Beynəlxalq fotomüsabiqənin qalibləri bəlli oldu

Yazar: Admin | Bölmə: Foto | Tarix: 01 Haziran, 2009

12Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Cənubi-Şərqi Avropa üzrə Media Təşkilatının (SEEMO) insan hüquqları mövzusunda elan etdiyi foto müsabiqə başa çatıb. SEEMO-dan verilən məlumata görə, müsabiqəyə 14 ölkədən 118  jurnalist qatılıb. İştirakçılar müsabiqəyə 501 foto təqdim ediblər.

Münsiflər heyətinin qərarı ilə müsabiqədə 1-ci yerə Macarıstandan olan Bela Szandelszkiy – “Gürcüstan 02” adlı fotosuna görə layiq görülüb. Serbiyalı fotoqraf Nebojsa Radosavljevic-Rausun təqdim etdiyi “Tale” adlı foto 2-ci yerin qalibi olub. 3-cü mükafat isə “Daşqın” fotosuna görə Xorvatiyadan olan Srecko Niketicə nəsib olub.

Xatırladaq ki, müsabiqəyə bu il aprelin 19-da start verilmiş, mayın 19-da isə sənədlərin qəbulu dayandırılmışdı. Əvvəlcədən xəbər verildiyi kimi, professional münsiflər heyəti tərəfindən müəyyən olunan ilk üç yerin qalibi müvafiq olaraq 1000, 750, 500 avro məbləğində mükafatlandırılacaq.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

1 Şərh var
Şərh yazın »

  1. Bəlkə bu müsabiqəyə keçid yerləşdirəsiniz? Ən azından bu 3 şəkili görmək istərdim.

Şərh yazın