Beynəlxalq fotomüsabiqə başlayır
Yazar: Admin | Bölmə: Foto | Tarix: 06 Nisan, 2009
Azərbaycan jurnalistləri də müsabiqədə iştirak edə biləcəklər
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Cənubi-Şərqi Asiya üzrə Media Təşkilatı (SEEMO) insan hüquqları mövzusunda fotomüsabiqə elan edib. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun Kultaz.com-a verdiyi açıqlamasına görə, “BETA” xəbər agentliyi tərəfindən təşkil olunan müsabiqə Cənubi Şərqi Avropa ölkələrinin fotomüxbirlərini əhatə edəcək: “Azərbaycan jurnalistlərinin də qatıla biləcəyi bu müsabiqəyə iş təcrübəsindən asılı olmayaraq, qəzet, jurnal və indformasiya agentliklərinin fotomüxbirləri qatıla bilərlər. Müsabiqəyə 19 may 2009-cu ilə, yəni ərizələrin son qəbul gününə qədər göndərilən foroşəkillər qəbul olunacaq. Peşəkar münsiflər heyəti tərəfindən müəyyən olunacaq ilk üç yerin qalibi müvafiq olaraq 1000, 750, 500 avro məbləğində mükafatlandırılacaq”.
U.Rəhimoğlu həmçinin ilk üçlüyə düşən fotoşəkillərin Avropanın bir sıra qəzet və jurnallarında nəşrinin nəzərdə tutulduğunu da bildirib.
19 aprel 2009-cu ildə start veriləcək yarışmaya qatılmaq istəyən hər kəs 300 dpi və jpg formatında və həcmi 3 mb-dan artıq olmamaq şərti ilə maksimum 5 fotoşəkil təqdim edə bilər. Ərizə və fotoşəkillər betafotokonkurs@gmail.com poçtunda qəbul olunacaq. Əlavə və daha ətraflı məlumatları www.seemo.org saytından ala bilərsiniz.





Yüklənir...