Aliyə. Yaprak dökümü və dil ağacı

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 30 Ocak, 2009

aliye-dadashova_Osmanlıcadan tərcümə türkə, bunu bilməm,
Gerçək yazıyor gəncəli yainki hənəkdir,
Mümkün iki dil bir-birinə tərcümə amma,
Osmanlıcadan tərcümə türkə, nə deməkdir?

Bunu ötən əsrin əvvəllərində Mirzə Ələkbər Sabir yazıb. Üstündən yüz ilə qədər vaxt keçib və bu taziyanə teleradio şurasının son qərarına hələ də təəccüb edir. Söhbət Şuranın telekanallarımızda yayımlanan türk seriallarının yayımını tərcümə gərəkliliyi üzündən yarımçıq dayandırmasından gedir. Məsələnin iki və bəlkə daha artıq tərəfi var. Ölkədə böyük populyarlıq qazanmış bu serialların keyfiyyət göstəricisi hamıya məlumdur. Seriallar peşəkarlıqla çəkilib və maraqla baxılır. Və kanalların rəqabət reytinqini də bəzən bu seriallar müəyyən edir. Seriallar indiyədək izlənilib anlaşılırdı, bəs indi nədən tərcümə gərəkdi?

Azəri və osmanlıca arasında bu qədərmi dil fərqləri var ki, tərcümə gərəksin?
Üstəlik, türkdilli dövlətlər arasında inteqrasiya məsələləri ilk növbədə dildən başlasa  pismi olar? Bu qərar Ortaq türkcə məsələsində aparılan müzakirələrə bir zərbə deyilmi? Ortaq dlilin süni yox, məhz bu cür əlaqələr ortamında yaranmasına nə söz? Dədə Qorqud türkcəsi bizim danışdığımıza, ya osmanlıların danışdığına yaxındır? Meydan dilçi alimlərindir.

Yox, əgər yenə də dilimizin təmizliyi prinsipi gözlənilirsə, dublyajın orijinaladakı qədər keyfiyyətli olacağına kim təminat verir? Həm də türk laflarını əzbərləyən aktyorlar dublyajda kimi təqlid edəcəklər?

Deyilənə görə teleradio Şurası filmlərin subtitrlərlə verilməsinin də əleyhinədir. Bir faktı xatırladım: ötən ilin sonlarında paytaxtda «Türkiyədən film var» festivalı keçirildi. Festivalda türk kinosunun ən yaxşı nümunələri təqdim olundu. Yalnız filmlərin birini subtitrlərlə veordilər. Bu subtitrlər tamaşaçılara həm də ona görə mane oldu ki, orada yazılanlar nəinki deyilənlərlə üst-üstə düşmürdü, hətta gülüş doğururdu. Tamaşaçıların etirazı ilə subtitrlər ləğv olundu.

Milli tealeradio şurasının israrlı qərarı  serialsevərləri öködən düşmüş piano kimi pəjmürdə etdi. Efirdəsə məzmunsuz və baxımsız yerli seriallardır. Serialsevərlərin günləri yaprak dökümü kimi xəzələ çevrilir. Şura israr edir. Kanallarsa bir növ türk seriallarından nəfəs alır. Nəfəs dərib düşünmək vaxtıdır. Düşünüb daşınmaq da olar.
Bir neçə il əvvəl orta məktəb dərslikləri Türk dili adlanırdı və o kitabın içində dil ağacı var idi. Türk dilləri ailəsinin qruplarını göstərirdi. Bu ağacın altında yaprak dökümü fəslində, bir köşənin sonundayız…

P.S. «Lanet olsun içimdəki əzilmiş insan səvgisinə…» belə deyirdi Muro («Qurdlar vadisi – Pusu» serialı), indi deməsin…

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

56 Şərh var
Şərh yazın »

  1. Aliye xanim teshekkur men dushunurdum ki serhedlerin acilmasi efendilerimizin ortaq dil problemini hell edecek hetta bir qezeteci kimi bu movzuda muzakire de qurmushdum ve yeni layiheler uzerinde ishleyirem
    ama bu tercume sohbeti??? anlamadim saedece

  2. bir kosenin sonundayiz yox sonundayiq. Azeri dili basqa turk dili basqa ezizim. Azca hormetle yanashsaq oz dilimize pis olmaz. Goresen ne vaxta qeder biz ozumuzu ona buna benzedeceyik?????. Beli her bir proqram kino serial ve s. oz AZERI dilimizde olmalidir!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. orxideya, azeri dili ne demekdir? Siz azerilerin kim oldugunu bilirsiz? belke balaca bir arawdirma yapib bizim azeri olmadigimizi ozunuz ozunuze subut edesiz?! Biz millet olaraq turk, xalq olaraq azerbaycanliyiq. He, eger bizim dilimizi nezerde tutub deyirsizse, onda ya Azerbaycan dili, ya da eger Turkiye tukrcesi ile muqayise etmek isteyirsizse, onda Azerbaycan turkcesi ifadelerini iwlede bilersiz.
    Saygilarimla

  4. MTŞ-nin qərarını alqışlayıram – 1. mənasız seriaıların səsi gəlmir daha bizim evdən,
    2. dövlət dili məsələsi var, az qala qızım da osmanlı türkcəsində danışırdı
    3. tərcüməçilərə yenə iş tapıldı

