Taleh Şahsuvarlı. Ədəbiyyatın mavi fonu

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 08 Nisan, 2009

taleh-shahsuvarli-1(Artuş, Zaur və Ələkbər haqqında)

Bu yazını qələmə almazdan öncə başımı çox sındırdım, hətta tərəddüdümü ürək qızdırdığım həmkarlarımla da paylaşdım. Ağzımdan vurdular: “Başına mövzu qəhətdirsə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən yaz!..” Məhz o narazılıqlar məni “Artuş və Zaur” romanı haqqında susmamağa vadar etdi. Əmin oldum ki, ədəbi gündəmin balıq qoxulu imzaları qələmimizin ucuna gəlməyə əsla və əsla layiq olmasalar belə, onların məhsullarını dəyərləndirmək vacibdir. O sadə səbəbə görə ki, müasir ədəbiyyatda “mətndən qıraqda heç nə yoxdur” prinsipi mövcuddur və şəxsən məni “Artuş və Zaur”un müəllifi deyil, bədii məziyyətləri maraqlandırır. Müəllifə görə, mətnə münasibət bildirmək və ya bildirməmək Azərbaycanın ədəbi mühitinin ən yaramaz cəhətidir, yaramazlıqla yaradıcılığa qiymət vermək ənənəsi adamlar kimi, mətnləri və istedadları da kor qoyur. Ona görə də Ələkbər Dilvurdu imzasını unutmağı və onun yerinə MÜƏLLİF kəlməsini qullanmağı münasib bilirəm. Ə.Dilvurdu bizim tanıdığımız, qəbul etdiyimiz və ya etmədiyimiz adamdır; MÜƏLLİFə münasibətimizi isə yenicə tanış olduğumuz MƏTN formalaşdırır. Beləliklə, gəlin mətnə nəzər salaq.

Ədəbi mətn hər şeydən əvvəl dil hadisəsidir!- janrından, MÖVZUsundan və üslubundan asılı olmayaraq, bu aksioma hər bir bədii ədəbiyyat nümunəsi üçün keçərlidir. Mənim mətni redaktə edən tənqidçilərdən həmişə acığım gəlib, hesab edirəm ki, müəllifin üslubunu və yazı texnikasını qurdalamaq lüzumsuzdur. Amma iş ondadır ki, üslub və yazı texnikası anlayışlarının “Artuş və Zaur” romanı ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur, söz açdığımız mətn başdan-başa imla xətaları ilə doludur və az qala hər sətir müəllifin Azərbaycan dilini orta məktəb şagirdi səviyyəsində bilmədiyini ortaya qoyur. Bir-iki fakt: “Zaur meynə ağacının altında borudan şırıl-şırıl axıb gedən sərin su ilə əl-üzünü yudu”- cümləsində “axıb gedən” əvəzinə “axan” yazmaq olardı, amma mənim üzərinə vurğu salmaq istədiyim məsələ o deyil. Meynə (rusca: “vinoqradnaə loza”) elə “ağac”, “çubuq” deməkdir- üzümün ağacı. Həmin deyimi daha yaxşı anlamaq üçün bir atalar sözünü yada salaq: “Meynə ək, üzüm olsun, yeməyə üzün olsun!” Meynənin yarpaqları, budaqları olur, ağacları yox, çünki “meynə ağacları” demək, təqribən “ağac ağacları”, “çubuq ağacları”, “kol ağacları” demək kimi bir şeydir. Bunu keçmək olar. Amma “roman” deyə təqdim olunan mətndə “ahıl qocalar” söz birləşməsinin işlənməsini heç nəyə və heç kimə keçmək olmaz: “Bununla onlar hərbi texnikanın hərəkətinin dayandırılacağını ümid edirdilər. Texnika isə nəinki hərəkətini dayandırır, əksinə daha da sürətlənərək onları yerlə bir edirdi, körpə uşaqları, səsə-küyə çölə çıxan xəstə, ahıl qocaları belə qanlarına qəltan edir, qətlə yetirirdilər.” Mübtəda ilə xəbərin uzlaşmasını öyrənmək üçün müəllif orta məktəb dərsliklərinə, fars mənşəli “ahıl” sözünün “qocalmağa başlayan adam” mənasında işləndiyini anlamaq üçünsə izahlı lüğətə baxmalıdır. Yuxarıdakı sitata izahlı variantda baxaq: “qocalmağa başlayan qocalar…” Məncə, bu yerdə kifayətlənmək də olardı. “Baş verən hadisənin miqyasını dərk etməyən bir çox adam”, “mətbəxdə qazan asıb ailəsi üçün yemək bişirən ana”, “Sovet ordusunun böyük kontingentinin xüsusi təyinatlı bölmələri”, “Artuş kamera bağlantısını da qoşaraq ekranda göründü” sayaq yüzlərlə naqisliklərin, “uşaqların, sanki qəfildən qırmızı zənbillə göydən güllənin qabağına düşməsi” kimi rabitəsizliklərin üstünə gəlmək artıqdır. Alababat inşa yaza bilməyən bir müəllifin “əsəri”ni zibil yeşiyinə tullamaq vaxtın hədər getməməsi üçün ən yaxşı yoldur.

