Əsəd Nəsirli. Yalançı Əxlaq Maskası
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 27 Mayıs, 2009
Cəlil Cavanşir Yurdsevənlə ədəbi söhbətdən
Bu gün çağdaş ədəbiyyatımızın üzdə olan əksər yazarların sifətində yalançı əxlaq maskası var. Bir yazımda dediyim kimi, kimiləri dövlətə, AYB-yə sığınıb sərbəstlikdən, azadlıqdan danışıb, iki bayraq altında döyüşür, kimiləri də onun-bunun anasına-bacısına söyməyi yenilik sayır, amma öz ana-bacılarından xəbərləri yoxdur. Meydanı boş görənlər elə bilirlər ki, bu meydanda rahat hərəkət edə biləcəklər. Day deirlər ki… Nə isə… bu cümlələri söhbətə başlamaq üçün yazdım.
Yalançı əxlaq maskası nədir?
Mənim fikrimcə, yalançı əxlaq maskası insanın öz içində olduğundan fərqli görünməyə çalışması, arxa planda etdiklərini ön planda etməyə cəsarət etməməsi, əxlaqsız içiylə daim ədəbli, xeyrxah və ütülü sözlər danışması, kimsə onun yanında söyüş söyəndə üzünə elə ifadə verməsi ki, guya, bu, ömründə söyüş, ədəbsiz söz eşitməyib, özünü cəmiyyətə saxtakarcasına sırıması və s. i.a.
Bir misal çəkim. Mənim bir sinif yoldaşım var idi, evləri yolun qırağındaydı. Çox zaman evlərinin yanından keçəndə anasıyla necə heyvanı rəftar elədiyini görərdim, anasını söyərdi, döyərdi. Amma kənd toylarında “muzıkantlar”ın qabağına iki manat atıb “Ana” mahnısını sifariş edib oynayardı. Hələ bu, bugünki cəmiyyətimizdə yalançı əxlaq maskasına çox adı bir misaldır.
Ədəbiyyatımızda da belədir. Ona-buna boğazdan yuxarı təriflər, mədhiyyələr yağdıranlar ekranda, mətbuatda xalqın adından danışırlar. Və xalq da onları yazar kimi, ziyalı kimi qəbul etmək məcburiyyətində qalır. Amma bir gün onların iç üzü açılanda xalq düşünür ki, bu yazarların, ziyalıların üzdə olanları belə saxtakardırsa, gör hələ üzdə olmayanları nə gündədir. Day demir ki, həmişə üzdə olanlar yaltaqlar, məddahlar olur. Əslində, xalq burda haqlıdır, deməli, bizdə sözə, ziyaya bu cür qiymət verilir ki, xalq da yazarlardan – ədəbiyatdan, ziyalılardan – boşboğazlardan iyrənir.
Bəzən belə deyirlər ki, ədəbiyyat cəmiyyətin aynasıdır. Əgər belədirsə, sual verirəm: mən anadangəlmə lüt soyunub ayananın qarşısına çıxsam ayna məni paltarlamı göstərəcək? Əlbəttə ki, yox!
Onda ədəbiyyatdakı açıq-saçıqlıq əgər cəmiyyətin aynadakı əksidirsə bunun nəyi əxlaqsızlıqdır? Yazarın nə günahı ki, cəmiyyət bu gündədir? Biz çox şeyi gizlədə-gizlədə, ört-basdır eləyə-eləyə elə bu günə qalmışıq.
Başqa bir misal. Tutaq ki, mən bir yazar olaraq, ən iyrənc problemlərimizdən biri olan qadınlarımızın özlərini satmaq üçün Dubaya getməsindən bir yazı yazmaq istəyirəm. Yaxşı, onda mən nə etməliyəm? Durub ora gedən qadınlarımızın həyat tərzini başıçadralı, uzunətəkli, əldəyməmiş, bakirə kimi təsvirmi etməliyəm? Onda mən kimi inandıra bilərəm ki, məhz bu məsələdən yazmağa çalışmışam və problemi açıb göstərmişəm? Əgər problemi olduğu kimi verə bilmirəmsə, daha doğrusu, hadisələri açıb-ağarda bilmirəmsə, mən də bir yalançı əxlaq maskası taxmış deyiləmmi? Onda adama deyərlər, kimə gəlirsən, get aşığını at.
Əgər ədəbiyyat cəmiyyətin aynasıdırsa, onda biz öz həyat tərzimizin yaxşı tərəfləriylə yanaşı, ən iyrənc, ən məhrəm tərəflərini də göstərməliyik ki, saxtakarlıq etməmiş olaq. Zatən dünyada belə deyilmi?
