Hər söz bir dost!
Yazar: Admin | Bölmə: Manşet, Persona | Tarix: 22 Mayıs, 2009
Nazim Hikmət: “Tıraştan tıraşa yüzüne bak, Unut yaşını, Koru kendini bitten, Bir de bahar akşamlarından…”
Niçin öldün Nazım?
Ne yaparız şimdi biz
şarkılarından yoksun?
Pablo Neruda
“Əsl sənətkarlar çoxları kimi doğulurlar, lakin hamı kimi ölmürlər”
Bu gün mən sizə ürəkyandıran ayrılıqların növbə-növünü, həsrətin müxtəlif adlarını əzbər bilən, qaranlıq həbsxanalarda yatan, böyük otellərdə gecələyən, hər cür aclığa tab gətirən və lakin bununla da dadmadığı yemək qalmayan (1961-ci ildə yazdığı bioqrafiyasından), türk doğulub kommunist həyatı yaşayan, Moskvada dəfn olunan və bir sözlə, türk dünyasının böyük şairi Nazim Hikmətdən danışacam. Mənə elə gəlir ki, insanlar ilk öncə həyatı ətrafındakı insanların sevgisi ilə sevməyə başlayırlar. Yəni sevməyi öyrənirsən, sevilirsən və sonra öz xəzinəndəki sevgini dünyaya bəxş edirsən. Nazim Hikmət həmin şairlərdəndir. Bu şair sadə insanlarla yanaşı böyük sənətkarların, ədiblərin, tənqidçilərin ürəyində silinməz izlər qoyub. O türk ədəbiyyatının zamanındakı böyük tarixi gedişatının həm iştirakçısı və həm də yaradıcısı olub. Nazim Hikmət türk şeirində dəyərliliyi, cəsarətliliyi, yerə-göyə sığmayan şəxsiyyəti, qələminin kəsəri, açıqsözlülüyü, mərdi-mərdanəliyi ilə böyükdür, əfsanədir.
Kommunist şairin həyat yolu elə də asan keçməmişdir. Belə desək, o öz ömür yoluna tarixin amansız yollarını birləşdirmiş və zaman-zaman sarsılmışdı. “Şair atasını”, həbsxana yoldaşını təsvir edən rəssam İbrahim Balaban məhkumların kommunist olduğu üçün Nazim Hikmətlə məsafəli davrandığını və hətta ondan olduqca çəkindiklərini bildirmişdi. Evində, küçədə, həbsdə, qatarda, təyyarədə nəfəsini dərmədən, dincəlmədən yazıb-yaradan şair əbədi olaraq sevənlərinin qəlbinə yol açdı. Özü kimi şeirləri də qəribə idi. Onun yazdığı şeirlər nəğməyə bənzəyir, insanın ürəyinə, iliyinə işləyir. Ağlamamaq mümkün deyil. Səmimilik, duyarlılıq, insan həyatı və bir söz əsl şair kəlimələri. Bu mükəmməl zəkalı insanın yaratdıqları onun bir parçası idi və bir sözlə, onların hər biri ondan bəhs edir, hər biri onun sönməyən nəfəsi idi.
Şair olduqca vətəninə bağlı idi və bunu öz şeirlərində ən zərif duyğuları ilə əks etdirirdi. “23 Sentlik Asker” şeirini şair həbsxanada keçmiş qara və qanlı günləri, memetçikleri düşünərək yazmağa başlayır:
Yalnız bir mesele var Mister Dalles,
herhalde bunu sizden gizlediler!
Size tanesini 23 sente sattıkları asker
mevcuttu üniformanızı giymeden önce de
“O üzərinə böyük yükləri götürənlərdən idi…”
Bu şair təkcə şair deyildi ki, o bir parça ürəyini hər istiqamətə yönləndirmişdi… Sənət elə bir sahədir ki, ona vuruldunsa, gözün heç nəyi görmür. O, iztirablı bir sevgiyə bənzəyir. Nə qədər acı çəksən, o qədər onu düşünürsən, o qədər yaradıcılıq eşqin artır və sənət yolunda param-parça olmağa hazır olursan. Bax belə sənətdən danışanda Nazim Hikmətlər yada düşür. Onun kimi cəsarətli, şair, rəssam, sevgi dolu, ata, sevən, sevilən, əzab çəkən, zülümlər görən.