  5. Rəbiqə, amma bunun necə də süni olacağanı, keyfiyyətsizliyini düşünəndə adamın əti tökülür. Üstəlik bu, “bir millət, iki dövlət” prinsipinə də ziddir. Əgər bu iki dövlətin dilləri tərcümə ilə anlaşılacaqsa, deməli bir millət olmur. Ona görə də, gərək daha “bir millət, iki dövlət” deməsin heç kəs-)))
    Belə…

  6. P.S. Bu qərar siyasi səhvdir-)))

  7. Razi deyilem, Chilgin, qerar duzgundu!!!
    Birce onunla raziyam ki, tercumeni peshekarcasina etmek lazimdi…

  8. Chilgin, bes dunen turk harda idi? ne vaxta qeder olacaq? indi ayilmisiz? Beli, biz turk soylu turk dilli milletik: uyqur tatar turk azeri ozbek ve s. 1 millet bir nece dovletik bele cixir. Besdirinde bu osmanli turklerine calandiz. Azerice men bilen arashdirmani yapmirlar aparirlar. Birazdan ovladlarimiz azerice daha duzgun danisha bilmeyecekler. Neceki ancaqki bu rus dilini tergide bildik… AZERICE DANISHIN!!!!

  9. Orxideya, dava bu “azəricə” sözünün üstündədi, siz elə təkrar edirsiniz)

    Hansı dildi bu azəricə?
    Bu MTRŞ bir dərdə dərman qurum olmasa da, qərarını dəstəkləyirəm. Bu işdə bütün məsuliyyət pul xərcləmək istəməyən TV-lərin üstünə düşür. Neçə ildi bu barədə danışılır da. Niyə tədbir görmürdülər? Yenə də AzTV qeyrət nümayiş etdirir, sağ olsun)

  10. Bildiyime gore kurd milletinin ne mektebi ne 1 kitabi yoxdur, amma menim kecmish bir ish yoldashim kurd idi ve o oz dilini bilirdi. Men ona sual verende ki, bes hardan bilirsen sizde axi ne mekteb ne kitab yoxdu. dedi mektebde kitabda bizim valideyinlerimizdi, ilk dil acanda artiq biz oz dilimizde danishir ve yaziriq, ele tarix muellimimde babam olub. Men cox pert olmushdum bu cavaba. Bizim ovladin ilk sozu mama idi. indide yeqin anne olar. ANA!

  11. Eh, bütün bunlar boş-boş danışmaqdan başqa bir şey deyil. Çünki həmişə məktəblərdə də, evlərimizdə də, hər yerdə bizi aldadıblar ki, Azərbaycan dili zəngin dildir-filan. Amma əslində heç də zəngin deyil. Ədəbiyyatla daha dərindən məşğul olmağa başlayandan sonra gördüm ki, həmişə aldanmışıqmış. Mən yalandan tərif deyə bilmərəm bu dilə. Sevməyinə təbii ki, sevirəm, çünki enerjisi olduqca doğmadır və belə də olmalıdır. Amma güclü olmadığını da etiraf etməliyəm. Məsələn, elə məqamlar olur ki, mən Azərbaycan dilində söz tapmıram fikrimi izah etməyə, yaxud sinonim tapmıram.
    O ki qaldı seriallara, onsuz da onlara baxan baxacaq. Efirdə hansı dildə verməklərindən asılı olmayaraq “prokat” yerləri var, antenalar var.
    Bir sözlə, mən MTRŞ-nın qərarını bəyənmirəm və hesab edirəm ki, mənasızdır. Hər şey pul tələsidir, məncə.

  12. Aliye xanim ,yaziniza gore teshekkur edirem,boyuk Sabirden getirdiyiniz sitat chox yerine dushdu.Sevinc xanimin “dilimiz zengin deyil” fikrinden bashqa yazdigi her soz ureyimcedir.(her zamanki kimi).

  13. birce ona gore bu qerari alqishlayirdim ki,belke bizm tv ler ve ya shirketler qeyrete gelib yerli seriala sermaye qoymaga bashlayalar. ancaq gorurem ki,ele bir ferqi olmadi.yene de hemen gundediler..sora da deyirler ki,bizde film yoxdur.biz serial ceke bilmirik.turklerin seriala xerclediklerinin 10%-ni versinler gorsunler nece sekirik…cekdiklerimiz de goz onundedir..daha dublyaja da ehtiyac qalmasin…

  14. Aliye xanim,insanlar referendoma hazirlasir,belke dil meselesini de qaldiraq.gunde referendom kecirmeyecekler ki..hormetle,Eli.

  15. bu qerar deyiwecek baxarsiz

  16. Deyishmesin!!!

  17. Rebiqe xanim en az sizden gozleyirdim bele munasibeti.Bir neche tercumechi maash alacaq deye…
    Sayqilarla.

  18. Deyiwsin!!!!!!!!

  19. Dəyişməsin, Çılğın, dəyişməsin!
    Mən istəmirəm qonşudakı balaca qız təzə paltarında qabağıma çıxıb “güzel olmuşummu?” desin və elə bilsin ki, elə belə demək lazımdır)))

    İstəmirəm TV-lərin uşaq verilişlərinə çağırılan balaca uşaqlar bir mahnı oxu deyən kimi İsmayıl YK səsləndirsinlər və onun yanındakı böyüklər də əl çalsınlar.
    Uşaq “Cücələrim” oxuyar, “Bas qaza” yox!

