Azərbaycan filmi beynəlxalq festivalın qalibi oldu
Yazar: Admin | Bölmə: Kino | Tarix: 20 Şubat, 2009
Tehranda keçirilən yüz saniyəlik beynəlxalq filmlər kinofestivalı Azərbaycan kinematoqrafı, rejissor Ramiq Mehdi üçün uğurlu olub. Bu tədbirdə ölkəmizi təmsil edən R.Mehdinin “Yeni dalğa” Prodüser Mərkəzində istehsal olunmuş “Atəş” filmi festivalın baş mükafatına layiq görülüb.
Ümumilikdə isə Azərbaycan filmləri (Mərkəz həmin festivala 10 film göndərmişdi) iştirakçı ölkələrin filmləri ilə müqayisədə birinci yeri tutub.
Mərkəzin direktoru Rasim Həsənovun sözlərinə görə, beynəlxalq tədbirdə bizim bu qələbəmiz bir daha sübut edir ki, Azərbaycan kinematoqrafiyasında çalışan istedadlı gənclərimiz var.
Filmin ssenari müəllifi İradə Səyyadır. Filmdə insanın arzu və imkanları arasındakı prosesdən söhbət gedir. // AzərTAc





Yüklənir...
butun kollektivi TEBRIK edirem…UGURLAR