Orxan Vəli: Həyatda qərib, şeirdə qərib…
Yazar: Admin | Bölmə: Persona | Tarix: 07 Haziran, 2009
Ne atom bombası
Ne Londra Konferansı
Bir elinde cımbız,
Bir elinde ayna;
Umurunda mı dünya
(Orhan Veli Kanık)
Bakının düşündürən rüzgarları…
Bakıda səssiz-səmirsiz bir may axşamıdır, hava olduqca sərindir…. Kasıb küçəmizin asfalt yoluna seyrək yağış damlaları qonub. Daha əvvəlki küləklər də əsmir, ya da əsmək istəmir.
Zamanla çox şey dəyişir, yoxa çıxır, özgələşir və ya….. Bilmirəm gələcək nəsil mən yaşadığım dövrün həsrətini çəkəcəkmi, amma mən əvvəlki sənətkarlarımızın, ədiblərimizin, rəssamlarımızın, elm xadimlərimizin, musiqiçilərimizin həsrətini çox çəkirəm.
Fikirlərimi dolaşığa salmaq istəmirəm və məhz bu gün sizinlə Türkiyənin ən dəyərli şairlərindən biri olan Orhan Veli Kanık və onun möhtəşəm şeirlərinin avazı haqqında danışacam.
Şairin şeirləri özü kimidir, özünün ruhunda, özünün xasiyyətində. Orhan Veli Kanık şeirinin ruhu sakitdir, yorucu deyil, fikir kəskin və aydındır. Lakin məna etibarı ilə olduqca dərin, rəngarəngdir. Sözlər o qədər qəlbə yaxındır ki, sanki şair şeiri sənə yazıb. Onun dərdi sənindir, sən də bu hissləri yaşamısan. Oxucunun şeirdə özünü tapması sənətkarın böyük ustalığıdır. Şeirdə yüksək səmimilik Orhan Veli Kanık ustalığının ən böyük göstəricilərindən biridir:
DAYANILIR ŞEY DEĞİL
Bilmem ki nasıl anlatsam;
Nasıl, nasıl, size derdimi!
Bir dert ki yürekler acısı,
Bir dert ki düşman başına.
Gönül yarası desem…
Değil!
Ekmek parası desem…
Değil!
Bir dert ki…
Dayanılır şey değil
Ziyalı duyğularla yazılmış şeirlər
Şeirin gözəlliyi ondadır ki, insan ondan nəsə anlaya bilsin, daha oturub oxucu düşünməsin ki, ilahi görən söhbət nədən gedir? Şeir ağılla yazılmalıdır, amma o demək deyil ki, oturub orda elm müzakirəsi açasan.
Orhan Velinin də daxil olduğu “Garip” qrupu öz bənzərsiz, şeirdə, nəzmdə yenilikçi, oyanış, dönüş yaradan fikirləri ilə zamanında çox tənqid edilmiş və hətta belə desək, qəbul olunmamışdır. Onlara görə, şeirin mənası vəzin və qafiyələrə girməməli, söz və məna oyunlarına uymamalı, əksinə, sadə olmalı, gündəlik həyatdakı danışıq kimi, yəni sanki oxucu ilə dərdini bölüşürsənmiş kimi və ya onunla danışmaq kimi. Ədəbiyyat inkişaf baxımından bitməz, tükənməz bir sahədir. Hər bir yeniliyə, çevrilişə açıqdır, amma həqiqətən buna ehtiyac olanda. Orhan Veli Kanık həmin dövrdə ehtiyac duyulan bir şair idi, o doğrudan da çoxlarının yaza bilmədiyi tərzdə yazırdı, çoxlarının oxucuları düşündürə bilmədikləri mövzularda fikirləşməyə yönəltmiş və buna nail ola bilmişdi….
DEDİKODU
Kim söylemiş beni
Süheylaya vurulmuşum diye?
Kim görmüş, ama kim,
Eleniyi öptüğümü,
Yüksek kaldırımda, güpe gündüz?
Melahati almışım da sonra
Alemdara gitmişim, öyle mi?
