Asif Ata – irqçi peyğəmbər

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 22 Mart, 2009

guntayAsif Əfəndiyevin görüşləri üzərinə tənqidi baxış

Güntay Gəncalp

Şərq tarixi bilim və fəlsəfə yatağı olmamışdır, inanc yatağı olmuşdur. İnanca meyllənib, düşüncəni susdurub, fəlsəfi şübhəni yaxın buraxmamaq sanki daha asandır. Bu üzdən də Şərqdə daima düşündürməyə deyil, inandırmağa çalışmışlar. İnandırmanın dəyişik psixoloji yöntəmlərini gəlişdirmişlər, bu yöntəmlər keçərli olmadığında silaha əl atmışlar, nə qədər ilk olaraq silahsız hərəkətdən danışsalar da.

Hüquq da, insan haqları da inanışlara görə şəkillənmişdir. Düşündürmək isə, hipnozla, təlqinlə, basqı ilə mümkün olmadğı üçün daima düşüncənin həbsxanası olmuşdur Şərq. Ancaq modern dünyadan əsən küləklər fərdi düşüncə azadlığına da haq tanımaqdadır. Renesansdan sonra tarix təcrübələri göstərir ki, düşüncə istehsal edə bilməyən millətlərin iqtisadiyatı və iqtisadi fəaliyətlərdə çalışqan olmayan millətlərin düşüncələri gəlişməyib. Bunların bir-birini tamamladıqları ortaya çıxıb. Çağdaşlıq da elə budur. İnsan bir bütün şəklində maddi və fikri ehtiyaclarına görə var olan bir olqudur. İnsanı bütüncül olaraq anlamayıb, onu sırf mənəvi və ya maddi varlıq olaraq tanıyan, tanımlayan baxışlar uğursuzluqdan başqa bir şey gətirməmişdir. Bu üzdən də bu maddəni məhv edib, onunla “döyüşüb”, aşağılayıb və içindəki “məna”nı tapma çabası xəstəlikdən başqa bir şey olmayıb.

Əqli dəngəsizliyin nəticəsidir bütün bu insanın maddi tərəfi ilə döyüşüb mənəvi tərəfini böyütmə çabası. Çünkü insan nəfsinin bir sürü təbii ehtiyacları var. Bu ehtiyaclarla döyüşmək yerinə onların istəklərini təmin etmək, davranışları daha sağlıqlı olan insan nəslini yetişdirə bilər. Nəfsin ehtiyaclarını təmin etməmək onu canavarlaşdırır. Canavarlaşan nəfslə “döyüş” də saxtakarcasına olar.

Cəmiyətə bu kimi, nəfslə ağır döyüş ilkələrini sırımaq əxlaqi diktatorluqdan, vəhşi insan nəslindən başqa heç bir şey ortaya qoymaz. Minimal yaşam tərzi də insanın varlığını yaşanmamış istəklərin və duyğuların kompleks mərkəzinə dönüşdürür.

Asif Əfəndiyev də bu baxımdan bir sürü kölələrin ağası, kölələşdirdiyi adamların ağası kimi özünü “mütləq”, “müqəddəs”, “peyğəmbər” kimi görürdü. Cəmiyətdə özü olmaq istəməyən, öz düşüncə və davranış bağımsızlığını başqalarının timsalında görmək istəyən bir sürü məzmunsuz adamlar olduqca, Əfəndiyev kimi “mütləq”, “müqəddəs”, “peyqəmbər” kimi adamlar hər zaman meydana çıxacaqlar.

Ancaq insana onur, heysiyət və “öz ağlını kullanma” haqqı tanıyan modern dünyagörüşü insan ruhu, fərd kimliyi üzərinə hakim olan bu kimi hakimiyəti və diktatorluğu qəbul etməz. İnsanlıq tarixində “azadlığı əsarətdə görmə” kimi uzun təcrübə var. Özəlliklə Şərqin qaranlıq tarixində, özəlliklə son 500 ildə fərdin azadlığı deyə bir qavram gündəlikdə heç olmayıb. Bu qaranlıq tarixin uzantısı və bir şəkildə stalinizmlə də iç-içə girmiş əfəndiyevçiliyin fərdə haq və özgürlük tanımaması, əslində heç də yeni bir xəbər deyildir.

Bütünü ilə şiə fanatizmindən təsirlənərək yeni bir “din” yaratdığını iddia edən Əfəndiyev şiəni də yaxşı bilmədiyi üçün onun fanatik, zorakılıq və bir də ibadət şəklini özümsəmişdir. İslam dinində gündə beş dəfə ibadəti üç dəfəyə endirən şiədən təsirlənən Əfəndiyev də öz “peyğəmbərlik” missiyasından yola çıxaraq gündə üç dəfə ibadət şəklini ortaya qoyub. Ancaq bu ibadət əməlində Tanrı deyil, “mütləq”ə bərabər olan, bütün kainatla özdəşləşmiş olan Asif Əfəndiyev ibadət edilir. Çağdaşlığın bütpərəstliyi ortadan qaldırdığı bir dönəmdə “peyğəmbər” Əfəndiyev bəzi problemli insanların ruhlarını öz əsarətinə keçirə bilmiş və özünü onlara “mütləq”, yəni Tanrı kimi sırıya bilmişdir.

Heç bir dəyər insan varlığı qədər qutsal deyildir. Bütün dəyərlər yaşanıla bilir, bütün dəyərlər təcrübə edilə bilir, ancaq insan təcrübə edilə bilməz. İnsan ən ulu varlıqdır. Hər şey insanın ağlına, onuruna, həyatına görə anlam qazanır. Belə ulu bir varlığı kölələşdirib insanlıq məqamından düşürmək qorxunc bir durumdur. İnsana sayqısı olmayan, insanı saxta və ya saxta olmayan inancların, ideologiyaların həbsxanasına məhkum edənlər nə yazıq ki, bunu bacarıblar. Yəni insanı düşündürməyə deyil, inandırmağa çalışıblar.

Əfəndiyevin görüşündə yayğın olan bəzi qavramların epistemologiyası üzərində durmaq gərəkəcək. Yüz illər boyunca daşıdıqları anlamlar bəlli olan bu qavramlar Əfəndiyev dünyasında fərqli və şablon anlamlara dönüşüb. Nədən bu qavramlar şablonlaşıb? Çünkü Əfəndiyev bu qavramları soysuzlaşdırmış, içini boşaltmaq və yeni məzmunlarla içini doldurmaq istəyib. Ancaq yüz illər boyunca anlambilimçilik açısından dərin və hər kəs tərəfindən bilinən kimliyi olan bu qavramların içini boşaltmaq, onların tarixi təcrübələrini dışlamaq çox da asan bir iş olmasın gərək.

Onun yazılarında sıxca keçən və bir çox yerlərdə bu sözlərin tarixi yükü haqqında bilgisiz olan Əfəndiyev sözlərin irfan fəlsəfəsində, ədəbiyatdakı anlamlarını sapdırmışdır. Bu sapdırma da onun bilməməsindən qaynaqlanıb.

90-cı illərdə Türkiyə türkçəsinin bütün Türk Dünyasına yayılıb anlaşıqlı hala gəldiyi zamanda, Əfəndiyevin Türkiyə türkçəsinə özünəməxsus əsəbi şəkildə davranmasının da səbəbi bu idi.
Əfəndiyev görürdü ki, “məzhəb”ində istifadə etdiyi bu qavramlar Türkiyədən gələn güclü bir əsinti ilə tamamən yox olub tarixin çöplüyünə atılır. Çünkü Türkiyədə modern türkçənin yanısıra Əfəndiyev “din”ində keçən sözlər də Osmanlıdan qalma miras olaraq öz gerçək anlamında istifadə edilirdi. Bu üzdən də Əfəndiyevin Türkiyə türkçəsinə qarşı çıxmasının səbəbi bu idi.

Əfəndiyevin yazılarında soysuzlaşdırılmış sözlərin bir neçəsinə nəzər salalım: “Mütləq”, “idrak”, “mənəviyat”, “iradə”, “ehtizaz”, “kamil”, “ali”, “vəcd”, “ehtiras”, “şəhvət”, “şöhrət” və s. Bütün bu qavramlar irfanda uzun əsrlər boyunca özünə kimlik qazanmışdır. Örnək olaraq, Şəmsi Təbriz Əfəndiyevin ehtizaz olaraq tanımladığı ruh halında insanın rəqs etməsini daha məqbul və eyitici olaraq görmüş və irfandakı rəqs fəlsəfəsi də burdan qaynaqlanır. Çünkü varlığın dərki üçün “vəcd” və “ehtizaz” məqamında insan bədən hərəkətlərində bulunmalı imiş irfana görə. Ayrıca bu “ehtizaz”, “vəcd” kimi hallar tarix boyu barmaq sayı adamlara xas olmuşdur və çoxluğun problemi də bu olmamışdır. İrfan fəlsəfəsinə görə bu kimi halları çoxluqdan gözləməklə toplumu məhv etmək olar. Bunun fəlsəfə ilə də bir ilgisi yox, düşüncə alanının dışında olan bir olqu.
Bunu ən gözəl şəkildə Fəridəddin Əttar Nişaburi “Uçuş məntiqi” kitabında anlatmışdır: “Hüd-hüd quşları başına yığıb deyir ki, könlünüzü boş şeylərə qapdırmışsınız. Bu görünən zirvəli dağların o üzündəki uzaqlıqda “Simurq” adında bir quş var. Həyatın həqiqətlərini o bilirmiş. Gəlin yola çıxalım və gedib ona qovuşalım.” Hər quş bir cavab verir. Ancaq bülbülün cavabına baxın:

“Simurq sevdasına dözəməz bülbül,
Bülbülə bəs edər sadəcə bir gül.
Mən gülün eşqilə öylə sərxoşam,
Kəndi vücudumdan mən həp bom-boşam” (tərcümə: G.G)

Gerçəkdən cəmiyətdə də fərqli ideallarla yaşayan insanlar var. Ancaq Əfəndiyevin baxışına görə tarlada yalnız öz ailəsini yaşatmaq üçün çarpışıb-çalışan adam “mütləq”ə inanmadığı üçün insan deyil, “məxluq”dur. “Məxluq” sözü də Əfəndiyevin görüşünə qatılmayan bütün insanlar, heyvanlar, dağlar və dərələr- hamısı bir yerdə imiş. İnsanın onuru Əfəndiyevdə bu şəkildə müəyyən edilir. “Dünyanın ən pis yönətim şəkli demokratiyadır.”- deməsinin də səbəbi budur.

Siyasi, dini və fikir pluralizmini qəbul etməyən Əfəndiyev bu şəkildə söyləməlidir əlbəttə. Yəni Şiə ilə stalinizmin və Əfəndiyevçiliyin ortaq görüşləri pluralizmə qapalı olmalarıdır. Tək tür düşünən, tək tür davranan insan tipi.

Əfəndiyevin bilgiləri üzərinə də tənqidi yanaşalım. Onun tarix üzərinə söylədikləri nə nəqli tarixə, nə əqli (elmi) tarixə, nə də tarix fəlsəfəsinə uyğundur. Tarix alanında üç tür yanaşmanın mövcud olduğunu öncə bəlli edəlim:

1. Nəqli tarix. Olayların rəvayəti və kronikal şəkildə anlatımıdır. Nəqli tarix araşdırmaların qaynağını təşkil edər. Çünkü nəqli tarix olayın və olqunun çıxış və bitiş zamanını xəbər şəklində anladar.

2. Elmi tarix. Olayların səbəbini, nəticəsini, səbəb-nəticə arasında mövcud olan dialektik ilişkiləri incələr. Tarix elmi bir az da hüquq elminə bənzər. Təsəvvür ediniz ki, bir qətl baş vermiş və şübhəlilər yaxalanmışlar. Qazi bu şübhəlilər üzərinə araşdırma apararaq qatili kəşf etməlidir. Tarix elmində də buna bənzər bir durum var. Əldə bir sürü verilər var, ancaq bu verilərin hansının tarixiyət açısından önəmli olduqları bəlli deyil. Tarix elminin vəzifəsi bu veriləri ağlın laboratoriyasında incələməsindən ibarətdir. Bu laboratoriyada arxeoloji, dilçilik, kosmoloji və digər verilər mövcuddur. Örnəyin quyruqlu ulduzun zühuru və bu kimi kosmik olaylar. Bu üzdən günümüzdə ən ciddi və çətin bilim dalı tarix elmidir. Tarix elmi olayları tək-tək incələr və bu incələmə də daima sürüb gedər. Örnəyin bu gün Sumerlər üzərinə hələ də incələmələr bitmiş deyildir. Davam etməkdədir.

3. Tarix fəlsəfəsi. Tarix fəlsəfəsi olayların çıxış fəlsəfəsini inclər, evrələr (mərhələlər) arasında bir bağ quraraq olayların axış həmahəngliyini ələ alar. Tək-tək olaylar arasında ümumi sosiolojik yasaları kəşf etməyə çalışar. Günümüzdə ən yayqın olan maraqlı araşdırma və çalışma dallarından biri tarix fəlsəfəsidir.

Bu kimi ciddi mövzuları Əfəndiyev sadəcə bir neçə cümlə ilə özətləyib və minillər üçün fətvasayağı sözlər söyləyir. Midiyanın kimliyini bəlli etmir, onun süqutunu milli faciəmiz adlandırır. Miladdan öncə və sonrakı olaylara nə elmi, nə fəlsəfi, hətta nə də nəqli yanaşır. Çünkü onun peyğəmbərlik dühası keçmişi və gələcəyi indiki zamanda vəhdət halında ona anlatmışdır!

Əfəndiyev iqtisadi inkişaf tarixi haqqında da heç bir emperik bilgi ortaya qoymadan “minimal iqtisadiyat” anlayışını ortaya qoyur. Ancaq bu minimalın miqdarı da bəlli deyil. Birinin gələcəkdəki iqtisadi şərtlər içində 2-3 uçağının olması minimal iqtisadi durum sayıla bilər. Yoxsa gündəlik yeməyini çətin tapan insanın durumumu minimal miqdarın göstəricisidir?