Daha bir misal. Bax, biz bu gün yazısında adıcə “fahişə” sözünü işlədən bir yazarı o saat əxlaqsız elan edə bilirik. Amma fahişəliyi yayan teleseriallara, özləri bu yuvanın quşu olan müğənniciyəzlərin verilişlərinə, konsertlərinə ailəmizlə oturub maraqla baxırıq, amma bunu əxlaqsızlıq saymırıq. Nə üçün? Çünki sifətimizdə yalançı əxlaq maskası var. Və bizim hər an, fanatik dindarlar kimi, özümüzü sudan quru çıxartmaq üçün əlimizdə standart cavablarımız da var. Elə standart cavablar ki, bununla Əhməd bəy Ağaoğlunu da, ruslar demiş, “neprav” çıxartmaq olar.
Daima içimizdə belə bir qorxu kompleksi gəzir ki, ayə, birdən filan şeyi olduğu kimi yazaram, məni əxlaqsız adlandırarlar.
Tez-tez belə bir söhbətlə rastlaşırıq ki, deyirlər, “bir ədəbiyyatı ki, anama, bacıma, ailəmə oxuya bilməyəcəm, o, həqiqi ədəbiyyat deyil və ya əxlaqsız ədəbiyyatdır”. Birinci, onu deyim ki, ədəbiyyat elə əxlaqsız olmalıdır. Yalnış anlaşılmasın, bu, o deməkdir ki, ədəbiyyatla əxlaq ayrı-ayrı sahələr, elmlərdir. Əgər əxlaqın dediyini, öyrətdiyini ədəbiyyat deyəcəkdisə, öyrədəcəkdisə, onda əxlaq adlı bir elmə, ümumiyyətlə, əxlaqa nə ehtiyac var? Qoy onda ədəbiyyat öz işini görsün də.
İkinci və ən əsası, əxlaq ümumi deyil, fərdi bir anlayışdır. Hər insanın əxlaqı onun düşüncəsi və qavrayışı səviyyəsindədir. Öz fərdi əxlaqınla başqasını əxlaqsız adlandırmağın özü elə əxlaqsızlıqdır.
Üçüncüsü isə, yazar yalnız ondan ötrümü oturub yazır ki, oturub anasına, bacısına, ailəsinə oxusun? Bu yazarın bəs başqa oxucusu yoxdur? Deməli, yalançı əxlaq maskası taxmış bu yazarın düşüncəsi də öz ailəsindən kənara çıxa bilmir. O, başqalarını deyil, yalnız öz ailəsini və öz mənafeyini düşünür. Əgər buna əxlaq deyirlərsə, mən yazar üçün bundan əxlaqsız, absurd heç nə görmürəm.
Bir də unutmayaq ki, yaradıcılıq intim məsələdir. Əgər kiminsə əxlaq, intim kompleksi varsa, ümumiyyətlə, onun ədəbiyyat oxuması düzgün deyil. Biz bilirik ki, atamızla anamız yatır və ya kişiylə qadının yataq səhnəsi necə olur. Yazıçı bunu bizə xatırladırsa, guya, bizim beynimizdə nə dəyişir ki, onsuz da biz bildiyimizi bilirik.
Gülməli bir misal. Yaxınlarda özünə tənqidçi-KÜlTürOLOQ deyən Aydın Xan Əbilovla bir söhbətimiz oldu, daha doğrusu, ancaq o danışdı. AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin işçisi olan bu adam deyir: “Tüpürüm o ədəbiyyata ki, onu mən anama, bacıma, ailəmə oxuya bilməyim”. Sonra hələ gör nə deyir? Günün iyrənc reallığını bir vedrə tərifləyəndən sonra, Əbilov cənabları deyir ki, mən zamanın nəbzini tutan yazaram, görürəm oxucu indi erotik mətnləri xoşlayır, mən də oturub erotik yazıram. O vaxt danışmağa mənə imkan verməyən Aydın Xana yadımdan çıxdı ki, belə bir sual verim: sən yazdığın erotik hekayələri-mekayələri ailənə oxuya bilərsənmi?
Bax, ədəbiyyatımızda bu cür və bundan da beş-betər yalançı əxlaq maskaları taxanlar var. Bizsə oturub başqaları kimi kosmosdan danışırıq.
P.S. Bir də yuxarıda dediyim bir neçə cümləyə qayıdıb deyim ki, yalançı əxlaq maskası taxanlar nə qədər istəyirlər bunu davam etdirsinlər, amma onlar heç kəsi aldada bilməyəcəklər, özlərindən savayı…



(5 səs, hardasa: 4,20 ilə 5 arası)

Yüklənir...
