Sabir Əhmədlinin vəfatı ilə əlaqədar nekroloqu da çox gördülər

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Nisan, 2009

142Aprelin 17-də dünyasını dəyişən xalq yazıçısı Sabir Əhmədovun cənazəsi iki gün ailəsinə vədlər verilə-verilə saxlandıqdan sonra Binəqədi rayonundakı köçkünlər qəbiristanlığında torpağa tapşırıldı. Xalq yazıçısının Fəxri Xiyabanda dəfn edilməməsinin səbəbi hələ də məlum deyil.
Təəccüblüdür ki, nə rəsmi mətbuatda xalq yazıçısı ilə əlaqədar nekroloq dərc edildi, nə də AzTV-də bu barədə məlumat yayımlandı.
Baş verənlər haqqında «Bizim Yol»u məlumatlandıran AYB-nin adının çəkilməsini istəməyən rəsmilərindən biri bildirib ki, S.Əhmədlinin vəfatı ilə əlaqədar AYB sədri Anar elə həmin gün Prezident Administrasiyasına müraciət edib: «Ənənəvi qaydaya əsasən Sabir Əhmədli xalq yazıçısı olduğundan rəsmi mətbuatda nekroloq yayımlanmalıydı. Ancaq Prezident Adminstrasiyasından cavab verilib ki, mərhumun ailəsi dəfn yerini özü seçsin. Əslində bu cavab hökumətin son sözü sayılmalıydı. Bundan sonra millət vəkili Sabir Rüstəmxanlı məsələyə müdaxilə etdi və birinci olmasa da, ikinci Fəxri Xiyabanda yer alacağına vəd verdi. Ancaq onun da səyləri nəticəsiz oldu».
Mənbə bildirib ki, AYB sədri Anarın dəfndə iştirak etməməsi xəbəri doğrudur: «Bunun səbəbi odur ki, AYB rəhbərliyi hökumətlə danışıqların nəticəsiz qalmasından çox pərt vəziyyətə düşmüşdü. Bundan xəbər tutan mərhumun yaxınları Binəqədidəki köçkünlər məzarlığına üz tutublar və AYB rəhbərliyinə də heç bir məlumat verməyiblər».
Bildirildiyinə görə, mərhum Bayram Bayramovun da dəfni birinci Fəxri Xiyabanda baş tutmamışdı. Amma sonradan onu ikinci Fəxri Xiyabanda dəfn etdilər: «Amma heç bu münasibət də Sabir Əhmədliyə göstərilmədi».

Sabir Rüstəmxanlı: «Hökumət rəsmilərinin əksəriyyəti ilə əlaqə saxlasam da, hər dəfə «baxarıq» cavabı eşitdim»

Xalq şairi, deputat Sabir Rüstəmxanlı hökumətlə danışıqlar apardığını təsdiqlədi. O bildirdi ki, mərhum Sabir Əhmədlinin dəfni ilə əlaqədar çox çalışsa da, istəyinə nail olmayıb: «Mən hakimiyyət rəsmilərindən Prezident Administrasiyasının rəhbəri  başda olmaqla əlaqədar şəxslərin əksəriyyəti ilə əlaqə saxladım. Hər dəfə «baxarıq» cavabını eşitdim. Ancaq sonra məni Türkiyəyə təcili dəvət etdiklərindən, baş verənlərdən məyus oldum. Yəqin ki, Bakıya qayıdandan sonra məsələ ilə əlaqədar geniş açıqlama verəcəm».

Abbas Abdulla: «Sabir Əhmədov bizi hazırladı»

Yazıçılar Birliyinin Ağsaqqal Şurasının sədr müavini Abbas Abdulla Sabir Əhmədliyə qarşı münasibətdən narahatçılığını ifadə etdi: «Mən rəhmətliyin vəfatından yerin-göyün xəbərsiz olmasından narahat oldum. Vallah, niyə belə alındı, heç özüm də bilmirəm. Yaxşı olar ki, bu sualları Anara verin. Şəxsən mən Sabirin o şəkildə və Fəxri Xiyabanda dəfn olunmamağından narahatam. Niyə belə olmağına gəlincə, bu sualın cavabını xalq və hökumət bilər».