    Əzizim, sovetdən birtəhər qoruyub saxladığımız (saxladıqları) ana dilimiz məhv olub gedir axı. Bu arxadaşlarımıza sərf edir. Türk xalqları üzərində hegemonluqlarını bərqərar etməkdədirlər. Bizə nə düşüb?

    Yuxarıda yaxşı qeyd olunub – TV-lər yerli serial çəkməlidirlər. Ara-sıra görünür, AzTV, Lider nəsə çəkib, amma diqqət çəkmirlər, çox keyfiyyətsizdilər. Həmin serialların alınmasına xərclədikləri filan qədər pulu 2 mütəxəssis yetişdirsinlər elə Türkiyənin özündə, onlar da gəlib çəksinlər.

    Bizim gözəl dubkyaj ustaları var. Dəvət eləsinlər sovetdənqalmaları və utanmayıb, özlərini çəkməyib öyrənsinlər!
    TV-lərimiz bir başqa dərddi. Pul qazanmaqdan başqa bir düşündükləri yoxdur.

  20. Deməli, biz ən asanına əl atdıq. O uşağın türkcə danışmasında günahkar anasıdır. Təfəkkürümüzü dəyişməliyik. Biz güclü deyilik. Elə ona görə də tez həll oluruq. Əgər güclü, köklü bir xalq, toplum, camaat (nə deyirsiz deyin burdakı adamların cəminə) olsaydıq, belə tezbazar əriməzdik. Guya ki, illah da bizim TV-lərdən türk serialları yığışandan sonra düzələcəyik? Xeyr və əsla!!! Çünki çox az adam onsuz da bizim telekanallara baxır. Mən TV işçisi olaraq bilirəm ki, reytinqlər nə yerdədir. Adamlar antenalar vasitəsilə onsuz da Türkiyə kanallarını izləyir və istənilən evə girib Türkiyədə gedən serialların hansı haqda soruşsan hər şeyi danışacaqlar.
    Biz öz içimizdəki gücü və enerjini kəşf etməliyik, onu tapmalıyıq. “Gora”ya baxanlar məni yaxşı anlayar-))) Yoxsa bizim sonumuz uzaqda deyil, yaxud sonsuz olacağıq!
    Mən 100% əminəm ki, bütün bu qərarların hamısı pul tələsidir. Siz doğrudan inanırsız ki, bu qərarı verənlər Azərbaycan dilini düşünüb addım atıblar?
    Yeri gəlmişkən (yaxud gəlməmişkən) deyim, ortaq türk dili deyə bir şey ola bilməz! Dilçiliklə az-çox məşğul olan adamlar bilir ki, bir neçə dili birləşdirib yeni dil düzəltmək olmaz, olsa da bu dili yenidən öyrənmək mənasızlığın ifadəsidir. Odur ki, ortaq dil seçmək məcburiyyətindəyik! Və əgər məhz Türkiyə türkcəsi bu üstünlüyü əldə edə bilirsə, niyə də olmasın? Bu mənim ola bilər ki subyektiv fikrimdir, amma mən doğrudan da hesab edirəm ki, Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcümə olduqca mənasız bir şeydir.
    P.S. Universitetdə biz heç vaxt demirdik ki, Türk dilindən Azərbaycan dilinə tərcümə. Deyirdik ki, Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə aktarma, uygulama, uyğunlaşdırma. Və məncə, biz düz deyirdik.

  21. Olmaz, Çılğın, heç bir halda başqa bir dilin ana dilimiz üzərində üstünlüyünə yol vermək olmaz!

    Çanaqlarla bağlı haqlısan və bu yerdə yenə də TV-lərimizin səviyyəsinə toxunursan. Biz daha yaxşı olmalıyıq ki, analar başqa ölkə TV-lərinə möhtac qalmasınlar. Sovet vaxtı da Moskvanın I və II kanalına baxardıq. Cəhənnəm o zaman bir xarici dil – rus dilini öyrənərdik. Mən şəxsən rusca hər nə biliyim varsa sovet multiklərinə borcluyam)))

    Amma indi həm doğma, həm də qorxulu Türkiyə türkcəsiylə üz-üzəyik. Onun içində əriyib yox olmağa bütün vasitələrlə müqavimət göstərməliyik. Və mən bu dili öz dilimdən zəngin hesab etmirəm!! Sadəcə ortaq sözlər o qədər çoxdur ki, onunmu, bizimmi olmasını çaşdırırıq. Onların bir üstünlüyü bu sözləri aktiv saxlamalarıdır. Biz də sevə-sevə işlədirik ki, türkköklü sözdü də, nolacaq ki.

    Sevimli, əziz TV-lərimiz ortaya normal serial, cizgi filmi, bədii film qoysalar, çanaq antenalar yada düşməyəck. Problem burdadı.

