“Yuğ” “Albalı bağı”nın məşqlərinə başlayıb

Yazar: Admin | Bölmə: Köşələr, Xəbərlər | Tarix: 20 Şubat, 2009

“Yuğ” Teatrında Anton Çexovun “Albalı bağı” əsəri əsasında rejissor Vaqif İbrahimoğlunun quruluşunda “Birinci akt” tamaşasının məşqlərinə başlanılıb.
Tamaşadakı hadisələr bir malikanənin ətrafındakı albalı bağında cərəyan edir. Bu bağa görə iki tayfa arasında tez-tez mübahisələr düşür. Tayfalardan biri bağın qorunmasının, digəri isə dağıdılmasının tərəfdarıdır. Hər iki tərəfin mübahisəsinə bağın məhv edilməsindən sonra son qoyulur.
Azərbaycan teatrlarında müxtəlif vaxtlarda səhnəyə qoyulmuş bu əsərə “Yuğ”da daha fərqli mövqedən yanaşılıb.

Əsas rollarda Sona Mikayılova, Məmməd Səfa, Kamran Yunis, Mətanət Abbaslı, Oqtay Mehdiyev, Gülzar Qurbanova və başqaları məşq edirlər.

Premyerası aprel ayında nəzərdə tutulan tamaşanın quruluşçu rəssamı Rəşid Şerifdir.
Tamaşada Pyotr Çaykovskinin “İlin fəsilləri” əsərindən istifadə olunub. // AzərTAc

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

3 Şərh var
Şərh yazın »

  1. Evvela, onu qeyd edim ki, bu materialda bir sira qeyri-korrekt meqamlar var. Esline qalsa, bu informasiyada yegane korrekt olan sey odur ki, YUG Teatri A.P.Cexovun ALBALI BAGI pyesi esasinda BIRINCI AKT adli tamasa hazirlayir ve tamasada adlari cekilen aktyor ve aktrisalar da istirak edir. Amma tamasanin mezmunu ve sujeti (Plot-layni ve Loq-layni) ile bagli yazilan melumatlar qeyri-korrektdir. Hec cur anlaya bilmirem ki, bu cur melumatlari hardan alirsiniz. Sexsen men Teatrin edebi-bedii hisse mudiri olaraq KIV-e bele bir melumat vermemisem!!!

  2. Evvela men cox shadamki,teatr haqda,tamashalar haqda melumat verirsiz,buna gore teshekkur edirem size.Amma ELCIN beyin dediyini туяуку alib demek isteyiremki,tam deqiq melumatlar versez daha yaxshi olar,en azindan inam qorunar.

  3. her shey diqqetden asilidir.

Şərh yazın