Bu axım ilk öncələr olduqca yad görsənirdi, çünki türk şeirində o zamana kimi istifadə olunmayan ifadələr işlənir, sadə insanlar, əşyalar belə şeirlərin mövzusu olurdu… Burada qərb ədəbiyyatının böyük təsiri olsa da, bu axımda da türk xalq ədəbiyyatından faydalanmalar özünü göstərirdi. Çünki xalq ədəbiyyatı elə bənzərsizdir ki, ona heç kim toxuna bilməz və ona rəqib yaradıcılıq əsərləri də yazıla bilməz.
Orhan Veli Kanık şeirində sanki hər şey öz dəyərincə hesablanıb. Yəni heç bir fikirdə ifrata varılmayıb. Şeirdə bəlkə istehza var, ya tənqid var, ya acı bir gülüş, amma hər şey öz ölçüsündədir. Şairin şeirləri olduqca səliqəlidir və sərbəst şeirin bu qədər zərifliyi ancaq onun qəlbində, ruhunda yarana bilirdi:
DAĞ BAŞI
Dağ başındasın;
Derdin günün hasretlik;
Akşam olmuş,
Güneş batmış,
İçmeyip de ne haltedeceksin?
Sənətə vurulmaq…
Orhan Veli Kanıka görə, şeir hər mövzuda yazıla bilərdi; vəzifəsindən, şəxsiyyətindən, kimliyindən asılı olmayaraq, canlı-cansız hər şeydən….. Əlbəttə, belə fikirlər qafiyəli, ölçülü, bərli-bəzəkli şeir yazanları çox əsəbləşdirirdi. Ümumiyyətlə, ədəbiyyatda hər şeir növünün öz dadı, tamı var. Müxtəlif mövzuda və ölçüdə böyük ürəklə, yüksək istedadla yazılmış şeirlər hər zaman əvəzsizdir.
Sənət yolunda bütün acılara, yoxsulluğa, əziyyətlərə dözən Orhan Veli Kanıka dözməyənlər az deyildi….
DELİKLİ ŞİİR
Cep delik cepken delik
Yen delik kaftan delik
Don delik mintan delik
Kevgir misin be kardeşlik?
Sənət yaratmaq…
Orhan Veli Kanık şeirdə gözəl bir ahəngin olmasının zəruriliyini söyləyirdi lakin bunun vəzn və qafiyə ilə bağlı olduğunu saymırdı. Onun fikrincə vəzn, qafiyə təkcə şairin düşüncəsinə hökm etmir və həm də dilin şəklinə mühüm dərəcədə təsir göstərərək şeirdə mənanın itməsi kimi zəif süni görünüşə səbəb olur. Təşbeh, istiarə, mübaliğə kimi ədəbi janrlardan bolluca istifadə edən şairlərə “bəsdir” deyən Orhan Veli Kanık tarix boyunca bu tərzdə yazılmış şeirlərin, əsərlərin yetərli olduğunu və hətta tarixin ac gözünü doydurduğunu bildirirdi.
Nəzmdə, şeirdə yenilik etmək, yəni öz qüvvətli nəfəsinlə, isti ürəyinlə mən də varam demək olduqca çətindir. Çətindir çünki dahilər var, çətindir çünki sənəti yaradanlar var….. Yazarkən savadlı yazmaq lazımdır!!!… Ağ vərəqə düzülmüş sətirlərdə sənətkar öz məharətini həm qəlbi və həm də yüksək sənət mədəniyyəti ilə göstərə bilməlidir.
Orhan Veli Kanık şeirlərində sənət göstəriciləri olduqca yüksəkdir. Onun hər şeiri sanki usta əlindən çıxıb. Sözlər sadədir, amma fikir nə qədər kamildir, nə qədər aktualdır.
Şairin içkiyə olan marağı da böyük idi. Bəzən ona verilən tərcümələri şair bax bu səbəbdən ləngidərdi, amma dostları onu o qədər sevərdilər ki….. onunla heç nə olmamış kimi davranardılar. Belə şairi kim sevməz ki?..
