Elnur Astanbəyli. Ənvər Seyidovun romanları
Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 13 Şubat, 2009
Ənvər Seyidov. Bu ad-soyad sizə nəsə deyirmi? Deməmiş olmaz hər halda. Nədən ki, bu ölkə məhkəmələrinin çıxardığı saya-hesaba gəlməyən sifarişli, ədalətsiz qərarların bir çoxunun altında onun imzası var. Xatırlayıram, hətta bir dəfə Leyla Yunus Ənvər müəllimi «zolaqlı mantiya mükafatı» ilə «təltif etmişdi». Əgər bu ölkədə qanunlar işləsəydi, yoldaş Seyidovun özü çoxdan Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə indi həbsxana divarları arxasında olmalı idi. Niyə də yox? Ənvər müəllim öz haqsız məhkəmə hökmləri ilə allah bilir, nə qədər insan talelərinin üstündən xətt çəkib. Bunun da bədəlini ödəməlidir. Ödəyəcək. Sadəcə, geci-tezi var.
***
Bu yaxınlarda Mahir Nağıyev adlı keçmiş müstəntiqin məhkəmədəki çıxışını xatırlayırsınızmı? Onun özü də nə qədər günahsız insanın taleyi ilə oynayıb. İndi də elədikləri qarşısına çıxır. Fərhad Əliyevin, Əli İnsanovun aqibətini yaşayır. Of, of, canıma dəysin.
Sözüm onda deyil. Mahir Nağıyevin məhkəmədəki çıxışından Ənvər Seyidovla bağlı bir hissəni olduğu kimi oxucuların diqqətinə çatdırıram: «…Martda mənə mükafat verilmişdi və Ənvər Seyidovdan ürək bulandıran söhbətlər eşitməmək üçün ona 500 dollar apardım. Pula baxıb dedi ki, bu nədir, 5-10 min gətir. Pulu almadı. Növbəti gün adam göndərdi, gəlib 500 dolları aldılar». Və yaxud: «…Aprelin 14-də Ənvər Seyidov adam göndərib məndən 1500 dollar pul istədi. Dedim yoxdur. Sonra Seyidov özü zəng vurub həmin pulu istədi. Telefon «raspeçatka»larını çıxarıb baxa bilərsiniz».
Normal ölkədə bu cür ifşaedici açıqlamaların səsi çox uzağa gedər. Hələ ittiham hədəfi, allah qoymasa, bir ədalət təmsilçidirsə, qiyamət qopararlar. Amma bizdə «çırt» belə yox. Nə isə, mövzumuz bu deyil.
***
Təsəvür edirsinizmi, belə bir qərəzli, ədalətsiz hakim ərinib-eləmədən üst-üstə iki roman yazıb. Şəxsən mən təsəvvür eləyirəm. Niyə də yox? Ənvər Seyidovun Hüseynbala Mirələmovdan nəyi və harası əksikdir? Bəlkə Anardan, Elçindən əskikdir? Qətiyyən. Mənim anlatmaq istədiyim şey başqadır.
İndi o romanların mövzusu nədir, bunu yazsam, ayaqlarınızın altından yer qaçacaq. Hələlik yazmıram. Özünüz tapın. Təsəvvür etməyə çalışın: sizcə, Ənvər Seyidov romanlarında nə haqda yazıb? Monqolların Azərbaycana yürüşündənmi? Belə olsaydı, nə dərdimiz vardı? İki sevən ürəyin həsrətindənmi? Keşkə, keşkə, keşkə…
Bəs nədir axı Ənvər müəllimin romanlarının mövzusu? Özünüzü çox yormayın. Onsuz da tapa bilməyəcəksiniz. Bir ədalətsiz hakimin hansı mövzuda roman yaza biləcəyini təsəvvür etmək üçün insan fantaziyası gücsüzdür. Odur ki möhkəm durun, açıqlayıram: Ənvər Seyidov yoldaşın «Təlatüm» və «Gürzə» adlandırdığı romanlarında cəmiyyətdəki haqsızlıqlardan, insanların üzləşdiyi ədalətsizliklərdən bəhs olunur. Bəli, bəli, məhz insanların üzləşdiyi, başına gətirildiyi haqsızlıqlardan və ədalətsizliklərdən yazıb Ənvər müəllim! Gəl indi, ürəyin tutmasın, təzyiqin kəllə-çarxa qalxmasın. Sonra da deyəcəklər, filankəs araqdan öldü. Ənvər Seyidovu heç kim deməyəcək. Allah xətrinə, belədə insafsızlıq olarmı?