Tələsməyək və ona şahid olaq ki, gah İçərişəhərdə böyümüş Zaur Azərbaycan dilinin Qərb dialektində (!) danışır, gah “şəhər uşağı” kənd təbirləri qullanır, gah da obrazın ağzından onun öz təbii sualları yox, müəllifin müşahidəçi marağından doğan sorğular çıxır. Obrazın yerinə “danışa bilməmək”, bəzən özünü obrazla eyniləşdirmək, bəzən isə səhv salmaq müəllifin qeyri-peşəkarlığından və komplekslərindən ziyadə, ümumiyyətlə, ədəbiyyatdan başının çıxmaması, necə deyərlər, başı çıxmayan yerə bədənini soxmasıdır. Buna da göz yumaq! Və yeri gəlmişkən maraqlanaq ki, Zaur kimdir?

Xronoloji təhlildən məlum olur ki, Zaur 1989-90 tədris ilində 134 saylı orta məktəbin 9b sinfində Artuşla birgə təhsil alıb. (1990-cı ilin yanvarında evləri yağmalanan Artuş ailəsi ilə birgə Bakını tərk edib.) Ali təhsillidir, alimlik dərəcəsi yoxdur və bir QHT-nin aparıcı şəxslərindəndir. O, 13 yaşında Artuşla ilk dəfə homoseksual əlaqəyə girib. 2006-cı ildə Tiflisə xalq diplomatı kimi gedib və oradakı tədbirdə erməni həmcinsi ilə rastlaşıb.

Bu nüanslar onu düşünməyə əsas verir ki, Zaur 1991-1992-ci dərs ilində orta məktəbi bitirib və ən uzağı (!) 1998-cu ildə ali təhsilini tamamlayıb. Proseduraya görə, Zaur 1999-cu ildən gec olmayaraq hərbi xidmətə çağırılmalı idi. Lakin “əsər”dən Zaurun hərbi xidmətə getmədiyi məlum olur, əks halda, Ermənistan ordusunda homoseksualların gününə təəccüblənməz, Azərbaycan silahlı qüvvələrində geylərə əziyyət verilmədiyini iddia edəndə erməni həmcinsi “başqalarının problemindən çox danışmağı” yersiz saymazdı. Çox pakizə, bəs Zaur niyə hərbi xidmətə getməyib? 2006-cı ilə qədər ordudan necə yayınıb? Ehtimallar irəli sürək:
- Çağırışçıların müayinəsində homoseksual olduğu üzə çıxıb;
- Rüşvətlə ordudan yayınıb.

Türklər, adətən, belə məqamlara “dananın quyruğunun qopduğu an” deyirlər. Zaurun bioqrafiyasının dolğun işlənməməsi müəllifin bədii təxəyyülünün primitivliyindən xəbər verir və “əsəri” TAMAMİLƏ fiaskoya uğradır. Niyə? Əgər Zaurun eşcinsəlliyi ailəsinə və cəmiyyətinə məlum idisə, a) ilk növbədə onunla valideynləri arasında konfliktlər mətnə salınmalı idi; b) müəllifin tənqid etdiyi homofobik cəmiyyətdə rəngi üzünə yaxılmış adam III sektorun əhəmiyyətli adamlarından birinə, ideoloqa çevrilə bilməzdi (əgər çevrilə bilərdisə, onda “düyün”lər başqa cür vurulmalıydı). Zaurun seksual oriyentasiyasının anormallığının üzə çıxması mətnin bütün strukturunu, mətndəki sosial münasibətlər sistemini (!) kökündən dəyişməli idi- amma anlaşılan budur ki, Zaur cinsi mənsubiyyətini gizlədib. Deməli, ORDUDAN RÜŞVƏTLƏ YAYINIB! Və EFFEKT öldü! Ümumiyyətlə, süni elementlərə “kitab”da çox rast gəlinir. Misal üçün, bir söhbətdə “aşiqlər” regiondakı gələcək nəsillərin dərdini çəkirlər, başqa bir dialoqda isə heç vaxt analarının evdə gəlin görməyəcəklərini söyləyirlər. Müəllifə sual yaranır: “gələcək nəsil” kimdən əmələ gələcək?

