Azərbaycan ədəbiyyatının Böyük Çingizi!

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 20 Nisan, 2009

chinqiz-huseynovBu gün Azərbaycanın tanınmış yazıçısı, qocaman sənətkar Çingiz Hüseynovun 80 yaşı tamam olur.
Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb və burada namizədlik dissertasiyası müdafiə edib. Uzun illər SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub. İlk mətbu əsəri “Bakinski raboçi” qəzetində (16 oktyabr 1955) işıq üzü görüb. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olub.
Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.
Hazırda Moskva Dövlət Universitetinin ədəbiyyat üzrə professorudur.

Çingiz Hüseynov kimdir?

Çingiz Hüseynov böyük romançıdır, tarixi romanlar ustasıdır, böyük şəxsiyyətdir, doğrunu heç nəyə güzəştə getməyən bir İNSANdır.
Çingiz Hüseynov 80 yaşında belə, yeniliyə açıq, modern təfəkkür sahibidir. Uzun illərdir Moskvada yaşamasına baxmayaraq, Azərbaycanla nəfəs alır, Bakıdakı ədəbi prosesi diqqətlə izləyir, ən yeni imzaların yaradıcılığına belə sevgiylə yanaşır, vaxtaşırı münasibətini də ortaya qoyur.
İstər sovet dövründə, istərsə də indi Azərbaycandakı hakimiyyətlər onu görməzdən gəlir. Bunun da səbəbləri var. O, qeyd etdiyimiz kimi, həqiqəti heç nəyə güzəştə getmir.
Təsadüfi deyil ki, hakimiyyətin ştatlı mirzələri ona tez-tez hücum edirlər.
Amma Çingiz Hüseynov bir Azərbaycan yazıçısı və ziyalısıdır. Sözün bütün mənalarında…
Bu gün 80 yaşını qeyd edən qocaman sənətkara gənc dostları adından, “Kultaz”çılar və oxucular adından ən böyük sayğılarımızı çatdırırıq!
Bu gün Azərbaycanın, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşən, bütöv kişilərə ehtiyacı var! İnanın, bu tozanaqda örnək göstərməyə o qədər az adam qalıb ki…

Nə yaxşı ki, Siz varsınız!

Zahir Əzəmət, Kultaz.com

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. Allah Çingiz muəllimə uzun ömür, cansaglığı qismət eləsin və dünya da yaxşıliğa doğru dəyişsin, inşallah!
    Bir nadan dostum vardı (daha yoxdu) belə danışanda deyərdi ki, yenə utopiyadan dəm vurursan.
    İndi arxaya baxanda görürəm ki, həyat məhz bu mənada dəyişməyən Çingiz müəllim kimi nurlu insanların sayəsində davam eləyir.
    Yoxsa qiyamət günü coxdan gəlmişdi…
    Bir daha təbrik edirəm!!!

  2. yuxaridaki tebrike gatilmagla bir de onu elave edim ki azerbaycan bele bir ziyali yazicisi omagla sevinmeli ve fexr etmelidir

    daha cox yasasin cingiz bey

Şərh yazın