Əslində isə maddi həyatı hələ Şərq insanı kəşf etməyib. Çünkü Şərqin dünyagörüşündə “maddə” çox aşağılanıb. “Balıq satın alıb yemək bir maddi hərəkətdir.” “Balıq tutmağı öyrənmək maddi həyatın hərəkətverici dinamikasıdır.” Yəni maddi həyatın arxasında böyük bir zehni, əqli, elmi çabalar, aktivitələr durmaqdadır. Maddiyatı aşağılamaqla maddədən bu qədər inanılmaz sənətlər yaradan insan zehnini aşağılamaq eyni şeydir. O zaman təbiət bu zehni, bu ağlı bizə niyə vermişdir? Sadəcə Əfəndiyevin “mütləq”ini və ya şiənin saxta müqəddəsatını dərk etmək üçünmü? Tarix və günümüz də göstərir ki, maddənin şəklini dəyişdirib onu insanın istifadəsinə verə bilməyən millətlərin düşüncələri də gəlişməyib. Bunu isbat etmək üçün islam dünyasındakı qaranlıqlara baxmaq yetərlidir. Əfəndiyev də eyni qaranlıq dünyadan danışır. Bu üzdən də Əfəndiyev yüz illər boyunca sınanan və fəlakət yaradan çürük bir şüarı təkrar edir: “Ya hər şey, ya heç nə.” Bu şüar ağlın məhsulu deyildir. Bu şüar xəstə xəyalın məhsuludur. Çünkü “hər şey” və “heç nə” anlayışları da nisbidir. Günümüzdə hər şey sayılan bir sonrakı əsrdə heç nə ola bilir. Sosializm inqilabı kimi. Keçən əsrdə çox mütərəqqi bir görüş idi, ancaq günümüzdə iyrənc duruma gəlib.

İnsan haqları fəlsəfəsi insanları inanclarına görə səciyələndirmir. Modernizm bunu qəbul etmir. İnsanları inanclarına görə səciyələndirmək Şərqin qaranlıq tarixinin məhsuludur. Bu üzdən də fərqli düşüncə sahibləri Şərqdən qaçıb Qərbə sığınırlar, yüzillərdir.

İnanc nədir? Bilginin və davranışların arxasında bir ehtiyac və istək var. Bu ehtiyaca görə insan bir şəkildə özəl həyatını ulduzlarla, planetlərlə və göydəki boşluqlarla, öncəsizliklə (əzəliyətlə), sonrasızlıqla (əbədiyətlə) bağlamaq istər. Həyatı dar maddi çərçivədən çıxaran və onu bütün kainatla bağlantılı duruma gətirən bütüncül və qapsayıcı bir enerjiyə və ehtiyaca inanc adı veririk. Fəlsəfə varlıqla uğraşdığı üçün bu yolda insana yardımçı olur. Bu üzdən də hər kəs özünəməxsus bir şəkildə öz xəyalları, röyaları, hətta gördükləri yuxuları ilə kainatla bir ilişki qurar. Bu ilişki fərdə məxsusdur və hər kəsin öz təcrübəsi olur həyat tarixində. Kimsə də buraya girə bilməz, girməməlidir. Hər bir müsəlmanın, hər bir xristianın fərqli bir tanrısı var. Çünkü Tanrı konusu şəxsidir. Bütün evrənlə insanın içini bağlaşdıran enerjinin adına tanrı, Allah, Krişna, God, yumala (fincə) və… deyilir. Yəni bir sözün varlığında özətlənir, mərkəzləşir bütün kainat. Bir sözə sığınmaqla bütün kainata sığınır insan. Bu üzdən sözlə evrən eyni zamanda öyrənilir. Dilin də önəmi burdan qaynaqlanır. Əfəndiyev bunları bir yana buraxıb və “mütləq”i “kəşf” etdiyini duyurur. Əslində isə bu “mütləq” çox köhnə xəbərdir. Nədən Əfəndiyev bunu bu qədər gec duymuş əcəba?

Əfəndiyevin söyləmlərindən biri də “özüylə döyüş”dür. İnsan özüylə döyüşüb “kamil”liyə varmalı imiş. Əslində Əfəndiyevin bu söyləmi də çox əski bir söyləmdir. İrfan elmində özüylə döyüş məxfi bir haldır. Özünlə qarşılaşma reklam edilməməlidir. Cəmiyətin içində sıradan biri kimi yaşamalıdır insan. Bunu başarmaq lazımdır. Qəzzali deyir: “Əgər şərab içmirsinizsə, o zaman şərab bardağında su için ki, cəmiyət sizə çox da əxlaqlı imiş biri kimi baxmasın.” Ərdəm, gizlin saxlanılmalı və əməldə realizə edilməlidir. Reklam edildiyində başqa şey olur.

Əfəndiyevin tolerans anlayışı üzərinə də bir şeylər söyləmək istərdim. Heç bir din toleransı qəbul etməyib, edə də bilməz. Tolerans modern insanın əqli verilərinin məhsuludur. Fransa inqilabından 200 il sonra Əfəndiyev toleransçılığa qarşı peyğəmbər kimliyi ilə savaş açır. Özəlliklə Volterin yaradıcılığında çox sıx qullanılan “tolerans” qavramı zamanla bu üç ilkə üzərində oturmuşdur:

1. “Mən” mütləq haqlı deyiləm.
2. “Sən” mütləq haqsız deyilsən.
3. “Mən” və “sən” arasındakı fərqlilik savaşla deyil, dialoqla çözülməlidir.

Bu üç ilkə bir yerdə “tolerans-xoşgörü” sözünün fəlsəfəsini oluşdurur. Ancaq hər bir din “mütləq” haqlılığından danışdığı üçün toleransçılığı heç bir zaman qəbul etməyib. Bütün dinlər, yalnız ona inananlara xitab edib, inanmayanları kafir sayıb. İslam dini möminin mömini kölə etməsini qəbul etmədiyi üçün müsəlmanlar müsəlman olmayanları əsir tutub kölə bazarında satıb para qazanırdılar.
Əfəndiyev də peyğəmbərlik bucağından dünyaya baxdığı üçün xoşgörünü qəbul etməz, necə ki, onun görüşünü qəbul etməyənləri “məxluq” adlandırırdı. İslamın müsəlman olmayanları “zındıq” adlandırdığı kimi.

Modernizm doğrunun tək olmadığını, bir çox doğrunun var olduğunu vurğular və bunun adı inanc və düşüncə pluralizmidir.

Əfəndiyev görüşündə göstərilən davranış modeli kölə-ağa ilişkisi əsasındadır. “Ata!” övladın bütün sirlərinə vaqif ola bilər. Belə şey olurmu? İnsanın öz doğma ata-anası belə onun bütün sirlərinə vaqif olmamalıdır. Əslində bu, kölə-ağa ilişkilərindən də zərərli və qeyri-etikdir. Bu, orta əsrlərin inkivizasiyasından başqa bir şey deyildir. Ya da İrandakı, Əfqanistandakı, Ərəbistandakı təftişçi islam anlayışı kimi. Marksın ən önəmli təsbitlərindən biri budur ki, “din cəmiyətin uyuşdurucusudur.” Din tarixi də bunu isbatlayıb. Əfəndiyev də yeni bir din anlayışı ilə bu dəfə başqa növ Azərbaycan cəmiyətini “türk peyğəmbəri” adı altında uyuşdurmaq istəyib. Bir haldakı peyğəmbər bir millətə xitab etməz, insana xitab edər. “Türk peyğəmbəri” demək, inancda irqçilik etməkdir. Bunun başqa anlamı yoxdur. Belə bir inanış cahanşümul ola bilməz.

Əfəndiyev bütün islam düşmənliyinə rəğmən şiə kültürünün dışına çıxa bilməyıb. Dinlərin içində yenə də ancaq islam dini etirazla başlar. İslam dini “la” ilə başlar. “La ilahə illallah” ifadəsini yanlış tərcümə etmişlər dilimizə. Bu “Allahdan başqa Allah yoxdur” deyildir. Doğru olanı budur: “Yoxdur Allah, Allahdan başqa.” Yəni islam özü etirazla başlayıb etirafa gələr. “yox”dursa, o zaman nə var? “nə” sualına hər bir fərd öz mənəvi və fikri imkanlarına görə cavab tapır və onun adı o fərd üçün “allah”dır. Bu üzdən də H. Cavid doğru söyləyir: “Hər kəsin öz eşqi, öz allahı var.”

Əfəndiyevin özüylə döyüş söyləmi insanbilimsəl açıdan doğru deyildir. İlk öncə bu “doğru” və “yanlış” üzərinə dayanalım. Daha öncə bir önərmənin yanlış, ya da doğruluğunu isbatlamaq üçün “doğrulama” metodundan istifadə edirdilər. Yəni bu önərməni doğrulamağa çalışırdılar, doğrulansaydı, o zaman doğru olurdu. Yanaşma metodunun əsasında “doğrulama” və doğrunu arama dururdu. Ancaq Karl Popperdən başlayaraq bir önərmənin doğruluğunu isbatlamaq üçün “yanlışlama” metodu gəlişdirildi. Əgər yanlış yönü ortaya çıxardısa, artıq onun doğru olan yönünün araşdırılmasına gərək qalmırdı. Yanaşma metodunda yanlışı arama durur. Biz də bu “yanlışlama” metodundan Əfəndiyev önərmələrinə yanaşalım:

Əfəndiyev belə anladır ki, nifrəti sil, həsədi sil! Necə silsin? Tanımlana bilməyən necə silinə bilər. Nifrət, kin, sevgi kimi duyğular tanımlana bilən deyillər filosof Şilerə görə. Bunlar sadəcə görülə bilər. Bəlli bir zamanda və məkanda içəridə doğar. O zaman hələ içəridə doğmamış bir duyğu ilə necə döyüşmək olar? Yəni nifrət və kin kimi duyğuları ifşa edən mühit və davranışlardır. O zaman doğru olan daha çox mühiti insanlaşdırmaq, mühiti dəyişməkdir, insanı canavara dönüşdürən mühiti dəyişdirmək daha məntiqlidir. Bu da əlbəttə ki, Əfəndiyevin qəbul etmədiyi pedaqoji fəaliyətlər tələb edər. Yoxsa ortada olmayan duyğularla necə döyüşmək olar? Ortada yoxdursa, o zaman gərək öncə öz içində bu nifrəti və kini saxta yollarla oyadasan, sonra onunla döyüşə başlayasan. Döyüşmək də mümkün olmur və Əfəndiyevin “mütləqiyəti” canavar insanlar tərbiyə edir, digər mütləqiyətçilər kimi. Çünkü nifrət bütün dəyərlərə özünü qapamanın məhsuludur. Saxta tarix və saxta dəyərlər uydurub düşüncələrini orda həbs edən Əfəndiyev öz “müqləq” “həqiqət”lərinə elə inanıb ki, bütün dəyərlərə içini və ağlını qapayıb. Bu qapanmışlıqda nifrət tez yuvalanar.

Son olaraq bunu bildirmək istərdim ki, Əfəndiyev bir inanc tənliyi ortaya qoyur, ancaq ya X (iks) cavabsızdır, ya da cavab tapıldıqdan sonra sonuc sıfıra çarpılır və X-in cavabı yenə də sıfırdır.

21.03.2009

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 4,00 ilə 5 arası)
Loading ... Loading ...

47 Şərh var
Şərh yazın »

  1. Deyerli Gencalp cenablari!
    Sizin gorushlerinizden her zaman faydalanmishiq. Yadima gelmir ki, sizin adinizi gorub, yazinizi oxumadan gecem. Ancaq birinin dusuncelerine heddinden artiq guvenib, inanmaq da modern ve cagdas insana yarasmaz.Sizin fikirlerinizin antitezinide oxumaq isterdim dogrusu. Menim sizin yazilariniza tenqidi yanasmaga elmi gucumuz catmasa da mutleq size tenqid yaza bilen birileri vardir. Sozum onlaradir. Neye bu behslere qatilib, dusuncelerini bildidrmirler.

  2. Men de bu yazini oxudum. Birinin buna cavab yazmasi lazimdir. Bu yazini tenqid edecek biri tapilmalidir. Bele yazilarin tenqidi dushuncelerimizi derinleshdirer. Guntay Gencalp qabagina geleni dagidir. Adam zahiren mentiqli yazir, Ancaq bunu durdurmanin bir yolu var, o da bu yazilari elmi ve mentiqi tenqid etme.

  3. Əziz Elmar və Cavad! Azərbaycan mediasında Güntayı “cibinə qoyan” Niyazi Mehdidən tutmuş Ağalar Məmmədova qədər hər biri cavabını alıb. Yadıma gələn son yazı “Musavat”da Kənanın yazısı olub. Amma başqa bir zəruri nöqtə var. Azərbaycan mühitində (“ədəbi mühit” demirəm) Azərbaycan dilindən xəbərsiz güntaylara meydan verilib. Bəyənmədiyimiz Sovetlər zamanı Azərbaycan dilinin qaşına əl vuranın gözünü çıxarardılar. İndi Haqla, Dinlə bir sırada Dil təhlükədədir. Əgər Ədəbiyyat portalı müasir Azərbaycan dilindən çox-çox uzaq dillərdə yazı çap edirsə, bu işə çarə axtarmağa dəyməz. Bilmir, zəhmət çəksin öyrənsin, ya da yazılarını tərcümə etdirsin. Nə Türkiyədə, nə də İranda Müasir Azərbaycan dilində yazı çap etdirmək mümkün deyil. Amma bizdə… Bu yazıq hələ elə bilir ki, fəlsəfə qərbin malıdır. Bu adamın ya Farabidən tutmuş Seyid Nəsrədək filosoflardan xəbəri yoxdur, ya da sifarişlə yazır. Höte Hafizin təfəkkürünə baş əyir, Güntay Hötenin Mefistofelinə. Dostlar, gəlin özünüz İqbal Lahurini oxuyun, Mütəhhərini oxuyun, Əli Şəriətini oxuyun, Seyid Nəsri (hazırda ABŞ-da yaşayan İslam filosofudur) oxuyun. Bu mütəfəkkirlər karvan olub keçib, indi də itlər hürür ardınca!