  22. Yox, əvvəla mən demədim ki, mənim dilimin üstündə hansısa dil üstünlüyə sahib olsun! Ortaq türkcə axtaranlar bundan istifadə edə bilər deyirəm. Məs, türk xalqlarının toplantılarında-filan.
    2-cisi, bizdə o serialların, filmlərin keyfiyyətinin 100-də biri qədər nəsə olsa bu yaxınlarda mən adımı dəyişəcəyəm! Bizdə o filmlərin çəkilməsi üçün yazılacaq nə ssenari var, nə də ssenarist!
    İnkişaf isə o qədər uzaqda görünür ki. Çünki ən azından təfəkkür başqadı. Bu darlıqla biz hara gediceyik bilmirəm.
    O ki qaldı Türkiyə türkcəsinin Azərbaycan türkcəsindən zəngin olub-olmamasına, mən doğrudan da hesab edirəm və əminəm ki, o bizdən zəngindir. Mən ixtisasca filoloqam – türk dili və ədəbiyyatı üzrə. Türk dilini başqa dillərdən çox öyrənmişəm (ən azı ərəbcə və azərbaycan dili qədər). Və onların ədəbiyyatını, dil tarixini, ümumiyyətlə yazılarını oxuyandan sonra anladım ki, biz çox uzaqda və geridəyik. Hem de hemişə “dilin zəngindir” deyənlərə aldandığımı anlamışam. Biz də yenə deyirəm təfəkkür darlığı və söz qıtlığı var. Dilimizə gələnləri çıxartsaq, biabır olaceyiq.
    Nə isə… Ürəyim sıxıldı…-((((

  23. Sıxma ürəyini, içindəkilər heyifdi…-))

    Mən də mütəxəssisdən danışıram da.
    İndi də başlamayaq nəsə qurmağa, bəs nə vaxt başlayaq? Nolub bizim ssenaristlərə, yumoristlərə? Ortadakı gəncləri demirəm hələ. Əslində çox gözəl də aktyor eləmək olar onları, rejissor yoxdu. Özü yazıb özü oynayan adamdan şedevr gözləmək olmaz.

    Yenə də Türkiyə türkcəsinin zənginliyi ilə razılaşmıram. Sən elə bir söz de ki, o bizim dildə yoxdur, məcbursan onlardan götürəsən. Əzizim, biz sadəcə ciddi təsir altındayıq. Türk kanalları, qəzetləri, ədəbiyyatı, köşə yazarları, hətta bizim adlı-sanlı yazıçı və şairlərimiz də yersiz-yersiz türkcə yazmaqdaykən (çoxları sanki Türkiyədəki hansısa çevrələr qarşısında öhdəlik götürüb)gözügörünməz təsirin qurbanı olmamaq mümkün deyil. Mən özüm də işlədirəm qeyri-iradi və sonra düşünürəm ki, niyə belə dedim. Qəbul eləmədiyimiz ərimə budur.

    Azərbaycan dilinin problemləri var. O rus, ingilis dili qədər zəngin deyil. Bunun da özünün obyektiv və subyektiv səbəbləri var. Amma Türkiyə türkcəsini heç nədə öz dilimdən üstün bilə bilmirəm. Mən bir qism sözü ruscadan almışamsa, o da fransızcadan, almancadan, ingiliscədən alıb. Bu “Qurdlar vadisi” serialında məhkəmə terminologiyasını görəndən sonra onlara lap ürəyim ağrıyıb açığını desəm)

    Dilimizi aktivləşdirməli, canlandırmalı və hər yerdə ondan istifadə etməliyik!

  24. Bahar xanım, söhbət, əlbəttə ki, tərcüməçilərə görə deyil. Məın onları ən sonda xatırlatmışam və burada bir qədər ağır söhbəti yumşaltmaq elemetnleri vardı))… bilənlər bilir, burada şəxsi mınfəətim yoxdu, çünki türkcədən bir dəfə belə tərcümə etməmişəm və etmək də fikrim yoxdu – bu, bir peşəkarlıq məsələsidi, bacarmadığım işə baş qoşmaram…
    Digır məsələlər gəlincə, mən bu məsələdə Jalədən daha mühafizəkaram…
    Üstəlik

  25. türk serialların səviyyəsi barədə də yaxşı fikirdə deyiləm…

  26. Eslinde bu qerarda en cox uduzan TV-lerimiz oldu asan yolunu tapmishdilar dublaja pul vermeden seriallari dalbadal verib reyting qazanirdilar reyting yaxsi olduqdan sonrada reklam teklifleri ve qiymetleri 1e 5 artirdi. Ve mende olan melumata gore gundelik en bahali reklamlar mehz bu seriallarin arasida geden reklamlar idiler.
    Bu qerara munasibetime gelinde ise mence siyasi sehv idi… Bir millet 2 dovlet, qardahliq anlayishini yixdiq. Hetda Hurriyyet qazetinde bu movzuya toxunub bash nazire meslehet gormushdulerki bu ishi arashdirsin cunki bu emelin arxasinda siyasi maraq dura bilme ehtimalida var deye dusunubler Osmanli qardashlarimiz…
    Hem indi 1 2 turk sozu ishledende ele munasibet gorursenki ele bil soyush soymusen acin Ehmed Cavadin, Huseyn Cavidin, Almas Ildirimin yazdiqlarina baxin onlarda ishledibler ve burdanda gorunurki o sozler bizim ortaq sozlerimizdi sadece 70 illik esaret dovrunde biz unutmushuq. Mence bu qerari qebul etdikleri zaman birce idea olub kanallar cox pul qazanib pullanmasinlar. Reklam biznesi inkisaf etmesin. Cunki bu ishler gelirli ishlerdiler pul cox qazandirirlar her terefe bu ise demekki serf elemir da millet pullandiqca gozu acilir axi……