Nazim Hikmət şeiri türk ədəbiyyatına sərbəst nəzmin yüksəlişini gətirdi. Düzdür ilk öncə bəziləri şübhə ilə yanaşsa da, şeirin gücü öz sərbəstliyi ilə ürəkləri oxşadı. Bu şeir əruzda, heca vəznində yazılan şeirlərə qarşı dirəniş idi. Yəni məqsəd yeni ruh gətirmək idi. Yeni ruh həm beyinlərə və həm də bütün istiqamətlərə yönlənməli idi. Şairin 1959-cu ildə yazdığı “Saçları saman sarısı, kirpikleri mavi” (Vera Tulyakovaya həsr etdiyi şeirlər) şeirləri şairin oxuculara bəxş etdiyi ən dəyərli sənət əsərlərinin davamı idi:
iki piyesimi seyretmiş Moskovada
garda genç bir kadın beni karşıladı
beli karınca belinden ince
saçları saman sarısı kirpikleri mavi
tuttum elinden yürüdük
yürüdük güneşin altında karları çıtırdata çıtırdata
Nazim Hikmət şeirdən başqa romanlar, məqalələr, tənqidi yazılar da yazırdı. O bütün sahələrdə öz ədalətliliyini, rəşadətini və əyilməzliyini göstərirdi. Şair hər zaman ədalətsizliyə düçar olmuş ziyalıların yanında idi. Məsələn, 1935-ci il yanvar ayının 5-i tarixli “Akşam” qəzetində Orxan Səlim, “İt Ürər Kərvan Keçər” başlıqlı bir məqalə yazır. Bu məqaləyə görə Orxan Səlim bir çox tənqidlərlə üz-üzə qalır və Nazim Hikmət bu barədə öz sözünü bir məktubla çatdırır. Məktubun mətni isə qəzetdə çap olunur:
“Benim sıska, benim cılız, benim toy oğlum Orhan Selim!
“İt Ürür Kervan Yürür’ diye bir yazı yazdın. Bir devrim yapan her ülkede bu yazı gönül açıcı bir türkü gibi okunabilir. Ancak, yine, bir devrim yapan her ülkede, yürüyen kervanların ardından bakakalanlar, geçmiş günlerin adamları bu türküyü bir ölüm marşı gibi dinledikleri için gocunurlar. Nitekim gocunanlar da oldu işte!.. Böyle bir söz söylediğin için, seni gündeliğinden, ekmek parasından ederiz, dediler. Senin adının üstünden bana taş atarak seni ürkütmek istediler. ‘Tehlikeli vadilerde yürüyorsun,’ diye kaşlarını çattılar.
“Aldırma, oğlum, Orhan Selim! Kavgayı uzatmakla güttükleri iki yol var: Birisi provokasyon yaparak seni ekmek parasından etmek; ötekisi tirajlarını yükseltmek!
“Böyle bir kapana düşme, yavrucuğum!
“Onlar isterlerse söylensinler daha, sen kavgayı burada bitir. Yoksa, yazdığın, beğendiğin o atalar sözünü anlamamış olursun.”
Nə qədər uzaqgörən bir insan və nə qədər düşüncəli…… O Nazim Hikmət idi!!…
“Xəzərin sorağı…”
Bahri Hazer…
Ufuklardan ufuklara
ordu ordu köpüklü mor dalgalar koşuyordu;
Hazer rüzgarların dilini konuşıyor balam,
konuşup coşuyordu!
Kim demiş “çort vazmi!”
Hazer ölü bir göle benzer!
Uçsuz bucaksız başı boş tuzlu bir sudur Hazer!
Hazerde dost gezer, e…..y! ..
düşman gezer!
Şair bu günləri görsəydi indi yəqin ki, Xəzər haqqında daha maraqlı yazardı….. Xəzər doğurdan bir anadır və ona, onun bizə verdiyi nemətlərə tərif vermək olduqca çətindir.
Çoxları soruşur nece oldu ki, Nazim Hikmətin sərbəst şeiri belə böyük məhəbbətlə qəbul olundu. Bunun səbəbi onun həqiqətən öz xalqını, türk millətini sevməsi və cana yaxın, şirin kəlimələrindən irəli gəlirdi. O öz şeirlərində xalqın dili ilə danışırdı və həm də olduqca sərbəst, hər söz bir dost kimi… O öz şeirinin, öz yolunun ustası idi və xalqın sevdiyi, xalqın yaratdığı əsərlərdən də ilham alırdı.