  4. Altay bəy, özlədiyiniz sovet dönəmindəki Azərbaycan dili o dönəmdə qaldı. O dildə nə fəlsəfə yazmaq mükün idi, nə də bilim. Bugünkü gənc nəslin dili fikir ehtiyaclarına görə dəyişir. Cavidin, Füzulinin, M. Ə. Sabirin dilindən istifadə etmək əsil azərbaycan dilində yazmaqdır.
    Şəriəti və Mütəhhərinin fəlsəfə ilə nə əlaqəsi? Onlar teror fəlsəfəsini yazmışlar. Şəriətini tanımanız üçün sizə bir adress verirəm: http://almaqezeti.com/?mod=view&id=2928
    Burada 1-2-3 yazılarını zamanınız olsa oxuyun.
    Siz nə Farabini, nə də Nəsrəddin Tusini oxumusunuz. Yazınızdan bəlli. Hansı dildə oxumusunuz? Tusi və Farabi sizin üçün bir xəbərdir, çayxanalarda duymuşsunuz. Şərqin ən böyük fəlsəfə şərhçisi İbni Rüşd olmuş. Şərqdə böyük şərhçilər olmuş və əski yunan fəlsəfəsini şərh etmişlər. Farabiyə aristotelçi və İbni Sinaya da platonçu şərhçilər deyildiyini bilmiş olun.
    Həsrətini çəkdiyiniz sovet dönəmində nə zaman dil fəlsəfəyə girdi ki? Dil fəlsəfəyə girəndə məcburən Füzuliləşir, Kaşqariləşir. Zatən Azərbaycanda dildə yeni fəlsəfi terminlər yaradan şəxslərdən biri elə Niyazi Mehdiyev olmuşdur. Görünür ki, Onu da oxumamısınız. 1992-ci ildə çıxan “Dünya” dərgisini tapıb oxuyun.
    Mən özümü filosof olaraq adlandırmıram. Boş vaxtımda düşünclərimi qələmi alıram.
    Nəsrəddin Tusi nə əxlaq baxımından sağlıqlı adam olmuşdur, nə də fəlsəfə. Zatən fars milliyətçisi olmuşdur Tusu. Sonra da Moğula təslim oldu, İsamililərin moğullar tərəfindən devrilməsindən sonra. Bu gün Mütəhhəri və Şəriəti cəhalətinin təməıini qoyanlardan biri də Tusi olmuşdur.
    Şəriəti və Mütəhhərini fəlsəfəci görməniz çox üzücüdür. Onlar indki İran İslam diktaorluğunun memarları olmuşlar. Xumeyni kimi bir cəlladı onlar idealizə etdilər. Əgər söz konusu seçənək olsa, Mütəhhəri və Şəriəti Asif Əfəndiyevin yanında çox sönükdürlər, bunu da bilmiş olun lütfən.
    Biz “azərbaycan dili”ni Bakıda eşitdik. Dilimizə türk dili deyirik. İran mühitində dilimizin adı türk dilidir. Ancaq mənim üçün bu adların önəmi yoxdur. kimsə “azərbaycan dili”, ya da türk dili deyə bilər. Mənim üçün önəmli olan bu dilin özüdü. Gəlişməsi, inkişaf etməsi gərəkkən bu dil mənim üçün önəmlidir.

  5. Gəncalp bəy, afərin sənə. Kimsə sənin qədər Asif Atanı tanıtmadı. Asif Atanı yaxşı reklam etdin. Yaddan çıxmışdı. Gerçəkdən də mən bu yazını oxuduqdan sonra Asif Atanın sitəsindən http://www.asifata.com/ bir neçə yazısını oxudum. Heç tanımırdım Asif Atanı. Belə olur dəəə hər zaman tənqidi fikirlər oxucunun fikirlərini əsil qaynağı oxumağa meyləndirir. Ancaq çox istərdim Gəncalpın yazısına da bir tənqidi məqalə yazılsın.

  6. Fəlsəfənin yükü poeziyanın yükündən ağır deyil. Bir dildə çağdaş poeziya varsa, demək onun ifadə gücü hər nəyi yarmaq iqtidarındadır. Söhbət ideoloji xətt yox, ifadə vasitəsindən gedir. Sovet dönəmində Səməd Vurğun olub, Rəsul Rza olub, elə Ramiz Rövşən nəslinin də startı həmin dövrə düşüb. Bu insanlar heç vaxt dil yoxsulluğundan şikayətlənməyiblər. Cavidin, Füzulinin, Sabirin (ruhları şad) izafətsiz yazısımı var? Bəlkə izafətin haradan gəlməsi ilə bağlı işıqlandırasınız bizi? “Sovetlər dönəmi” deyəndə yarlıq yapışdırıb mövzudan çıxma. Sovetlər dövrü yeddi on il tarixdir. O lənətə gəlmiş dövrdə yazılıb Cavidin “İblisi”, Bulqakovun “Master i Marqaritas”sı. Mənim mütaliəmə qalanda İbn Sinanın “Əş-Şifa”, Qraf Tolstoyun “Voyna i mir”, Stendalın “Çyornaya i krasnaya”, Şəriətinin “Tənhayi”-sindən başqa heç nə oxumamışam. Çünki mən musiqi təhsilli daşyonanam. Baş daşı yonuram “Zəminxarə” üstündə. Oxumaq sizin işinizdi, çünki xalq hara baxırsa sizin şəklinizi görür. Mənim yanıma gələndə isə artıq qulaqları dolu, dilləri lal olur. Haşiyədə nəzərinizə çatdırım ki, Nəsirəddin (“Nəsrəddin” yox, “Nəsirəddin” – mən baş daşına ad yazdığımdan adlara bələdəm) Tusinin “Əxlaqi-nasiri”si elə sovet vaxtı (80-ci illərdə) çap olunub Bakıda. O ki qaldı Farabi, Mütəhhəri, Şəriətiyə, (nəsə Seyid Nəsrin üstündən keçirsən, deyəsən tanımırsan onu) Mütəhhəri ilə Şəriətinin Azərbaycan dilində kitabları var. Şəriətini tanımaq üçün sənin subyektiv fikirlərini yox, onun öz əsərlərini oxumaq lazımdır. Sən ziyalı oğlansan, belə nöqtələrə diqqətli olmağın lazımdır. Bir də “terror fəlsəfəsi” deyirsən. Demək terrorun fəlsəfəsi də varmış! Bəs Buş deyirdi ki, terror bisavadların yaradıcılığıdır? Terror fəlsəfəsini öyrənmək üçün kimi oxumaq yaxşıdır? Mən ölüm öz yazılarının yerini göstərmə. Təmiz Azərbaycan dilində olsun!

  7. Altay Bey. Men Bu GUNTAYİ coxdandir taniyiram. Bu sexs oz fars diline beled olub, Şəriəti haqda belə düşünürsə, bir turk olaraq İbn Sinaya bele dozulmez damga vurursa, Vallah neyise catmir. Nəsirəddin Tusiye “Fars milliyətçi” deyen sexsin ne derecede derin tefekkure malik oldugu sual altindadir. Bu sayaq fikirler AZERBAYCAN-i, AZERBAYCAN EDEBİYYATİNİ, AZERBAYCAN XALQİNİN TARİXİNİ unutdurmaga memur secilmis insanlarin fikirlerine oxsayir. Men Eli Serietinin dilimize cevrilmis 2 kitabini oxumusam. Bu sexsin dovrunun en abid sexslerinden olduguna bir zerre sekkim yoxdur. İngilterenin OXFORD universiteti indi-indi İbn Sinanaya, Farabiye anim merasimi kecirmek fikrine dusur, Amma Guntay Gencalp kimiler dovletine ve xalqina olan nifretine gore Zahide milliyyetci, terrorist damgasi vurur! Guntay Bey İbn Sinanin, hetta Nizaminin, Nesiminin, Fuzulinin AZERBAYCANA verdiklerini MİNLERLE seninkimiler bize vere bilmez.

  8. Altay bəy, daş yonmaq sənətdir. Siz sənətçisiniz demək, həm də qəbir daşı yonursunuz “xəminxara” muğamı üstündə. Yazınızın bu qismini çox sevdim, şeir kimidir. Kamil Cəlilovun zəminxarasına yazdığım video kaseti buraya yazıram. 1. http://www.youtube.com/watch?v=wMS3lfoOM4U&feature=related
    2.http://www.youtube.com/watch?v=HW_E4eVUV7I
    http://almaqezeti.com/?mod=view&id=3091
    Dinlərsiniz.
    Ancaq sizin sənətinizə təqribən işarə edən bir şeir Füzulidən xatırlatmaq istərdim:
    Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşı
    Xəyal eylər görən kim, ləəldəndir çeşmimin yaşı
    (Qəbrimin mərməri torpağın altındakı göz yaşlarımdan yoğrulmuş. Görən qəbir daşımın ləəl olduğunu xəyal edər)
    İndi belə oldu bizdə. Biz farsların basqısı altında yaşadığımız üçün hardan işıq gəldisə oraya yürüdük. Ana dilimizi məktəblərdə öyrənmədik, hələ bu qədərini görürsünüzsə buna da şükür. Gah Bakıdan öyrəndik, gah Ankaradan. başqa alternativimizmi var idi?
    Bizim ana dilimizi öyrənib yazmaq bir fədakarlıq işidir. Düşüncələrimizin dərinliyinə qədər fars dili necə nüfuz edib fikirlərimizi farslaşdırdığı haqda bəlkə sizin təsəvvürünüz yoxdur. Elə o üzdəndir ki, 35 milyonun içindən barmaq sayı qələm sahibi çıxa bilir.
    Dil nə qədər qələm və kağızla özünə təcrübə qazanmayıbsa ona hələ dil deməzlər.
    Bu üzdən də siz də elə bizim bu şəkildə yazmağımızdan çox da gileylənməyin.
    Dediyiniz şəxsiyətlər haqqında 4-5 cümlə ilə danışmaq olmaz. Bunlar haqqında mənim yazılarım var. Zamanla o yazıların sitələrinə sizə göndərrəm həvəsiniz olsa oxursunuz. Oxumasanız da önəmli deyil, çünkü sənət insan ruhunu tərbiyə edən ən mühum amildir. Sənət fəlsəfədən də yüksəkdir.
    Mənim Azərbaycan dilinə qarşı bir rəftarım yoxdur. İnsanlar, sadəcə öz həyat şərtlərinə görə düşünürlər. Sizin dediyiniz dil mənim ana dilimdir. bütün varlığımla ona bağlıyam. Ancaq bəzən də bir neçə sözü digər türkçələrdən almanın zərəri olmaz deyə düşünürəm.
    Buradakı mübahisələrə qatıldığınız üçün sağ olun.
    Şəriətinin və mütəhhərinin metodları fəlsəfədir, ancaq məzmun fəlsəfi deyildir. Məzmun şiddət və örnəyin bir mollanın verdiyi ciham üçün ölüb öldürməyi çağrışdırır.

  9. Super yazidi Guntay bey.Teshekkurler…Sizin yazilarinizin tez-tez metbuatda getmesi chox yaxshidir.Alma qezetindeki yazilariniz xususile chox gozeliydi.Ora neye gore yazmirsiz bilmirem,amma yazsaydiz chox yaxshi olardi.Her hefte sizin yazinizin orda getmesi super olardi.Yazilarinizin diline geldikde ise azerbaycanli (quzey) oxucu ucun bu bir az qeliz gele biler.Amma muasir Turkiye turkcesinde normal bilen insan uchun mence bu hechde chetin olmamalidir.Ustelik sizin yazilarinizda elmi yuk var,felsefi terminler var.Mence bu normaldir.Chunki adi bizim yaxshi bildiyimiz rus ve turk dillerinin de elmi metnleri chox qeliz olur.Aghalar muellimin (bezi yazilari,meselen axirinci “Almada” cixan yazisi),Niyazi Mehdinin dili sizin dilinizden daha qelizdir bu yuz faizdir.”Adyazar.az” daki hadiseyede chox uzuldum.Teshekkurler,ughurlar…

  10. Guntay bey, Fridrix Engelsin “Lüdviq Feyerbax və klassik alman felsefesinin sonu” adli bir kitabi var. Siz bu yazinizda Asif Atani nede ittiham edirsinizse, Engels de bu eserinde Marksin komekliyi ile Hegeli hemin meselelerde ittiham edir. Dialektik va tarxi materializm noqteyi-nezerinden. Bu eserin megzini üç-dörd sözle bele ifade etmek olar: “Klassik idealizmden imtina”. Vaxtim olsa, onu tapib sayta gondereceyem.
    Ümumen, medeniyyet ilk once allaha, mütleqe-zada munasibetde yaranir. Inanmamaq, şübhelenmek insanı düşünmeye mecbur edir, hec kim konullu düşünmür. Düşünmek-menevi zorakiliq aktidir. İnanan insan düşünmür, nece ki, islama qeder şerq düşünürdü, sizinle bu yerde razi deyilem. İslamdan sonra şerq inanmaga, daha dogrusu, zorla inandirilmaga başladi ve düşünmeyi tergitdi. Bu menada tekce Asif Atani yox, inandira bilenlerin hamisini tullamaq lazimdir.Islama qeder sherqde felsefi dil movcud idi. Sizi basha dushurem, bu gun Jak Deridani turkceye hec cur turkce cevirmek olmaz, ya da cevirsen hibrid bir dil alinacaq, Qaldi ki, yuxarida dilimizin zenginliyinden tost deyenlere. Ne semed vurgunun, ne resul rzanin, ne elemdar cabbarlinin dilinin sintaksisi turk dilinin sintaksisi deyil. ereb-fars dilinin cintaksisi uzerinde turkce uyudub tokmekdir. Eger cumlede “Muffevveqqiyyet”, “teessub”, “teshexxus”, “Mushayyiyet”, kimi yazib oxunmasi mumkun olmayan ereb, fars sozleri teleb olunursa, demek muellif bu dillerin sintsksisi ile dushunur. Dili temizlemek ucun turce yazmaq azdir, bu dilde dushunmemiz lazim. Shexsen men, cumleni ele qurmaga calishiram ki, yuxarida yazdigim eyri-uyru ereb, fars sozler teleb olunmasin. Bu menada Guntay beyin dili mene maraqlidir. Bizim sovet yazarlari turkce dushunmedikleri ucun yazdiqlari da bizim dil deyildi. Husey Cavid kimileri bu siyahidan cixmaq shertiyle.