  27. Rəbiqə, məhz bu dəqiqə bilmədiyin şeydən danışırsan. Sən vizual sənəti yaxşı bilsəydin, belə danışmazdın. O seriallarda hər şeyi qoyuram bir kənara, elə bircə kameraman işini duya bilsən, belə danışmazsan. Obyektivin gözü ilə görmək və o səviyyədə görə bilmək bilirsən necə böyük və gözəl bir şeydir? Eh…

  28. serial – tece kamera ishi deyil, quzum – ssenari… bizimkilerin de en esas problemi budur…
    Kamera ishi Vaqif Mustafayevin @Yoxlama@da da ela rejissor ishi vardi. ne olsun ki…
    Men danishmaq istediyim sheytden danishiram (quzushka, hirslenme, bilirem Qurdla vadisi uchun darixiransan, amam neylemeli))))…

  29. Aha, sən doğrudan da danışmaq istədiyin şeydən danışırsan baculya-)))
    Nə isə, uzatmayaq, hərə öz fikrində qalacaq onsuz da.

  30. guluncuk

  31. en azi bizim kohne kinolarimiza baxin turklerinkine baxin. turklerde yalniz kimse kiminse namusuna toxunur, ovladi kimdendirse gizledir ve ya kuceye atib, varli kasib sohbeti, dushmencilik ve qisas…. eeee…ve s ve s…. beli mende raziyam kamera dizayn aktyorlar geyim …. ve cox sheyler turk seriallarinda mukemmeldir(bir ressam olaraq men bu sheylere cox diqqet yetirirem)amma ssenari meselesinde…yox ezizlerim, ovladlarimiz onlara baxmasa yaxshidir!!!! vallah men ancaq oz kanallarimiz ve rus kanallarina baxiram ve hec olmasa nese o ruslardan oyrene bilirem(tebietden, heyatdan, saglamliqdan, dunyadaki yeniliklerden hetda tarixden) amma bu turklerden ancaq eylence ve oz biyabirciliqlarini…en azi yemekdeyiz proqramina baxin ic uzlerini sufre medeniyyetlerini gorun. eeeh neise. cox teriflemeyinde, goz qabaginda deyillermi.

  32. Turku sevmeyib,turk dilinde yazib oxuyan insanlara chox yazigim gelir.adyazarda da biri var idi-doktor ravik…

  33. Dorudan da guluncdur,yemekdeyiz proqramina baxmaq ve kultazda iddiali,ittihamli sherhler yazmaq

  34. ezizim Bahar bir xalqi tanimaq isteyirsense onun bayramlari, kinolari, sufreleri ile maraqlanaraq tanimaq olar. az cox bir o tv-de seriallardan gozunuzu cekin ve bir azda proqramlara baxin! menasiz seriallara baxmaq gulunc deyil amma sufre medeniyyeti ve kulinariya haqqida proqrama baxmaq guluncdur sen deme. 70 il rusun eteyinden yapishmishdiq indide turkun, oda bize arxa cevirse onda hansi milletin eteyinden yapishaciq goresen?! mende turk xalqina bigane deyilem, dost sayiram amma yalniz onlar deyil ozbek tatar qazax ve s. molletleri ozume yaxin sayiram. onlarda turkdilli turk soyludurlar, niye hec kesin yadina dushmurler, kicik dovlet olduqlari ucun ve ya niye? qaldi dile ezizim men azerbaycan dilinde yazir ve danishiram! CUNKI AZERBAYCANLIYAM!!!! yeter! bizde birlik yoxdur ki bu gundeyik. yene turklerde birliksede var, ona gorede oz dillerine milletine pisine yaxshisina hormet edir fexr edir. biz yaxshimizdada pis axtaririq. bir birimizi yalniz sancmaga ve tehqir etmeye endirmeye calishiriq. biz dilimizi milletimizi torpagimizi sevseydik indi indi YA QARABAG YA OLUM oxumazdiq. hele biz cox shey itireceyik.

  35. orxideya, siz teze hec ne demediz. Ve adim kimi eminem yalniz burda werh yazanda cavab verib susdurmaq meqsedile, sonunda “ne bagladim bulari” deyib sevinmek ucun bele yaza bilirsiz, o da yaza bilirsiz e, duwunursuz bele deye bilmirem. cunki o qeder bele daniwan adamlar var ki, emele gelende birlewmek nedir, her weyde ozum ve tek ozum olmaliyam deyir. men semimi deyirem, sizin bu semimiyyetiniza inanmadim. Cunki men inanmiram ki, Azerbaycanda ozbek, qazax ve s ve s turk xalqlarini da duwunsun.
    P.S. Ne cavab vereceyinizi texmin etdiyimdem, cavabinizi sebirsizlikle gozduyurem deye bilmeyeceyem
    Saygilarimla