Şair vətəninə olan sevgisini öz yaradıcılığında, şeirlərində dəfələrlə böyük həyəcanla tərənnüm etmişdi. Ancaq onu başqa cür anlayanlar da var idi. Şairin kəskin tənqidləri bəzilərində böyük şübhələr yarada bilmişdi:
Vatan Haini
Evet, vatan hainiyim, siz vatanperverseniz, siz yurtseverseniz,
ben yurt hainiyim, ben vatan hainiyim.
Vatan çiftliklerinizse,
kasalarınızın ve çek defterlerinizin içindekilerse vatan,
vatan, şose boylarında gebermekse açlıktan,
vatan, soğukta it gibi titremek ve sıtmadan kıvranmaksa yazın,
fabrikalarınızda al kanımızı içmekse vatan,
vatan tırnaklarıysa ağalarınızın,
vatan, mızraklı ilmühalse, vatan, polis copuysa,
ödeneklerinizse, maaşlarınızsa vatan,
vatan, Amerikan üsleri, Amerikan bombası,
Amerikan donanması topuysa,
vatan, kurtulmamaksa kokmuş karanlığımızdan,
ben vatan hainiyim.
Yazın üç sütun üstüne kapkara haykıran puntolarla :
Nazım Hikmet vatan hainliğine devam ediyor hala.
“Dünyaya gəlmək və onu hiss etmək”
Nazim Hikmət 1901-ci ildə Selanikdə dünyaya göz açır. Babası Nazim Paşa özgürlükçü şair olaraq tanınırdı. Anası Cəlilə xanım isə fransızca danışan, piyano çalan, gözəl rəsimlər çəkən rəssam idi. Onun ziyalılığı, dəyişik qabiliyyətliliyi, anlayışlılığı ailəsindən gəlirdi. Bütün bunlarla yanaşı onun gələcəyə doğru iti və sürətli addımlar atmasına ailə çevrəsinin də təsiri böyük idi. Ailə dostu kimi evlərinə gəlib gedən Yahya Kamala heyranlıq duyduğunu və qiymət verməsi üçün yazdığı şeirləri ona göstərdiyi deyilir. Deyilənlərə əsasən Yahya Kemal Nazim Hikmətin anası Cəlilə xanımın sevgilisi idi. Lakin onu da deyim ki, 1950-ci ildə şairin əfv edilməsi üçün imza toplananda o qol çəkmir… Əlbətdə, bunu etməyin Yahya Kemal üçün nə qədər çətin olduğunu söyləmək elə mənim üçün də çətindir. Yahya Kemal hörmətli dövlət adamı, sevilən və dəyərləndirilən şair idi…
1921-ci ildə Nazim Hikmət yeni fikirlərlə qarşılaşır. İneboluda Almanyadan gələn gənclər (Spartakistlər) Sovetlər Birliyindən ürəklə danışırdılar.
Mustafa Kamalın dediklərini Vala Nurəddin “Bu Dünyadan Nazım Geçti” adlı kitabında belə bildirir: “Basmakalıp laflara ihtiyaç duymaksızın, Mustafa Kemal, bizim için çok önemli bir sadede girdi :
“- Bazı genç şairler modern olsun diye mevzusuz şiir yazmak yoluna sapıyorlar. Size tavsiye ederim, gayeli şiirler yazınız, dedi.
“Daha da konuşacaktı. Fakat aceleyle yanına bir iki kişi yaklaştı. Bir telegraf getirdiler. Paşa göz atınca telegrafla ilgilendi. Eliyle selamlayıp bizden uzaklaştı.”
Onu deyim ki, Atatürk elə iki cümlə ilə şairlərə ata nəsihətli dəyərli fikrini bildirmiş olur. Bir də ki, sənət don deyil ki, gündə dəbə görə birini geyinəsən. Yaradıcılıq o zaman sənət olur ki, o heç nəyə əyilmir, bənzəmir…
“Çətin cəbhələrdə döyüşmək…”
Yerində dura bilməyən, axtarışlara, yenilikçiliyə, özünü tapmağa can atan şair artıq 20 yaşında Moskvada Şərq Əməkçiləri Kommunist Universitetinə yazılır. Beləliklə Nazim Hikmət şeirlərinin yeni ruhu daha da bərkiməyə, möhkəmlənməyə, qılınc kimi kəsməyə və özünü sevdirməyə başlayır. O, fransız şeirinin sərbəst ölçüsünü çox gözəl bilirdi, o bacarıqlı idi və o bütün elmini, səylərini birləşdirərək öz sözünü türk ədəbiyyatında dönüş yaradaraq sərbəst, axıcı, həm hecalı və həm də olduqca qəlibsiz, türkün tarixi səsini özündə canlandıran avazlı şeiri ilə bildirmək istəyirdi. Bununla bəlkə də şair öz şeirində fikrini xalqa daha sərbəst deməyə, nəzmə yenilik gətirməyə, hecalara, qəliblərə girməməyə, bir sözlə, öz azad ruhunu poeziyaya gətirmək istəyirdi.
