Elnur Astanbəyli. Yeni şeirlər
Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 07 Haziran, 2009indi mən hər gün
dünənkindən daha hüznlü və kədərliyəm
hər gün gözlərimdə bir az da sönür günəş
bir az da solur çiçəklər
bir az da yıxılır dağlar
bir az da yox olur adamlar
gözlərim mənfi doqquz artıq
artıq bir az da qaralır gündüzlər gözümdə
gecələrdənsə danışmağa dəyməz
get-gedə çəkilir gözlərimdən işıq
artıq korluğun bir addımındayam
indi ancaq ona sevinirəm ki
adını şair-yazıçı qoymuş
bu namussuzlar sürüsünün
bir mandata, bir təqaüdə
zorun qarşısında
necə əyildiyini necə alçaldığını
adını xalq qoymuş
bu kölələr ordusunun
öz bədbəxtliyinə necə
əl çaldığını görməyəcəm!
görməyəcəm ulu rəhbərin
hər addımbaşı adamın əsəblərini oynadan
ruhunu korlayan
vicdanını zorlayan
şəkillərini və portretlərini
bir də qızımın
ona
yalan və rəzalətlə dolu
bir məmləkət buraxdığım üçün
mənə nifrətlə baxan gözlərini görməyəcəm
az qaldı
sevinirəm
gözlərim mənfi doqquz artıq…
may, 2009
Yağmur
bu gün getmə bu gün qal
sabah günəş doğmadan gedərsən
günəş doğmadan arxana baxmadan
bir tanış qəzet köşkünə
vida məktubu buraxmadan
quşlar yuvadan çıxmadan gedərsən
bu gün getmə bu gün qal
bu gün qal
qal, son dəfə mən səni
kilidlənmiş dodaqlarla öpmək istəyirəm
qapanmış gözlərlə baxmaq istəyirəm sənə
hələ yazılmamış şeir kimi oxumaq
hələ çalınmamış şarkı kimi
dinləmək istəyirəm səni
bu gün getmə
getmə
sabaha yağmur söyləmiş sinoptiklər
qal… yağmur başlayınca gedərsən
yağmur başlayınca -
ağlayaraq getməyini
istəmirəm çünki!…
iyul, 2008





(6 səs, hardasa: 3,67 ilə 5 arası)

Yüklənir...
Bele cizmaqaraya da sher deyirler?! Ushaq teez dil acanda bundan yaxshi danishir.Vallah Azerbaycanda hec kes oz yerini bilmir.Ona gore bu gundeyik.
salam.Azerbaycanin yeni nesill shairlerinden bir-iki nefer varsa onlarin en ondegedenlerinden biri Elnur Astanbeyli,biri ise Aqshin Yeniseydir.ELnur bey hemiwe kimi sheirleriniz yene chox xowuma geldi size ugurlar!!!
Bu cümlələr, yaxud sətirlər bir-birinin altına deyil, bir-birinin yanına, yəni, nəsrdə
olduğu kimi qoyulsaydı nə dəyişərdi? Hansı biçim və yaxud içəri harmoniya bir-birinə
dəyərdi? Hansı poetik vurğu yaralanardı? Cavab budur ki, heç nə olmazdı, bu cümlələr
yazarın istədiyi kimi oxucuya çatardı. Bəs nə üçün belə yazılmışdır? İnanıram ki, burda
bir kütləvi yanlışlıq var! Bir yanlışlıq ki, bu gün bizim ölkəmizin quyezeyində ədəbi bir
epidemiya kimi yayılmışdır. Bu yanlışlıq nədir? O, budur ki, artıq ölkəmizdə bir orduya
çevrilmş „Şairlər ordusu“ inanır ki, hər sözü bir-birinin altına yazmaqla şeir yaratmaq
olar!!!
Bir insandan onun ordenini geri alsalar nə olar? Əlbəttə kədərli olar. Bu “Şairlər ordusu”
ndan da bu asanlıqla şairliklərini geri almaq olar.(Kədərli olsa da!). Belə ki, onlar yenə də
istədiklərini yazsınlar, ancaq sözlərini bir-birinin altına yox, sətir-sətir, proza biçimində
yazmalı olsunlar. Bu zaman, nə özləri və nə də oxucuları, onların yazılarını şeir adlandıra
bilməyəcəkdir! Beləliklə Latin xalqı kimi, ölkəmizin də “Şairləri” yoxa çıxacaqdır! Bu, ona
görə olacaqdır ki, onlar, özləri bilmədən şeir deyə nəsr yazırmışlar, həm də ən yavanından,
ən cılızından!
Rene Char-ın proza biçimində yazdığı parçalar modern dünya şeirinin ən dəyərli örnəkləri
kimi tanınmışdır. Onlar, görünüşləriylə, yəni biçimləriylə nəsr parçalarına oxşasalar da
xaraktercə yüksək poeziya örnəkləridir. Çünki, onların sözləri poeziya sözləridir. Bu parçaların
hər sözünün, zəngin bir poeziyanı yaratmaqda vaz keçilməz payı var.
