“Azərbaycanımızı təmiz saxlayaq” adlı foto sərginin açılışı keçirildi
Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 15 Mayıs, 2009
Ötən gün “Yaşıl Velosipedçilər” klubunun “AccesBank”ın maliyyə dəstəyi, həmçinin “Azəri Yurdu” Gənclər İctimai Birliyi və “AzərFoto” İnformasiya Agentliyinin birgə əməkdaşlığı ilə həyata keçirdiyi “Azərbaycanımızı təmiz saxlayaq” adlı ekoloji sərginin açılışı keçirildi. Sərginin açılışında bir çox qonaqlar iştirak edirdi. Onların arasında Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseyn Bağırov, Access Bankın İdarə Heyyətinin sədri cənab Endryu Pospilovski, Azərbaycan Turizm İnstitutunun rektoru cənab Cəfər Cəfərov və digərləri də var idi. Qonaqlar bu cür layihələrin önəmindən söz açaraq, bundan sonrakı layihələrdədə “Yaşıl Velosipedçilər” Klubuna və digər ekoloji təşkilatlara dəstək verəcəklərinin bildirdilər.
“Yaşıl Velosipedçilər” Klubunun İdarə Heyyətinin üzvü və layihənin rəhbəri olan Rizvan Mehdizadə, sərgi iştirakçılarını salamlayaraq, sərginin bütün ictimaiyyətə açıq olduğunu bildirdi.Müsabiqədə ilk üç yeri tutan iştirakçıya hədiyyə olaraq velosiped təqdim olunacaq. Müsabiqənin nəticələri sərginin son günündə elan olunacaq.
20 may 2009-cu il tarixinədək açıq olacaq sərgini “Yeni Qalereya” (Əziz Əliyev küç. 4/6 ünvanında – Azərbaycan kinoteatrının arxasında) sərgi salonunda ziyarət etmək olar. Sərgidə eyni zamanda Yaşıl Velosipedçilər Klubunun müxtəlif veloturlardan çəkilmiş fotoşəkillər də nümayiş olunur.
Xatırladaq ki, “Yaşıl Velosipedçilər” klubu 2008-ci ilin sentyabr ayında bir qrup fəal gənc tərəfindən yaradılmışdır. Klubun məqsədi, cəmiyyətimizin bütün təbəqələrindən, o cümlədən dövlət, qeyri-dövlət, media, biznes və digər strukturların nümayəndlərinin, xüsusilə gənclərin fəal iştirakı ilə insanları ətraf mühitə qarşı daha məsuliyyətli yanaşmağa çağırmaq, velosipedlərin və digər ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini ölkəmizdə təbliğ və inkişaf etdirməkdən ibarətdir.
Onu da xatırladım ki, “Yaşıl Velosipedçilər” klubu 2008-ci ilin sentyabr ayında bir qrup fəal gənc tərəfindən yaradılmışdır. Klubun məqsədi, cəmiyyətimizin bütün təbəqələrindən, o cümlədən dövlət, qeyri-dövlət, media, biznes və digər strukturların nümayəndlərinin, xüsusilə gənclərin fəal iştirakı ilə insanları ətraf mühitə qarşı daha məsuliyyətli yanaşmağa çağırmaq, velosipedlərin və digər ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsini ölkəmizdə təbliğ və inkişaf etdirməkdən ibarətdir.









Yüklənir...