İlə görə arxiv: Ocak 2009
Səhifələr: 3 -dən 4 qədər«1234»
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Ocak, 2009
Türkiyənin nüfuzlu “Kardeş Kalemler” ədəbiyyat jurnalı 23-cü nömrəsində oxuculara Azərbaycan şairlərinin- Ədalət Əsgəroğlunun, Rəfail İncəyurdun, Hüseyn Bağırovun və Əkbər Qoşalının şeirlərini təqdim edib.
Qeyd edək ki, müntəzəm olaraq türk şair və yazıçılarının da əsərləri Azərbaycan ədəbi nəşrlərində işıq üzü görür. // Kultaz.com
Yazını dostuna göndər
|
Yazını Çap et
| 491 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Roman | Tarix: 14 Ocak, 2009
Müəllifdən:
Süleyman Abdullayev, haqqında roman yazılan ilk xanəndədir. Onun ifasında muğamlar, xalq və bəstəkar mahnıları əvəzsiz, təkrarolunmazdır. Dədə Süleymanın həyat və yaradıcılığından bəhs edən bu sənədsiz roman, həm də, təxminən son yüz ilin muğam mənzərəsini oxucuların gözləri qarşısında büsbütün dirildir və canlandırır.
Mən Dədə Süleymanın həyat və yaradıcılığını göründüyü kimi yox, görmək istədiyim kimi qələmə almışam.
Hörmətli oxucu, [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.095 oxunma | 22 Şərh var
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 13 Ocak, 2009
“Qəlbimdə mahnılarımız səslənir, ürəyimin sağalmasına yardım edir…”
Uzun illərdir Moskvada yaşayan görkəmli Azərbaycan yazıçısı, “Fətəli Fəthi” “Doktor N”, “Ailə sirləri”, “Merac”, “Məhəmməd, Məmməd, Məmiş” kimi tanınmış romanların müəllifi Çingiz Hüseynov ürəyindən infark keçirib. Bu barədə Kultaz.com-a Çingiz müəllimin ailəsinə yaxın şəxslər məlumat verib. Faktı yazıçının həyat yoldaşı Lena xanım da təsdiqləyib.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 649 oxunma | 7 Şərh var
Yazar: Admin | Bölmə: Proza | Tarix: 10 Ocak, 2009
Rol bitdi.
Ya da hələ yox. Ağamusa Cabir bu rolun yalnız epizodik dirilik, süjetli-satirik hissəsini başa vurdu. Rolun davamiyyət müddəti bilinməyən süjetsiz-facianə, əbədi ölülük hissəsi büsbütün qabaqdadır.
Ölülük əbədiyyətin vacib komponentlərindəndir.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 829 oxunma | 7 Şərh var
Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 10 Ocak, 2009
«BAŞQA RƏNGLƏR» KİTABINDAN
Artıq otuz ildi yazıram. Bu sözləri də çoxdan təkrarlayıram. O qədər çox təkrar söyləmişəm ki, daha həqiqətə oxşamırlar, çünki artıq yazıçılığımın otuz birinci ilidi. Amma hər halda demək ləzzət verir: artıq otuz ildi romanlar yazıram, amma bu da tamam doğru deyil. Aradabir başqa şeylər: oçerklər, tənqidi məqalələr, İstanbul, yaxud siyasət haqqında qeydlər, nitqlər [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 968 oxunma | 1 Şərh var »
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 09 Ocak, 2009
Heç vaxt sənə oxumayacağım şeir
Görüşdüyümüz bu parkın zeytun ağacları kimisən,
ilin dörd fəslində də öz rəngini dəyişməzsən.
Mənsə hər fəsil bir qız dəyişərəm.
Birinin boyu balaca olar,
birinin ailəsi kasıb,
biri gözəl olmaz,
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.152 oxunma | 37 Şərh var
Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 09 Ocak, 2009
…Fotoqraf hər şeyi çəkə bilər. Əgər onun çəkdiyi nə olur olsun, hansı mövzuya müraciət edir etsin, əla alınırsa, zamanın sınağından çıxa biləcək bir əsərə çevrilirsə, bu fotokameranın deyil, fotoqrafın nailiyyətidir. Axı əsl foto ustasından yüksək peşəkarlıq, düşünülmüş incə iş, ilham və səbr tələb olunur…
Yazını dostuna göndər
|
Yazını Çap et
| 636 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Ocak, 2009
Birliyin saytı iki ay öncə yenilənib
www.azyb.net ünvanında yerləşən Azərbaycan Yazıçılar Birliyinin saytı uzun müddətdir yenilənmir. Saytın xəbərlər bölümündə cəmi üç xəbər var ki, bunlar da keçən ilin oktyabr ayında sayta yerləşdirilib. Saytın xəbərlər arxivi demək olar ki, yoxdur. Heç e-mail sistemindən danışmağa dəyməz. Saytın Fotoalbom bölümündəki fotolar da ötən əsrə məxsusdur, yeni fotolara rast gəlmək [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 475 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Ocak, 2009
Təmsilçimizin seçilməsi ilə bağlı sənəd qəbulu aparılır
“Eurovision-2009″ mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin adı və ifa edəcəyi mahnı martın 16-dək məlum olacaq. “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib ki, martın 16-dək həm təmsilçinin adı, həm də ifa olunacaq mahnı Avropa Yayımları Birliyinə təqdim olunacaq:
Yazını dostuna göndər
|
Yazını Çap et
| 310 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 08 Ocak, 2009
Maliyyə çatışmazlığı ucbatından bir müddət Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Dövlət Film Fondunun boş otaqlarında fəaliyyət göstərən Akademik Milli Dram Teatrının yer problemi həll olunub. Bu barədə məlumat verən teatrın direktoru Maqbet Bünyadovun sözlərinə görə, teatrın kollektivi məşqləri yenidən Dənizçilər Evində davam etdirəcək.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 284 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 07 Ocak, 2009
Bayram günü yaradıcı dostlardan standart, “optovoy” mesajlar almayım deyə onları qabaqladım…
***
Xoşbəxtlik gəldi və mənə yağışla bağlı özünün yazdığı şeiri oxudu. Bundan sonra nə yazasan?