Müəllif elementar süjet yarada, kombinasiyalar qura, konfliktləri inkişaf etdirə, xarakterləri formalaşdıra, peyzaj yarada bilmir. Məsələn, iki günlük homoseksual macəradan sonra Zaur “haldan düşür” və oteldə öz otağına çəkilib yatmaq istəyir. O zaman: “aralarında iki gün dalbadal yaşananları təhlil etmək üçün zamana ehtiyaclarının olduğunu Artuş da bilirdi əslində, amma duyğularına, şiddətli şəhvət və ehtirasına qalib gələ bilmirdi”. Bilmirdisə, Artuş səhərəcən yatağında Zauru arzulamalı idi, lakin müəllif onu “depressiyaya salır” və “düşündürür”. Süjet xətti haqqında elementar təsəvvürü olan ixtiyari müəllif o vəziyyətdə Artuşun düşüncələrini Zaura “sevgi”sinin tibbi patologiyasına və sosial fəsadlarına yönəltməli, o cümlədən, əsərin ideyasını, əsas mesajlarını oxucuya təqdim etməliydi. Əvəzində:
“Artuşun gözünə yuxu girmirdi. Zaurla münasibətlərini düşünür, düşündükcə də havalanan kimi olurdu. “Bu nə qəribə hadisələrdir mən yaşayıram? Nə dəhşətli işlər görürəm? Bu nə sevdadır düşmüşəm? İlahi, sən özün mənə kömək ol!..”

Əvvəla, Azərbaycan dilini bilən kəs “gözünə yuxu getmirdi” yazardı, “havalanan kimi olurdu” yox, sadəcə “havalanırdı” yazmaq bəs edirdi; ikincisi, o sualları Artuş özünə 30-31 yaşında, homoseksual təcrübəsinin zəngin vaxtında yox, 13 yaşında arxasını Zaura çevirəndə verməliydi. Müəllif sınıq-salxaq cümlələrlə o gecəni “yola verir” və sonradan Artuşla Zaurun münasibətlərini şərh etmək üçün özünü şəxsən ortaya soxur. F.Saqanın “Salam hüzn” romanını oxumuş qəhrəmanlarının Platonun homoseksualizmə münasibətindən agah olduğuna şübhə edir. Eşcinsəlliyin fiziki, psixoloji, sosial və fəlsəfi tərəflərini izah etməyə çalışır, qəfildən məlum olur ki, izahatın onun qəhrəmanlarına qətiyyən dəxli yoxdur! Beləliklə, “əsər” ikinci dəfə iflasa uğrayır. Müəllifin təqdim etdiyi “şəhər ailəsi“nin normaları, həyat tərzi ilə onun şərhləri tutuşmur. Bu zaman bişmiş toyuğu da güldürəcək tezis irəli sürülür: sən demə, Zaur Artuşun “işinə ona görə baxırmış” ki, üsyan edirmiş!!!

Biz gülməyək və 13 yaşlı “üsyankar”lara müəllifin daha öncə verdiyi xarakteristikanı yada salaq. Zaur məktəbdə “sovet ruhu”nu daşıyan şagird idi. 1988-ci ildə, 13 yaşı olanda, Artuşla ilk dəfə əlləm-qəlləm iş tutanda o sovet ruhlu şagird nəyə “üsyan edirdi” əcəba? SSRİ dağılan vaxt “sovet ruhu”nu daşıdığından, o, axı üsyankar yox, mühafizəkar sayılmalıdır?!

Müəllif üç şəhərdən- Bakı, İrəvan, Tiflis- heç birinin temperamentini və aurasını tuta bilməyib. “Əsər”in finalı isə lap komikdir. “Ər-arvad” özlərini Qız qalasından atırlar. “Roman”da iki əsas mesajından biri guya cəmiyyəti eşcinsəllərə dözümlə yanaşmağa çağırmaqdırsa, digəri də “mavi”ləri öz hüquqlarını qorumağa dəvət etməkdir. Bütün mətn boyu cinsi azlıqları fəallığa çağıran, ağıl verən, “üsyan edən”, “mübarizə aparan” geylərin intihar etməsi əsərin “mesajları” ilə ziddiyyət təşkil edir. Şotanın verdiyi “erməni ilə Azərbaycanlını başqa (yəni, homoseksuallıqdan savayı- T.Ş) nə birləşdirə bilər” sualı isə “əsər”in sülhə, mədəniyyətə və demokratiyaya yox, məhz həmin anlayışlardan iyrəndirməklə xüsusi yerlərə xidmət etdiyini düşünməyə əsas verir.

