Adil Mirseyid. Şəhərlər və şairlər
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 21 Nisan, 2009(esse)
Bu yazıya başlar-başlamaz bir fransız məsələni xatırladım “şairlər əyalətdə doğulur, Parisdə ölürlər”.
Şairlər metropol həyatını elə də sevməzlər. Bununla belə XX yüzillikdə şairlər böyük metropollara, başşəhərlərə, yəni paytaxtlara üz tutdular. Onların çoxu urbanizasiyadan qorxurdular. Və bu qorxunu etraf etməsələr də, ömürləri boyu öz içlərində daşıdılar, şüuraltında yaşadılar. Böyük şəhərlərdə şairlər sosiallaşdılar, siyasiləşdilər və amma metropolu sevmədilər.
Bizim ilk urbanist şairimiz kimdi? Ağıla ilk öncə iki ad gəlir- Mikayil Rəfili və Rəsul Rza. Mikayil Rəfili şair ola bilərdi, professor oldu. Vaqif Səmədoğlu və Aydın Əfəndi poeziyası daha önəmlidi.
Təxminən on il öncə Anar “Azadlıq” qəzetində çap etdirdiyi bir yazısında mənim poetik yaradıcılığımı yüksək qiymətləndirmişdi. Anar o yazısında ilk dəfə olaraq məni urbanist şair kimi, yəni gerçək məni görmüşdü (Tənqidçilər baxırdılar, Anarsa gördü).
Mən urbanist adamam, metropolları, limanları və vağzalları sevirəm. Böyük şəhərlər böyük şairləri ilə möhtəşəmdilər. Böyük şairlər mənə dünyanın böyük şəhərlərini sevdirdilər. Şarl Bodler, Viktor Hüqo, Giyom Apolluner, Benjamen Peri poezyasını, fransız şeirini və Parisi sevdim. Əlbətdə, burda fransız rəssamların önəmi daha çoxdur. Vitezlav Nezval Praqanı, Fəyyad Xamis, Nikolas Kilyer, Roberto Fernandes Retemar Havananı mənə tanıtdı. Nazim Hikmət, Orxan Vəli, Attila İlhan poeziyası Gözəlim İstanbulla bərabər mənim həyatıma girdilər.
İstanbulun orta yeri sinama.
Yalnızlığım məsumluğum duydurmayın anama, – bu, Orxan Vəlinin səsidi.
Bu da Attila İlhan:
Sən söylə sərsərilər kralı İstanbul
sən söylə iki gözüm
hangi merhem çarədir şu bizim yaramıza
yel üfürdü su götürdü gəncliyimizi
elimiz boşa geldi meydanlarda kaldık
meydanlar serseri biz serseri
sağımız sefalet solumuz ölüm
iştə gəldik gidiyoruz
kahrolasın
kahrolasın İstanbul şehri…
Uzunillər öncə gəncliyimdə oxuduğum Giyom Apollinerin “Mirabo körpüsü” şeirindən Senanın şövqü vurmuşdu məni:
mirabo körpüsündən keçir giyom apolliner
körpünün altında sulardan axşam
ömür geriyə axır bu körpünün altından
görən varmı qan damır şairin qanadından
bu gün nə gündü söylə
ürək parçalanır böylə
cəhənnəmdi bu gün paris
hətta dostum pablo pikassonun da
qapısı bağlıdı bu gün
zaman geriyə fırlanır
buludların arasında ay dolanır
hər şey yenidən başlar
yeni sevdalar yeni savaşlar
hardasan müsyə ögüst ranvar
parisdə boğulan var
sənlə mənim aramda
gözə görünməz divar
senanın sularında axır piafın səsi
mirabo körpüsündə apollinerin kölgəsi
***
Mən uzun illər şair taleyi ilə barışmadım. Amma artıq mənim içimdə savaş yoxdu. Mənim ürəyimdə barış və xoşgörü var. İndi mən bu dünyada haq-ədalət axtaran Don Kixot deyiləm, bu o anlama gəlməz ki, guya mən bu fani dünya ilə barışamam. Mən nə tərki-dünya bir dərviş babayam, nə də aksion filmləri qəhrəmanı. Bir Türk şairiyəm. Cəmal Sürrəyya “şeir türkün səsidir” deyirdi. Cəmal Sürrəyya ələvi bir zazadır.
Şeirlə, rəsmlə dünya dəyişməz, bilirəm, amma bir qədər daha gözəl, daha yaşamalı olar. Şeirin bəzən insan taleyini dəyişə biləcək bir möcüzəyə qadir olduğuna inanaram. İnanmasaydım çoxdan qələmimi sındırmışdım.
qağayılar uçuşur qağayılar
bu bəyaz qayağıylar
daha gözəl bir dünyanın quşları olmalıdı
sən nə dedin kövrəldi iydə ağacı
bu iydə ağacları
daha gözəl bir dünyanın ağacları olmalıydı
ağaclar quş kimi uçmalıydı
quşlar çiçək açmalıydı
yenə könlüm havalandı
mən zavallı daha gözəl bir dünyanın
şairi olmalıydı
* * *
Bu hannibalist dünya mənim könlümcə deyil, bu dünya yanlış dünyadı. Uca Tanrı dəfələrlə bəşəriyyətə fürsət bağışlayıb, insanoğlu hər dəfə Tanrının ona lütv etdiyi gözəl fürsəti əldən verib.