  11. Salam Ganjalp ve diker ishtirakcilar! Semimi muzakireni diggetle izledim, bir nece soz yazmag gerarina keldim. Sozler icimden kelir, semimiyyetime shubhe etmeyin. 88-93-cu iller tehsille bagli Bakida yashayirdim. Cox telatumlu iller idi, sanki her shey sokulur, yenisi ile evezlenirdi. Mende de bele bir hiss var idi, ele dushunurdum ki, movjud her ne varsa deyishmelidir. Bu donemde kurs yoldashlarindan biri meni oz milli peygemberimizin zuhur etmesi xeberi ile mujdeledi. Jenub rayonlarindan oldugum ucun bele bir mesele meni cox gayqilandirdi, dogrusu biz dindar olub-olmamagimizdan asili olmayarag bu kimi esasli meselelere garshi teessubkeshik. yoldashimdan meni de Asif atanin muhaziresine aparmagi xahish etdim. !991.10.23. (tarix kundeliyimde geyd olunub) Eliyarbeyov kucesinde yerleshen bilik jemiyyetinin ijlas salonunda jamaatla birlikde duz bir saat Asif atanin her an sehnede korunejeyi umidi ile kozledik. Nehayet keldi, mejlis duzenlendi, teatr bashladi sanki. Mexsus ayinden sonra Asif ata elini uzatdi gabaga ve diker shakirdlerle yanashi 7-8 giz da elini opdu atanin. Muhazire bashladi ve men adeti uzre geydler apardim, sonda suallarima javab alajagim umidi ile axira geder oturdum. Amma axirda mejlis pozuldu, ata ishtirakcilarin birinin verdiyi sualdan esebleshdi, joshdu, ajig edib ketdi, yeniden keldi, bir daha kusdu ve nehayet suallarim javabsiz galdi. Shakirdlerinden biri telefon nomresi verdi ve zenk vurub birbasha ozu ile danishmagi tovsiye etdi. Bir kun sonra zenk vurdum, edeb erkanla salam verib suallarim oldugunu bildirdim. Sozum agzimdan gurtarmamish ata bashladi ne bashladi?! Gurshagdan ashagi kuce soyushleri ile o ki, var tehgir etdi meni ve dedi ki, men seni taniyiram molla! Telefonda sehv dushduyumu fikirleshdim, yeniden zenk verdum, bu defe besh-btereni eshitdim. Muridlerinden birini tapib veziyyeti danishdim, dedi ki, zenk vuranda salam deme, “gelbinde nur olsun” sozleri ile salamla onu. Sebebini bele izah edti ki, ona kun erzinde zenkler vurulur ve tehgir edilir, atani deli edibler onlar. Biz de zenk vuranda bir-iki agiz soyur bizi sonra basha salirig ki, biz ozke deyilik. Eziz gardash size gismet olmayib yegin ki, agiz dolusu teriflediyin Asif ata meni yaxshija yaglashdirib. Bu yazilarda Siz onu dahilerimizle mugayise edib besheriyyetin iftixarlarini ashagilayanda yanib yaxildim. Eker bu mugayise melumatsizligdan bashga bir sheydirse injime menden sen ondan da ashagi adamsan. Teshekkurler.

  12. Guntay Bey. Sen yene de movzudan cixdin. Siz nece Farslarin Basqisi altindasiniz ki, Hetta fars Tele kanali Fars koklu bir kino yayimladiqda kinonun yarisindan coxu turk sozleri ile bezenir?! Men inana bilmirem ki, İranda turklere yaradilan serait Farslara yaradilmis olsun. Men İrana bir nece defe qisa muddetli sefere cixmisam. Her yerde turkler sevilir. Hetta men İran turku olmasa bele, mene de hormet gosterirler. İndi ki qaldi Mutehheriye, Sen mene deye bilersen ki, onun hansi kitabinda Mollanın verdiyi cihad üçün ölüb öldürməyi çağrış var? Sen eger Azerbaycan dilini sevseydin. Hec olmasa bir qeder calisardin ki, bizim dili yaxsi oyerenesen. Basa dusesen Bizim dahilerin dediklerini !

  13. Bu guntayin fikirləriə qulaq asmayın. Bu gün bele deyər, sabah başqa cürə. Çünkü ba adamın ne sistemli savadı, ne de dediyi fikrə görə məsuliyəti vardır. Təkcə çalışır nəyin bahasına olursa olsun özünü gözə soxsun. Yəni bir şöhrət xəstəsidir. Bir aydan sonra bu dediyi fikirlərin əlehinə çaxacaqdır.

  14. Üzr istəyirəm sizin işiniz gücünüz yoxdur? Gedin işinizle meşğul olun daa… Dünya nələrdən danışır siz nələrdən…

  15. Farslar Öməri sevməzlər, çünkü Ömər Sasani dövlətini devirmişdir. Bu üzdən də Ömər fars ədəbiyatında şiddətin, aqressiyanın rəmzidir. Farsların tarixi- sosail psixologiyalarına da bu şəkildə yeridilmişdir. Mənim işim Ömər məsələsi deyil, başqa şey söyləyəcəm.
    Sasani devrildikdən 240 il sonra farsların özlərini toparlayıb fars milliyetçiliyi məzmunlu bir islam ortaya qoydular. farsların bu hərəkətinin adı tarixdə “Şüubiy” olaraq keçər. “Şüub” sözü Quranın “Hücərat” surısinin 13-cü ayəsində keçər. Burada Tanrı deyir ki, “biz insanları qadın-kişi və müxtəlif “şüub” (şöbələr) şəklində yaratdıq.” farslar bu şöbələrin ən üstündə far irqi durur düşüncəsini gəlişdirdilər və bunu ideologiyasını mənsur olaraq hazırladılar. Özəlliklə Şüubiyə təşkilatı Samanilər dövləti tərəfindən maliyələşirdi. Bu günkü fard dilinin ədəbi altyapısı da Samanilər dönəmində başladı. Rudəki başlatdı. Şüubiyə indiki Şahnaməni mənsur olaraq yazıb və onun nəzmə çəkilməsi üçün istdadalı adam axtarırlar. Birinci olaraq Dəqiqi adında birini tapırlar. Mənsur əsərin 1000 beytini Dəqiqi nəzmə çəkir. Yəni bu gün 60.000 beytdən ibarət olan şahnamənin 1000 beyti Firdovsinin deyildir, dəqiqinindir. Dəqiqi bir türk əsgəri tərəfindən öldürülür. Sonra Firdovsini tapırlar. Firdovsi bu əsəri bitirər-bitirməz Samani dövləti devrilir və Qəznəvilər iş başına gəlir. Azərbaycanda yayqın olan tarixin tam tərsinə olaraq Şahnaməni Mahmud Qəznəvi yazdırmayıbdır. Mahmuddan öncə yazılmışdır və Mahmu qatı şiə cərəyanı olan Şüubiyə təşkilatını dağıtdıqdan sonra 30 il ömrünü bu kitaba həsr etmiş Firdovsi hazır kitabı Mahmud Qəznəviyə ithaf etmək istər. Mahmudu mədh edər.
    Şübiyə, qatı sünni olan Qəznəvilər tərəfindən dağıldıqdan sonra ideoloji həyatlarına ədəbiyatda davam edələr. Səlcuq dövləti qurulduqdan sonra Şüubiyə ideologiyası əasında iismailiyə cərəyanı ortaya çıxar. ismailiyənin məramnaməsində bu məzhəbə ai olanın qanında “pars” qanı axmalıdır deylirdi. İsmailiyənin ən ünlü şəxsi Həsən Səbbah olaraq bilinir. İsmailiyə ilk teror təşkilatını düzənləmilərdir. Nizam-ül Mülkü terror edərlər, Məlikşahın da onlar tərəfindən zəhərlənib öldürüldüyü yazılır. Məramnamələrində “pars”çılıq dayanan ismaililərin vəziri 1250-lərdə Nəsrəddin Tusi idi. “Əxlaq Nasiri” kitabını da ismaili padşahı Nasir şaha həsr etmişdir. İsmaililərin xidmətində olduğu zaman “əxlaqi nasiri” kitabına bir müqəddimə yazar. Bu gün də “Əxlaq Nasiri”nin iki müqəddiməsi var. Ancaq Tusinin “Əxlaqi nasiri” kitabında elə bir dərinlik yoxdur. Bu kitab əslində Tusinin özünün deyildir. Bu kitabı Tusi “Əxlaqi Məskəviyə”yə iqtibas olaraq yazmışdır. Tusinin ən önəmli kitabı “əl-tibyan”dır. Burada bir çox dini qavramları fərqli şərh etmişdir. O cümlədən “ümmət” sözü üzərinə 6 tərif vermişdir. “Bir liderə inanan”, “Bəlli bir əsrdə yaşayan”, “bir törəyə bağlı olan” toplumları ümmət olaraq tanımlamışdır. İndi bu 6 tərifin hamısı yadımda deyil.
    Moğullar ismaililərin siyasi həyatına son verdilər. Bu üzdən də Tusi Hülaku Xana sığındı. İsmaili padişahı Xur şah da elədcə. Bu zaman Tusi “Əxlaqi nasiri” kitabına ikinci müqəddiməni yazır. Bu müqəddimlərin fərqi ondadlr ki, birincisini fars şahının qulluğunda olduğunda yazmışdır, ikincisini moğul xaqanı qulluğunda. Yəni yüz illər sonra onun haqqında söylənilən “fəzilətlə adam” filan gerçək dışıdır.hər zaman iqtidarın yanında olmuş. Mən bunu onun pis və ya yaxşı əməli kimi dəyərləndirmirəm. Bəlkə də o zaman başqa alternativ yox imiş. Qərb də indiki kimi güclü və azad deyildir qaçıb Qərbdə yaşasın. Mənim söyləmək istədiyim budur ki, Tusi filosof olmamış, və bir də çox da fəzilətli birisi olımamışdır. Tam bir sünni düşməni idi və Abbasi xilafətinin ölümünə o səbəb oldu ülaku xanın vəziri kimi.
    Tusinin yaradıcılığı “Şüubiyə”nin açdığı yolda yürümüşdür. Hətta Tusin “Əl-tibyan” kitabında qeybə çəkilən 12-ci imam “Mehdi”nin bir farsa yazdığı məktubu da verir. “Mehdi”nin güya “Qeybəti kübra”ya (Böyük qiybətə) çəkildiyi xəbərini də bu məktub göstərmişdir. Tusi bu məktubi hardan aldığını, qaynağın nə olduğunu yazmır. Ancaq Tusinin istedadı bunu inandırıcı etmişdir. Bu şəkildə islama birinci şər atan, islamı zədələyən və orada qurtaracı gözləmini var edənin birincisi Tusi olmuşdur. Tusinin yaradıcılığı insan ağlına böyük zərbə vurmuşdur. Şah İsmayıl da o məktuba güvənib Təbrizin və Şiravanın yarısını qılıncdan keçirdi.
    Tusidən öncə Nasir Xosrov adında bir şair və səyyah ismaili ideologiyasını nəzmə çəkmişdir.
    Babaları sünni olan Şeyx Cüneydin iqtidara gəlmək üçün məzhəb dəyişdirib şiələşməsində də Tusinin təsiri oldu. Səfiyəddin shaq Ərdəbili tərəfindən bir sünni təriqəti olan Səfəviyə şiələşdiyi zaman qaynaqlarını ismailiyə və Şüubiyə oluşdururdu. Ələvilər də ismaililiyin təsirində olduqları üçün Cüneyddən sonra gələn Səfəvilər Ələviliyin siyasiləşmiş adı olan qızılbaşlığı fars hədəfləri yolunda qullanmağı başardılar. Səlcuqların, Qaraqoyunluların və… mirası olan bu günkü İranı Səfəvilər fars kimliyinə təslim etdilər, Yəni tarixi nəticə bu şəkildə meydana çıxdı . Ələvi inancında olan “Səlman farsi” kimliyi ismailiyədən gəlmədir. Çünkü İslam böyüklərinə görə peyqəmbərin zamanında “Səlman Farsi” deyə kimsə olmamışdır. Belə bir adam varmışsa, ərəb dilini necə öyrənmiş? O zaman yayqın olan ərəb milliyətçiliyi bu adamı öz içinə necə almış? Bu adamın sonu necə olmuş? Çünkü önəmli əshabilərin həyatı haqqında ayrıntılı bilgi qalmışdır islam tarixində. İslam dünyasının 100-də 90-nını oluşduran sünnilər üçün Səlman farsi deyə əshabə yoxdur….

  16. Aqşın bəy, Engelsin o kitabını oxumuşam. Engelsin əsərlərinə daha öncələr çox önəm verərdim. İndi də yaxşı münasibətim var həm Englsə, həm də Marksa. Yəni kapitalizmi elmi şəkildə tənqid etdikləri üçün zəhmetkeşlərin haqlarının Qərbdə gerçəkləşməsində etkili oldular. Engelsi və Marksı sovetizmin dışında öyrənmənin faydalı olacağını düşünürəm. Millətlərin düşüncələri ancaq tənqid bağlamında gəlişmişdir. “Düşüncə dünyasında tənqidi işbirliyi” olmadıqca ya durğunluq yaranar, ya da mütilik.
    Aqşın bəy “tənqid” sözünün dilimizdə dərin anlamı yoxdur. Biz buna “ələşdiri” deməliyik. Nədən? Çünkü xatırlayırsansa kənddə arpa-buğdanı, noxudu, bəzərəyi ələrdik. Bəzən də yekə xəlbirdə iki adam ələşdirərdi. Yəni “ələmək” sözünün bir şəkildə qarşılıq bildirən variantı “ələşdirmək”dir. “i”, “u”, “ü” şəkilçilərinin felin əmr şəklindən isim düzəltdiyini bilirsiniz: “öl+ü= ölü” kimi. Ələşdir əmr şəklindən də “i” artırılaraq “ələşdiri” ismi düzəlir və gerçəkdən də çox fəlsəfi və əmək həyatı ilə bağlantılı olan isimdir. Ələşdirmək, yəni bir düşüncəni digər bir düşüncənin ələyindən keçirib verimlisini ələkdən keçirmək, verimsizini tullamaq. Əmək həyatında təcrübəsi olan sözlər fəlsəfədə yaxşı işləyir. Məsələn bu gün Martın Heidegerin fəlsəfəsinin açar qavramı olan “dasein” alman ormanlarındakı əmək həyatının bir durumunu anladarmış.
    Ya da eyitmək sözünü tutalım. Bizim tərəflərdə quzu, ya da bizov dünyaya gəldikdən sonra ona yardım edərdik anasını məmələrini tapıb əmsin. Bir şəkildə əmməyi təlim edərdik. Bu gözəl sözün dilimizə gəlib və ərəbcə olan “təlim” sözünün yerində istifadə edilməsinin nəyi pisdir? Bu, azərbaycan dilinin öz kökü üstündə böyüməsindən başqa bir şey deyildir.