20-ci əsri qoyaq bir qırağa, son 9 ildə dünyada eşcinsəl sevgilərdən bəhs edən yüzlərlə əsər yazılıb və həmin əsərlər artıq nəinki Qərb oxucusunu, hətta Türkiyəni təəccübləndirməməklə bərabər, bəzi homofobik cəmiyyətlərdə qıcıq yaratmağa hesablanır. (Həmin qıcıq Ələkbər kimi istedadsızlara mövzunun və estetikanın arxasında gizlənməyə şərait yaradır. Lakin Azərbaycanda “mavi”lər mövzusu tabu olmadığından Ələkbərin arzuladığı qıcıq yaranmadı.) Baxmayaraq ki, müəllif konfliktologiyadan xəbərsiz olduğu kimi, həmin cərəyandan da məlumatsızdır. Məlumatı olsaydı, heç şübhəsiz, Buratinonun əvəzinə mətnə seksual oriyentasiyası on illərdir mübahisə doğuran cizgi roman qəhrəmanlarını- Batmanla Robini, yaxud iki il öncənin ibnə supermeni Heronu salardı. Bəli, hazırda dünyada Traditional art (literature) ilə Deviant art (literature) arasında çəkişmə gedir. İkincinin təsiriylə Querr literature (“İbnə ədəbiyyatı”) deyilən alt cərəyan formalaşıb.

Estetikaları dartışmaq filosofların işidir, ədəbiyyat adamının borcu yaxşı, yaxud pis olmasına fikir vermədən, piyasaya çıxanları izləməkdir, oxucunun haqqı seçim etməkdir, vətəndaşın vəzifəsi Ə.Dilvurdunun da, Artuşun da, Zaurun da, bir sözlə, hər kəsin seksual oriyentasiyasına, milli mənşəyinə və ifadə azadlığına hörmət etməkdir. Ə.Dilvurdunun “roman”ının homoseksuallardan bəhs etməsi, yaxud mətndə qeyri-ədəbi, qeyri-etik sözlər işlənməsi heç bir tənqid, etiraz doğurmamalıdır və doğurmur da. “Artuş və Zaur” Deviant Literature axınının tələblərinə cavab vermir- məsələ budur. Təlxəklik eləməklə, ağzına gələni yazmaqla, banal mətnlər yaratmaqla, homoseksual əlaqələri mövzuya çevirməklə, primitiv üsullarla (kitab oxunmamış onu “qalmaqallı” elan etmək kimi) PR qurmaqla ədəbiyyatı aldatmaq olmur. Ə.Dilvurdu məhz ədəbiyyatda bacarıqsızdır!

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 4,75 ilə 5 arası)
Loading ... Loading ...

27 Şərh var
Şərh yazın »

  1. Salam Taleh bey, vallah sebrli, olduqca sebrli adamsan. Tesevvur edirem o kitabciqazi nece oxumusan, nece qeydler goturub tehliller aparmisan. Amma ne fayda bu zehmetin faydali ish emsali teessufler olsun ki sifira beraberdir. Niye? Cunki muellif bundan netice cixarmayacaq. Sabah, belke de biri gun pedofillerden, zoofilerden romanciqazlar ifraz edecek (bu ifademe gore senden ve abirli insanlardan uzr isteyirem). Bes cixish yolu nedi? Bunu meqalende ele ozun de gostermisen
    “onu zibil yeşiyinə tullamaq vaxtın hədər getməməsi üçün ən yaxşı yoldur…”

  2. Salam, TAleh bey! yazinizi oxudum. Ele bugun Turkiyenin meshur Aksam qazetinde bu eserin muellifi ile aparilan intervyunu oxudum duzu cox eseblesdim ve yazicinin kimliyi ile bagli internetde arasdirma aparmaq istedim teessuf ki hec bir melumat tapmadim, indi bu sayti tesadufen acanda sizin onun hazqa yazinizi gordum…. Elekber bey intervyusunda yazir ki, Azerbaycanda menim kitabimi cox pis qarsiladilar, cemisi 150 nusxe satilib ve xususi vurgu ile qeyd edir ki, buna teeccublenmeyib cunki guya Azerbaycan xalqi onsuzda qezet ve kitab oxuyan xalq deyil, tepeden dirnaga qeder Azerbaycana nifret edir ve s. ….sizin meqalenin basligini oxuyanda dusundum ki yeqin eserin movzusunu tenqid edirsiz ama bele tenqidle rastlasmadim… mence yazicilar bununla bagli tenqidlerini bildirmelidirler… intervyusunda ozunu cox istedadli ve evezolunamz yazici kimi qiymetlendirir deyir onsuz da bir vaxtlar Mirze Celil de azerileri sevmirdi ama indi o en boyuk yazici kimi qiymetlendirilir guya bu da vaxt gelecek ele qiymet alacaq xalqdan, ama teeccubludur goresen aglina basqa movzu gelmeyib? niye mehz hmomoseksulliq? ve bunu niye mehz Azerbaycan ve ermenistanla baglayir? Azerbaycan edebiyyati ucun nese etmek isteyirse, o qeder islenilmeli movzular problemler var ki, onlara toxuna bilmezdi? mence tenqidinizde eserin esgerlik dovrunu atlamasi ve s meqamlari yox mehz movzu baximi ile bagli secimini tenqid etseydiniz daha yaxsi olardi

  3. Yazı müəllifinin kitab müəllifinə sonsuz “sevgisi”ni qabartması yazını neytral əhval-ruhiyyədə və obyektiv yazıldığına daha çox inanaraq oxumağa mane olur…
    Xüsusən də kitabı oxumayanlar üçün.

