Kənan Hacı. Ümummilli sakitlikdən sonra “Canlanma”
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 09 Mayıs, 2009
Azərbaycan ədəbi mühitində sözün əsl mənasında canlanma yaradan bir roman tufanqabağı sakitlikdə doğuldu. Özü də gözlənilməz bir imza. Əlbəttə, Taleh Şahsuvarlı imzası jurnalistika ilə məşğul olan hər kəsə tanış olmalıdır. Amma onun içində vurnuxan yazıçılıq potensialından heç birimizin xəbəri olmayıb.
Ortada fərqli fikirlərə, geniş müzakirələrə meydan açan bir mətn var. Bu mətnin ideya qatında nə dayanır? Özündə bütün zamanları ehtiva edən, intertekstuallıq prinsiplərini əsas götürən bu mətnin qeyri- xətti istiqamət marşrutlarında daxili bir nizam var. Oxu prosesində nəzərə çarpan dağınıqlıq, pərakəndəlik müəllifin öz qəsdidir, çünki əsərdə təsvir olunan zaman və məkanın özündə də sürüşkən bir aura hökm sürür.
Sırf realistik üslubda yazılmış Azərbaycan gerçəklikləri hər səhifədə adamın gözünü deşir. Palıd meşələrinə qənim kəsilmiş Qurban kişi elə həmin o “Tütək səsi”ndəki Qurban kişinin varisidir. Keçmiş zamanın üzərində qurulan proyeksiyalar uğurlu alınıb. “Ümummilli sakitlik” fonunda təsvir edilən qovğalar az sonra Azərbaycan üçün daha böyük fəsadlara yol açdı və yazıçı əsərin baş qəhrəmanı Azin Kürəçinin dilindən son dərəcə acı həqiqətləri bir qədər ironik tərzdə təqdim edir, fəsadların birbaşa mənbəyini göstərir.
Metaromanın heç bir struktura tabe olmayan və tez- tez qırıqlığa uğrayan süjet xəttini izləmək bir qədər çətindir. Əsər ancaq səbirli oxucuya öz sirrini verir. Unutmayaq ki, “Canlanma” ideya- mündəricə baxımından tamamilə müasir romandır, tarix isə bu günə dekonstruksiya üçündür. Xürrəmilərin başçısı Babəkin ruhu Azin Kürəçinin cismində təcəlla edir və müasir dövrün dəliqanlısı olan bu qoçaq müasir Azərbaycan cəmiyyətində baş verən hadisələrin burulğanına düşsə də zərrə qədər özünü itirmir, Babəkliyini sübut edir.
Əsas odur ki, metaroman nəşrindən dərhal sonra rezonansa səbəb oldu, əsəri qəbul edənlər də, birmənalı şəkildə inkar edənlər də, tənqid atəşinə tutanlar və təqdir edənlər də tapıldı. Bununla da qızğın müzakirələrə start verildi, əvvəldə qeyd etdiyim kimi, ədəbi mühitdə canlanma müşahidə olundu. Bir sözlə, Taleh bəy istəyinə nail oldu.
Bir nüansı da qeyd edim ki, “Canlanma” bir qədər satirik ruhda yazılıb. Müəllif bizdən hadisələrə düzgün qiymət verməyimizi istəyir. Seyid Əhmədin öz nəvəsinə boz keçinin şeirini deməsinə fikir verin: “Yalqız gəzib dolanma, tək olma, təşəbbüskar olma… Dağa-daşa dırmanma, etiraz eləməyə, dağa çıxmağa qorx, çobansız hərəkət eləmə, sürüdən aralanma, qoyunların qabağında get, qabaqcıl qoyun ol, qıllan, sənə ev verək, eşik verək, orden verək, medal verək, deputat seçək… Ay uşaq, əzbərlə, böyü, adam olma, keçi ol, ziyalı olma, kozyol ol!” (səh. 146) Və yaxud, “ …indiki zamanda ev tikmək üçün ev yıxmaq lazımdır,” (səh. 144) Sərrast və məqamında işlədilmiş ifadədir! Bu cür ironik duz qatılmış aforizmlər romanda kifayət qədərdir və onlar oxucunun işini bir qədər asanlaşdırır, çaş qaldığı məqamda ona ipucu verir.