A.Abdulla etiraf etdi ki, Sabir Əhmədliyə sərgilənən münasibət onlardan da yan keçməyəcək: «İnanıram ki, bizə də yüz faiz o cür münasibət göstərə bilərlər. Əslində Sabir Əhmədli bizi hazırladı. Yəni göstərdi ki, siz öləndə də belə dəfn olunacaqsınız, narahat olmayın». A.Abdulla «nə üçün AYB rəhbərliyinə etiraz etmirsiniz» sualına belə cavab verdi: «Etiraz edib nəyə nail olacam? Bəs narahat olmağım nə deməkdir? Əgər Fəxri Xiyabanda dəfn edilmədisə, nəyi müzakirə edəcəyik? Mən razıyam, qoy mənə də o cür hörmət göstərsinlər».

Natiq CAVADLI // Bizim Yol

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

2 Şərh var
Şərh yazın »

  1. Dünyasını tərk etmiş Xalq yazıçısına hörmətsizlik elə xalqa hörmətsizlik deməkdi. Və bu ola bilsin hələ bir qrupun formalaşmaqda olan xalqa etinasızlığ siyasətinin başlanğıcıdır. Kabinetində rahat oturmuş məmur özünü hər iki dünyanın sahibi hiss edirsə, yanılır. Allah onu heç torpağa da qismət eləməsin!… Görünür, əzizləri üçün yer bələdləyiblər, daralar. Bir azərbaycanlı, Qarabaölı kimi mən də özümü təhqir edilmiş sandım. Çünki Qarabağ probleminin fonunda bu başqa bir məna da kəsb edir.
    Ola bilsin, şairləri, yazıçıları, elm, mədəniyyət adamlarını ayrıca bir yerdə dəfn edilməsinin vaxtı çatıb. Çünki bəzi qudumuş məmurlar o dünyada da adamlara rahatlıq verməzlər. O “baxarıq!”- deyənlərə də Allah “baxarıq!” deyən molla qismət eləsin! Əslində məqsədləri Dövləti xalqın gözündən salmaqdır.

  2. Ferqindeyem gecikmis serh yazdiqimin. sadece olaraq dunen Xezer jurnalinin tercumesinde Macar yazicisi Istvan Qallin Kaff-ka hekayesini oxudum. Bir nov bu hekaye meni vadad etdi serh yazmaqa. Hekaye zavalli bir edebiyyat adaminin eqoizmi, qarsisina cixanlari(elbette sohbet hemyas edebiyyatcilardan gedir)tarakan kimi nece ezmesinden gedir. Bu ezme prosesine ne qeder emek serf edir. Istedadi, evvel onun qolundan tutan istedadi sonradan onun xudbinliyine dozmur. Ve nehayet o istediyine catir. Gunlerin bir gunu yuxudan ayilir ve ozunu heykellesmis gorur. Otuz illik ezab-eziyyet bahasina baza gelen neheng cehdler, litrlerle icilmis konyak, kilolarla cekilmis tutun, subhden-subhe yazi-pozu, bedeni uzen ve eseb sistemini pozan heyecanlar-yeni butun bunlar neticesiz qalmir.Amma heyhat. Getdikce boyuyur ve qiteden-qiteye oz neheng addimlari ile adlayir. hekaye bele bir sonluqla tamamlanir.Hardan bileydi ki, o ozunden sonra rahat bir sukut qoyub gedib. Burda elaqe tapmaq isteyenler tapacaqlar.
    P.S Men her seher ise gederken Fexri Xiyabanin yanindan kecirem. Ister-istemez seher gunesinin uzerlerinde berq vurduqu qebir daslarina baxiram. Dunyanin o uzundeki insanlar ucun artiq hec neyin bir ehemiyyeti olmadiqini bilmek isteyenler o soyuq daslara baxsalar yeter.
    Allah sene rehmet elesin Sabir Ehmedli.(Qendab)

Şərh yazın