Ayxan Kiçikbəy. Qırmızı gülün ətri

Yazar: Admin | Bölmə: Proza | Tarix: 10 Haziran, 2009

129Artıq məktəbə çatmışdım ki, anamın bağırtısı hələ də qulaqlarımda cingildiyirdi. Səhər tezdən bu arvad bir az gözümüzü aldatmağa imkan verməz, çarpayının başını kəsdirb bar-bar bağırmalı, səs-küy salmalıdı ki, yuxudan oyanaq. Daha zəngli saata-zada ehtiyac yoxdu. Onun səsini eşidən kimi gərək hamama cumub yuyuna, paltarını əsgər kimi bir dəqiqəyə geyinə,tələsik çay, çörəyini  yeyib, yallah, məktəbə tərpənəsən. Başqa cür olmaz. Bir az ləngimək hay-harayla nəticələnə bilər. Gərək üzü sulu ikən  vaxtında evdən sürüşəsən.
Gecə televizorda futbola  baxdığımdan gec yatmışdım. Üstəlik azarkeşlık etdiyim komanda uduzduğundan uzun müddət yata bilmədim. Ona görə də indi yuxum gözümdən tökülürdü. Yeriyə-yeriyə sifətimi sillələyib özümü  ayıltmağa çalışırdım ki, səki ilə deyib gülə-gülə məktəbə sarı gedən sinif uşaqlarımızı gördüm və yerimdən götürülüb onlara tərəf qaçdım. Uşaqlarla təzəcə salamlaşırdım ki, Rauf əlini çiynimə aşıraraq məni qırağa çəkdi. Sanki biri bizə qulaq verəcəyindən ehtiyatlanırmış kimi  ətrafa göz gəzdirdi, sonra  mühüm bir sirr açırmış kimi Elşadın yenə bir qız sevdiyini söylədi. Guya təzə xəbərdi.Elşadın gündə bir qız istəməsini məktəbdə bilməyən yoxdu. Ancaq nədənsə  sevgi işində onunku heç gətirmir, “yox” cavabını alandan sonra başqa qızın dalınca düşürdü.

Elşad qarayağız, dərslərini yarı-yamalaq oxuyan bir uşaq idi, dəcəllikdə bütün məktəbdə ad çıxarmışdı. Oxumaqda bizimlə ortaq bir yanı olmamasına baxmayaraq başqa sinifin uşaqları ilə dalaşanda mənimlə Raufa qahmar durar, birimizin məğlub olacağını hiss edəndə çantasını bir tərəfə atıb yumruqlarını işə salardı. Bəlkə də elə bu xasiyyətinə görə ona hörmət edir, ev tapşırıqlarını köçürmək üçün dəftərlərimizi həvəslə  ona verərdik. Cibimizdə qəpik-quruşumuz olanda dərsdən çıxıb parka gedəndə o da bizə qoşulardı. Biz parkdakı stulların birində oturar, oxuduğumuz kitabları bir-birimizə danışar, bildiyimiz anektodları danışıb gülüşərdik. Raufun danışdığı anektodlar həmişə şit çıxardı, Elşad isə  bizi gülməkdən qırıb çatardı. Onun qız sevməsi də maraqlı idi. Gündə birinə vurulur, bir-iki həftəyə də onu unudardı. Özünün bu cür macəralarına da “Nə eyləyim, ürəyim bir quş kimidir, gündə bir budağa qonmasa rahatlıq tapmır”- deyir, sonra da uğunub gedirdi. İndi Raufun dostumuzun yeni bir qız sevməsini deməsi məni o qədər də təəcübləndirmədi. Ancaq onun adam dolamaq üçün hər yola əl atığını bildiyim üçün mənə yalan satıb- satmadığını bilmək üçün üzünə baxdım. Çünki yalançılığı olsa da bərklik halı yox idi, o saat da yalanını faş edir gözləri gülürdü.Mənim inanmadığımı görüb o yalan danışmadığını sübut etmək üçün ayrı-ayrılaqda gah atasının,gah da anasının, sonra da Ətağanın cəddinə  and içdi və təkrar-təkrar Elşadın həqiqətən də qonşu sinifə təzə gələn bir qıza vurulduğunu dedi. Öz-özümə düşündüm ki, görəsən bu Elşadın neçənci sevgisidir. Bəlkə də o, doğrudan heç kimi sevmir, özünü böyük göstərmək və başqa uşaqların yanında öyünmək üçün belə edirdi.