***
Hələ bu harasıdır, Yazıçılar Birliyi iki gün əvvəl Ənvər müəllimin romanlarının təntənəli təqdimat mərasimini keçirib. Rəşad Məcid çıxış edib, deyib ki, bu romanlarda toxunulan mövzular cəmiyyətdə baş verənlərlə səsləşir. Türklər demiş, pəs vallahi, pəs! «Səsləşir» nədir axı, adam özü həmin o baş verənlərin baiskarlarından biridir. Bütün hakimlik karyerası boyu ədalətsizliyə imza atmaqla məşğul olub. İndi də iki roman yazmaqla özünü sığortalaya biləcəyini düşünür. Aydın məsələdir, Yazıçılar Birliyində bunu Ənvər müəllimin üzünə vuracaq cəsarət və vicdan sahibi tapmaq çətindir. Amma heç olmasa, camaatı eşşək yerinə qoymayın. Söhbəti başqa yerlərə fırladın. Bir şeylər uydurun, nə bilim, «bu romanlar ədəbiyyatımızda yeni mərhələdir»-filan kimi. Hətta «Nobel mükafatına belə layiqdir» söyləyin, etiraz etsəm, şərəfsizin təkiyəm. İllah ki, «səsləşir» deməyin. İnsanların heysiyyatı ilə oynamayın. Bir dəli-dolusu çıxar, sonrası da məlum…
Paşa Qəlbinurun pulsuz narkozu
Olmuş əhvalatdır. Ünlü oftalmoloq və çox ünlü şair Paşa Qəlbinur cərrahiyə əməliyyatı öncəsi xəstədən soruşub:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Pulsuz, – xəstə heç düşünmədən cavab verib.
- Laylay dedim yatasan, qızılgülə batasan…





Yüklənir...
Həqiqətən də tragikomik bir durumdur. Əslində onlardan belə dusuk şeylər gözləmək o qədər də təəcüblü deyil, amma beləsini day belə serefsizliyi Zimbabvedə belə görmək olmaz
Guya ki, nese teze soz dediniz? Yashdiqimiz Azerbaycan realliqi hemishe bele olu. Sovet dovrunde de bu cur idi. indide beledir. hemishede bele olacaq,cunki biz Azerbaycanlilar bashqa cur danishib, bashqa cur yashayiriq. Yeni hemishe qeyri semimiyik. Bu hamimiza aiddir, yeni 100-e 100/
Elini mene besterecik:
http://news.qaynar.info/23657.html
men yuxarida yazlilanlarin hamisin yalan oldugunu fikirlesirem .ENVER SEYIDOV BIZE DERS DEYIR .O COX GOZEL INSANDI .HEC ZAMAN BELE HAQSIZLIQ ETMEZ .EMINEM .HAMISI UYDURMADIR
Elnur bey bilmirem niye insanlari adlarini çekerek tenqid edirsiz?
- Yeqin ki, artiq ureyiniz ustu ortulu tenqidlerden bulanir.
Ehsen!
O muellimini terifleyen yoldash da haqli ola biler
ve sonra
Menm de terife layiq “muellimlerim” çox olub, amma intahandan evvel
ONCELİKLE merhaba bende yazılanların yalan oldugunu dusunuyorum ENVER SEYIDOV benımde muellımım ama ben hıc bır haksızlık gormedım hatta parası olmayan ogrencılere kıtap defter yardımı yapıyor lutfen boyle yalanlarla ınsanları kandırmayın sızlerı sayın muellımım ENVER SEYIDOV a saygıya davet edıyorum ayrıca ureyı cok temız bır ınsandır ENVER SEYIDOV un ogrencısı olmaktan gurur duyuyorum
Mence chox boyuk shve yol verirsiz,Enver muellim mene de ders deyir,o ders zamani oz insanligini gosterib bu cur sozlere ehtiyac yoxdu.Hemdeki Enver muellim ne imtahandan evvel ne de sonra dyishenlerden deyil,o hemishe nece var ele de qalir.Hetta chox sagolsun bir chox ushaqlara mecelleni oz cibinden pul xercleyerek alib,kitablari hediyye olaraq paylayib,odu ki,bele artiq sozler yazib onu lekelemeye deymez!!!