Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı nəşr olunub
Yazar: Admin | Bölmə: Köşələr, Xəbərlər | Tarix: 06 Nisan, 2009
Xalq yazıçısı Elçinin kitabları Türkiyənin müxtəlif nəşriyyatlarında müntəzəm nəşr olunur, pyesləri ölkənin teatrlarında tamaşaya qoyulur. Bu günlərdə isə Ankaranın məşhur “MEB” nəşriyyatı Elçinin uşaqlar üçün yazdığı hekayələri rəngli illüstrasiyalarla nəfis şəkildə çap edib. “Kukla, yoxsa Aysu?” (“Bebek mi, Aysumu?”) adlı kitaba toplanmış hekayələri türk dilinə Avropada yaşayan görkəmli türk yazıçısı Yücel Feyzioğlu çevirib. Y.Feyzioğlu eyni zamanda kitaba ön söz yazıb.
Ön sözdə deyilir: “Elçinin dili şırıl sular kimi təmiz, çiçəklər kimi rəngarəngdir. Azərbaycan türkcəsi, ümumiyyətlə, çox şirindir… Onun qələmi ilə daha da gözəlləşir… İnsanın içinə ümid saçır. Elçinin romanları, hekayətləri 19 dildə nəşr edilib. Əsərlərinin tirajı üç milyonu keçib.”
“Kukla, yoxsa Aysu?” Elçinin Türkiyədə nəşr olunmuş 18-ci kitabıdır.





Yüklənir...