  4. Taleh, kusuruma baxma, qardaş, mən bu məqamda Jalə ilə razılaşmaya bilmirəm. Qərəzli yazıdır və müəllifə nifrət hiss olunur, ona görə də, obyektivsən deyə bilmirəm.
    VƏ…
    Məncə, sənin xüsusi vurğuladığın məqamlar barədə müəllif heç düşünməyib də, düşünmək istəməyib də. Çünki demək istədikləri sənin vurğuladığın şeylər deyil. Mən əsəri hal-hazırda oxuyuram və deyə bilmərəm ki, xoşuma gəlmir. Elə yerlər var ki, o yerləri oxuyanda şaqqanaq çəkib gülürəm, amma mən 100% bilirəm ki, özümüzə (aramızda belələri az deyil və bu hadisələr də olmamış deyil) gülürəm. Həmçinin məncə, müəllif doğru yol seçib bu üslubu, bu dili, bu tərzi, belə priyomları seçməklə. Çünki mən inanmıram ki, kimsə 20 yanvar gecəsi haqda romanı açıb oxuyardı belə həvəslə. Amma müəllif bu məlum həqiqəti Artuş-Zaur kontekstində yedirə bilir.
    Ondan əlavə, müəllif obrazlarının necə davrandığına görə məsuliyyət daşımır ki. Çünki nə Artuş müəllifdir, nə də ZAur. Və dünyada, ələlxüsus da Azərbaycanda Artuş və Zaur kimi düşünən insanlar var və bu əsərdə də o insanların dünyagörüşü əks olunub.
    Çox şey danışmaq olar, ama uzatmadan demək istəyirəm ki, müəllif qarşısına qoyduğu məqsədə çatıb, demək istədiyini deyib. Bu isə istənilən qüsuru ona bağışlatdıra bilər, məncə.
    Belə…

  5. Hormetli Natiq, Firuze xanim ve Jale!

    Men bu yaxinlarda cox ciddi- ABS-da tehsil almis, Azerbaycanin QHT sektorunda son derece onemli adamlardan olan bir neferle danisdim, edebiyyatdan danisdiq. Mene “Artus ve Zaur”u misal cekdi- tebii ki menfi menada. Bu “eser” Azerbaycanda yeni nesil yazarlarin hamisinin imicine menfi tesir gosterir ve meqsedi Azerbaycan edebiyyatini bu gunku efir veziyyetine getirmekdir. “Mavi”lerin meselesi Azerbaycan ucun yeni tema deyil- Aygun Kazimova on il bundan qabaq onu ictimai muzakirreye cixarmisdi TV-de…

    Menim Elekberden zendeyi- zehlem gedir!- bunu danmiram. Amma insana munasibet bir basqadir, metne munasibet bir basqa. Metne yanasma konkret metodlar teleb edir. Meselen men deyirem ki, Elekber orta mekteb sagirdi seviyyesinde Az. dilini bilmir ve bunu hemen subut edirem: “AHIL QOCALAR”… Qalan tezislerimin da hamisini metnden getirilen sitatlarla “zenginlesdirmisem”…

    Movzuya gelince, bir daha deyirem. Bele movzularda Qerbde yuz il bundan qabaq edebiyyat yaranmaga baslayib. Meni movzu qiciqlandirmir- cunki her kes movzu seciminde serbestdir. Men onu vurgulayiram ki, Elekber adinda Azerbaycanda yazici yoxdur, kimlerinse meqsedli sekilde ortaya atdigi qrafoman var!

  6. Sevinc xanim!

    Eser Sizi qane edirse, lap yaxsi!!!

    Amma bu konuda menimle mübahise etmeyin birce chemi var: menim metnden getirdiyim sitatlarin ve o sitatlara verdiyim qiymetin yanlis oldugunu subut etmek!!!

    Yeri gelmisken, muellif 20 yanvar hadisesinmi shexsen menim fikrimce cox istedadsiz sekilde isleyib. Meselen, orada bir yer vardi- arvad gullenin qabagindan qacir… muellif ele yazir ki, guya arvad qacirmis, gullenin sureti ona catmairmish )))

  7. Ələkbər haqqında qısa da olsa burada məlumat var:

    http://az.wikipedia.org/wiki/%C6%8Fli_%C6%8Fkb%C9%99r

    Romana gəlincə, onu mən də oxumuşam. Zənnimcə elə də pis alınmayıb.
    Romanda yazı-pozu səhvləri müəllifin özünə də məlumdir. Bunu redaktə etdirmək istəməyib. Onun fikrincə azərbaycan oxcları üçün belə də gedər.