Onun ilk şeir kitabı “Güneşi İçenlerin Türküsü” 1928-ci ildə doğma Bakıda çıxdı. Nazim Hikmət Azərbaycanı sevirdi və bu məhəbbət sözsüz ki, qardaş xalqın din, dil, mədəniyyət eyniliyindən, qardaşlıq hissindən irəli gəlirdi.
Şairin hələ çətin günləri qabaqda idi, bir-birini izləyən sıxıntılı günlər, onun heç nəyə baxmayaraq öz sənətinə sarılıb müqavimət göstərməsi…
O tez-tez sorğu suala tutulur, cəzalandırılır, məhkəmə salonlarında iştirak edirdi. Anadolu nəfəsli, xalq şeirinə yönəlməsini istəyən ədiblər onun istedadına inanırdı, lakin şair öz sözünü deyir, ədəbiyyatın daşlaşmış dəyərlərinə qarşı sərt fikirlərini bildirirdi. O ədəbiyyatda inqilab etməyi öz qarşısına məqsəd olaraq qoymuşdu. Məsələn, 1929-cu ildə “Putları Yıkıyoruz” başlığı altındakı yazılarında Abdülhak Hamit, Mehmet Emin kimi şairlərə bildirdiyi sərt tənqidlər onun müdafiədən artıq hücuma atılmasını göstərirdi. Şairin daha başı bəlalı kitablarından biri “Gece Gelen Telegraf ” idi:
Avuçlarımda
ellerinin gölgesi dolaşan adam
demir parmaklıklardan gördü son gündüzünü.
Mahpushane doktoru
örterek paltosuyla upuzun yatanın yüzünü:
- Tamam!
1933-cü ildə işıq üzü görən kitab özü ilə çətinliklər də gətirdi. Onu yenə də məhkəmə qərarları və cəza gözləyirdi. İrəli sürülən iddialardan ən başlıcası “kommunizm propaqandası ilə məşğul olmasında” idi.
Nazim Hikmətin yaşadığı çətinliklər onun qadınlarla olan münasibətlərinə də bir xeyli təsir göstərmişdi. Şair olduqca yaraşıqlı, mavi gözlü və bir sözlə, qızların sevimlisi idi. Nazim Hikmət sevgi dolu, sevgiylə yaşayan bir insan idi və şair həm çox sevilmiş, həm sevmiş və həm də böyük ayrılıqlar yaşamışdı. Piraye Altınoğlu ilə 1935-ci ildə evləndi, lakin ona qədər Sovetlər Birliyində iki dəfə evlilik həyatı (ilk böyük eşqi Nüzhet xanım və diş həkimi Lyudmilla Yurçenko) yaşamışdı. Ancaq şairin qəlbində Pirayə xanımın yerini heç kəs əvəz edə bilməzdi:
PİRAYE İÇİN
Ne güzel şey hatırlamak seni,
yazmak sana dair
hapiste sırtüstü yatıp seni düşünmek:
filanca gün, falanca yerde söylediğin söz,
kendisi değil
edasındaki dünya…
Həbsxanaları gəzən şairi bu dəfə daha ağır cəza gözləyirdi. 12 il Bursa həbsxanasında qalan Nazim Hikmət nəşr olunmasa da durmadan bir-birindən gözəl şeirlər yazdı. Kuvayi Milliye, Piraye İçin Yazılmış Saat 21-22 şeirləri, Pirayeye Rübailər, Memleketimden İnsan Manzaraları, Ferhad ile Şirin, Yusuf ile Menofis kimi əsərlər və onlardakı bəzi hisslər həbsxana həyatının ağır günlərindən, həsrətindən, oradakı həyatdan və həbsxana dostlarının acılarından xəbər verir:
“HAPİSTE YATACAK OLANA BAZI ÖĞÜTLER” :
Tıraştan tıraşa yüzüne bak,
Unut yaşını
Koru kendini bitten,
Bir de bahar akşamlarından;
Bir de ekmeği
Son lokmasına dek yemeği