  36. Sevinc xanim, men ozbekistanda Buxara sheherinde dogulmush ve qazax ozbek tatar kirgiz tacik turmen turk xalqlari ile birge oxumush yashamish boyumushem. qaldi sherhlere, Kebuter xanim olmasaydi men hec bu sayti taniyasi deyildim, cunki men internetde azeri saytlarina girmirem ve men yalniz kulinariya mahnilar xalcalar ve s. aid olan saytlara girir ve ermenilerin sherhlerini oxuyur cavab yaziram. heyifler olsunki men tarixi yaxshi bilmirem. en azi menim emailime girib menim nece biri oldugumu gore bilersiniz, ve onda size semimiyyetimi subut etmeye gerek qalmaz. men ordaki dostlarimla adet enenelerimizi tariximizi hal hazirdaki veziyyetlerimizi ve bir cox sheylerimizi biri birimizle bolushuruk.yeri gelmishken menim ele mail agentimde turk dostumda var idi hansiki ermeni dostlari ustunluk teshkil edirdi, ve o dostluqdan silinesi oldu. men xalqimi torpagimi sevirem, 1 ovuc torpagimi beynime gulle sixsalar bele dushmenime pay etmerem. menim kimileride coxdur lap cox ve semimiyyetimizi subut etmeye gerekde yoxdur!!! qaldi baglamaga men burda hec kesi baglamiram, meni yandiran odurki milletimin bezi numayendeleri oz deyerini bilmir! indi ushaq kimi hami mende sehv axtaracaq, amma hec kes demeyecek BIZ BIRIK!!!!!!

  37. Sevindim…
    Biz birik heç kəs deyə də bilməz, çünki biz bir deyilik.
    Amma bir xüsusu anlamadım – ermənilərlə dostluq edən adamı siyahından silməklə xalqı, vətəni, milləti sevməkmi isbatlanır? Mən məsələn ermənilərə nifrət etmirəm, daha doğrusu, erməni millətinə nifrət etmirəm, erməni hakimiyyətinə nifrət edirəm. Eyni zamanda Azərbaycanı da, azərbaycanlıları da istəyirəm (hərdən buna təəssüf də etsəm) Bir də ki… e nə isə, sizə uğurlar! Amma saytımıza tez-tez baş çəkin. İnanın ki, ədəbiyyat bəzən kulinariyadan daha maraqlı olur. Sizi hər zaman aramızda görmək diləyi və saygilarımla

  38. men ne yazmisham siz gor neye fikir verib neden sual verirsiniz. hec dexli olmayan shey. siz hecne anlamadiz anlamayasinizda. men incesenet adami olmagima baxmayaraq her sheyle maraqlaniram tek kulinariya ve s. ile yox. edebiyyatlada maraqlanmasaydim burda ne ishim vardi. bir kicik sirrde acim men arada bir sherde yaziram… mende cox isterdim arada bir xalcalarimizla naxishlarimizla onlarin menalari ve s. maraqlanasiz, inanin o naxishlara baxdiqca ozude mugama qulaq asaraq, heyatin gozelliyin duyasiniz. neise, bu sohbeti daha davam etmek istemirem. sizede ugurlar adashim Sevinc xanim.

  39. Seva canim bu qeder esebleshme!
    Her kes oz baxish bucaqindan yanashir meselelere. Hec kimi de dushuncesinden dondermek m umkun deyil. Meseıen Re dushunur ki peshakar tercumeden pul qazanacaq!)))))))))))))
    men dushunurem ki ortaq dilimiz olmalidir. Sen dushunursen ki biz turkun eteyinden yapishmamaliyiq. Cilgin dushunur ki biz hele bir deyilik ve saire. men bilirsen neye tessuf edirem
    bele boyuk bir problemimizin fonunda biz-birimizde noqsan axtaririq. sen belesen men ele deyilem ve sair. ama seni bu saytla da tanish etmeyime peshiman deyilem. )))))))))))
    bax hec ne yazmayin hec kese cavab yazmayacam.

  40. Rəhmətlik Xudu müəllimin bir bioloq alimdən gətirdiy misal yadımda qalıb: “hər bir eybəcər fikrin arxasında eybəcər bir molekula durur”. Çoxmənalı bir sözdür.
    Dünyanın görkəmli alimləri Azərbaycan dilinin müasir elmin bütün tələblərinə cavab verdiyini dönə-dönə təsdiq ediblər. Bu dil Uyğurustandan Anadoluya, Sibirin şimalından İraqa, Misrə kimi geniş bir arealın intelektual qarvrayış imkanını saxlaya bilib özündə.
    Rusiyanın qərəzli dilçiləri onu “bolqar dilləri ailəsi”nə aid hesab edirlər. Bu ona bənzəyir ki, budaqla ağacı əvəz edəsən. Türk dilləri ailəsi içərisində az-çox salamat qalmışı, məncə elə Azərbaycan dilidir.Türküyənin çağdaş ədəbi dili isə əslində yaman günə qalmış bir dildir. Çünki,türk dillərinin bel sütunu sayılan ahəng qanunu pozulub. “X”, “Ə”, “k”, və s. səsləri yerli-yersiz əvəz olunub, dil süni surətdə avropalılaşdırılıb və ən heyrətlisi isə budur ki, bu işlərin də kökündə (bəlkə də qanmamaqdan)erməni durub. Bunu dilçilər daha yaxşı bilər. Kəlmə başı “əvət, tamam”, “tabii”, “iyi” işlənən bir dilə adamın yazığı gəlr, və bir də ona yazığı gəlir ki, belə bir zibillənmiş dil özümüzün də köməyimiz ilə Azərbaycan dilini yenmək iddiasındadır. Vİİ – İX əsrlərdən də ön qədimlərə güman ediləsi dövrlərin dilini əks etdirən “Kitabi Dədəm Qorqud”u biz bu gün də oxuyub anlayırıq. Hər dildə belə hünər yoxdur.
    İndi isə dərini suya verməsək yaxşıdır.
    Dahi Füzuli:”Söz dərkinə qılıb fərasət, Əmlakına bulmuşam rəyasət!”- deyib. Məncə bu çağırış indi də gücünü saxlayır.