  8. Hə, Taleh, əsər məni qüsurları olsa da qane edir. Mənimçün yetər ki dövrümüzü anlatan əsərlər olsun ki, gələcək nəsillər bizim necə yaşadığımızı, nələr yaşadığımızı bilsinlər. Yenə deyirəm, bizdə bu tip insanlar, belə düşünən insanlar var, niyə də sabaha çatdırılmasın bunlar. Əsas odur ki, (istedadlıdır, yaxud deyil, fərqi yoxdur artıq) adam çalışıb ortaya nəsə qoyub, yerində oturub boş-boş danışmır. bu da onun fəlsəfəsidir-)))
    Və bu o demək deyil ki, mən sizin qüsur olaraq qeyd etdiklərinizi qəbul etmirəm. Sadəcə deyirəm ki, məncə, müəllif siz dediyiniz xüsusların hayında olmayıb, onun məqsədi qüsursuz, dil qüsuru olmayan və s. və s. roman yazmaq deyilmiş bəlkə də.
    Nə isə, uzatmıram, şərhimi diqqətdən kənar qoymadığınız üçün təşəkkür-))

  9. REylerinizi oxudum, he kesin burda bildirdiyi fikre hormetim var, muellifind de tebii ki movzu secimi serbestdir… Azerbaycanin o donemdeki ve hazirdaki problemleri hamiya bellidir elbetde bunlari isiqlandirmaq lazimdir ama uzeridne islenmeli o qeder movzular var ki, meselen ele goturek arabag muharibesinin xalqimiza vurdugu menevi psixoloji ve maddi zererler….televiziyalarin birinde izlediyim bor programda qacgin vaqonlarinda dunyaya gelen ve hele de orada yasayan 17 yasli gencler vardi ki hec iki kelimeni danisa bilmirdiler 3 yasinda usaq kimi danisirdilar o genc bizim xalqin “geleceyi”dir ….. menim demek istediyim uzerinde islenmeli isiqlandirilmali daha onemli meseleler movzular ola ola sanki bizim tekce probelemmizi escinsellerdir ve s. meni teeccublendiren de tenqidcilerin eserdeki leksik sehvleri daha cox qabartmalaridir…bir mesele de meni cox incitdi, muellif deyir ki, Azerbaycan xalqi onsuz da oxuyan xalq deyil,Azerbaycan oxuculari ucunbele sehvler de geder…. mence tenqid olunmali meqamlar bunlar olmalidir….
    Tesekkurler

  10. Yaziq Mirze Celil, indi gorunda sumukleri sizildayir, gor kim ozunu kime benzedir.
    Onda men de Turkan Shorayam, gozlerim qaradirsa, burnum balacadirsa, sifetim yumrudursa men de Turkan Shorayam, ne olsun e, zamaninda o da operasiyalar etdirib de. Yox, men Turkan Shorayam, ne olsun ki, siz qebul etmirsiniz. Siz meni qebul etmirsiniz, chunki gozleriniz zeif gorur, umumiyyetle azerbaycanda hami kordur. Hami kor oldugu uchun bele de geder. Siz korsunuzsa demeli men 2 qat artiq Turkan Shoraydan da gozelem. Menim gozelliyime qiymet vermirsinizse, ay dunya bilin, azerbaycanlilar qoyundur. Sabah dunya KIV-ne elan verecem, azerbaycan xalqi kor ve gicdir, chunki menim Turkan Shoraya chox benzediyimi etiraf etmek istemir.
    Bax, estefurullah, shogeribin adi da eledir ki, her adini chekende diksinirem, Eli Ekber de ele menim bu iddiami demek isteyib. Indi hech qebul edenlerde deyir ki, yox deyesen Irade dogurdan da T.Soraya benzeyir, desem ki, benzemir, men de dushecem, o gicler siyahisina, ne olsun ki azerbaycanliyam, kishinin qizinin yeqin huneri var ki de bunu deyir.
    Huneriniz varsa demeyin ki, men gozelem…

  11. Taleh, salam!
    Yazın əladır! Sağ ol! Sən öpüldün! Kitabının birini də mənə göndər!

  12. maraqlananlar ucun

    http://www.aksam.com.tr/2009/04/03/haber/pazar/151/bu_kadar_tepki_beklemiyordum_.html

  13. Kitabin ancaq elektron variantini endirib oxuya bildim. Bakida olmadigima gore ala bilmedim. Duzdur onsuzda qadagandir satishi, isteseydim de ala bilmezdim. Ne ise. Basha dushmurem kitabi qadagan edib daha da populyarlasdirmaq neye lazim? Ustelik muellifi de butun dunya tanidi. Firuze yazir ki elekberin adini tapmadim hec yerde, bu da cox gulmelidir. Mehz ele qadagan olunmasi ve her kesin bu kitabi muzakire etmesi neticesinde adam dushub BBC, CNN Turk, Aksam, HUrriyyet, Radio Liberty, Reuters kimi ejdaha kiv-lere. Google da ister ingilis, ister rus, ister azerbaycan, ister turk, hetta fransiz italyan ve holland saytlarinda asrtus ve zaur muzakire olunur. Odur ki, Firuze xanimin yazdigi aglabatan deyil.