1950-ci ildə aclıq aksiyası ilə bağlı olaraq Nazim Hikmət ağır bir vəziyyətdə Cərrahpaşa xəstaxanasında idi. O haqqını, azadlığını tələb edirdi. Şair artıq çox bezmiş və içindəki şiddət daxilinə və xaricinə üsyan edirdi…
Şairin kədərli vəziyyəti ilə bağlı durmadan həm vətəndə, həm də xaricdə iclaslar keçirilir, hadisələr baş verir, imzalar toplanılır, ərizələr, məktublar yazılır, teleqraflar göndərilirdi. Bütün çətinliklərə baxmayaraq, nəhayət ki, 1950-ci il iyulun 15-də o sərbəst buraxılır. 1951-ci il martın 26-da Münəvvər xanımdan oğlu – Mehmet oldu. Lakin az sonra əsgərlik problemi ilə bağlı olaraq Nazim Hikmətin Rumıniyaya və oradan da Moskvada olduğu öyrənildi. Beləliklə 1951-ci ilin iyul ayının 25-də Bakanlar Kurulu qərarıyla türk vətandaşlığından çıxarılır.
Onu deyim ki, Türkiyə Cümhuriyyətinin Bakanlar Kurulunun 05.01.2009 saylı qərarına əsasən Nazim Hikmət gec də olsa, 58 il sonra yenidən türk vətəndaşı oldu. Nə deyək… Çox sevindik. Yəqin şairin ruhu da şad olmuşdur.
Çox keçmədən Nazim Hikmətin sənətinə və həyatına yeni bir nəfəs gəldi, o şöhrətli, tanınmış olmuşdu. Kitabları çıxır, əsərləri müxtəlif dillərə tərcümə olunurdu. Sovetlər Birliyinin soyuq müharibə illərindəki sülh propaqandasında Nazim Hikmət böyük məharətlə iştirak edir və savaşa, atom silahlarına qarşı şeirləri bəstələnərək sevilirdi. Lakin Nazim Hikmət Sovetlər Birliyində qonaq olduğunu zaman-zaman anlayır və düşüncələrini açıq-saçıq söyləməkdən belə çəkinməyə başlamışdı. Məsələn, 1951-ci ildə İlya Ehrenburga şair belə demişdi: “Stalin yoldaşa büyük bir saygım var, ama onu güneşe benzeten şiirler okumaya dayanamıyorum, bu yalnız kötü şiir değil, kötü duyarlık.”
Şairin azad fikirli kəlmələri qatı kommunistlərin xoşuna gəlmirdi və hətta ona xəbərdarlıqlar da edilmişdi. Bir sözlə, Sovetlər Birliyinin sərt üzünü şair çox yaxşı anlamağa başlamışdı. Bu ucsuz-bucaqsız imperiyada türk dövlətləri Nazim Hikmətə olduqca doğma idi. Bəlkə də doğma vətənin qoxusunu bu dövlətlərdən olan dostlarından ala bilirdi. Lakin Azərbaycanda, Özbəkistanda, Türkmənistan və Qazaxıstandakı vəziyyət və öz gördükləri şairin könlüncə deyildi.
1955-ci ilin sonlarında Vera Tulyakovaya sevdalanan şair “Sensiz Paris” deyərkən ürəyinin niyə həsrət çəkdiyini (Münəvvər və oğlu Mehmet) anlamamaq mümkün deyildi:
Sensiz Paris gülüm bir havai fişeği
Bir kuru gürültü kederli bir ırmak
Yıktı mahfetti beni
Pariste durup dinlenmeden gülüm seni çağırmak.
Vera Tulyakovaya həqiqətən vurulan şairin onu dəlicəsinə sevdiyi və çox qısqandığı bildirilir. Beləliklə onlar 1960-cı ildə evlənirlər. Bəs Münəvvər? Elə buradaca “İki sevda” şeiri doğulur. Şair ilk misrada “olmaz” deyir, amma heç kimin gözünə görünməyən bir şəkildə, yəni özü də inanmasa da, “ola bilər” kəlməsini işlədir:
İKİ SEVDA
Bir gönülde iki sevda olamaz
yalan
olabilir.