  17. Minnətdarlıq… Maraqlı yazı idi

  18. Sabir bey, Bergsun deyir ki, “cümləni yazarkən bir adamam, cümləni yazıb bitirdikdən sonra başqa adam.” Əlbəttə durğunluğa alışmış, dyrğunluqdan xoşlanan sizin kimi adamlar Bersunu tanımazla, tanımaq istəməzlər. Ancaq mən tanıyır və onun sözündəki bu ehtişamı anlayıram. Haqlısınız mən 1 həftə sonra bu yazını yazarkən daha fərqli yaza bilərəm. Dəyişən və gəlişən bilgilərimə fərqli bir yazı ortaya çıxa bilər. Lakın bəlli bir sistem içində. Sistem sözünü eşitmisən yəqin ki, ancaq bir çoxları kimi anlamını bilmirsən. “Sistem”, yəni iç istiqrarını qoruyaraq daima dəyişən bir olqu. Məslən yer kürəsi daim dəyişir günəş qalatukasında. Ona görə dəyişmək olmayanda heç bir tərəqqi olmur. Mənim fikirlərim də dəyişsə heç bir zaman Əfəndiyevi qəbul yolunda dəyişməz. Öz yazılarıma da tənqid edə bilirəm, ancaq ana motiv dəyişməz, əfəndim.
    Yazılarımı oxuanlara dərin təşəkkürlər.

  19. Gunyay bey, men sizi chox beyenirem, chunki sizin elme dayanan bir munasibetiniz var. Bunu shexsi movqe kimi yox, elmi subutlarla gostere bilirsiniz. Men bele bir azerbaycanlimiz olmaqla fexr edirem. Eziz soydashlarim, Guntay beyle razi deyilsinizse elmi delillerle onunla vurushun. Daha tehqir etmek, onu dilimizi sevmemekde gunahlandirmaq lazim deyil. Sevmeseydi, men onu hec tanimiram, dilimizi bizden yaxshi bilmezdi. Bu ayri bir mesele.
    Sozum sizediri Guntay bey, chox herterefli biliyiniz var. Men hetta dushmenim bele olsa savadli insanin heyraniyam. Siz bu meqalenizde bir sheyi menim nezerimde daha da acdiniz “La ilahe illellahin” aciqlamasini. Amma bir shey var. Bu achiqlama menim daha chox xoshuma geldi. Hemishe Allahdan bashqa Allah yoxdur sozu mene tam chatmazdi, amma Yoxdur Allah Allahdan bashqa demek bu qeti suretde mutleq fikirdir. Burada inkar yox, shubheye yer vermeyen mutleq inkar var.
    Asif Ataya gelince, men onun felsefi gorushleri ile yaxindan tanish deyilem, amma nece defe TV-de chixishlarini izledim, ushaq da olsam onun esebi, agzi kopuklu danishiqlarini sevmezdim.
    Eger bir insan ozune peygember deyirse ve kimlerise buna inandirmaga chalishirsa, hec olmasa en azindan Mehemmed peygemberimizden ibret goturmelidir. Peygember esebileshirse, yekexanaliq edirse, hetta Allah terefinden gonderilmishse bele peygember kimi sevilmeyecek.
    Sebirsiz ve sevgisiz peygember hec kimdir, o besheriyyete hech ne vere bilmez, her halda Mehemmed peygemberden chox ezab cheke bilmezdi. Buna gore de men onun felsefesi ile tahish olmaqdan vaz kechdim ve Guntay bey, bele bosh sheylere vaxt serf edib oxudugunuz uchun size acidim. Bezi sheylerin bosh olmasini oxumadan da anlamaq mumkundur, o fikri dashiyana beled olmaq yeter.

  20. Hörnətli İradə xanım!
    Burada buluşmağımıza çox şadam. Yazımı oxumuşsunuz demək, çox minnətdaram. Sizin yazdığınız dəyərləndirməni oxudum və fikirləşdim bu aşağıda verəcəyim linklərdəki yazıları mütləqa sizin oxumanız lazımdır.
    http://news.qaynar.info/16602.html
    http://www.azadtribun.net/x19223.htm
    Bu iki yazı bir-birinin davamıdır əslində. Ayrıca istərdim ki, mənim Bakıda keçən il çap olan “Pərdələr arxasında gizlədilən tarix” tərcümə kitabımı oxuyasınız. Bu kitabı mərakeşli bir ərəb qadın yazmış Fatimə Mernisi adında. Bakıda olsaydım bu kitabı sizə hədiyə edərdim, ancaq elmlər akademisinin kitab satış mərkəzində satılırmış duyduğuma görə, ya da ki, Rasim bəy Qaracadan ala bilərsiniz.
    Bilirsiniz ki, bizim din bilgilərimiz yarımçıqdır, əsasən ərəb-fars milliyətçiliyi mərkəzli bilgilərdir. Bu üzdən də islamı təməl qaynaqlarından öyrənmənin çox önəmi var.
    Asif Əfəndiyevlə bağlı yazdığınız məsələyə də fikrimi bildirim. Mən Güney Azərbaycanın qurtuluşu üçün Quzey Azərbaycanı və türkiyəni çox dərindən öyrəndim. Bunların yanı sıra əlbəttə ki, dünya ədəbiyatı və fəlsəfəsi ilə də ciddi olaraq maraqlandım. Elə bir mərhələ gəldi ki, bilgilərimin işğında tənqid etmə cəsarətini özümdə hiss etdim. Bilirsiniz tənqid çox çətin işdir. Gerçəkdən də tənqid sayəsində bir millətin ortaq bilgiləri artış sağlaya bilər. Çünkü tənqid, şüuraltında olanı, şüura daşıyıb anlaşılır, duyulur, dərk edilir hala gətirə bilir. Ancaq bunun üçün də əlbəttə ki, bilgi və etik səlahiyət gərəkir. Tənqidçı qədər, tənqid qədər bilgiləri elmiləşdirən bşqa bir şey yoxdur. Asif Əfəndiyevi tənqid edə bilməm üçün, əlbəttə ki, onun kitablarını oxumalı idim, yoxsa bu yazını yaza bilməzdim. Dil məsələsi ilə bağlı bunu söyləyim sizə ki, mən gerçək bir qaspiralçıyam. Şüarda deyil, əməldə. Bu üzdən də sadəcə 9 milyon Quzey üçün yazmıram. 40 milyon Bütöv Azərbaycan üçün də yazmıram. Mən 150 milyon Oğuzlar üçün yazıram. Bəziləri üçün qəbul edilməz görünə bilər, ancaq mən də beləyəm. Şübhəsiz ki, siz də bilirsiniz ki, mənim yazılarımda təməl dil azərbaycan türkcəsidir. Əlifbada eləcə.
    Hörmətli xanım, mənim bu yazım ərəb əlifbasında da Güneylilərin oxuya biləcəkləri sitələrdə də yayılmışdır. E.mailime yaxşı məktublar yazırlar oxucular. Elə bu sitələrdə olduğu kimi Güneydən də mənə sərt yanaşanda olur, təqdir edəndə. Bütün bunların hamısını normal qəbul edirəm. Zatən fikirlər ildırım kimi çaxmasalar, özlərinə yer edə bilməzlər. Kant “düşünmə cəsarətiniz olsun.”- deyirdi. Fikirlər utancaq olsalar bir yerlərə varmazlar. Düşüncəni ortaya qoymanın arxasında elmi güvən və bir də cəsarət olmalıdır. Bütün bu yazışmaların ortaq milli bilgilərimizin artmasına səbəb olacağına əminəm. Bu arada həm Quzeydə, həm də Güneydə ciddi mübahisələrə səbəb olmuş bir yazımı da sizə göndərirəm.
    http://almaqezeti.com/?mod=view&id=2761
    Sayqılarımla

  21. Deyirsiniz “Çünkü İslam böyüklərinə görə peyqəmbərin zamanında “Səlman Farsi” deyə kimsə olmamışdır. Belə bir adam varmışsa, ərəb dilini necə öyrənmiş?” Bəlkə heç, Məhəmməd də olmayıb hə? Əgər olubsa poetik düşüncələri heyran qoyan üslubları haradan öyrənib?
    Bir qədər ciddi olmanı istərdim. Əgər nəzakətli münasibət umursansa, özün nəzakətli ol. Yazılarında sərt, siyasi süzənək ifadələr çoxdur. Tarixi şəxsiyyətlər haqqında elə danışırsan ki, elə bil bilyardxanadasan. Sən “Salman Farsi olmayıb” deyəndə çörəyini yediyin xalqın 80%-dən çoxunu təşkil edən inanclı insanların yaxasına tüpürürsən. Məntiqin qısırdır. “Salman Farsi ərəbcəni necə öyrənib?”- deyirsən. Tarixin 1400 illik qabarını yarmış biri üçün dil öyrənmək nədir?! Yoxsa oxucuları kötük hesab edirsən!
    Səni nəzakətli olmağa dəvət edirəm! Əks təqdirdə öz münasibət tonun qulaqlarında cingildəyəcək. Gəl nəzakətli ol!

  22. Altay bəy dinə hörmətdən danışırsansa, Peyğəmbərə işarə edəndə heç olmasa “Məhəmməd Peyğəmbər” yaz. O ki qaldı Güntaya, Güntay elə bilir ki, hamının istedadı onunku qədərdir. Özü Azərbaycan dilini öyrənə bilmir, Salman Farsidən şübhələnir. Əslində dini mövzunu meydana çəkməyiniz elə dinə hörmətsizlikdir.

  23. Altay mənim yazımın harasında başqalarına təhqir var? Səlman Farsi haqqında sünni kəsim fərqli düşünür. Şiə inancında fars milliyətçilik nəfəsi var. Siz bir tarixi qaynaq göstərin Səlman Farsi haqqında. Son zamanlar İranda kitabları fars irqçiləri tərəfindən yandırılan Nasir Purpirar bunu isbat etmişdir. İstəsəniz Purpirarın tərcümə etdiyim kitabını gedib Axundov kitabxanasından alıb oxuya bilərsiniz. Əgər siz inanırsınızsa var, o zaman sizin üçün var deməkdir. Olmasa da inandığınız üçün var deməkdir. Ancaq mənin yuxarıdakı məqaləmdədə qeyd edildiyi kimi məqsəd inandırmaq deyil, düşündürməkdir. Mən heç bir tarixi şəxsiyət haqqında təhqiramız söz yazmaram. Ancaq modern dünya toxunulmazlığı ortadan qaldırıb. Tusini, Şah smayılı düşüncə məhkəməsinə çəkirəmsə, həm də əlimdə bəlgələr ola-ola , bu, düşünmənin gərəkdirdiyidir. Siz mənim fikirlərimi və bəlgələrimi yanlışlıyacaq bəlgələri və fikirləri ortaya qoyun.
    Altay və Murad bəylər, mənim azərbaycan dilini bilmədiyimi tez-tez deyirsiniz. Yanılırsınız, çünkü qol-budağı stalin tərəfindən qırılmış və bir ada dilinə dönüşdürülmüş bu dili mən sizdən yaxşı bilirəm. Əgər o taylı bu taylı Azərbaycanda 10 adam varsa bu dil məsələsində onun biri də mənəm. Bunu söylərkən də heç bir təkəbbürə qapılmıram. azərbaycan dilini bilməyən sizlərsiniz. Sizə H. Caviddən, Nəsimidən, Füzulidən şeirlər yazaram bura deyərəm izah edin bunları bilirsinizsə. Qalarsınız mat-mətəl. Azərbaycan dilində bilmədiyim nədir? bütün bölgənin dillərini bilirəm: Ərəb-fars, türkçələri. Ayrıca ingilizcəm və fincəm də var. Azərbaycan dilində var olan bütün yabancı sözlərin kökü və etimolojisi haqqında da çox çalışmışam. Bir az diqqətli davranasanız deyə bunu da bildirmək istəyirəm ki, mən lisansımı İranda, yüksək lisansımı Bakıda və doktoramı da Ankarada oxumuşam. Heç bir zamanda yazılarımda elmi titul qullanmağı sevmirəm. Burda bir tək örnək mənim yazılarımdan çıxarıb söyləyin və deyin ki, bu cümlə və ya bu söz azərbaycan dilinin quruluşunu pozur. Hə əgər siz məsələn “quruluş” sözünün yerinə mənim “struktur” söyləməmi “azərbaycan dilini bilmək” kimi anlayırsınızsa, bunu görməzsiniz. O zaman siz haqlısınız və mən ada dili olan türk dünyasından və türkçələrdən təcrid edilmiş sizin azərbaycan dilini gerçəkdən bilmirəm.
    Bir yuxardakı yazımda da söyləmişəm ki, mən smayıl bəy Qaspiraının açdığı yolun yolçusuyam.
    İndi vaxtım yoxdur, daha sonra bu haqda ayrəntılı (bağışlayın azərbaycan dilində gərək “təfərrüatlı” yazam) yazacam. Bu arada mübahisələrə qatıldığınız üçün minnətdarlığımı da bildirirrəm.

  24. Ay El, qulağına çatmazmı oldu
    Qazisoraq Altay-Güntay davası?
    Biri dilin tutub, o biri telin,
    Götür yaxşısını, qalsın yavası!
    Meydanı sulayan, iddialara dırmanıb buluda diş atan sən olduğundan “bilirəm” dediklərindən bir-ikisini qoy ortaya. Nə üçün “Güntay-Altay” yox, “Altay-Güntay” yazmışam? Bu suala düzgün cavab versən, Daşyonan səni tez-tez yoxlayacaq. (De ki, elə ölürdüm səndən sarı!) Düzgün cavab verməsən, daşla bölüşmək sənə ilişməkdən yaxşıdır. Cavab da ki asandır, lovğalığım göz qabağında!

  25. Altay bey, turku yixan da bax, ele menaiz soz guleshleri olub. Her ikisi qedim turk adidir. Guntayin adindan basqa soyadi da turkundur, eceba sizin oz familiniz nedir, en azindan texellusunuzu sorushsaq ayib olmaz ki?

  26. Bilmirem hiss edirsiniz ya yox, texellusunuz sizden boyuk mesuliyyet teleb edir. Maraqlidir, indiyedek neche dash qafalini yona bilmisiniz? Umumiyyetle, dash qafani yonmaq olur? Mene ele gelir heder zehmetdir. Dash qafani yonmaq dashi yonmaq deyil ha, unutmayin….

