Elbrus ƏRUD. Telejurnalistlər qəhətə çıxıb
Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 13 Şubat, 2009
Hamının əlində mikrofon var, ancaq heç kəs “oxumağı” bacarmır… Söhbət nə Rəqsanənin, nə Pişik Günelin, nə də Ədalət Şükürovun əlində tutduğundan getmir. Bu dəfə əli mikrofonlu başqa peşənin sahiblərindən, Azərbaycanın televiziya jurnalistlərindən yazmaq zorundayam. Obyektin yekəliyini nəzərə alıb, elə başlamamışdan yağlı boya ilə bir-iki misal çəkib, mövzu-portret yaratmalıyam.
Bu yaxınlarda yad edilən əziz günlərin birində Fəxri Xiyabanın çıxış qapısında bir dəstə jurnalist baş-başa verib gözləyirdi. Burada əlində televiziya mikrofonlarını tutan müxbirlərdən başqa, agentlik və aparıcı qəzetlərin əməkdaşları da dayanmışdı. Onların da bəzilərinin əlində nisbətən kiçik ölçülü mikrofonlar gözə dəyirdi. Mənim də təmsil olunduğum həmin heyət qapıdan iri ranqlı məmurların çıxmasını gözləyir, bayramdan-bayrama əllərinə düşən məmurdan müsahibə almaq fürsətini fövtə vermək istəmirdilər…
Elə bu zaman çıxış qapısında xarici işlər naziri Elmar Məmmədyarov göründü. “Haydı irəli!” – Kimsə komanda verdi. O dəqiqə Elmar Məmmədyarovu Koroğlu dəliləri tək üzük qaşı kimi dövrəyə aldıq. Ağız deyəni qulaq eşitmədi, jurnalistlərin nə demək istədiyini isə nazir başa düşmədi. Bir iki kəlmə ATƏT-in Minsk qrupunun regiona heç kimə lazım olmayan növbəti səfəri haqqında məlumat verib mühasirəni yardı. Nazir gedəndən sonra onun müavini Araz Əzimov, biraz keçməmiş baş nazirin müavini Abid Şərifov, lap axırda vergilər naziri Fazil Məmmədovun qarşısı jurnalistlər tərəfindən alındı. Yenə də pafoslu mikrofonlar ağızlara dirəndi, bir iki çeynə-tüpür sualdan sonra isə hamı gözünü döyməyə başladı. Yaxşı ki, sonda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov elə keçdi. Uşaqlar pensiya artımının nə vaxt baş verəcəyini, ölkədə quraşdırılan post-terminlların sayı neçə olmasını öyrənib sevinə-sevinə dağılışdılar. Bu mənasız jurnalist-məmur duelləri başa çatandan sonra hər dəfə az qala bir televiziyanın müxbiri yaxınlaşıb indicə müsahibə aldığımız məmurun kim olduğunu soruşur, onun filan məsələ haqqında nə dediyini bir daha dəqiqləşdirmək istəyirdi… Bu portret təkcə Fəxri Xiyabanın qarşısında çəkilmir. İndi bu portreti əlinizə götürüb istənilən tədbirə apara bilərsiniz. Daha doğrusu, bu gün istənilən bir tədbirə gedəndə eyni mənzərənin şahidi olarsınız. Azərbaycan televiziyalarının tədbirlərə göndərdiyi jurnalistlər ölkənin məmurlarına sual vermək cəhənnəmə, onların hansı vəzifəni tutduqlarını, hətta kim olduqlarını belə bilmirlər. Bəs bizə nə olub belə? Televiziyaların peşəkar jurnalistləri haradadır? Ümumiyyətlə, onlar varmı? Varsa, bəs bütün günü efirdən pafos püskürən televiziyalar niyə onları müsahibəyə, reportaj hazırlamağa göndərmir, əvəzində ağzından nan, hipp (indiki uşaqlar ana südü ilə qidalanmır – E. Ə) iyi gələn colma-cocuğun xidmətindən istifadə edirlər?..
Burada yazmaq vacibdir ki, Azərbaycan televiziyalarında peşəkar jurnalistlər həmişə olub. Son on ilin televiziya arxivinə nəzər salsaq, orada Qənirə Paşayeva, Səadət Məmmədova, Esmira Çərkəzqızı, Sevil Nuriyeva, Sevda Rafiqqızı, Xəyal Tağıyev, Eldəniz Vəliyev, İbrahim Məmmədov, Mir Şahin Ağayev və digər adını çəkmədiyim istedadlı jurnalistə rast gələ bilərik. Jurnalist reportaj hazırladığı ərazini yaxşı tanımalı, müsahibə aldığı məmurun ən azı yarısı qədər olmalıdır. Təxminən beş-altı il əvvələ kimi bu, jurnalistlər müxtəlif televiziyalarda hazırladıqları tok-şoular və ictimai-siyasi verilişlərlə ekran qarşısına indi ATV-də efirə gedən “Çal-çağır” şousundan heç də az tamaşaçı toplamırdılar…
Azərbaycanda peşəkar jurnalistlərin nəsli kəsilib deyə bilmərik. Bu gün də televiziyalarda Ləman Əliəşrəfqızı, Azadə Balayeva, Əli Əhmədov, Vaqif Aydınoğlu və digər az sayda istedadlı jurnalistlər qalmaqdadır. Onların çox az hallarda reportaj və müsahibələrinə rast gəlirik. Ancaq bu gün on il əvvəllə müqayisədə televiziyalarda efirə gedən reportajlar, müsahibələr, analitik materiallar başdan-başa istedadsız, qeyri-peşəkar və səviyyəsiz şəkildə tamaşaçıya təqdim olunur. Bizim telejurnalistlərin canlı bağlantı ilə hadisə yerindən reportajını isə demək olar ki, görmürük. Bu gün hələ də ANS televiziyasının düşünən beyni hesab olunan Mir Şahin Ağayev son dərəcə kritik məqamlarda özü efirə çıxmağa məcbur olur və bununla da vəziyyəti xilas etməyə çalışır. Elə təkcə bu faktın özü vəziyyətin nə dərəcədə ürəkaçan olmadığını göstərir.