AH! NEYDİ BENİM GENÇLİĞİM
Nerde böyle hüzünlenmek o zaman;
İçip içip ağlamak,
Uzaklara dalıp şarkı söylemek;
Hafta sekiz ben eğlentide;
Şairin maddi cəhətdən problemləri çox olub. Kasıblıq dəhşətli bir dərd deyil, “kasıba” baxılan baxış olduqca sarsıdıcıdır. Burada da şair öz sözünü deyir:
BEDAVA
Bedava yaşıyoruz, bedava;
Hava bedava, bulut bedava;
Dere tepe bedava;
Yağmur çamur bedava;
Otomobillerin dışı,
Sinemaların kapısı,
Camekanlar bedava;
Peynir ekmek değil ama
Acı su bedava;
Kelle fiyatına hürriyet,
Esirlik bedava;
Bedava yaşıyoruz, bedava.
1950-ci ildə 36 yaşında vəfat edən şair əbədi olaraq türk xalqının qəlbində yaşayacaq. Onun şeirləri olduqca dəyərlidir və buna heç bir tərif lazım deyil, onun istədiyi kimi…
Ölüm şairin başının üstünü alan zaman pencəyinin cibindən diş fırçasına sarılı olan kağızda bir şeir yazılmışdı. “Aşk Resmi Geçiti” adlı bu şeirlə də mən öz məqaləmi bitirmək istəyirəm. Bu yerdə heç nə demirəm, çünki kəlmələr belə, olduqca mənasızlaşır…
AŞK RESMİ GEÇİTİ
Birincisi o incecik, o dal gibi kız,
Şimdi galiba bir tüccar karısı.
Ne kadar şişmanlamıştır kim bilir.
Ama yinede de görmeyi çok isterim,
Kolay mı? İlk göz ağrısı.
… çıkar
… dururduk mahallede
… halde
… adlarımız yan yana yazılırdı duvarlara
… yangın yerlerinde.
Üçüncüsü Münevver Abla, benden büyük
Yazıp yazıp bahçesine attığım mektupları
Gülmekten katılırdı, okudukça.
Bense, bugünmüş gibi utanırım
O mektupları hatırladıkça.
Dördüncüsü azgın bir kadın,
Açık saçık şeyler anlatırdı bana.
Bir gün de önümde soyunuverdi
Yıllar geçti aradan, unutamadım,
Kaç defa rüyama girdi.
Beşinciyi geçip altıncıya geldim
Onun adı da Nurünnisa.
Ah güzelim
Ah esmerim
Ah
Canımın içi Nurünnisa.
Yedincisi Aliye, kibar bir kadın
Ama ben pek varamadım tadına,
Bütün kibar kadınlar gibi,
Küpe fiyatına, kürk fiyatına.
Sekizincisi de o bokun soyu:
Sen elin karısında namus ara,
Kendinde arandı mı, küplere bin.
Üstelik kendinde de
Yalanın düzenin bini bir para.
Aytendi dokuzuncunun adı,
Barlarda göbek atar
İş başında şunun bunun esiri,
Ama bardan çıktı mı,
Kiminle isterse onunla yatar.
Onuncusu akıllı çıktı
Bıraktı gitti beni.
Ama haksız da değildi hani,
Sevişmek zenginlerin harcıymış
İşsizlerin harcıymış.
İki gönül bir olunca
Samanlık seyranmış ama,
İki çıplak da – olsa olsa -
Bir hamama yakışırmış.
İşine bağlı bir kadındı on birinci.
Hoş, olmasın da ne yapsın?
Bir zalimin yanında gündelikçi;
Adi Luksandra
Geceleri odama gelir,
Sabaha kadar kalır.
Konyak içer, sarhoş olur,
Sabahı da, işbaşı yapardı şafakla….
Gelelim sonuncuya.
Ona bağlandığım kadar
Hiçbirine bağlanmadım.
Sade kadın değil, insan.
Ne kibarlık budalası,
Ne malda, mülkte gözü var.
Eşit olsak der,
Hür olsak der.
İnsanları sevmesini de bilir,
Yaşamayı sevdigi kadar.
Günel Mustafayeva





Yüklənir...