  27. Salam. Mən öncə mübahisəyə qoşulan bütün dostlara təşkkürümü bildirirəm. Amma öz aramızdı, foruma çevirmisiz buranı. Daha yaxşı olardı iradlar məqalə şəklində bildiriləydi. Hər halda, bura qədər ortaya yetərincə müəmmalar çıxdığından mən də münasibət bildirirəm.
    Əvvəla cənab Gəncalpın ixtisasının nə olduğunu bilmirəm, amma məsləhət görərdim öz ixtisasında yazsın, onda yəqin ki, səhvi də az olar. Onun cani-dildən könül verdiyi modern Avropa qədim yunan fəlsəfəsini məhz ərəb dilindən, müsəlmanlardan öyrənib. Müsəlman fəlsəfəsinin Kendi, Farabi, İbn Sina, İbn Rüşd, Qəzzali və Sührəvərdi kimi ölməz simaları var. Mirdamad, Fenderski, Sədrəddin Şirazi kimi insanlar məhz son beş yüz ilin (Səfəvilər düvrünün) dahi filosofları, Təbatəbai, Mütəhhəri və Hüseyn Nəsr kimi müasir müsəlman fəlsəfəsi avanqardlarının müəllimləridirlər. Altayı savadsızlıqda suçlayan Gəncalp “Farabiyə aristotelçi və İbni Sinaya da platonçu şərhçilər deyildiyini bilmiş olun” -söyləyir və bununla da özünün nə Farabidən, nə də İbn Sinadan xəbərdar olduğunu ortaya qoyur. Çünki əslində Aristotelin yaratdığı peripatetik fəlsəfənin (məşşailiyin) müsəlman təmsilçisi İbn Sinadır. Bu baxımdan İbn Sinanı aristotelçi adlandırmanız gərəkirdi. Farabi isə aristotelçi olmayıb. Platonçuluq (işraqilik) və aristotelçilik (məşşailik) Farabidən sonra yaranan bölgülərdir. Farabini bu iki kateqoriyadan birinə aid etmək düzgün olmasa da, onu platonçuluğa daha yaxın hesab etmək olar.
    Müsəlman fəlsəfəsinin yunan fəlsəfəsindən sonra meydana gəldiyi isə irad sayılmaz. Əgər Məhəmməd peyğəmbər və İslam dini Aristoteldən 1000 il sonra yaranıbsa, bunda müsəlman filosoflarının nə günahı?
    “Əgər o taylı bu taylı Azərbaycanda 10 adam varsa bu dil məsələsində onun biri də mənəm” – deyir Gəncalp. Lakin onun hansı dildə mütəxəssis olduğu mənim üçün qaranlıqdır. Sözsüz ki, bu, nə azəri türtkcəsi, nə də Anadolu türkcəsidir. Türk dili də deyil, çünki bu gün türk dili ayrı-ayrı ləhcələrdə mövcuddur. Əks təqdirdə, özbəklər, qırğızlar və qazaxlar da Gəncalpı başa düşməliydilər. Və güman etmirəm ki, Gəncalp bütün türk dünyası üçün müştərək bir dil yaratdığını iddia etsin. Məncə onun iddiasında bulunduğu bu dil Azərbaycan, Anadolu və İran türkcələrinin qarışığıdır. Hər halda, bu da bir ixtiradır: yeni türk ləhcəsinin ixtirası.
    Gəncalp şərhlərinin birində Nəsirəddin Tusidən danışarkən “Tusinin ən önəmli kitabı “əl-tibyan”dır” -deyir. Sayın Gəncalp, lütfən bu kitabı haradan əldə etməyin mümkünlüyünü söylərmisiz. Yəni doğrudanmı belə düşünürsünüz ki, bu boyda məmləkətdə Xacə Tusi haqqında məlumatı olan yoxdur. Daha sonra belə yazırsız: “Burada… “ümmət” sözü üzərinə 6 tərif vermişdir. “Bir liderə inanan”, “Bəlli bir əsrdə yaşayan”, “bir törəyə bağlı olan” toplumları ümmət olaraq tanımlamışdır. İndi bu 6 tərifin hamısı yadımda deyil”. Yaxşı ki, yadınızda deyil, doktor. Çünki sözügedən kitab 13-cü əsrdə yaşamış Nəsirəddin Tusinin yox, 11-ci əsrdə yaşamış Şeyx Tusinindir. Bu kitab müqəddəs Qurana təfsir kitabıdır. Ümmət sözünə verilən 6 tərif Bəqərə surəsinin 134-cü ayəsinin izahındadır.

  28. Gəncalp müqəddəs peyğəmbərimizin ən yaxın səhabələrindən biri olan Salman Farsini inkar edərək belə deyir: “İslam dünyasının 100-də 90-nını oluşduran sünnilər üçün Səlman farsi deyə əshabə yoxdur”; “Siz bir tarixi qaynaq göstərin Səlman Farsi haqqında”.
    Bütün bu qaynaqlar sizə ithaf olunur, sayın Gəncalp, hamısı da əhli-sünnə qaynaqlarıdır:
    İbn İshaq (8-ci əsr), əs-Sirə, 2/65, 105 və s.
    İbn Hişam (9-cu əsr), əs-Sirə, 1/139, 145, 2/353, 3/704 və s.
    İbn Səd (9-cu əsr), ət-Təbəqatul-kubra, 1/27, 2/66, 352, 353, 4/75, 81, 83, 84, 86, 87, 89, 91, 93, 6/16, 66, 124, 208, 212, 7/317, 319 və s.
    Xəlifə ibn Xəyyat (9-cu əsr), Tarixu Xəlifə ibn Xəyyat, 143 və s.
    Buxari (9-cu əsr), Səhih-Buxari, 1/213, 218, 4/270, 6/63 və s. Buxari, ət-Tarixus-səğir, 1/96, 98 və s. Buxari, ət-Tarixul-kəbir, 1/227, 2/216, 4/136, 249, 5/ 135, 7/54 və s.
    Müslim (9-cu əsr), Səhih-Müslim, 7/192, 8/96 və s.
    İbn Macə (9-cu əsr), Sünən İbn Macə, 1/158, 2/1117, 1180 və s.
    Əhməd ibn Hənbəl (9-cu əsr), əl-Müsnəd , 2/417, 5/243, 351, 437, 438, 439, 440, 441, 444 və s.
    Tirmizi (9-10-cu əsr), Sünən Tirmizi, 3/52, 107, 108, 5/217, 336, 383 və s.
    Nəsai (9-10-cu əsr), Sünən Nəsai, 6/43 və s.
    Təbəri (9-10-cu əsr), Tarixut-Təbəri, 1/63, 124, 254, 2/235, 419, 3/121, 124, 351, 352 və s.
    Məsudi (10-cu əsr), ət-Tənbihu vəl-işraf, 216.
    Razi (10-cu əsr), əl-Cərhu vət-Tədil, 4/2, 69, 162, 6/219, 9/120, 281 və s.
    İbn Hibban (10-cu əsr), əs-Siqat, 1/141, 249, 3/157, 4/317, 5/286, 316, 419 və s. Bundan əlavə, əl-Məcruhin və Məşahiru uləmail-əmsar kitabları.
    Xətib Bağdadi (11-ci əsr), Tarixu Bəğdad, 1/175-176, 177, 181, 3/455 və s.
    İbn Əsir (13-cü əsr), Usdul-ğabə, 2/221, 330, 331, 378, 3/177, 272, 325, 4/18, 160, 5/185, 440 və s.
    Zəhəbi (14-cü əsr), Təzkirətül-hüffaz, 1/46, 65 və s. Bundan əlavə, Siyəru əlamin-nubəla, Tarixul-islam və Mizanul-etidal kitabları.
    İbn Həcər Əsqəlani (15-ci əsr), əl-İsabə, 1/90, 362, 3/192, 239, 4/81, 402, 421, 5/86, 222, 7/56, 213, 8/29, 107 və s. İbn Həcər, Təhzibut-təhzib, 1/335, 2/102, 145 və s.
    Deyəsən çox uzun oldu. Qısaldıram: İbn Əsakir (Tarixu mədinəti Dəməşq), İbn Əsir (əl-Kamil fit-tarix), Mezzi (Təhzibul-kəmal), İbn Kəsir (əl-Bidayə vən-nəhayə və əs-Sirətun-nəbəviyyə), İbn Xəldun (Tarix) və…
    Siyahını həddindən artıq uzatmaq olardı, amma müəllif bircə qaynaq istəmişdi. Buyurun müraciət edin. Bu mənbələrdə Salmanın iman gətirməsi, Peyğəmbərdən hədis rəvayət etməsi, vəfatı, Ömər ibn Xəttab tərəfindən Mədainə vali təyin olunması, bir sözlə, hər şey qeyd olunub. Qaynaqların hamısı əhli-sünnə məzhəbinin qiymətli əsərləridir. Bəzilərini qəsdən 13-14-15-cü əsrlərdən gətirdim, çünki onlar, xüsusən də Zəhəbi və Əsqəlani sıradan bir alim deyillər. Onların sözü əhli-sünnə üçün qanundur.
    Sayın Gəncalp, indi aydın oldu ki, nə də olsan, tarixçi deyilsən. Tarixdən xəbərin olsaydı, Nasir Purpirarın yazdığı bir kitabı, sənə sərf edir deyə tələm-tələsik tərcümə etməzdin. Axı deyirsən ki, ərəb dilini bilirsən, tərcümədən qabaq bir az araşdırsaydın nə olardı? Salmanın olmamasını da çox primitiv bəhanələrlə isbatlamağa çalışır və “Belə bir adam varmışsa, ərəb dilini necə öyrənmiş?”-deyirsən.
    Nə isə. Müzakirələrə qoşulan bacı və qardaşlara tövsiyə edərdim ki, Allahsızların yazısını oxumasınlar. Çünki, belələri obyektiv, qərəzsiz düşünməyi bacarsaydılar, mütləq Allahın varlığına iman gətirərdilər.

  29. Dil üzərinə

    1936-ci ildə AYB-nin başqanı Şamilovdur. Moskovadan gələn əmr üzərinə Azərbaycanda dilimizin imlası və sözləri Türkiyə fərqlənməlidir. Yazıçılar Birliyində keçirilən toplantıda MÜSAVATÇIlardan qalmış “dildə tükçülük” yerinə “dildə sovetizm” ilkəsi yerləşdirilmək istənir. 1937-ci ilin ərəfəsidir. Bu toplantıda fərqli düşünənlərin hamısı 1937-ci ildə öldürülürlər. Bu toplantıda o zaman çox gənc olan Müşfiq də iştirak edirdi.
    “Dildə sovetizm” ilkəsinin iki hədəfi var idi: 1. Azərbaycanı türk dilindən ayırmaq. 2. Dilimizi ruslaşdırmaq.
    Bu toplantı və ardından qurultaydan sonra sonra dilimizin imlası da deyişdirilir. örnəyin “evlad-övlad”, “devlət-dövlət”, “zevq-zövq”, şevq-şövq” və s. yazılır. Çünkü imlamız da türkiyə ilə fərqlənməli idi. Bəlkə bəziləri üçün bu imla fərqliliyinin önəmi olmaya bilər. Ancaq bir millət sadəcə bir vergelen yanlış yerdə qoyulması ilə də hissən və fikrən bütünlüyünü itirə bilər. Necə ki, Türkistanda elə oldu. Türkiyə və Azərbaycanda fərqli imla klavuzu gəlişdirildi.
    Bu gün Azərbaycan ədəbiyatında parlaq yer tutanların heç birisi yaradıcılıq dilini “Azərbaycan dili” olaraq tanımlamamaışlar. Cabbarlı, Cavid,, M.ə, Sabir, Hadi, Çəməınzəminli, Səməd Mənsur, Almas İldırım, Səməd Vurğun və digərləri türk dilində yazdıqlarını bildirmişlər. Vurğun məsələsi bir az dartışılasıdır. Onun “Natəvan” şeirində keçən “əvət” (Dərdin tarixlərin dərdidir əvət) və Stalinə yazdığı şeirində Azərbaycan qızlarını “türk” qızları adlandırması diqqət çəkicidir.
    Daha sonrakı dalğada, yəni azərbaycanlaşmış dildə dahiyanə ədəbiyat yetişm\ədi. Çünkü dilinin üzərində sovet qılıncı dumuşdu. Ədəbiyatın isə həm öznəsi, həm də nəsnəsi dildir.
    Bu gün dilimizin öz kökü üzərində başqa türkçələrlə inteqrasiyaya girməsi bir zərurətdir. Ya da dilimiz bu dəfə də ingiliscə sözlərlə dolmağa başlayacaq.
    Mənim dilimi tənqid edən arxadaşlar bilməlidirlər ki, mənim dilə, milli həyata və dünyaya baxışım bu bucaqdandır.

  30. Vüsal bəy, öncə təşəkkür, sonra… Bu meydan sizindir, meydanı boş buraxmamağınızı istərdim. Axı hərənin öz işi var! Mən getdim daşımı yonmağa. Uğurlar!

  31. Guntay özünü nədən gülünc vəziyyətə qoydun? MƏNBƏLƏR KİFAYƏT ETDİMİ? Sadelövh insanları aldatmaq hünər deyil, hünər SADƏLÖVHLƏRİN içində ÖZÜNÜ aldatmamaqdır.

  32. Men Genalpin yerine olsaydim hec bir shey yazmayib movzunu deyisherdim. Azerbayjan geribe yerdir, ilk baxishda adama ele kelir ki, her bir esassiz sozu demek ucun son dereje munbit yerdir. Hetta bir muddet adama furset de verirler ki, ozunu kostersin. Yadimdadir bir nece universitet telebesi merhum Cohreganlini bir kune goydular ki, cashib galdi. Bir soz tapa bilmeyib dedi ki, men bilmirem bura Bakidir, yoxsa Tehran?! Gejalpa basha dushduyu dilde tovsiye: Ta merd soxen negofte bashed, eybo honeresh hnehofte bashed. Her bishe keman meber ki, xalist, shayed pelenk xofte bashed. Vusala teshekkur ve muveffegiyyetler!

