Yeni kitab seriyası nəşrə başladı
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Ocak, 2009
İlk toplu nobel mükafatçısı İosif Brodskinin yaradıcılığını əks etdirir
«525-ci qəzet» «Dünya ədəbiyyatı» dərgisinin texniki dəstəyi ilə ilə «525 KİTAB» seriyasının nəşrinə başlayıb. Seriyanın rəhbəri Rəşad Məcid, redaktoru Səlim Babullaoğludur.
Seriyadan ilk kitab artıq «Mütərcim» nəşriyyatında içıq üzü görüb. Bu, böyük rus-amerikan şairi İosif Brodskinin şeirləri, Nobel nitqi və esselərindən ibarət topludur.
Dünən Müasir İncəsənət Mərkəzində kitabın təqdimatı ilə yanaşı İosif Broskinin həyat və yaradıcılığına həsr olunmuş qısa sənədli film də göstərildi. Film «Regional» TV-nin Bakı studiyasının dəstəyi ilə çəkilib.
Brodskinin bir şeiri ilə eyni adı daşıyan «Odissey Telemaka» kitabındakı mətnləri «Dünya ədəbiyyatı» dərgisinin baş redaktoru, şair Səlim Babullaoglu tərcümə edib. O tərcümələrlə bağlı belə deyir: «Mən onun tərcümələri üzərində fasilələrlə uzun müddətdi işləyirəm. Çətin şairdi. Onun dil konstruksiyaları analoqsuzdu, eyni zamanda ədəbiyyatşünaslıq araşdırıcılarının fikrincə, o, insan faciəsini qrammatik faciəyə də çevirə bilən şairdi. Bunu isə adekvat təqdim eləmək çətidi. Hər halda mən onun metrik və qafiyə sistemini saxlamağa çalışmışam. Yeri gəlmişkən kitabın yanvar ayının 28-də işıq üzü görməsi təsadüfi deyil, 13 il əvvəl bu gün Brodski dünyasını dəyişib. Bir şeyi də deyim ki, biz kitabçaya İosif Brodskinin o vaxtkı Sovet İttifaqından sürgün olumamışdan qabaq keçirilən ədalətsiz məhkəməsinin stenoqramasının bədii sənəd kimi maraqlı olan fraqmentlərini, Brodskinin ölkəni tərk edərkən Brejnevə yazdığı məktubu də daxil etmişik. Kitabçadakı şeirlərin seçimi də bir tərəfdən avtobioqrafik səciyyə daşıyır, amma eyni zamanda Brodski poeziyasının formal və məzmun məziyyətlərini də yetərincə əks etdirir. Brodski bəlkə yeganə ədəbiyyatçılardandır ki, Nobel Akademiyasında iki dəfə məruzə eləyib, bir dəfə mükafatı alanda, bir dəfə Akademiyanın yubiley simpoziumunda, biz hər iki mətni kitaba daxil etmişik…»
2009-cu il ərzində «525 KİTAB» seriyasından Azərbaycan ədəbiyyatından Anar, Elçin, Çingiz Abdullayev, Ramiz Rövşən. Səlim Babullaoğlu və İlqar Fəhmi, dünya ədəbiyatından isə Orxan Pamuk, Boris Pasternak, Söhrab Sipehri və Şota İataşvili olmaqla daha 11 kitabın nəşri də planlaşdırılıb.
Tədbirin sonunda İosif Tkaçın və Səlim Babullaoglunun ifasında İosif Brodskinin rus və azərbaycan dillərində şeirləri səsləndirilib. // Kultaz.com






Yüklənir...
Yaxshi olardi ki, ushag edebiyyatina da muraciet edeydiler.
Rezo, anekdot danışırsınız..?
Hansı uşaq ədəbiyyatına..?
Uşaq ədəbiyyatı var..?
Harada..?
“…insan faciəsini qrammatik faciəyə də çevirə bilən şairdi…”
Bu nə cümlədi belə..?
Siz eger Cavidansinizsa, Size,deyilsinizse Ryabina kimdirse ona muraciet edirem. Eger bir sheyi bilmirsizse,onda mentor tonu ile,duzelish edir kimi sual vermeyin, imkaniniz varsa Brodskinin yazdigi rus dili ile diger rus “diilerini” muqayise edin…meselen Soljenitsinin Brodskinin dili ile bagli megalesini oxuyun…Amma izah isteyirsizse qisaca deyirem: insanin duygulari adekvat olaraq poeziyada eks olunur, eger omur qeyri-standartdirsa, kem-kesirlidirse, facie doludursa, dil de onun guzguzusune cevrilir, artig verdish olunmush qaydalarla yashamir?qrammatik qaydalar pozulur…bele…ugur olsun Size…