Paul Celan, şeirlərini tanıdığımız biçimdə yazmışdır. Yəni, misralar şəklində, bir-birinin altında.
Əgər bu şair də Rene Char kimi şeirlərini proza biçimində yazmış olsaydı, o, heç şübhəsiz,
bizim şairlər kimi yoxa çıxmayacaqdı. Çünki, onun da sözləri böyük bir şairin ağır şeiryüklü
poeziya sözləridir.
Bu sonuca çatmaq olar ki, bizim şeir deyə nəsrin ən yoxsul, ən dəyərsiz örnəklərini yazan
“Şairlərimiz” başlarını qaldırıb dünyanın zəngin poezia mənzərəsini diqqətlə seyr edib və onun
böyük dəyərlərindən öyrənməyincəyə qədər şeir yaradıcılığından danışmaları, uşaqların
mindikləri çubuqlarının at olmasına inandıqları kimi olacaqdır.
KOR WEIRI YAMAN KOVREKDI
HER GUN GOZLERIMDE BIR AZ DA SONUR GUNEW
GOZLERIM MENFI 9 ARTIQ((((((((((((((
AGLAMAGIM GELDI
birinci şeire göre ancaq iiki kelme deyeceyem-BRAVO ELNUR!
…adını şair-yazıçı qoymuş
bu namussuzlar sürüsünün
bir mandata, bir təqaüdə
zorun qarşısında
necə əyildiyini necə alçaldığını…
elnur bey men sheirin bashlangicina baxiram yaxshi olsa demek o shairden bir shey olajaq bele ki pis deyil sizin sheiriniz de
pisdeyil
Yagmur sheirinin evveli ile turkun sozu dali uygun gelmir. Sheir bele bashlayir:
bu gün getmə bu gün qal
sabah günəş doğmadan gedərsən
DAHA SONRA, AXIRDA DA DEYIR KI:
getmə
sabaha yağmur söyləmiş sinoptiklər
SIZ DE OXUYUN, BELKE MEN SEHV OXUMSUHAM, YA DA SHEIRI BASHA DUSHMUREM… Belke muellif aciqlama versin?
Derin hormet duygulariyla: MURAD
Eziz Oxucular: Irdlarinizda sizi qinamaq duzgun olmazdi. Beli, Elnur Astanbeylinin original shierleri ne Nizaminin, ne Semed Vurgunun klassik uslubunda deyil. Biz oyreshmishik ki, sherin endazesi olar, shaqul asilib divarlarda dashlari, rikinleri duzleyen kimi, sherin de shaqula vurulmush qafiyesi olar, mizan-terezisi olar. Burasi dogru. Ancaq o da melumdur ki, ilk defe Barselona (Katalona, Ispaniya) memari Antoni Qaudi arxitekturada klassik shagul (shughul) olculerini pozdu. Onun duzxettli olcuye meydan oxuyan “basmaqelib” memarliq uslubu ile bu gun de tikilen Barselonadaki “Sagarada Famili” mebedi dunya memarliginin shah eseri sayilir. Dunya shiirxanasinda da gozlerimizin, qulaqlarimizin, eshidim qabiliyyetimizin oyreshdiyi u mizanlar coxdan silinmede. Men shexsen sevinirem ki, Azerbaycana da Astanbeyler kimi, Guney Azerbaycanda yashayib yaradan Melihe Ezizpur (2006-da anun “Yasaq Duygular” adli kitabcasini muellifini tanimya-tanimya oz hesabima burda-Amerikada neshr etmishem) kimi fikri (ancaq nece fikir!) serbest deye bilen genc shairler gelir. Ozunuz deyin, insaf xetrine, Astanbeylinin “Kor” sheirinin neyi pisdir? Gerek ele sheiri mutleq olcuye, qelibe salasan? Esas fikridir, shairin can derdidir, milyonlarin duya, deye bilmediklerini demesidir. Bundan gozel ne ola biler ki!? INSAN EN BOYUK NEMETINI – GORE BILME nemetini itirmeyine bele sevinir. Cunki yashadigi mikroalem eyebecerliklerle, yaltaqliqlarla doludur, cinlelre, sheyatinlerle doludur etraf. Yuxularina girir 40 ildir gozlerini yagi etmish shekiller. Shair tekce oz derdini demir ki, deyesen EQOISTDIR! Shair bir ULU xalqin 40 ildir dushduyu XERCENG ezablarina hamimizin adindan aglayir. Shairin CURETINE sevinirem, ki, kor ola-ola, oz derdini, felaketini unudur, 40 illik xercengin yaltaqliq metazstazlarina burunmush Vetenin, onun icinde “yashayan” meglub milletin caresizliyine, faciesine aglayir. Amma onun agladigini goren ve eshiden yoxdur yuxarida oturdulan harinlarinin at oynatiqlari memeleketde. Shairin cureti Cenubi Azerbaycanda Xordad hadiselerinde fashist Iran polisinin atdigi gulleden iki gozlerini de itirmish Vehid adli genc oglanin curetine beraberdir. Guney TV-de cixishi zamani Vehid deyirdi: “Beynim ki el-ayagim ki, sagdir! Men ki, ölmemishem!..” Bax Azerbaycan butovleshse belelerinin cesurlugu ustunde butovleshecek. Ev ucun, ad ucun, orden ucun, bag ucun prezidente, ittifaq sedaretine ikiqat eyilen saysiz yaltaqlarin hesabina yox.