  33. Tarixi şəxsiyətlərin tənqidi üzərinə
    (Bu mövzuyla ilgili son deyerlendirme)

    Bu gün bir çoxlarının oxumadan peyqəmbərləşdirdikləri və toxunulmazlıq haqqı tanıdıqları tarixi şəxsiyətlər zamıanda bir-birlərini düşüncə planında ciddi şəkildə tənqid etmişlər və bütün inkişaf da əslində bu tənqid ortamında sağlanmışdır. Örnəyin Ərəstunu ən yaxşı tərcümə və təhlil edən Farabi olmuşdur. İbni Sina da ondan təsirlənmişdir. Ancaq birdən Qəzzali kimi böyük bir şəxsiyət yetişir, fiqhi, kəlamı, təfsiri dərindən öyrənir və sufilərin iç hallarının dərinliklərini bilmək üçün 9 il sufilərlə bir yerdə onlar kimi yaşayır. Təsəvvüfdən döndüyündə ondan “sufilik nədir?”-sorurlar. Qəzzali isə deyir ki, sufilik anladılan bir şey deyil, yaşanan bir şeydir.
    Qəzzali həm Farabini, həm də İbni Sinanı tənqid edir və “Tühafət- ül fəlasifə” (filosofların tutarsızlıqları) kitabını yazır. 80 il sonra İbni Rüşd kimi başqa böyük bir şəxsiyət yetişir və başda Qəzzali olmaq üzrə Farabi və İbni Sinanı da tənqid edir. Ünlü kitabı “Tühafət- ül Tühafə” (Tutarsızlıqların tutarsızlıqları) kimi böyük əsərini yazır. Bütün bu şəxsiyətlər bir-birlərini çox sərt şəkildə tənqid etmiş, hətta İbni Rüşd kimi Qərb dünyasını dərindən etkiləyən bir şərhçi Qəzzalini xəbisliklə ittiham edir. Qəzzalinin fəlsəfəyə qarşı çıxmasını bu şəkildə tənqid edir. Yüz illər üzərindən keçdikdən sonra əlbəttə ki, bu qədər bilgi artışı ilə tarix və tarixi şəxsiyətlərə tənqidi yanaşmanın olanaqları da artmışdır. Şübhəsiz ki, hər bir tənqid elmi səlahiyət tələb edir. Bu tənqid ortamında fikirlər bir-biri ilə toqquşur. Oxucunun gerçəyi anlama alternativləri daha da artır.

  34. “Siz bir tarixi qaynaq göstərin Səlman Farsi haqqında”- demişdi Güntay. Vüsal bəy ona kora görünəcək qədər qaynaq göstərdi. Elə güman etmək olardı ki, müəllif oxucuları çaşdırdığı üçün üzr istəyəcək. Amma o əvvəlki prinsipinə sadiq qaldı, yəni “mövzudan mövzuya atılmaq” prinsipinə. Düşünürəm ki, Azərbaycan mediasında “ara xəlvət, tülkü bəy” gümanı ilə özünə yer edən müəllifin alt-üst edilməsi vaxtı çatıb. Şah İsmayıldan belə şəxsiyyətyləri qaralayan, “la ilahə illəllah” düzgün tərcümə olunmayıb deyə sərsəmləyən, istənilən hipotezi mövzudan xəbərsiz insanlar üçün nəzərdə tutulan, Azəri türkcəsini açıq-aşkar təhqir edən “İran kommunisti” Güntay Gəncalpı qarşıda onun üçün arzuolunmaz ifşalar gözləyir. Bu məqaləyə yazılan şərhlərdən aydın oldu ki, müəllifin əksər sübutları quramadır. Necə ki, Şeyx Tusinin əsərini Həsirəddin Tusinin adına yazır. Sevgili İslam peyğəmbəri “Salman biz əhli-beytdəndir” buyurur, Güntay “Salman Farsi adlı biri olmayıb” deyir. Bu sözləri yalnız İran kommunusti deyə bilər!

  35. Edebsizlik etmeye gerek yox. Sadece bildiyiniz mözvularö danishin. 4-5 cumle soyush ve tehqir yazmaqla hech bir shey olmaz. Bu soyushlerin de mene tesiri olmaz. “Sheyx Tusini” ile “Xace Nesreddin Tusi” eyni adamdirlar. Once fars irqcisi olmush, sonra da mogullara siginmish, harda ash, orda bash olan Tusi. Riyazi bilgileri de olmush. Ancaq butun bunlar tarixde insanligin shuurunu qeyblere baglayaraq buxovlayan Tusilere tenqidi yanashmagi onleye bilmez. Sizin Azerbaycan dili haqqinda da ne yaziq ki, bilginiz bir kendli choban seviyesindedir. Bilmirsiniz. Bilmeniz uchun size qaynaq gosterirem gedin oxuyun:
    “Melhem qoyub ONARMA, sinemde qanli dagi
    Söndürme öz elinle, yandirdigin chiragi”
    yANI fUZULINI OXUYUN, ANLAMAZSINIZ, ANCAQ ANLAMAGA CHALISHDIGINIZDA DILI DE OYRENECEKSINIZ.
    “Dogruyam eshqinde ox tek, kipriyin TANIQ durur
    Qeddimi neychun keman etmek dilersen, etmegil”
    Yani Nesimini oxuyun. Anlamayacaqsiniz, ancaq anlamaga ozenseniz irelileyish elde edersiniz.
    Sizlerin beyninizi dini planda fars irqciliyinin olushdurdugu edebiyat ishgal etmish. Bunlari men bilirem. Ona gore Shah Ismayil kimi bir qatilden berk-berk yapishin.
    Kommunist olmaq her bir insanin tercih, sechim haqqi. Men kechmishde , yani 20 yashima qeder kommunist olmusham. Indi ise kommunistlerin boyukleri Marks ve Engelse boyuk sayqim var. Vehshi kapitalizmi yaxshi tenqid edib ehlileshmesine sebeb olmushlar.
    Altay, mubahise uchun bir seviye lazimdir ki, siz de yoxdur. tehqir etmek seviye deyl ki. Oz besitleyini, hechliyini ortaya qoyursan.
    Sen kimliyi bilinmez birisen. Kim oldugun belli deyil. Men hem Iranda, hem Bakida, hem Turkiyede, hem de xaricde yashayan turklerde qelemimle tesir buraxan birisiyem. Bunu bilmish ol. Senin soylediklerinin de mene bir onemi yoxdur. Madam ki, tehqirden xoshlanirsan. bunu yaziram ve bir daha sene cavab vermeyecem:”It hurer karvan kecher.”
    Sizin din anlayishiniza qarshi biz savash achmishiq. Sefeviyeye, Tusiliye. Hem de Axundov bashlatmish bu savashi ve biz de davamcilariyiq.
    Bakida olan dini qaynaqlari elmi hesab etmirem. Bakida qaynaq yoxdur.
    S. Farsi ile bagli Turkiye Diyanet Cakfinin kitablarini oxuyun. Bakida da var- “Hak sozunun vasikeleri”, “Esahbe-i keram” ve…
    Nasir Purpirar ise genish elmi bilgilerle Selamn Farsinin sonradan uyduruldugunu isbatladi….
    Siz kimsiniz ki? Hansi elmi selahiyetiniz var? Sizin sadece sual vermek haqqiniz var. Sual da vermediniz uchun oyrenmek istemirsiniz. O zaman ne qeder isteyirsen cahil qal.
    Ayrica bunu da bilmish ol ki, Erskin adli Fransiz arashdirmaci Sizin Shah Ismayilin hemoseksual oldugunu yazir. Yani ushaqlida yarashiqli oldugu uchun Ismayili zorlamishlar. Sonra da alishmish hemoluga. 14 yashinda shah olan ya da qerb ve farslar terefinden olushdurulan Ismayil bu yasha qeder harda qalmish?
    Shah Ismayil bashina tac qoyarken oxudugu metni kim yazmish? Bunlar sizin anlamayacaginiz konular.
    Ona gore de bildiyinizle ishle meshgul olsaniz yaxshi olar
    Tebrizin daglarinin adini deyishdirib Eynali Zeynali qoyan bu hemoseksual shah ismayil. Guya orada Hz. Huseynin ogullarinin mezari varmish. Sefeviyet butunu ile yalan, cahelat, nifret ve kin uzerinde qurulmushdur. Madam ki, Sherietini xoshlayirsiniz, o zaman onun “Sefevi shiesi”ni oxuyun. Yani dartishmaya girmeden butun omrunuz boyunca hech olmasa yalniz bir tek kitab oxuyun sonra. Chayxana shuuru ile hech bir shey olmaz. Yalniz yenilersiniz ve bashlarsiniz edebsizlik etmeye. Edebsizlik etmek senin kimi cahillerin ishidir. Ancaq ne qeder edebsizlik edirsen et. menim uchun onemi yoxdur. Men oz ishlerime davam edirem, yani aydinlatma ishlerime… Hunerin ve bilgin varsa burada soyush deyil, tehqir deyil, ciddi bir meqale yaz gorek ne deyirsen? Senin seviyen ele budur, yani sehifelerin altinda kimliyi belirsiz adla 4-5 tehqir sozleri yazmaq. Ne etmek olar? Senin seviyen budur, menimki de her il 4-5 kitab yazmaqdir. tanri her kese bir sviye vermish…

  36. Azərbaycan ziyalısına, Kultaz-a, Əlyazmalar instituna, Yazıçılar İttifaqına müraciət edirəm: Araşdırma aparın, görün fiqh alimi Şeyx Tusi ilə Xacə Nəsirəddin Tusi eyni adamdırdırmı? Bu iki alimi 2 əsrlik bir dövr ayırır, ay inadkar bisavad! Təkcə bunu sübut et, Azərbaycanda səndən çox tanınmış birinin imzası ilə üzr istəyim. O ki qaldı təhqirə, mən sənə Şah İsmayıla, Tusiyə, Şəriətiyə ünvanladıqlarını qaytarmışam. Bir də bir axsaq dəvəyə karvan deməzlər. Əgər karvan sənsənsə, sənə hürən it olmaq mənim şərəfimdir! Məmləkəti uyuşdurucudan qoruyan it olmaq həmin yükü beyinlərə çatdıran axsaq dəvə olmaqdan min qat fəzilətlidir.

  37. Kul O insanlarin basina ki, Azerbaycanin igid oglu SAH İSMAYİLA HOMOSEKSUAL DEYENlerin yazisini meqale hesab edib, camaata oxutdurur. Heqiqeten nifret etdim size!

  38. Kult.az heqiqeti sevirsense bu serhi ver, bilek ki, sen Guntay kimilerini himaye etmirsen! Azerbaycana Rusiya hucum edende Guntay kimiler BİZİ QOYUB Arazdan asib İrana getdiler!!!!

  39. Azərbaycandakı mənbələri mötəbər saymayan müəllifin nəzərinə:
    “Loğətnameyi-Dehxuda”, cild 1, səhifə 611:
    Əbu Cəfər Tusi – Məhəmməd ibn Hüseyn ibn Əli Tusi; ləğəbi “Şeyxut-Taifə”; şiə fiqh başçılarındandır; 20 cildlik “Tibyan” təfsirinin müəllifi; hicri-qəməri 460-cı ilin məhərrəm ayında 75 yaşında Nəcəfdə dünyasını dəyişib…
    “Loğətnameyi-Dehxuda”, cild 14, səhifə 22545:
    Nəsirəddin Tusi – Xacə Məhəmməd ibn Fəxrəddin Məhəmməd ibn Həsən; ləğəbi “Ustadul-bəşər”; hicri-qəməri 597-ci ildə Tus şəhərində anadan olmuşdur…
    Gördüyünüz kimi, Şeyx Tusi vəfat edəndən 137 il sonra Həsirəddin Tusi dünyaya gəlib.
    Normal adam üçün üzr istəməkdən başqa yer qalmır!

  40. Məncə bu qədər dərinə getmək lazım deyildi… Doğrusu nə yazacağımı bilmirəm. Gəncalpdan bu qədər inadkarlıq gözləmirdim. Axı bu iki Tusinin şəxsiyyətləri başqa-başqadır, onlar adi bir alim deyillər ki, tanınmasınlar. İslam elmi dairələrində onları tanımayan yoxdur. Onların həyat və yaradıcılıqları, əsərləri tam şəffaflığı ilə aydındır. Əgər əsl qaynaqlara müraciət etmək imkanınız yoxdursa, heç olmasa Azərbaycan Sovet Ensiklopediyasına (c. 9, səh. 386) baxın. Amma yox, deyəcəksiz ki, Bakida qaynaq yoxdur. Onda ele tövsiyə etdiyiniz Turkiye Diyanet Vakfinin İslam Ensiklopedisinə müraciət edin, orda da olmalıdır.
    Salman Farsilə bağlı ədəbiyyat göstərirsiz. Bu umumi kutle uchundur, amma sizin kimi ildə 4-5 kitab yazan adam hansı arashdirmaları aparıb bu barədə? İlkin tarixi qaynaqlara istinadən inkar edə bilərsizmi onun varlığını?
    Şah İsmayıl mövzusu yeni mövzudur, hələlik buna qoşulmaq istəmirəm. Çünki əlimdə yetərincə tədqiqat işi var. Lakin bir məsələni qeyd etmək istəyirəm. Bilirsizmi, tarix çox qəliz elmdir. Hansısa tarixi qaynaqda ən dahi bir şəxsiyyətin də əleyhinə nəsə tapmaq olar. Özünə sərf edəni götürüb aləmə car çəkən hər bir kəsə tarixçi demirlər. Tarixçi məsələlərə öz şəxsi mövqeyindən deyil, kompleks yanaşmağı bacarmalı, hər bir xəbəri, hər bir hadisəni öz kontekstində araşdırmalıdır. “Ayrica bunu da bilmish ol ki, Erskin adli Fransiz arashdirmaci Sizin Shah Ismayilin hemoseksual oldugunu yazir” -demək sizə yaraşmaz. Tərəf-müqabilinizi ədəbsizlıikdə suçlayır, lakin bir insanın, bir millətin (doğru, ya yanlış) tarixi qəhrəmanının şəxsiyyətini aşağılayır, hansısa fransızın söyüşünü çatdırırsız. Sizdən soruşuram: Bu fransıza bu qədər inam haradan yarandı sizdə? Ona qoşulub da “Tebrizin daglarinin adini deyishdirib Eynali Zeynali qoyan bu HOMOSEKSUAL shah ismayil” -deyərkən bu cürəti, bu məsuliyyət hissini omu bəxş etdi?
    Salman məsələsində də yalnız sizə lazım olanların tədqiqatını, subyektiv fikrini qəbul edirsiz. Mən nə Purpiparı, nə də onun digər həmfikirlərini tanıyıram, kitabları da yoxdur məndə. Siz özünüz bu fikirlə razısızsa, dəlil göstərin. Əks təqdirdə, nə üçün əsasınız olmaya-olmaya izləyicilərdə şübhə yaradırsız?