Zərrəcə  marağım olmadığı bu mövzudan özümü yayındırmaq, söhbəti başqa tərəfə çəkmək istəsəm də Rauf Elşadın iştəklərindən danışmaqdan bezmirdi. Elə bil Elşad deyil  qıza onun özü vurulmuşdu, danışdıqca həyəcanlanır, dili boğaza qoymadan bir əldən üyüdüb tökürdü. Onun bu cür boş söhbətlərə marağını heç cür başa düşmürdüm.

Rauf sinifimizə ilk gəldiyi gündən  mənə yaxınlaşmağa cəhd edir, dostlaşmağa fürsət axtarırdı. Sonra tənəfüslərdə futboldan, kitablardan, kinolardan arabir söhbətlərimiz bizi bir-birimizə yaxınlaşdırdı. Axşamlar o mənə zəng edər,  sabahkı dərslərlə bağlı sorğu suala tutardı. Mənim ad günümdə əlində hədiyyə qapımızın ağzında peyda olanda özüm də çaşdım. Çünki sinifimizdən heç kimi ad günümə dəvət etməmişdim. Onun bunu haradan iyləyib-çüyləyib bilməsinə təəcüblənsəm də qapını açıb onu içəri dəvət etdim. Yaxşı ki, o gün anam plov bişirmiş, dükandan tort, şirələr və başqa yer-yemiş almışdı. Biz adətən ad günlərini ailə üzvləri ilə birgə qeyd edər, qonaq dəvət etməzdik. Raufun mənə olan diqqətindən bir az təsirləndim də. Anam bizə xudmani bir süfrə açdı. Elə o gündən onunla aramızdan su keçmir, məktəbdə, dərsdən sonra birgə hərlənir, bir sözlə dostluq edirdik.

Elşadın arxasınca düşdüyü qızlardan bir çoxu onu məktəbdə rüsvay etmişdilər. Bu qədər bed-biyabırçılıqdan sonra onun bu sarsaqlıqlardan əl çəkəcəyini düşünürdük, lakin o heç nəyi vecinə almır, öz rüsvayçılıqlarından  elə bil xoşu gəlirdi. O, arxasınca düşdüyü qızlardan heç birindən “hə” cavabı almamışdı. Bu qədər rüsvayçılıqdan sonra onun yenidən təzə sevdaya düşməsi adamda acı təbəssüm oyadırdı.

Biz uşaqlarla sinifə girəndə Raufla hələ də bu barədə danışırdıq, sən demə, bu dəfə bizim qoçaq qonşu sinifə təzə gələn Gülay adlı bir qızı göz altılayıbmış.

Mən bu qızı bir neçə dəfə müəllimimiz olmadığı üçün sinifimizi bir yerə qatıb birlikdə dərs keçəndə görmüşdüm.Sarışın, göy gözlü, tez-tez gülümsənən bir qızdı. Rastlaşanda salamlaşdığımızdan  demək olardı ki, az-çox bir-birimizi tanıyırdıq. Dərslərində o qədər yaxşıydı ki,  yoxlama yazı işində  pis oxuyanlar bir tərəfə, yaxşı oxuyanlar belə başını onun dəftərinə uzadıb bəzi şeyləri dəqiqləşdirməyə cəhd edirdilər.  Onun zəif oxuyanlardan qətiyyən xoşu gəlməzdi. Ona görə də heç bir vaxt iki alanlara kömək etməz, yalandan “işim var” deyib onları başından sovuşdurardı. Qəsdən belə etməsini bilməyən zəif oxuyanlar da öz yerlərində oturub gözlərini ona zilləyərdilər. Gülayı bir çox  oğlan sevsə də o heç birinə müsbət cavab verməmişdi.
Raufla mən sinif qapısından içəri keçərkən Elşadı rəngi-rufu qaralmış bir halda partanın arxasında oturmuş gördük. Dərsi bilmədiyinə görə bu cür sıxılıb dərd-azar çəkən deyildi, üzü-gözü danlamağa öyrəşdiyindən çox vaxt müəllimlərin sözünü bu qulağından alıb o biri qulağından verərdi.Bilirdik ki, ciddi bir səbəb olmasa burnunu sallamaz. Bəlkə evlərində nəsə olub?Biz dostumuzun qarnının azarını öyrənmək üçün onun yanına getdik və hərəmiz bir boş partanın  arxasına keçib oturduq.