Demeli korlar ve karlar kimdir? Bele aglayanlari, cesurlari gormeyenler, onlari tenqid edenler! Eserin sonu lap ela bitir: ATA qizindan heya edir, anun qara, qesheng gozlerine duz baxmaga utanir: Ana (Azerbaycan diline teklif etdiyim qadin cinsi ucun shexs evezliyidr – Ana-Mama, Mat’ deyil) “rezaletle dolu memleket buraxdigi ucun”. Bunun ucun bir terefden kor olmagina sevinen ATA, diger yandan oz acizliyine aglayir. Cunki QIZINI da ozu kimi bedbext bir dunaynin agushunda buraxib kor olur. Allah elemesin! Allah gozlerinize ishiq, caniniza quvvet versin, hormetli Elnur Astanbeyli! Gozel deyimleriniz, sheirleriniz ucun sag olun! Ikinci shiirin etudlerinin al-elvanligi emosiyalar oynadan melahetdir, mehdir.
bu sher yox sadece ve sadece bir torba soz yiginidir:((((((
Dr.Tariyel Azərtürkün yanğılı və vətənpərvər fikirləri ilə razılaşmamaq mükün deyil. Xüsusən güney Azərbaycanda baş verən hadisələin qənşərində.Lakin unutmamaq da gərək ki, poeziya ilə publisitik jurnalistika fərqli bir şeydir.
Yəni qədəhə bal töküb içmirlər, nə də cib bıçağı ilə öküz soymurlar. Bunlar ayrı-ayrı şeylərdir.
Elnur bəyin imzasına və yazılarına hörmətim var, “Kor” yazısının birinci hissəsi şeir kimi inkişaf edir, sonra sonra publisistik siyasi tənqidə. sarımsağı da yemək olar, balı da , yemişi də, amma bunları qatışdıranda
şərhçinin dediyi kimi “söz torbasında” loto oyounu alınır. Poieziya bir az da olsa fərqli bir elmdir, yaxud incəsənətdir.
Elnur sen çox sevdiyim dostlarımdansan. Gözlerine üzüldüm. Amma tamam heç nə bilməmək üçün həm də kar olmalısan, ölməlisən, çıxıb getməlisən. İntihar etməlisən. Bu dünya dəyişməlidi, süənin gözlərin də görməlidi, görməlidi, vəssalam. Hər şeyin yaxşı olacağına dəlicəsinə inanmağa başlamışam son vaxtlar.
Elnur bey sekilinizden gozlerizin ne qeder gozel oldugu belli olur. Men de seving xanim kimi uzuldum. Insallah sagalirlar. Sirleriniz da en azi gozleriniz qeder gozeldir. Tebrik edirem. Sevgi ile Wlker BK.
Elnur Astanbəylinin şeirləri Zəlimxan Yaqub kimi süni gözəllikdən və puç nağıllardan qaynaqlanmır, ona bu şeirləri vicdan ağrısı yazdırır.
Kor şeirini xüsusilə bəyəndim.Müəllfi təbrik edirəm.Artıq şeirimizi gözəllərin tərifindən.bayağı ifadələrdən təmizləmək vaxtıdır.Nə vaxta qədər şeirimiz əli-ayağı düzgün mənasız söz yığınından ibarət olacaq?Şeirdə məzmun ,fikir harmoniyası daha vacibdir.
Yağmur şeri çox romantikdir, ruhumu oxşadı
“bu gün getmə bu gün qal” deyən Elnur sonda
“getmə
sabaha yağmur söyləmiş sinoptiklər” deməklə sevglisini bu gün qalmasına razı salandan sonra heç sabah da yanından buraxmaq istememesine işarə edir. Bunu yalnız duymaq lazımdır. Bu syıtda olan yazıların ən duyğusalı Elnurdadır. Uğurlar sən yalnız ülvi hisslerinə görə 1-ciliyə layiqsen. Senin İlahi sevginiə alqışlar. Sənə şəfalar və uğurlar
elnur seirlerin superdi. sene ugurlar
getmə
sabaha yağmur söyləmiş sinoptiklər
qal… yağmur başlayınca gedərsən
yağmur başlayınca -
ağlayaraq getməyini
istəmirəm çünki!…
Qəşəng.