  41. Neçə gündür buradakı söz güləşdirmələrini oxuyur və haradasa normal qarşılayırdım. Düşünürdüm ki, hər tərəfin öz fikrini demək hüqüqu var. Amma Güntaya alternativlik edənlər son anda “Xoruzun quyruğunu” göstərdilər deyə məlumatsız oxuculara bəzi məqamları çatdırmağı özümə borc bildim.
    Yazılarda adı keçən Əsgər Fərdi kimdir? Əsgər Fərdi Azərbaycanda meydan hərəkatı dövründə bakıda tez-tez görünən, bütün günü orda-burda “Güney Azərbaycanın müstəqilliyindən” dəm vuran, əslində isə İran kəşfiyyatının rezidensiyasını qurmaqla məşğul olan biri idi. Daha sonra məsələlər azacıq sakitləşəndən sonra MTN onu ifşa edərək, Azərbaycandan çıxardı. əsgər Fərdi həm də uzun müddət Şəhriyarın katibi olub. Belə deyək: ETTELAAT tərəfindən Şəhriyara qoyulmuş nəzarətçi. İndi isə bütün günü Azərbaycan əleyhinə təbliğat aparan “Səhər” kanalının əsas simalarından biridir. əsgər Fərdi artıq açılmış kartdır. Deməli, Altay (və ya onun digər nikləri- Vusal və s.) Güntaya qarşı fikir yürüdərkən, öz iddia etdikləri kimi, həqiqəti müdafiə etmək yox, İranın tapşırığını yerinə yetirmək vəzifəsini görürlər. Ümumiyyətlə, son zamanlar İrançıların virtual məkanda fəallaşdıqlarını qeyd etmək də yerinə düşərdi. Bu, qalsın sonrakı məqama. İndilikdə bu prosesləırin bir zamanlar iştirakçısı olmuş, indi də məlumatlı bir şəxs kimi bəzi şeyləri qeyd etməyi lazım bildim.
    Uğurlar.

  42. Bu dartishmalarin mene bir xeyiri oldu ki, bir sehvimi duzeltdim. Nedense men Tibyani Nesreddin Tusinin hesab etmishdim. hem de 10 ilden artiqdir bele sanmishdim. Ancaq men ensklopediya deyolem ki, bele sehv salmalar her zaman her kesde ola biler. Hetta Sohrevedileri de men eyni shexs bilmishdim tarix boyunca. onu da 10 il once bir dartishmada anladim.
    Bunlar teknik sorunlardir.
    Shah Ismayil haqqinda daha her terefli bilgi elde etmek uchun en yaxshi qaynaq ElevilerinAnkarada yayinladiqlari “YOL” dergisidir. En ciddi arashdirmacilarin Ismayil uzerine yazilari var bu dergide.
    1508-ci ilde “Laliq” (Turk beyliklerinin idare heyeti) qurulunu legv edib yerine farsciligi getiri Ismayil: “Vekile nefse humayuni)
    1511-de Ismayila esger vermeyen Erzincan qizilbashlarina sahib chixmir ve hamisi Osmanli terefinden qilicdan kechirilir.
    1505-de Shah Ismayilin farslashdirma emeliyatina qarshi qizilbashlar ayaqlanir ve Shah Ismayilin teyin etdiyi 5 fars valisini öldururler.
    Livanda ne qede dilenci shie dervish varsa Ismayilin deveti uzerine Tebrize gelib Sefevi SHie devletinin shie merkezli huququnu yazirlar. Shieleshen Sefeviye hem ermenileshmeye bashlayir. Culfa ve civarinda yashayan ermenileri Isfahana dashiyib ve Isfahanda Culfa adinda bir ermeni qesebesi tesis edirler. Saray ermenilerin, gurculerin ve farslarin eline kechir. Qizilbashlar saraydan uzaqlashdirilib “shahseven”leshdirilirler. Yani sadece shain hammaligi edirler, daha dogrusu suretle farslashan sefevilerin. Sefevi zamanina qeder hech bir tarixi qaynaqda iran adi kechmez. Iran adinda tarixde erazi ve olke olmamishidr. Hz. Mehemmed de Xosrov Pervize mektub yazarken onu “pesr shai” xitab eder. Chunku Iran ve turan ilk defe shahnamede mifik sozler kimi kecher. Daha sonra Sefevilerin zamaninda olke adi kimi qeyri resmi olaraq teleffuz edilmeye bashlar. Yani ideoloji baximdan Iran mekanini sefeviler ortaya qoydular. Shah Ismayilin da ogullarinin, qizlarinin adi hamisi Shahname qaynaqli: Sam, Tehmasib ve…
    Shah Ismayila qeder “shah” sozu isimden once gelirdi: Cahan shah. Ancaq sefevilerden sonra isimden once gelemeye bashladi “shah” sozu. Isimden once gelen “shah” sozu fars dilinin cumle qurulushu, isimden sonra gelen “shah” sozu turk dilinin cumle qurulushudur. nece ki, sefevikler dagildiqdan sonra da “shah” sozu isimden sonra gelmishdir. “Nadirsha”, Qacar shah”
    Butun bunlar dushunce farslashmanin ve shuubiyenin sefevi adi ile meydana chixmasindan bashqa bir shey deyildir. Sefevilerden sonra dilimiz de fars dilinin cumle qurulushuna teslim oldu. yuzlerce soz dilimizden uzaqlashib yerine farsca sozler oturdu. Yani fars dilinde qarshiligi olmayan sozler zamanla dilimizden silindi: Meselen “bu” ve “on”nun arasindaki mekana ishare eden “shu” dilimizden chixdi, chunku fars dilinde “shu” yioxdur. “kendi” sozu dilimizden chixdi chunku fasrcada qarshiligi yoxdur. “ben” ise “män” oldu, chunku farslar “men” deyirler. Bir haldaki turk dilinde shexs evezliklerinin kök herfi silinmir. meselen “ben” evezliyindeki “b” herfi coxluq sheklinde “Biz”de de qalir. Ancaq bizde qalmamish. elece de “s” herfi “sen” ve “o” herfi ise “Siz”, Onlar”da qalmishdir. Ancaq “b” “m” herfine donushmushdu. chunku farslar “ben” sozune “men” deyirler. Fuzulide, Nesimide “men” evezliyine rast gelmirik. bu kimi yuzlerce oszlerimiz fars milliyetciligi prejesi olan sefeviler terefinden dilimizden silindi. Indi ise Quzey Azerbaycan dilcilik elmine sefevi qafasi hakimdir. Bir haldaki bu gun oz dillerinde yazib oxumayan Iran turkmenlerinin soz dagarcigi ve keshmishle mebtiqli irtibatlari Azerbaycan turkcesinden daha yukseksdir. Neden? Chunku Sefeviyet onlara qalib gelmedi ve sunni olaraq aldilar. Quzey Azerbaycanda dilcilik elmine hakim olan sefevi qafasi dilimizi diger turkcelerden tecrid edib bir ada diline donushdurmek isteyirler. Dede qorquddan, kashqarlidan bir soz kullanarken bunlar arxeikdir deyirler. Ancaq erebin farsin sozleri ise vetendashliq qazanmishdir!!!!!!!!
    Ona gore de dilimizi pozmayin deye bagiranlar eslinde dilimizi bilmirler. bunlarin ovundukleri 5-6 yuz sozle ne felsefe, ne roman, hech bir derin shey yazmaq olmaz. Nece ki, Azerbaycan romanciligi Yusif Vezie Chemenzeminlinin timsalinda parladi. Neden? Chunku orada turk dili kendi yapisi uzerinde yukselmek istemishdir de o uzden.

  43. Natiqcan! Mən MTN-nin İran Kəşfiyyatına işləyən yüksək çinli zabitiyəm, 11 sentyabrda əkizlərin belini mən qırmışam, Mumbay da mənim planımdır, Azərbaycanda qadın alverinə mən nəzarət edirəm, Qarabağı ermənilərə mən vermişəm, Azərbaycanı ikiyə bölən də mənəm, bir saat qabaq Əsğər Fərdi, Lənkəranlı Əlikram, Sarkisyan, bir də Mircəfər Bağırovla çay içirdik. Mən deyirəm ki, Güntayın Şah İsmayıla homoseksual, Tusiyə əxlaqsız deməsi normal qarşılana bilməz. Əgər sənin nəzərində Pis adamın dedikləri inkar olunmalıdırsa, demək, məntiq adlı gerçəkdən xəbərsizsən. Mən şalvar geyirəm,gərək sən geyməyəsən, mən üzümü yuyuram gərək sən yumayasan. Əgər pərdə arxasında səni Güntayla birləşdirən bir münasibət yoxsa, gəl kişi kimi danışaq!

  44. Altay bey oxuyub aydınlanmanız gərəkən bir neçə yazını buraya yazıram adrslərini.
    http://almaqezeti.com/?mod=view&id=2928
    http://almaqezeti.com/?mod=view&id=2953
    http://almaqezeti.com/?mod=view&id=2988
    http://almaqezeti.com/?mod=view&id=2761
    Bu yazıların birinci bölümü “Əli Şəriəti Kabusu”dur, ikinci bölüm isə “Antiaxindov və Axundov” mövzuları üzərinədir. Əli Çəriətiyə bir də başqa açıdan baxan bir yazı oxumanızda fayda olar. Şəhriyarla Fərdi məsləsinə toxunmuşsunuz. Şəhriyarın “Səhəndiyə” şeirini saxtalaşdıran bu adamı mötəbər qaynaq olaraq görməniz sizə şübhə yaradır. Yaxşı elə oxumaqdır.
    Mənim hədəfim Azərbaycanda islamiyəti başyarma, zincirvurma, ağlaşma səviyəsinə endirən səfəviliyi elmi şəkildə və tarixi qaynaqlarından yola çıxaraq ifşa etməkdir.
    Səfəvilərin Azərbaycanla ilişkisi yoxdur, qızılbaşlar Azərbaycan gerçəyi deyildi. Osmanlı -Anadolu gerçəyi idi. İsmayıl özü də 3 nəsl idi Ərdəbildən ayrılmışdılar. Qaraqoyunlular səfəviliyin fitnəsindən xəbərdar olduqları üçün Cüneyd çıxarmışdılar ölkədən.
    Ayrıca, Şah İsmayılın şair olduğu da uydurmadır. Qaynaq göstərirəm sizə
    Elmlər Akademiyasında gedin Şah İsmayılın farsca divanını aın oxuyun. Görəcəksiniz ki, fars dilində olan şeirləri ilə, türk dilindəki şeirlərin müəllifi eyni adam deyildir. Farsca şeirin arxasında şiə bir kimlik dayanmaqdadır, türkçə şeirin arxasında Ələvi bir kimlik. Bugün İranda Ələviləri edam edirlər. Şiə və Ələvi bir birinin düşmənidir. Ələvilik haqqında burda danışmaq istəmirəm, bu haqda çoxlu məlumatlar var. Ən son Urmuda bir ələvini edam etdilər inancından dolayı.
    Şah İsmayılın şair olmaması ilə bağlı ikinci dəlil. Tarixi sənədlər göstərir ki, şah ismayıl 14 yaşına qədər İstəxrqalada yaşamışdır. Yəni türk dilində heç danışılmayan bir məkanda. Gilanın meşələrində. İnsanın da bir dili öyrənməsi zatən əsasan 14 yaşına qədərki dönəm də olur. İsmayıl şah olandan sonra da həyatı savaşlarda keçmiş və türkçəni bu qədər dərinliyinə öyrənməyə vaxt tapa bilməzdi.
    Üçüncü dəlil. İsmayıl 37 il yaşamışdır. Ömrü siyasətlə və savaşla keçən bir insan bu qədər əsər yazmağa vaxt tapa bilməzdi. Bu qədər yaşamaqla bu qədər əsrləri yazmaq mümkün olmazdı.
    Dördüncü dəlil. Mən Türkiyədə bir kitaba rast gəldim. Kitabın adı belə idi: “Xətailər” Burada bir sürü Xatai adında şeir yazan şairin əsərləri var idi, o cümlədən İsmayıl Xətainin də. Bəlli olmur hansı şeir hansı xətainindir.
    Bu üzdən də böyük ehtimala görə nə İsmayıl, nə də Sultan Səlim şair olmuşar. Sadəcə başqalarına yazdırıb öz adlarına çıxıb və sonra da şeirin əsil yazarının başını kəsmişlər. Çünkü əski zamanlarda şahın şair olması müsbət özəllik sayılırdı. Zamanım icab etsə bunları yazacağam.
    “İsmayılın Hürrün qəbrini açması” hamısı uydurma yalandır.

  45. Əsəbi görünürsən. Əsğər Fərdinin mötəbərliyini harada dedim? Dedim ki, Əsğər Fərdinin Şəhriyarla görüşüb-danışdığını sübut edən faktlar var. Sən də əvvəlcə sübut et ki, ümumiyyətlə Şəhriyarla görüşmüsən. Sonra onun dilindən söylədiklərinin nəzm variantını göstər. Şairi başqalarından fərqləndirən odur ki, münasibətini şerlə bildirir. Dante İslama nifrətini “İlahi komediya”sında göstərdi. Əgər Şəhriyar mənim kimi qeybətlə məşğul imişsə, heç ona şair demək düzgün deyil. Şairin kimliyi, əqidəsi, arzuları, sevgisi, nifrəti şerindədir. “Leyli və Məcnun”u yazanla onu səhnələşdirən arasında mühüm bir fərq var: qəhrəmanları biri ideallaşdırır, o biri adiləşdirir. Şəhriyarın dilindən ucuz sözlər deməyin səni daha çox səhnələşdirənə bənzədir. Mən Şəhriyar haqqında çox yüksək, qeybətə yer qalmayacaq həddə yüksək fikirdəyəm. Amma sənin yazın onu siyasi çaxnaşmalarının yelində oynayan müxalifətçiyə bənzədir.

  46. Şükür Allaha ki, bir mövzu qapandı: Tusi məsələsi. Salman Farsi haqqında isə nəticəyə gələ bilmədik. Gəncalp bir tarixi qaynaq istədi, biz də göstərdik. Amma o yenə bizə yeni tədqiqatların ünvanını verdi. Axırda biri peyda olub məni Altayla, ikimizi də Əsğər Fərdi ilə eyniləşdirdi. Şah İsmayıla Homoseksual demənin yanlışlığından danışdıq, mövzu yaddan çıxdı, əvəzinə Səfəvilərin tarixini başlatdılar. Bir az sonra Şəhriyarın kartı ortaya atıldı. Tez-tez mövzu dəyişməklə bir yerə çıxası deyilik. Hamıya uğurlar! Allah hamımızı özünün doğru yoluna hidayət etsin!

  47. Sizin yazınızı tam oxuya bilmədim.Amma bzəi cümlələr maraqlıdır.Təşəkkürlər.Asif Ata düşüncələri və fikirləri kulta və ya əsas prinsipə çevrilməməlidir.Allahın kitabını, dolayısı ilə İslamı inkar edən bir düşüncə nə qədər mənalıdır, bilmirəm.

Şərh yazın