek soyleyirem, Kebuter xanim, Novard doyul o, nece ki, Elbrus Elburus doyul… Ustelik, men hekayeni qisa oldugu uchun beyenmishdim, agliniza bashqa shey getirmeyin… -))
Zarafatsiz, mence ugurlu hekayedi, tebrik eleyirem, sehv elemiremse, bizimki.org’da da oxumushdum bunu…
çok duygulu kebuter eline saglık sen süper yazarsın senle guruduyarımj edebiyatın güzel yazarı
Kebuter menim movqeyimi bilir – oxucunu bu cur heyretlendirmek dogru deyil. Meselen, men bir de Kwbuterim imzasini qoydugu hekayeni oxumaq istemerem – adam yashamaqdan iyrenir!!! ferqi yoxdu ustaqlila yazilib ya yox
kebuter:
*Onu da deyim ki men hec bilmirdim bu dunyada ))))))) taxma adlardan istifade edirler…*
bu nə sözdü əzizim!
yoxsa doğrudan elə hesab edirdin ki, Amaravati adında adam var?
mənim kim olduğumun məsələyə dəxli yoxdur.
həqiqəti kimin deməyinin nə önəmi var.
Şərif kimi sənin dostun, amaravati kimi oxucun ola bilərəm.
qondarma ad o yerdə qəbuledilməzdir ki, bu ad altında kimisə təhqir edəsən. şükür allaha ki amaravati dayın belə axmaq işlərlə məşğul deyil. bir də ki burda təşəkkürlərin ən böyüyü mənə düşür. görünür hekayəni mənim qədər diqqətlə heç kəs oxumayıb.
Kəbutər:
“AAAAAAAAAAAAAAAAAAAAAAA Dost, bu Şərif imiş!”
bu nə həyəcandı əzizim! Get bir stəkan su iç.
mənim Şərif olduğumu kultazbaycanda bilməyən bir sən imişsən.
Dost sağ olsun, bizi tanış elədi.
ümumiyyətlə dostlar sağ olsun.
biri yazsın, biz də sökək!
hələ onu demirəm ki, hekayəndə “Dimanın qeydləri”nin təsiri var.
sağ ol!
özünə yaxşı bax
Novarq bak bu herf sehvleri menim xesteliyim ama serife gelince meni onun taxma sdi yox mene olan kini heyretlendirdi mence bu kenardanda hiss olunur
hem de sherif biz dost yox ish yoldashi olmushuq
dimanin tesirini de sen ozunden uydurursan sabah zahire w herfini oyretdiyini dediyin kimi meni de edebiyata sen getirdiyini israr etmekden otru
Kebuter salam. seher ishe gelende hekayen barede sherhleri oxudum. Bilmirem onlarin ekseriyyetinin edebiyyata ve senin hekayene ne dexli var. Amma dahi latin Amerikasi yazicisinin adini ozune nik elemish adamin ashaqidaki cumlelerini basha dushe bilmedim. Ya heddinden cox herf sefi var, ya da mentiqsisiz bir sheydi
“mene ele gelir, esl hekaye, natiqe cavabiydi, natiq miq eleye bilmedi! Qaqa danisa bilmirsen yaz as boynundan!” – Ay seni!!!!
kəbutər xanım xahiş edirəm cümləmi diqqətlə oxuyun
“Şərif kimi sənin dostun, amaravati kimi oxucun OLA BİLƏRƏM!”
bir də zahiri müdafiə etməyin (burda) və ümumən bu məsələyə qarışmağın bir az yersiz çıxır… incimə.
sənə niyə kin bəsləməliyəm ki?!
əksinə mən səni çox istəyirəm və həmişə də maraqla oxuyuram. dostlarım da bilir ki, adi söhbətlərdə belə sənin qələmindən çox bəhs eləmişəm.
sadəcə hekayən barədə hissi davranmağımın səbəbi səndən gözlədiyimi ala bilməmək (oxucu kimi) ola bilər.
bir də ki, sən ədəbiyyata gəlməmisən hələ… gəlməklə məşğulsa.
sayqılarla
Salam Kebuter xanim. Bu hekaye meni olduqca cox kederlendirdi. Bu hekayede valideyinlerin gunahi cox boyukdur mence. Pis hekaye deyil eslinde. Nese gunu gunden daha da cox anlayiram ki,vehshi heyvanlardan bele vehshidir insanlar. Gor nece pis valideyinler, pis insanlar, qardas ve bacilar, gor ne qeder etrafda pis, vehsi insanlar var. Heyvanlar ve tebiet qarshisinda utaniram!
sherhine munasibet bildirmeyecem ona gore ki men zahide telefon acib shexsi sohbetleri edebi musteviye cixarmaq yanlishliqdi demishdim
mudafie deyil sene xatirlatmadir kini ise men duydum ve o zaman bu amravatinin kim olduqunu da b ilmirdim
edebiyyat senin dilinle desek qeliz yerdi
esas ora ne zaman gelmek deyil qalmadi
bax men de qaca bilmedim bu sohbbetlerden
yeni atishmadan ona gore sherih sene daha cavab yazmayacam
kebuter:
*…sene daha cavab yazmayacam*
yaaa!!! mən cavab uchun yazmırdım!
sizin sherhleri oxuyanda adam cashib qalir ki, bu sherler yazarlara aiddir, yoxsa savadsiz birilerine, niye bizim yazarlar bu qeder cilizdirlar/
Salam Kebuter!