  41. Sultan Merzili, siz yaxşı edib şərhinizdə “məncə” ifadəsini işlətmisiz. Çünki doğrudan da SİZCƏ. Deyirsiz dilçilər yaxşı bilər, amma dilçilərin fikirlərinə qarşı çıxırsız. Mən Türk dili və ədəbiyyatı mütəxəssisiyəm. Orxon-Yeniseydən, hətta e.ə. II əsrə aid boşqab üzərindəki 2 sətirdən tutmuş, Kutatku-bilig, Dədə Qorqud, Divan-i lüğət-it türk əsərlərinə qədər sətir-sətir oxuyub, izah etmişik, əsərlərə təkcə bədii deyil, hər şeydən çox dil xüsusiyyətlərinə görə öyrənmişik. Bu günkü Türkiyə türkcəsinin o ulu türkcədən nə qədər söz qoruduğunu, bugün də o sözlərin bu dildə işlək olduğunu bilsəz, belə danışmazsız.
    Adaşım, yenə deyirəm çox şadam ki, aramızdasız, həmişə də olun. Hətta əgər xalçalar, onlardakı naxışlarla bağlı maraqlı yazı da versəz, sevinərik, oxuyub bilmədiklərimizi öyrəndiyimizə görə təşəkkür edərik. Və siz lütfən, düşünməyin ki, mənim sizə qarşı nəsə mənfi reaksiyam var, bu diskussiyadır sadəcə. Mən yalnız və yalnız Türkiyə türkcəsini dərindən bilmədən, o dilin mahiyyətinə, məntiqinə, təfəkkürünə bələd olmadan kortəbii aşağılamaq istəyənlərin əleyhinəyəm. Yalnış anlamayın, məni də başa düşmək olar-)))axı bu ən azından mənim sənətimə olan hörmətimin ifadəsidir-)))
    Saygılarımla

  42. Sevinc xanim turkiye turkcesini hec kim ashagilamaz eger siz onu azeribaycan dilinden ustun tutub azeri dilini ashagilamasaz. Diger dilleri bilmek Cox gozeldir, men meselen ermeni dilinide oyrenirem, amma siz bir o turkceni derinden oyrendiyiniz qederde azericenide derinden oyrenin -Mən yalnız və yalnız Türkiyə türkcəsini dərindən
    bilmədən, o dilin mahiyyətinə, məntiqinə, təfəkkürünə bələd olmadan kortəbii aşağılamaq istəyənlərin əleyhinəyəm- bax elecede biz bunu deye bilerik. gerek sizde bizi basa dushesiz. Sultan Merzili sherhinizi oxuduqdan sonra oz hisslerimi nece ifade edim bilmedim. helede soz tapa bilmirem. sizden cox sheyler oyrenmek isterdim.
    Sevinc xanim sizede soz verirem bizim en gozel naxishimiz olan buta haqqinda ve ya islimi haqqida kicikde olsa bir yazi verecem.

  43. birde cox isterdim ehalimiz seriallara yox neyise oyreden proqramlara baxsinlar.

  44. Meseıen Re dushunur ki peshakar tercumeden pul qazanacaq!)))))))))))))

    Men bele dushunmurem ki, pil qazanmaq uchun peshekarliq yeter. Bele olsaydi… pul qazanmaq uchun, bizde belke de, eksine, qeyri-peshekar, amma operativ ve iddiali olmaq lazimdi… normalda halda bu keyfiyyetler bir-birini tamamlamaliydi, amma neyse…
    Sevincler, bir az sinilerinizi qoruyun… Kefdi e, Yeni Azerbaycanin hamisi Kultaz oxuyur – buna sevindim, Zahir)))

  45. Siz Samət Əlizadəni tanıyırsız?
    Elə-belə soruşmadım – tanımırsızsa tanıyanlardan soruşun – onun tələbəyə Azərbaycan dilindən 5 yazması nə deməkdir. Məndən bu qədər. Hamıya türklər demişkən, Allah zehin açıqlığı versin-)))
    Saygılarımla

  46. Dunen kim baxdi Yemekteyiz proqramina, o kishiye neche puan verdiler… He, Sevinc..? -))

  47. Amma indi həm doğma, həm də qorxulu Türkiyə türkcəsiylə üz-üzəyik. Onun içində əriyib yox olmağa bütün vasitələrlə müqavimət göstərməliyik. Və mən bu dili öz dilimdən zəngin hesab etmirəm!! Sadəcə ortaq sözlər o qədər çoxdur ki, onunmu, bizimmi olmasını çaşdırırıq. Onların bir üstünlüyü bu sözləri aktiv saxlamalarıdır. Biz də sevə-sevə işlədirik ki, türkköklü sözdü də, nolacaq ki.
    =======================================
    ama şimdi hem doğma hem de korkulu türkiye tükcesıyle yüz yüzeyiz. Onun içinde eriyip yok olmaya bütün vasıtalarla mukavemet göstermeliyiz. ve ben bu dili kendi dilimden zengin hesap etmiyorum. sadece ortak sözler o kadar çoktur ki onun mu bizim mi olduğunu karıştırıyoruz. onların üstünlüğü bu sözleri güncel saklamalarıdır. türk köklü sözdür, biz de seve seve kullanırız. ne olacak ki…

