Gənc dirijor beynəlxalq mükafata layiq görüldü
Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 06 Haziran, 2009Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, gənc dirijor Əyyub Quliyev Sankt-Peterburqdakı “Musiqi Olimpi” Fondunun təsis etdiyi “Tamaşaçı simpatiyası” Beynəlxalq mükafata layiq görülüb.
Qeyd edək ki, bu mükafat “Musiqi Olimpi” festivalında konsertlərdə iştirak etmiş dinləyicilərin səsverməsi nəticəsində verilir.
Bu il festivala 13 ölkənin 25 musiqiçisi arasında seçim aparılıb. Mükafatın təqdim olunması mərasimi iyunun 4-də Sankt-Peterburqdakı “Grand Palace” mərkəzində olub. Tədbirdə “Musiqi Olimpi” Fondunun rəhbərləri, tanınmış incəsənət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Əyyub Quliyev festival tarixində bu mükafata layiq görülmüş ilk dirijordur.





Yüklənir...
salam dogurdan azerbaycanli oldugum ucucn fexr edirem ne yaxwi ki bele maariflendirici saytlar var HALAL HALAL HALAL – azerbaycanli oldugumuzuz unutdurmur bize
))
halal olsun Eyyub qardawimiza !!