    Talehin yazisina geldikde ise nifretden ziyade (nifret oz yerinde, o var dogrudanda) amma qisqancliq da barizdir. Muellifin homoseksual olmasina eyham vurmaq ise – lap gulmeli ve ettokendir.-))) Taleh qardasim incimesin. Lap ettokendir!
    He, yadimdan cixmamis deyim ki kitabi uc gun evvel bitirdim ve beyendim. Orfoqrafiya ve grammatika sehvleri her ktiabda var. ORxan Pamukda en qederdir. Hetta Dostoyevskide de olub ve bu barede mewqaleler oxumusam. Duzdur rus dilinde Dostoyevskini oxumamisam amma rusyada bu barede cox yazilib. Onu da googleda tapa bilersiniz.
    Kitab xposhuma geldi cunki metnde urek agrisi hiss olunur. Dil cox axicidir, maraqlidir. Qusurlardan xali deyil, bu da dediyim kimi besher ovladiyiq, miukemmel ola bilmerik.
    Irada xanim sizin uzunuzu gormemisem, ola bilsin Turkana dogrudan da oxsayirsiniz. Siz lap doxsaninci illerin evvelinde ilisb qalmisiniz ki-)))) cox millisiniz. Turkan Soray… Yox bir Tatlises, Mahsun Kirmizigul-)))) Vay vay vay. Etiniz tokulsun-))))

    Amma adam kitab yazib sevsek de nifret etsek de quzu balasi kimi muzakire edirik, bogazimizi ciririq. Demeli ugurludur-)))
    Ozu de nezere alsaq ki, elekper sizi, bizi, hamimizi derin bir iqnira qoyub – miqyasin boyukluyu daha da uze cixir. Eminem ki o hec Talehin yazisindan xeber de tutmayib-)))

    Amma men Talehin kitabini da oxumaq isteyirem. Onu hardan almaq olar? Elektron versiyasi varsa lap yaxsi. Men Bakiya iki ay sonra qayidacagam.

  14. Menim de romanim isiq uzu gorub ve oradaki sehvleri men 3 qrupa bolmushem: 1) korrektura 2) redakte 3) texniki
    1. Korrektura:

    Meselen ele yer var ki, orada “I” “İ” gedib, yaxud “un” sekilcisi artiq dusub, yaxud dusmeyib.

    2. Redakte: Meselen, bir yerde cumleni redakte etmisem, amma “Yoxsa” silinmeyib qalib metnde.

    3. Texniki:
    Meselen, bir dialoqda defislenme duz getmeyib… Yaxud “Enx” simvolunun Azin Kureci terefinden bir meqamda artiq talisman kimi qullandigini izah etsem daha yaxsi olardi, amma etmemisem.

    Ve buc cur sehvler menim kitabimda texminen 20-30 civarındadir.

    Bu cur sehvler artiq normadir bizim edebiyyatda. Niye? Cunki Azerbaycanda kitablıar nesriyyatda redakte ve korrektura olmur, muellif bunu ozu edir ve duzelis prosesinde oz fikrini oxudugundan sehvleri duzelde bilmir tam olaraq.

    Elekberin metninde de bu cur xetallar kifayet qederdir ve men onlarla birge texminen 350-e yaxin sehv tutmusam. Amma menim iradim ona deyil, DİL BİLGİSİZLİYİNEdir ve bunlar ayri-ayri seylerdir. Menim iradim movzu secimi deyil, o movzuda banal metn yaratmağadir! Menim iradim muellifin sujet qura bilmemesinedir! Xarakteristika vere bilmemesinedir! Oz zavyazka ve razvyazka ziddiyyetlerinedir. Ki, butun bunlar edebiyyatin elifbasidir. Lutfen meseleni kimse ayri yere dartmasin!

    Ve nehayet, indi men oz kitabimin cixmasindan hezz aliram, kimse umurumda deyil!

  15. taleh bey, salam!
    ellerin aqrimasin!
    rengli toyuq yumurtalari bazara cixarilana qeder aq toyuq yumurtalari metbeximizde var olacaq-))
    buraya sherh yazanlarin ekseriyyetinin metn duyumu berbad veziyyetdedir ve bu hallariyla nece de cilizliqlarini numaish etdirdiklerinin ferqinde deyiller.
    ne ise…

  16. Doğurdan da müəllif demişkən ilk dəfədir ki, bizdə bir kitab bu qədər müzakirə olunur. Az qalır kitab səhiflərinin dadının turşməzə, üz qabığının isə bir az şirin olmasını və bunun romanın ümumi vahidliyinə xələl gətirdiyini yazasınız. Kitabda bir-iki səhv tuta bilərsiniz, o da orfoqrafik səhvlər. Rahat və axıcı oxunur, süjeti də maraqlıdır.
    Ayrıca romana azərbaycan dili müəllimi gözü ilə baxıb oxumaq olmaz axı. Hər cümləni dilçilik cəhətdən təhlil etsəniz əsərdən zövq almaq olmaz ki.
    Məqalə isə çox gülməlidir. Haha. Ha.