Axı bu gün Azərbaycanda telejurnalistlərin qırmızı kitaba düşməsinin səbəbi nədir? Onların nəsli kəsilibmi? Məncə, xeyr. Söhbət ondan gedir ki, bu gün televiziyalara peşəkar lazım deyil. Nəticə həmişə gərgin proses nəticəsində ortaya çıxır. Bu gün isə televiziyalarda gedən şeyin adına adamın proses deməyə dili gəlmir. Məsələ ondadır ki, indi peşəkar jurnalistlər televiziyalara sərf eləmir. Onlar həm fakta peşəkar yanaşır, həm də peşəkar parası tələb eləyirlər. Azərbaycan televiziyalarına isə bu gün məmuru divara dirəyən yox, müsahibə alandan sonra onun kimliyini dəqiqləşdirən jurnalistlər lazımdır. Belələrinə ayda 200-300 manat verib mikrofonu tədbirə daşıtdırmaq mümkündür. Televiziyalara fağır, bisavad və itaətkar bəndələr lazımdır. Personlarla işləmək çətindir…
Biz tələbə olanda maraqlı bir hadisə baş vermişdi. Müəllim jurnalistika fakültəsinin üçüncü kurs tələbələri ilə söhbətində auditoriyaya belə bir sualla müraciət etmişdi.
- Uşaqlar, bu il sizin ixtisas bölgünüz olacaq, kim jurnalistikanın hansı sahəsində çalışmaq istəyir?
Auditoriyada olan yetmiş tələbənin az qala hamısı bir ağızdan:
- Televiziya sahəsində! – dedilər.
Jurnalistikanın yerdə qalan sahələrinə ürəyim elə ağrıdı ki, əlimi qaldırıb:
- Müəllim, bağışlayın, mən qəzet jurnalistikasını seçirəm – dedim…
Bu misalı çəkməklə televiziyaların məsuliyyətinin(sizliyinin) yarısını bölüşdüyümü elan edirəm. Günahın bir hissəsinin də bizdə olduğunun fərqindəyəm…
Amma lütfən, cənab teleprezidentlər, hadisə yerinə JURNALİST göndərin!
Mənbə: Lent.az





Yüklənir...
Yazi yaxsi yazidi, ancaq niye yalniz bir terefe tushlanib? Jurnalist butun sahelerde azdi. Ele qezetlerde de, ele internet jurnalistikasinda da. Sizin islediyiniz mediada (Lent.az ve Boyuk qardasi) cocuq-mocuq yoxdurmu? Men ozum hazirda TV jurnalistiyem. Getdiyim 10 musahibeden en azi 1-de mutleq Lent-APA cutluyunun birinden kimse shexsen menden musahibe aldigi adamin kimliyini ve ne dediyini sorushur.
Yani problem TV-nin deyil, umumi Azerbaycan KIV-inin problemidi. Sebeb de ki 1 deyil, 5 deyil…
Sizinle raziyam. amma men tevlerin fealiyyetine daha cox ustunluk verirem. yeni haradsa agentlik ve qezetin seviyesizliyine goz yummaq olar, ancaq axi qardashim. bu tv-ler bele olmaz axi….
o da duzdu. TV-lerin savadsizliginin xalqin savadsiz olmasina tesir imkani daha coxdu. Amma hemin savadsiz jurnalistler butun KIV-lere dolub…
Size Ugurlar…
masallah artig puxtelesmisiniz hetda hucuma da kecirsiniz burada deyir
ne haletdir ki men dusdum…
ugurlar elbrus bey efendi
Elburus seninle tam raziyam ama bu hamiya aid deyil sen portretinde ancaq qara rengi secmisen
herkes oz ustunluyunu “bax men ondan ferqliyem,men ondan daha yaxsiyam” demeyi, bunu gostermeyi heyat meqsedi edib.ee bu yazida da bunu aciq aydin gormek olar.guya elbrus bunu problemin aktualligini nezere alaraq,ureyi yandigi ucun yazib?bes niye problemin yaratdigi fesadlar gosterilmeyib?tipik Azerbaycan dusuncesi her yere nufuz edib
salam elburus nediye bu mikrafon gotrenleri gozun goturmur???