Yazını dostuna göndər
|
Yazını Çap et
| 868 oxunma | 27 Şərh var
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Ocak, 2009
Moskva musiqili teatrı “Qelikon-Opera”-nın 50-yə yaxın solisti Juzeppe Verdinin “Traviata” tamaşası ilə Bakıya gəlir. Tamaşa yanvarın 16 və 18 – də “UNS” teatrının səhnəsində göstəriləcək. Bu haqda məlumatı əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov verib. O, tamaşalarda Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrına dirijorluq edəcək.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 286 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Ocak, 2009
Yanvarın 11-də “İbrus” teatrında tanınmış yazıçı-dramaturq, “Oskar” mükafatı laureatı Rüstəm İbrahimbəyovun “İvan Buninin axırıncı döyüşü” əsərinin motivləri əsasında hazırlanmış eyni adlı tamaşa nümayiş etdiriləcək.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 267 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Ocak, 2009
Tarantinonun yeni filmi yəhudilərdən bəhs edir
Məşhur bəstəkar və dirijor Ennio Morrikone (bəzi hallarda Eni Morrison kimi tələffüz olunur) rejissor Kventin Tarantinonun yeni filminə musiqi bəstələyir.
Məlumat üçün vurğulayaq ki, Tarantinonun yeni filminin adı “Şərəfsiz ünsürlər”dir (Inglorious Bastards).
Həmin film italyan Enso Kastellyarinin 1978-ci ildə ekranlaşdırdığı eyniadlı filminə rimeykdir.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 296 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Proza | Tarix: 07 Ocak, 2009
a.eyvazova@yahoo.com
Hər birimizin bir oxlovu və bir də ilanı var: Hər dəfə bunlardan birini udmuş oluruq: Biz asılı olduqlarımız qarşısında ilanımızı, bizdən asılı olanlar qarşısında oxlovumuzu udmaq bacarığına və vərdişinə malikik.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 734 oxunma | 10 Şərh var
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 06 Ocak, 2009
Türkiyə Nazirlər Kabineti məşhur türk şairi Nazim Hikmətin Türk vətəndaşlığından çıxardılmasıyla bağlı ötən əsrin ortalarında verilmiş tarixi qərarı ləğv etməyə şalışır. “Kultaz.com”-un verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatına, Baş Nazir köməkçisi və hökumət sözçüsü Cəmil Çiçək məlumat verib.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 239 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 06 Ocak, 2009
FREDİ MERKURİ olmaq
Daş deyəndə ağlıma adamlar gəlir
səs deyəndə divarlar
yuxuda müzik çalıram
səhərə kimi
bir də qayıtmağı sevmirəm geriyə
Yazını dostuna göndər
|
Yazını Çap et
| 393 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Ocak, 2009
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı dini mövzuda olan “Kərbəla” tamaşasını nümayiş etdirib.
Nəcəf bəy Vəzirov adina Lənkəran Dövlət Dram Teatrı türk yazıçısı Bəkir Yıldızın “Kərbəla” əsəri əsasında hazırlanan tamaşanı Məhərrəmlik günlərində teatrsevərlərin ixtiyarina verib.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 406 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Ocak, 2009
“Yeni dalğa” Prodüser Mərkəzi cari ilin aprelində Almaniyanın Oberhauzen şəhərində keçiriləcək beynəlxalq kinofestivalında hər biri 8 dəqiqədən ibarət 10 filmlə iştirak etməyi nəzərdə tutub.
Yazını dostuna göndər
|
Yazını Çap et
| 239 oxunma | Şərh yoxdur »
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 04 Ocak, 2009
Elxan Zalın kitabı üçün son söz yerinə yazılmış bir yazı
Elxanın da formalaşdığı ötən əsrin 90-cı illərindən bu yanakı çağdaş poeziyamızda Əlisəmid Kür şeirimizə gətirdiyi əsəbilik, Adil Mirseyid hüzn və melanxoliya, Kəramət mühacirət stixiyası, Əjdər Ol yüksək vətəndaşlıq plakatları, Həmid Herisçi metaforik vizuallıq, Murad Köhnəqala arxaik metafizika, Salam ironiya, Rasim Qaraca eksperimentalizm, Azad Yaşar konseptualizm, Qulu [...]
Yazını dostuna göndər
|
Yazını Çap et
| 1.034 oxunma | 13 Şərh var
Səhifələr: 3 -dən 4 qədər«1234»