  17. yaxshi yazidir, deqiq qiymetlendirmeler aparilib. eli ekber ne yazmaq ishini deyesen yaxshi bilir, ama nece yazmaq meselesinde axsayir. edebiyat ise mehz nece yazmaqdir. movzu ola bilsin bazara ishleyendir, nashi choxluqun diqqetini chekendir. ancaq bu hele eserin yaxshi olmasi demek deyil. talehin muellifden misal getirdiyi cumleler sadece biabirchiliqdir. ona inshadan bashlayib meshq etmesini meslehet gorurem. tam ciddi… movzu da vermek olar – *Qarabaq bizim yarali yerimizdir* ve ya *Ermeni fashistlerine nifret edirik*. eger bu inshalardan 3 ala bilse movzunun bu istiqametde deyishmesi meqsedeuyqundur – *Qarabaq orada yashayan butun insanlarin faciesidir* ve ya *Xalqlar hech vaxt gunahkar olmur*.

    hamiya, elece de eli ekbere uqurlar.

  18. Taleh bey yazini lezzetle oxudum.Serif beyin fikirleri ile serikem.Amma insalar;n movzusu deyismelidir meselen Qarabaq faciesine kosmik baxis

  19. Taleh bey yazini lezzetle oxudum.Serif beyin fikirleri ile serikem.Amma insalar;n movzusu deyismelidir meselen Qarabaq faciesine kosmik baxis

  20. Romanla bağlı onu da deyim ki, əsərin baş qəhrəmanları rus dillidirlər. Çünki, Artuşun az sektorunda oxuması qeyri mümkündür. Ola bilsin ki, bu da onların yoldan çıxmalarına səbəb olub. Bütün rus dilli ziyalılar kimi, bu qəhrəmanlardan da millətə yalnız ziyan dəyib, dəyir.

  21. romanin elektrob variantini haradan endire bilerem deyersinizmi lutfen tapa bilmirem muellife de telefon acdim soz verdi hele xeber yox her kese teshekkur

  22. Buyurun, Kəbutər xanım:

    http://www.boxca.com/9rvxsrdl16e3/Artush_ve_Zaur.zip.html

  23. Teshekkur edirem Allah bendesi

  24. Bu da Çingiz Hüseynovun romana münasibəti.
    http://adyazar.az/qezet/index.php?newsid=431
    Taleh hara, Çingiz Hüseynov hara…
    Ehhh, onsuzda Talehin nə edəcəyi də məlumdur.
    O qədər üzsüz adamdır ki, başlayacaq dahi yazıçını da təhqir eləməyə-))))

  25. HƏR HALDA BELƏ ADAMLARA BELƏ YAZI LAZIMDIR…

  26. en mohtewem 1 kino en mohtewem 1 yazi,lap eserde sehv tapmaga ne var axi???Taleh bey men sizi tanimiram amma 1 weyi deqiq deye bilerem her kimsinizse iwinize hec profisional yanawmirsiniz…sizin Eli Ekbere munasibetiniz cox pisdi ,bu aydin meseledi,werhinizden bunu hiss etmek cetin deyil…Siz eseri qiymetlendirseniz lap yaxwi olar,ordaki xirda ,primitiv sehvleri yox.Eli Ekberi heveskar yazici kimi qiymetlendirirem,,dediyiniz hetta sadalamadiginiz sehvlere kitabda rast gelmiwem ama meni 1 oxucu kini maraqlandiram zerf yox mektubdur…cunki duzgun qiymetlendirmeyi bacaran insanlar kimi yazicinin wexsiyyetin bura qatmadan onun yazdigina ve yazdiginda olan musbetlere onem verirem

  27. Sizin edebiyyat anlayisinizi yiyim … Ekberin yazdigi roman ucun demek olar ki :
    “bat dunya bat “
    Ekberromanibeyenengiller sizde
    gedin futbol , moda , sengulum sungulum (…….)* oxuyun yada edebiyyat sozunden edebi cixarin geri qalanina emel eliyin ,butunu sizlik deyil
    Taleh seninde romanini tapib oxuya bildim ,posmodern qivirmalarindan basqa
    beyendiyim tek(!) sey kend heyati tesvirin oldu . birde usaxlar sorusur ki Qu zippiltisinda Quliyev Quluncovdan daha yarasiqli olardi ya yox ? Birde sene yaxsi yazar tovsiye edirem : hasan ali toptaş (mence(?) elinize qelem alanda ikinizin ortaq bir terefi var )

    *ehsen bildin

Şərh yazın