Müəllif kifayət qədər ağrılı və kəskin suallar qoyur, bu sualların cavabını əsər boyu araşdırır və oxucunu da bu işə sövq edir. “Daqqa” Kazım beş –on manata aldanıb səsini xalqın malını talayan mafiozlara verən seçicilərin ümumiləşdirilmiş obrazıdır. “Daqqa Kazımın Azinə səs verməməsi qəribə deyildi. Qəribə olan Həsən bəyin ötən əsrin əvvəllərində tənqid etdiyi, aydınlığa, azadlığa çağıran millətin eyni məişətdə yaşamasıydı. Görəsən niyə dəyişə bilmədi Mirzə Fətəli, Mirzə Cəlil, Mirzə Ələkbər, Üzeyir bəy, Əbdürrəhman bəy sevgili millətimizi? Kitablarını oxudular, tamaşalarına getdilər, kinolarına baxdılar, güldülər, əl çaldılar, amma dəyişmədilər…” (səh.156) “…nədən biz milli istiqlalımızı qazansaq da, azad ola bilmədik?” (səh. 157)
Taleh bəyi ən çox əsərin dilindəki “qüsurlar”a görə tənqid atəşinə tuturlar. Amma tənqid obyektinə səthi yanaşma göz önündədir. Nəzərə alınmalıydı ki, metaroman postmodern üslubda yazılıb və bu üslub hər cür hoqqabazlığı məqbul sayır. Fərqli dialektlər mətni yüngülləşdirir, rəngarənglik yaradır.Roman çoxplanlı olmasına baxmayaraq çox rahat oxunur, oxucunu yormur. Bütövlükdə götürdükdə “Canlanma” xəbərdarlıqdır, cəmiyyətə mesajdır.
Xürrəmiləri aşağılayanlara, onları əyyaş, zinakar kimi qələmə verənlərə mətndə sərt təpgi var: “Qalsın qulluğunuzda, quqqulular!” Müəllifin bədii priyomları məncə, uğurlu alınıb, tarixə və ədəbiyyata az- çox bələd olan məlumatlı oxucu məqsəd və məramı anlayır. Amma gəlin, heç nəyi izah etməyə çalışmayaq. Sadəcə, Rolan Bartrın dedikləriylə razılaşaq: “Heç kimin, hətta ən “nümunəvi” oxucunun da mətnin bütün mənalarını tuta bilməsi qeyri- mümkündür, çünki mətn sonsuz dərəcədə sonsuzluğa açıqdır.”
Gəlin mətni oxuyaq və anlayaq.
kenan731@rambler.ru
“Kultaz”dan: “Canlanma” romanını yükləmə linkini təqdim edirik:
http://www.boxca.com/g2jp5p7gpxqj/canlanma_tarixi_metaroman.pdf.html





Yüklənir...
sehifelerin nomreleri ilesitatlari oxuyanda ele bildim hansisa muqeddes kitabin tefsirini oxuyuram
muellifin qalstuku olmasaydi ona iranda bashi sarinmish mucdehid deyerdim.
teriflerine o qeder ber bezek vurub ki, az qalib kitabi semavi kitaba benzetsin.
birce o qalib desin ki, butun elmler taleh beyin canlanma kitabinda var
Əziz Kənan!
İcazə verin, Sizin «Amma onun içind? vurnuxan yaz?ç?l?q potensial?ndan heç birimizin x?b?ri olmay?b» fikrinizlə razılaşmayım.
Taleh bir yazıçı olaraq ortaya çıxan kimi mənim diqqətimi cəlb etdi.
Mən Talehlə bağlı düşüncələrimi davam etdirmək istəyirəm.
Burda onunla Seymur Baycan arasında olan mübahisəyə münasibət bildirmək istəyirəm.
Açığını deyim, mən Seymurla Talehin arasınldakı mübahisəni həm maraqla, həm də ağrıyla izləyirdim.
Məsələ burasıdadır ki, Seymur yazıçı xarakterinə görə nəiyki Axundova, əksinə Füzuliyə yaxındır. Bu keyfiyyət onun yazılarında son vaxtlar xüsusi ilə görünür.
Halbuki Seymur Füzulini qəbul etmir.
Seymurdakı bu keyfiyyət ilk baxaşda ona görə görünmür ki, ortada zaman fərqi var və Füzuli ilə Seymurun istinad etdiyi mədəniyyətlər də bir – birindən fərqlənir.
Füzuli adətən bizim yadımıza qəzəl yaradıcılığı ilə düşür.
Amma Füzulidə daha bir qat var, o qat bu sözlərdə açılır; «salam verdim, rüşvət deyildir deyə, almadılar…
Məhz Füzulidəki bu qat Sabirə onun böyük yaradıcılığını sürətlə başqa bir müstəviyə keçirməyə imkan verdi.
Tamamilə Mircə Cəlil təcrübəsi içərisində olmasına baxamayaraq vaxtı ilə Rafiq Tağı da Mirzə Cəlili qəbul etmirdi.
Ümumiyyətlə, Seymur «alim kimi» çox zəifdir.
Amma yazıçı kimi Seymur sözdə elə yerlərə gedib çıxıb ki, gələcəkdə o öz prinsiplərində oyan- buyanlıq eləsə, o dəqiqə diqqəti cəlb edəcək, bu, Seymurun sonu olacaq.
Mən ümid edrəm, bu baş verməyəcək.
Mən bütün bunları niyə yazıram.
Seymurla Talehin arasındakı ədəbi mübahisəyə aydınılıq gətirmək üçün.
Seymurun Talehdən öyrənməyə heç bir ehtiyacı yoxdur.
Taleh də Seymura öyrədə bilməz. Çünki yazıçı tipinə görə Seymurla Taleh bir – birindən tamamilə fərqlənir.
Bu mənada Seymurun «Canlanman»ı roman kimi qəbul etməməsi mənə tamamilə təbii göründü. Elə Talehin Seymura «dərs demək istəyi» də o cümlədən.