Menim e-mailim
pragma_center@yahoo.com
Senden mail almaga sevinerem!
Meni hec zaman hec neye tehrik elemeye calishma!
Senin xatirini cox isteyirem!
Hekayene munasibetim: SEN SEYMUR BAYCANDAN COX-COX ISTEDADLI ADAMSAN!
Bu, dilçəyi olmayan uşağın nitqi ola bilməz! Orta yaşlı, baməzə bir kişi təhkiyəsinə bənzəyir. Məsələn, bu uşaq orta yaşlarına çatanda bu cür danışa bilərdi.
Maraqlı mövzudu. Amma Kəbutər xanım dilçəksiz uşağın, onun kor qardaşının yaşantılarını daha real təsvir edə bilərdi.
Uğurlar!
TaNıSH men seni istedadlı bir jurnalist kimi taniyiram
ama bax cox oxuyub cox bilib de kodlarla danishmaqı hec qebul ede bilmirem
teshekkur diqqetine gore
ama etiraf edim ki sene cok kobud davrandim
yazacam sene mutleq
Çox ağır və həyati mövzudur. Bu mövzunu işləmək özü də böyük professionallıq ve ustalıq tələb edir. Zənnimcə, sən bu hekayədə sən bunu məharətlə bacarmısan, Kəbutər! Təbrik edirəm!!!
Kebuter ve basqalari salam! Burda olmadigim nece gunde maraqli sohbetler olmus, tessuf ki, vaxtinda cata bilmemisem.
Evelce Natiqe bir xatirlatma, SEN NE DEYIRDIN, QAQA?
KEBUTER, SEN OL MEN SERIF DOYULEM, ONA SENI ISTEMEYENLER OXSASIN!
AMMA ESLINDE MARAQLIDI BU DOST HANSI QAQADI KI, SERIFI NIKINI DEYISMEYE MECBUR EDECEK!
serif, SEN DE DOSTLARINI YAXSI TANI DE!
jalə adlı oxucunun fikri ilə razıyam. Amma onu da deyim ki, bizim yazarlar nə gündədirlərsə,oxucularımızda o gündədi. Hekayəyə gəldikdə isə, burda sırf Azərbaycan ailəsinin məişəti və düşüncəsi görunur.Əyər müəlifin şklini görməsəydim,onun özünün həmin dilçəksiz olduğunu zənn edərdim.Əyər mənim Allaha olan inamım bir az zəif olsydı,yaqin ki,məndə intihar etmişdim.Çünki isdər dilçəksizin,isdərdə kor olsun həyatları mənə tanışdı.
menim boyuduyum kende son iller iki yeniyetme intihar edib. ama esitdiklerimin icin de bu hamisi deyil.
Maraqli idi. Ancaq qacaraq yazilib. Gorunur, hemishe vaxtdan gileylenen muellifin vaxtinin qit yerine dushub.
Heayenin movzusuna gore ise, mence, kebutere yeke bir teshekkur dushur
men sherhimi demishdim, indi yaziram. Bu hekaye insani ozu-ozunden diskindire bilir. Chunki her kesin daxilinde bu cur Allah belasina ironik yanashma movcuddur. Men hekayeni yeniden oxumadim, evvel oxumushdum. Bir de oxusam yene 10 gun tesirinden chixa bilmeyecem. Kebuter bele shey yazma!!!!!!!!
Müəllifi təbrik edirəm.Uğurlu hekayədir.Novellavari bitir.İnsan hisslərini bu qədər qabarıq vermək o deməkdir ki,müəllif əslində o hissləri yaşayaraq yazmışdır.Bu hekayənin psixoloji gücü qabarıqdır.Bir daha təbrik edirəm.
Kebuterin ekser hekayelerini oxumusham. Hem peshekar jurnlist, hem de yazichi kimi oz dili, uslubu ve demeli, oz stili var. Bashlangic uchun esas mesele budur. Kebuter formlashmish bir insandir. Arzum budur ki, edebiyyatla davamli meshgul ola bilsin.
Her kese salam
Kebuter xanim Dilchek sozunun koku DILdir. Dil insani hem sevindire, hem ireli apara ve mezara sala biler. Dilin nezaret edilmesine ise 32 dish nezaret edir.Dil soz deyir, soz ise 32-nin gorunmeyen terefindedrse, seninkidir, ele ki, ona azadliq verdin demek senin deyil, Sozden soz chixar, bu senden chixada Agdirsa digerine chatanda qara olur.Bu qara ise Dilcheeye dushdu-ishin iki yolu var-ya mezara ya …….bunun da iki yolu var-ya ……….
Sen indi chalish bu yazinla duzgun yolda ol
tebrikler, en azindan 32-den soz chixdi…
Zaur
esas odu ki kebuter sen yaz
onemli olan budur
yazida catismayan yerler de var idi bunu istesen yaza bilerem…
mistikdedeniz salam bağışla ki, gec oldu.ama sayiden cix istəyirəm ki yazida catişmayan yarlər haqqinda yazasiniz. TƏŞƏKKÜR. GÖZLƏYİRƏM.
salam. hekayəniz yumor kimi görsənə bilər çoxlarina, amma diqqətlə oxuyub dərk etmələrini tövsiyə edərdim….sizə uğurlar