  48. ezizlerim ushaq kimi bir sozden tutub durmayin dee. yemekdeyiz proqraminin izleyecisi deyilem vallah bilsem ki bu cox onemlidir sizin ucun mutleq o puan verme zamanini izler ve size yazardim. amma men turk tv-ne hec baxmiram ve baxmaqda istemirem, vallah evdekiler baxanda baxmaga mecbur qaliram.

  49. Onsuz da qurtarir, heftenin 1-5-ci gunleri olur, bu gun axirinci gundu, qalib melum olacaq… Sabah, o birisi gun ise hemin vaxtda Varmisin-Yoxmusun olacaq, ona baxarsiz…

    Chilgin, sen niye sesini chixarmirsan, belke sen baxmirsan o proqramlara..?

  50. Mənim TV-yə baxmağa heç vaxtım yoxdu. yoxsa baxardım. Amma TV işçisi olaraq çoxundan xəbərim olmalıdır deyə bəzi şeyləri izləmək məcburiyyətində oluram. Üstəlik onu izləmək mənə çox vacibdirsə, onları mənə özəl və orijinal disklərdə seyr etdirən tapılır-)))
    P.S.Tercuman, siz tərcümə (? – çevirmə) etməyə çalışmısız, amma Türkiyə türkcəsində cümlə quruluşunuz doğru deyil. Siz fars, farsdan da Azərbaycan dilinə keçən cümlə quruluşu ilə çevirmisiz.

  51. sevgili Chilgin )

    Turkce o kadar zengin bir dildir ki cumleler devrik(cumle kurulusu ters)olsada, edebi metni koruyabilirsiniz. Hatta devrik cumle ile yazilan metinler de ayri bir sanat eseri olarak kabul edilebilir. Bu yüzden cümle kurulusu cok onemli degildir. Emin olun, sizin yanlis buldugunuz bu tercumeyi Turkiye`de okuyan her hangi bir Turk hic garipsemeyecektir.

    Ornek vermek gerekirse sizce asagidaki cümlelerden hangisi yanlistir?

    – Bu yüzden cümle kuruluşu çok önemli değildir.

    – Cümle kuruluşu bu yüzden çok önemli değidir.

    – Bu yüzden önemli değildir cümle kuruluşu.

    – Önemli değildir bu yüzden cümle kuruluşu.

    Yukaridaki 4 cümlede aynı anlamdadır ve hepsi kabul edilebilir.

    İllaki fark yaratmak isterseniz bu mümkün. Çag öğretim yayinlarinin Azerbaycanca-Türkçe lügatina bakarsaniz, bir çok yerde eş anlamli kelimeler yerine birbirine en uzak kelimeleri karşilik olarak koyduklarini görebilirsiniz.

    Dediğim gibi, mantik bu iki dil ayni diyorsa yukardaki tercumede oldugu gibi kelime kelime, sadece harf degisikligi ile çeviri yapmak mümkündür. Yok, mantiginiz bu diller farkli diyorsa birinde olupta digerinde olmayani bulmak da mümkün tabi ki…

  52. Novarg, nese oyrenmek isteyirsinizse rossiya kanallarina baxmagi meslehet gorerdim. meselen ntv-den ‘neobyasnimo no fakti’ chisto serdechnoe priznanie’ ve s…

  53. Tercuman, siz menim evvelki sherhlerimi oxumusuz umumiyyetle?

  54. Chilgin, oxumusam ve umumiyyetle sizle hem fikirem. Tekce cumle qurulusunun sehv oldugu fikrinize gore sherh yazmish idim.

  55. Bir millət iki dövlət dediyiniz budur?Mən bu qərarı düzgün saymıram.Bu filmleri tərcümə edib vermekden vermemeyiniz məsləhətdir.Çünki çox gülməli vəziyyət alınacaq.İndiki tərcümələrimizi görürük də göz qabağındadı.Adamın əti tökülür.İnanın çox adamlar bunların əleyhinədir.İnşallah ki biz boşuna danışmış olmarıq.Danışdıqlarımız bir nəticə çıxarar.Sağ olun ki belə bir mövzuya yer ayırmısınız.

  56. eger bizimkiler de turkler kimi maraqli seriallar cekseler islerine onlar qeder mesuliyyet dasisalar biz televizorda turk kanallarina deyil azeri kanallarina baxariq usaqlarimiz da turk diline meyl etmezler.Dil bilmek eyib deyil bizim dilimiz olduqca zengindi lakin biz onu gelecek nesile mueyyen sebeblerden catdira bilmirik.nezerinizi catdirim ki turklerin kendlerinde isledilen lehceler bizim ana dilimiz kimidi yaxsi olar ki cekilen verilisler oz dillerinde qalsinlar bizim verilislerimiz o qeder maraqli olsun ki elave praqlamlara ehtiyac qalmasin sag olun

Şərh yazın