Bu gün cağdaş insan deqrodasiyaya uğrayıb.
Bu gün böyük şəhərlər böyük kabusa çevrilib.
Home homene Loopus est!
Böyük şəhərlərdə doğulan insan sanki doğulan kimi cərrah bıçağı altına düşür. Sanki hamı narkoz altındadı, könlümüzü cərrah bıçağı ilə kəsib atıblar – İnsan ruhunda çapıq yeri görünür.
Şairin absolyut azadlığı tənhalığı bahasına başa gəlir. Bu gün candaş şair nə qədər azaddırsa bir o qədər də tənhadır.
Gerçək istedad insan oğluna bedava verilmir, əvəzində istedad insandan çox sevdiyi şeyləri əlindən alır.
Bəzən “alim arkadaşlar” sənətkarın könüllü tənhalığını şəxsiyyətin böhranı kimi qələmə verməyə çalışırlar. Nə bilim, bəlkə də şair xislətində dadlı bir mazohizm da mövcuddu, şöhrət virusu olduğu kimi. Xosbəxtlikdən mən nə şöhrət azarına, nə də mazoxizim virusuna yoluxdum.
Sənətkar öz taleyini seçmir, o, bu seçimdən mərhumdu. Tale özü öz şairini seçir. Məşhur fıransız rəssam Ögüst Renuarın oğlu tanışım kinorejissor Can Repuarın bir fikri yadıma düşdü- “sənətkar üçün tənhalıq dramı faciə epizodudur”. Hamımız bu rolu oynayırıq. Tamaşa bizim əbədiyyətə qovuşacağımızla bitəcək.
***
Modern sənətdə sintetizm anlayışı movcuddur. Çağdaş poeziya musiqi və təsviri sənət elementləri ilə sözün həqiqi mənasında çox zənginləşib.
Çağdaş dünyada lokal müharibələr var, naxışlı milli, etnik əlbisələrə bürünmüş lokal mədəniyyətlər isə demək olar ki, yoxdu.
Çağdaş dünyanın Şərq aləminə meyli günü – gündən artmaqdadır. Yapon poeziyasının və yapon qrvürlərinin, bizim münüatür və xalça sənətimizin önəmi xüsusi ilə qeyd edilməkdədir.
Fransız, polyak, və amerika şairi klassik yapon şeri olan hayku biçimində qələmlərini sınayırlar. Çoxdan qərb təsviri sənəti xalça və münüatür sənəti elementlərinə üz tutur. Muğamla sazın sintezi dünyanı valeh edir və s. və i.
Bəzi esselərini və şeirlərindən nümünələri türkcəmizə çevirdiyim fransız şairi, nasiri və esseisti Mişel Uelbek yazır; “Dünya ona görə əzab üstündə bərqərar olub ki, o, başlanğıcda azad idi.
Əzab azad münasibətlər sisteminin tərkib hissəsidir”.
Böyük şəhərlərin dəbdəbəli saraylarında, yastıdam gecəqondularında, zənginliyin və səfalətin içində iblisin kölgəsi dolaşır. İblis insan oğlunun əliylə məsciddlər, cinaqoqlar, kilsələr yandırır, müqəddəs kitabların külü havaya sovrulur. Şairlər isə susurlar. Gündəlik yaşam qayğılarını bəşəri faciəyə çevirirlər.
Muasir dövrün spesifikası tragi komediya janrına çox yaxındı desəm əsla yanılmaram. Şairlər bayağı məhəbbət şeirləri yazırlar, şairlər məhəbbət idealına xəyanət edirlər.
Bizim dünyamız fəlakət içindədir, mən elmi texniki tərəqqinin gücünə çox da bel bağlamıram, “dünyanı xilas edən adam” əfsalərinə də sayğım yoxdu. Mən elimin mexaniki tərəqqinin, qitələr arası ballietik raketlərin, ulduz savaşlarının demonik gücünə deyil, ruhun gücünə inanan adamlardanam. Əgər insanoğlu könüllü olaraq ruhunu şeytana satırsa onda Vaqif Səmədoğlu demişkən “Allaha kömək vaxtıdır.”
boz qış günündə boz şəhərdə
hər kim tanımır biri dünyanı
hələ doğulan olmayıb bu boz şəhərdə
doğulan olmadığından öləndə yoxdu
sən boz şəhərdə doğulmaq istərdinmi
ölmək istərdinmi boz şəhərdə
hələ bir adam göyqurşaği görməyib
hələ bir adam xoşbəxt olmayib bu boz şəhərdə
yadındadı oyandım boz qar yağırdı
boz ağac ağlayırdı pəncərənın altında
boz ağacla qonşu olmaz dözülməzdi ağırdı
bir bərf düşüb ümid allahın adından
* * *
Gəncliyimdə rus futurizmi ilə maraqlanardım.
