Əli Əkbərin növbəti qalmaqallı romanı işıq üzü gördü

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Ocak, 2009

Yazıçı Əli Əkbərin “Artuş və Zaur” adlı növbəti romanı işıqüzü görüb. Müəllifin sayca dördüncü olan bu romanı da əvvəlkilər kimi qalmaqallı olacağı gözlənilir. Belə ki, romanın mövzusu yetərincə qıcıqlandırıcıdır. Kitab Artuş adlı erməni və Zaur adlı azərbaycanlının… məhəbbətindən bəhs edir.
Qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib bu iki gənc SSRİ dönəmində Bakıda yaşamış, bir-birlərini sevmiş, SSRİ dağıladan sonra onlar bir-birlərindən uzun müddət ayrı düşmüşər. Günlərin bir günü Artuşla Zaur Gürcüstanda seminarda yenidən görüşürlər. Və onların məhəbbət əfsanəsi yenidən alovlanır…

Müəllif yazır:

“Onların yeganə “qəbahəti” zərif, lakin zəif, güclü fəqət kobud arasında seçim etmiş olmaları idi. İlk günlərdə özləri də nəyin baş verdiyini anlamamışdılar. Hadisələr elə sürətlə cərəyan etmişdi ki, bir də bir-birlərinin qoynunda olduqlarını fərq etmişdilər. Realist olub, mümkünsüzü istəmiş və buna nail olmuşdular. Cəmiyyətlərinin onların çiyinlərinə yüklədiyi məsuliyyəti çiyinlərindən atmaq yoluna girən gənclərin zəmanəsininmi, təbiətininmi qurbanı olduğunu biz deyə bilmərik. Bircə onu bilirik ki, qəlbləri sevgi və sədaqətlə doluydu. Belə doğulub, belə yaşamışdılar. Fərqliydilər və bu “fərq” onlara xəbər vermədən, icazə almadan həyatlarına daxil olmuşdu. Belə isə, kimin onları mühakimə etməyə haqqı çatır görəsən?”
Kitab “Araz” k/t-nın yanındakı kitab mağazasında və “Əli və Nino”da artıq satışa çıxarılıb. // Kultaz.com

110

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

6 Şərh var
Şərh yazın »

  1. Hansı tabuları?

  2. namus yox, qeyret harda ilishib qalib bilinmir… teeccublenmedim nifretle deyirem … heyatdi da olan seydi … bu heyatin icine………………………………………… (uzr isteyirem eseblerimi ancaq bele cilovlaya bildim)

  3. esas maraqlisi odur ki bunlardan hansi ozunu qadin kimi hiss eleyir … umid edirem ki bu sevgide qadin Artushdur… onda Zauru bagishlamaq olar… :) ))))))

  4. Sesi olmayanlar da sehneye qalmaqalla gelirler.Roman maraqli olmalidir,qalmaqal ola,da biler,olmaya da.

  5. -))

  6. men bu kitabi 1ci gorende ele bilmiwdim Artuw qizdi…))))

Şərh yazın