QEYD:
BU YAZI 14.05.2009 TARİXİNDƏ ”ADYAZAR.AZ” YERLƏŞDİRİLSƏ DƏ, SAYT BAŞQANI RASİM QARACA ELƏ HƏMİN GÜN YAZINI SAYTDAN ÇIXARTDI. SƏHƏRİ GÜN “PROLOQ” QƏZETİNƏ GÖNDƏRSƏM DƏ ONLAR DA ÇAP ETMƏDİLƏR. İNDİ ÖZÜNÜZ OXUYUN VƏ SƏBƏBİNİ ANLAYIN…
QEYD – 2
YAZIYA SAĞLAM TƏNQİDİ MÜNASİBƏTDƏN KƏNAR KİMSƏ NƏSƏ YAZMAQ İSTƏYİRSƏ, GƏLSİN OTURAQ, ƏDƏBİYYATDAN KƏNAR NECƏ LAZIMDIR SÖHBƏT EDƏK. VƏSSALAM
Sitat: “Gülməli bir misal. Yaxınlarda özünə tənqidçi-KÜlTürOLOQ deyən Aydın Xan Əbilovla bir söhbətimiz oldu, daha doğrusu, ancaq o danışdı. AYB-nin üzvü, “Ədəbiyyat qəzeti”nin işçisi olan bu adam deyir: “Tüpürüm o ədəbiyyata ki, onu mən anama, bacıma, ailəmə oxuya bilməyim”. Sonra hələ gör nə deyir? Günün iyrənc reallığını bir vedrə tərifləyəndən sonra, Əbilov cənabları deyir ki, mən zamanın nəbzini tutan yazaram, görürəm oxucu indi erotik mətnləri xoşlayır, mən də oturub erotik yazıram. O vaxt danışmağa mənə imkan verməyən Aydın Xana yadımdan çıxdı ki, belə bir sual verim: sən yazdığın erotik hekayələri-mekayələri ailənə oxuya bilərsənmi?”
Deyirlər, mərhum Mirzə İbrahimov AYB iclaslarında üzünü o dövrün “KQB”-çiyə tutub hər dəfə təkrar edərdi: “Biz də yuxarılarla işləyirik, amma sən burada danışılanları “oralara” olduğu kimi çatdır…”
Əsəd, indi ki, mənə sataşıb populyarlaşmaq fikrinə düşmüsən, yardımımı sənə halal edirəm. Fəqət, sitat verəndə olduğu kimi yaz. Mən o ədəbiyyata tüpürürəm ki, orada səninkimilər Zahir Əzəmətin İnterneti altında meydan sulamaq əvəzinə toz qaldırmaqla məşğuldurlar.
O söhbət – indi sənə ayırdığım 2 saata təəssüflənirəm – zamanı isə mən bildirmişdim ki, bizi öz dost-tanış və yazarlardan başqa, hətta doğmalarımız da oxumur. Oxucunu ədəbiyyata qaytarmaq vacibdir.
O ki, qaldı erotik əsərlərimin ailə üzvlərim tərəfindən oxunmasına, onlar ümumiyyətlə millətin 99 faizi kimi oxumağa alergiyası var. Maska məsələsində özün tez-tez güzgüye nəzər salsan Slavyandakı maskalardan biri olduğunu görə bilərsən. Mənsə sənin indi nağıl etdiyin məsələləri 10 ildir ki, Tele-radio kanallarda dəfələrlə danışmışam, “qəhrəmancığaz”…
Nə yazmağı öyrətməkdənsə, özün ortaya bir nəsnə çıxart, yoxsa Xanəmirşünaslığınla çox uzaqlara gedib çıxa bilməzsən…
P.S. Hə, bir də özünü psixoloqa göstərsən, xeyrinədir…
Əsəd nə var nə yox? haralrdasan
Aydın bəy, sağ olun. Nəhayət ki, ürəyimdən tikan çıxdı.
Bir dəfə bunun yazdığını tənqid elədim, bu da ağzını elə açdı ki…
Esed butun OYU senin arxandadir,iwinde ol…nese olsa xeber ele…
Əsəd, gec də olsa ad günün – 24 yaşın mübarək….
24 yaşıma
sən elə bir yerə gəldin dönüşü yox
iyirmi dörd il gözləmədin iyirmi dörd yaşında
ağlın başında başın günəşin altında kirayə ev
qapısı daha özgür olan uşaqlara
əlin ürəyin açıq qapı arxasında keçilməz
yol boyu düşündüyün özündən çox
başqaları səni sevməz olsun onsuz
sən elə bir yerə gəldin dönüşü yox
Əsəd, mən səni o cümlədən digərlərinin heç birini tanımıram sənə qarşı heç bir qərəzim də ola bilməz, vaxt itirmək də istəmirdim, amma kimsə anlatmalıdır sənə:
Sən nə isə demək istəyirsən, təhrini bilmirsən.
Sənin yazını hansısa saytdan çıxarıblarsa çox düz ediblər.
Sənin yazdıqların əxlaqsızlığı tənqid etməkdən çox, təbliğ edə bilər dediyin o “seriallar” kimi.
Ele şeylər var ki, onlar deyilməz, yazılmaz …..məsələn sənin aşağıdakı cümləni oxuyanda mən sənin əvəzindən xəcalət çəkdim, yazırsan ki, “Biz bilirik ki, atamızla anamız ……… onsuz da biz bildiyimizi bilirik”.
Bildiyin hər şeyi çəlpaxlıqla deməyin özü hər şeyi adiləşdirib əxlaqsızlığı təbliğ etməkdir.