* * *
Fırlamak yataktan koşmak altında yağmurun
istasyona koşmak
- Sür kardeşim Maşinist
götür beni oraya.
- Nereye?
Vera şairin yanında idi, bu halda bəs maşinist hara sürməlidir? Gedə bilməyəcəyi yerə, əli çata bilməyən Münəvvərə? Doğrudur, bunu mən deyirəm… bəlkə də…
Nazim Hikmət şeirlərini olduqca bəyənən italiyalı iş adamı Karlo Guilluni bütün çətinliklərə baxmayaraq, Münəvvər Andaç ilə iki uşağını Nazim Hikmətlə görüşdürə bilir. Gabriele Giulini həmin günlərin xatirəsini danışarkən Nazim Hikmətin atasına bu kəlmələri söylədiyini bildirir: “Karlo, mən varlıları heç sevmirəm. Hətta onlara nifrət edirəm, lakin ilk sevdiyim varlı sən oldun”.
Şair Münəvvəri və oğlunu Moskvaya aparmır. Burada da bir şey demək istəmirəm…
Beləliklə Nazim Hikmət Veranın yanına qayıdır.
1962-ci ildə şair səhhəti ilə bağlı olaraq dünyanın bir çox yerlərindəki tədbirlərə qatıla bilmir. Şair sanki ölümünü hiss edirdi… Moskvada yazdığı “Cenaze Merasimim” şeiri bu baxımdan olduqca təsirlidir:
Bizim avludan mı kalkacak cenazem?
Nasıl indireceksiniz beni üçüncü kattan?
Asansöre sığmaz tabut,
merdivenlerse daracık.
Belki avluda dizboyu güneş ve güvercinler olacak,
belki kar yağacak çocuk çığlıklarıyla dolu,
belki ıslak asfaltıyla yağmur.
Ve avluda çöp bidonları duracak her zamanki gibi.
Az sonra, gözəl şair 1963-cü il iyun ayının 3-də Moskvadakı evində həyatla vidalaşır. O özündən sonra böyük insan həyatının keçməkeşli həyat izlərini qoyub getdi…
Hər zaman Nazim Hikmət haqqında düşünüldü, danışıldı və hey danışılacaq. Çünki o sirli bir şəxsiyyət olaraq qalır, o öz zirvəsində əlçatmaz idi…
Şairi hər zaman sevənlər olacaq və o əbədi olaraq xatirələrdə yaşayacaq. Yaratmışdı ki, yaşasın və buna da nail oldu! Mən də bu gözəl şair haqqında fikirlərimi onun ən dəyərli şeirlərindən biri olan “Sən” ilə bitirmək istəyirəm…
SEN
En güzel günlerimin
üç melun adamı var:
Ben sokakta rastlasam bile tanımayım diye
en güzel günlerimin bu üç melun adamını
yer yer tırnaklarımla kazıdım
hatıralarımın camını..
En güzel günlerimin
üç melun adamı var:
Biri sensin,
biri o,
biri ötekisi..
Düşmanımdır ikisi…
Sana gelince…
Yazıyorsun…
Okuyorum…
Kanlı bıçaklı düşmanım bile olsa,
insanın
bu rütbe alçalabilmesinden korkuyorum…
Ne yazık!..
Ne kadar
beraber geçmiş günlerimiz var;
senin
ve benim
en güzel günlerimiz…
Kalbimin kanıyla götüreceğim
ebediyete
ben o günleri…
Sana gelince, sen o günleri -
kendi oğluyla yatan,
kızlarının körpe etini satan
bir ana gibi satıyorsun!..
Satıyorsun:
günde on kaat,
bir çift rugan pabuç,
sıcak bir döşek
ve üç yüz papellik rahat
için…
En güzel günlerimin
üç melun adamı var:
Biri sensin,
Biri o,
biri ötekisi…
Kanlı bıçaklı düşmanımdır ikisi…
Sana gelince…
Ne ben Sezarım,
Ne de sen Brütüssün…
Ne ben sana kızarım
ne de zatın zahmet edip bana küssün…
Artık seninle biz,
düşman bile değiliz..
Günel Mustafayeva





Yüklənir...
Sherleri xususen beyendim, super. Amma Nazim Hikmet uchun beyendim yazini. Men Nazim Hikmeti Irade Tuncay vesf edende sevirem, o Nazimin ruhunu duyur, bu ashkardir.