Seymur tipinə görə «insan yazıçıdır».
Taleh tipinə görə «ideoloq yazıçı».
Talehin istedadının gücü və zifliyi onun «ideoloq yazıçı» olmasındadır.
Seymurun istedadının gücü və zəifliyi «insan yazıçı» olmasında.
Taleh ideoloq yazıçı kimi hələ ki bizə axıra qədər açılmayıb.
Seymurun yazılarındakı insan isə artıq tamamilə aydın görünür.
Bədii təkanı insandan alan yazıçılarla bədii təkanı ideyadan alan yazıçılar arasında həmişə mübahisə olub.
Talehlə Seymur arasındakı mübahisə də istisna təşkil etmir.
Ədəbiyyatın inkişafı üçün zəruri olan mübahisə mühiti bu «qarşıdurmada» xeyli mürəkkəb göründü; biz bu mübahisənin sivil yolunu tapa bilcəyikmi?
Bundan çox şey asılıdır.
Rasət bəy, fikirlərinizlə qısmən razıyam. Amma Seymuru Füzuli ilə müqayisə etmək üzr istəyirəm, anormal düşüncənin məhsuludur. O ki, qaldı Qaş(qaldaq)qayın fikirlərinə, onun kimi əmmaməsiz mollaların ədəbiyyatın həndəvərində hərlənmələri və kimlərinsə bostanına daş atması başadüşüləndir. … …..karvan keçər, məsəli bu məqamda yerinə düşür.
Kənan bəy,
mən Seymuru Füzuli ilə müqayisə etmirəm.
Mən Seymurun bir yazıçı kimi tipini təyin etməyə çalışıram. Bir yazıçı kimi poetik təkanı hardan, nədən aldığını müəyyənləşdirməyə səy göstərirəm. O cümlədən də Talehin…
Azərbaycan ədbyyyatında doğrudan da bir ədəbi inkar faktı var. Mirzə Fətəlinin Füzulini inkarı etməsi faktı. Seymur da bu fikri deyib. Amma bu fikrin kimə məxsus olduğunu Seymura çox yaxşı bilir. Axunduov Füzulini inkar edib. Amma Mircə Cəlil heç Axundovun Azərbaycan ədəbiyyatında nəfəsi soyumamış yenidən Füzulini özünəməxsus şəkildə ədəbiyyata qaytardı.
Axundov elə bilirdi ki, maarfçiliklə bütün problemləri həll etmək olar.
Amma Mirzə Cəlil Azərbaycan ədəbiyatında ilk dəfə bunun belə olmadığını başa düşdü.
Özü də sistemli şəkildə
«Ölüləri» yada salın – kefli İsgəndər deyir: «bunların hamısı dedi ki, oxu alim ol, bir nəfər də demədi ki, oxu ADAM ol».
Bu artıq Füzuliyə qayıtmaq idi.
«Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?»
«Oxu, adam ol» çağırışı da, Seymurun «mia»dakı «Əlvida Atatürk» (mən o biri yazlara hələ istinad etmirəm) yazısı da, insanın düşüdyü faciəni Füzulinin bu şəkildə ifadə etməsi də təkanı eyni yerdən alır – İnsandan…
İdeyadan yox, insandan…
Demokratiya uğrunda mübarizədən yox, insandan…
yaxud ayrı – aryı ictimai sifarişləri (bilərəkdən, ya bilməyərəkdən) yerinə yetirməkdən yox, insandan.
Bu sonradan Üzeyr Hacıbəyovun yaradıcılığında daha sistemli şəkildə meydana çıxdı.
Bu gün Azərbaycanda bu prinsiplər əsasında ən çox düşünən də Seymurdur. Biz, o cümlədən Seymur, bunu istəsə də belədir, istəməsə də…
Azərbaycanda insani dəyərlərn sinifiliyə, islami fanatizminə, etnik millətçiliyə, o cümlədən rejimə, sülaləçiliyə, kütləviliyə hələ də müqavimət göstərməsinin sirri də bundadır.
Bu aradan qaldırılan kimi biz hamımız eyni kateqoriyalarla düşünməyə başlayacağıq.
P.S. Ənənəvi düşücədən qırağa çıxmaq başqa şeydir, anormal düşümək başqa şey.
Taleh beyin ichinde yaradiciliga meylin omasinin ve eziyyetden qorxmamasini hele bir neche il bundan evvel hiss etmishdim. Onun bir choxlarinin yanindan otmek istediyi meseleleri ashkar muzakireye chixarmaq qabiliyyeti qezet meqalelerini de, maraqli edirdi.
Bununla elaqedar olan reaksiyalari da, tebii hesab edir ve musbet qiymetlendirirem. Bunlar (hetta aqressiv reaksiyalar bele) Talehi yeni bir esere yalniz seferber etmelidir.Yalniz bu cur movzunu bele ashkar muzakireye chixardigi ve zehinleri bu istiqametden qiciqlanmaga ve dushunmeye vadar etdiyi uchun Muellife teshekkur edir ve ugurlar dileyirem.