Velmir Xlebnikovu, B. Kamenskini, Burlyuk qardaşlarını mütaliyə etmişəm, futurist Mayakovskini sevirəm. Bütün futuristlər urbanist idilər, böyük şəhərlərin ərköyün nəğməkarlarıydılar.
Futuristlər şairlər yeni bədii kodlar axtarışlarına çıxmışdılar. Futuristlər incəsənətlə yaşam arasındaki sərhədləri dağıtdılar, onlar küçədəki adamın danışıq dilinə, reklama, plakata və şəhər folkloruna önəm vermirdilər.
Andrey Voznesenki təpədən – dırnağa qədər metropol şairidi mənim fukrimcə. A. Voznesenski futurizmlə sıx bağlı bir şairdir.
Əgər müqqədəs olsaydım
İlahi hər məbəddən
Bayramlarda boş çərçivə
Gəzdirərdim hər il mən.
Gah müqqədəs ağcaqayın
Gah bir çay poparamı
Görünərdi çərçivədən
Və kövrələrdi hamı.
Qızıl çərçivəyə girər
Görüşdən gəlir qadın
Bilmirəm müqqədəsən,
Hanı, hanı qanadın.
Küçənin sol tərəfi
Durub ayaq saxlayardı.
Sağ tərəf çərçivədən
Baxaraq ağlayardı.
Mən bu yazıda tez-tez sitat çəkmək fikrindən bacardıqca uzaq olmağa çalışdım. Amma yenə özümü cilovlaya bilmədim. Yenə Paris… yenə bir fıransızdan maraqlı və dəqiq fikir; bu, Listardır; – “Bu gün biz Qərbdə insanların son iki əsrdə bəşəriyyətin hərtərəfli tərəqqisinə bəslədiyi inamın özünəməxsus şəkildə iflasa uğradığını müşahidə edə bilərik”.
Transsentralist Amerika şairi Ralf Emerson da təxminən bu qənaətə gəlirdi. Son olaraq məşhur “Abdal” şerinin müəlifi sokaklar kerçəyin üzləri deyə pıçıldayan Behcən Nicatigildən bir örnək vermək istəyirəm;
Yandı sokak lambaları mum alevi pervane
Şeytanca sırıtır fosforlu camlar
Gördüm zifir sarısını dükkan vitrinlərində
Bəlliydi biliyordum bezgindi.
* * *
Sevdiyimiz şairlərin anlarını yaşadan şəhərlər qəhr olmasın.
Dünyanın heç bir şəhəri qəhr olmasın.
Pəncərənizi açın – şəhərin simfoniyasını dinləyin.
Sevdiyiniz şairlərin məzarlarını ziyarət edin.






Yüklənir...
Şairlərin öz taleyilə barışmaqdan başqa əlacı yoxdur. “Dünyanın hər bir yerində şairə qandal yaraşır” (A. Mirseyid)
Adil Mirseyid haqqında heç bir tənqidçinin yaza bilməyəcəyi yazıdır. Oxu prosesində xoş bir ovqat yaşadım.
Salam Adil Mirseyid. Sizi nahaq yere ressam-sair adlandirmirlar. Yazini maraqla oxudum. Yazidan boyuk seherler, xususen Paris sevdalisi Adil Mirseyidi gordum. Yazilardan bir-iki sitat getirmek isterdim. Senetkar ucun tenhaliq drami facie epizodudur. Goresen niye tenhaliq senetkarin, xususen sairin heyatinda onemli yer alir? Ve ya bir basqa sairin sozleri ile desek Niye sairler yer uzunde qerib olurlar?
Ve bir de mucadile etmek lazimdir ki, sizin sozunuzle desek gundelik yasam qayqilari beseri facieye cevrilmesin. Bir saman copu qeder de olsa menali olmaliyiq. (Qendab)
ADIL muallim yazinizi oxudum ruhum cox sakitlasdi… Minnatdaram… Yazilarinizdan hiss olunur ki Parisi cox sevirsiz. Qalbinizda Paris sevgisini yasadib Baki aurasinda yaratmaq catin olsa bela yaradicilignizdan boyuk zovq aliram… Sanatkarlara bu dunya cox dar galir… Ona gora ki daxili dunya zamansiz boyudukda hayatla harmoniya dayisir… Pancaranizi acin- saharin sinfoniyasini dinlayin… Har bir insan pancarani aca bilar. Bir is var ki PANCARAYA BAXAN INSAN PANCARANIN CIRKINI, PANCARADAN BAXAN INSAN HAYATI VA CAMIYYATi GORUR…