Azərbaycan dili-Ədəbiyyat müəllimi hələ gəlməmişdi. Uşaqların hay-küyündən sinif dağılırdı. Çığır-bağırdan biz bir-birimizin sözünü çətinliklə başa düşürdük.

Rauf  Elşadın qolundan yapışaraq onun nəyə görə belə kefsiz oturduğunu soruşdu. Elşad  üz-gözünü turşudaraq : “– Qız məsələsidi ” –dedi, sonra dərindən bir ah çəkdi. Raufla göz-gözə gəlib qımışdıq. Biz çox maraqlanaraq Elşaddan bunu ətraflı danışmasını xahiş etdik. O  bizi süzüb:“–Bir kəsə deməzsiz ki?-deyib sınayıcı nəzərlə üzümüzə baxdı. İkimiz də bir ağızdan ata-anamızın canına, Ətağanın-zadın cəddinə and içib bu məsələni bir kimsəyə açıb-açmayacağımıza söz verəndən sonra Elşadın dili açıldı.

Əhvalat belə olmuşdu:
Elşad Gülayı gözaltı elədiyi vaxtlar sadəcə onların sinifinin ətrafında dolaşır, qızın diqqətini cəlb etmək üçün özündən yaşca kiçik oğlanları çırpışdırır, qəribə-qəribə hərəkətlərlə onun gözünə girməyi cəhd edirmiş. Lakin Elşad nə qədər çırpınsa da bütün cəhdi boşa gedərmiş qız ona heç gözünün ucuyla belə baxmır, yazıq oğlanı saymazmış. Elşad hər dəfə bu qızın niyə ondan xoşu gəlmədiyini öz-özünə düşünsə də şübhəli heç bir şey tapa bilmirmiş. Yaraşıq desən onda, boy -buxun desən, onda bəs bu qızın canının azarı nədi? Axırda Elşad başa düşüb ki, yəqin bu qız eşqə düşüb, başqa bir oğlana vurulub. Buna görə də bu qoçaq  şübhələndiyi oğlanları  bir tərəfə çəkmiş, onların Gülaydan aralı durmayacaqları təqdirdə işlərinin fırıq olacağını  başa salıb onları cəzalandıracaqları ilə hədələmişdi.
Elşad xeyli baş sındırdıdan sonra Gülaya ürəyini açmağı da qət edibmiş. Plana görə uşaqlar onu tək buraxmalı, Elşad da öz növbəsində qıza ürəyini açmalı,ona öyrəndiyi şerlərdən, təsirli sözlərdən deməliymiş, bundan sonra Gülay da filmlərdə ki, kimi əllərini açıb oğlana sarı qaçaraq onu qucaqlamalıymış. Sonra da bizim qoçaq qızı parka dəvət etməli,günlərlə anasının   verdiyi, bu günə qədər xərcləməyə xəsislik etdiyi pula ona pirojna almalıymış. Ancaq sən saydığını say gör fələk nə sayır. Elşad qızın qabağını kəsəndə dili tutulmuş,  şerləri-zadı demək bir yana,  adi sözləri belə deməyə çətinlik çəkmişdi . Qızın yanında kəkəlləyə-kəkəlləyə qalan Elşad  biyabır olmasın deyə tez ordan əkilibmiş. Nəhayət o Gülayın  sinif oğlanları ilə birləşib   ona məktub yazmağı qərarlaşdırıb, məktubu yazıb uşaqlara verəndən sonra ordan uzaqlaşıbmış.

O, cibindən bir kağız çıxarıb partanın üstünə qoydu, bu qıza yazdığı məktubun qaralaması idi.Məktub isə belə başlayırdı:
“ Salam Gülay, mənim adım Elşaddı. 9d sinifində oxuyuram. Mən səni ilk gördüyüm gündən sevirəm. Ancaq bunu sənə deyə bilmirdimNə olar mənim qəlbimi yaralama.  Həyatımın bir  parçası səni ömürboyu gözləyərəm. Yetər  ki, mənə cavabıvı ver. Aşkım aşağıdakı şeri oxu

Gülayım, gözəl qız
Gəl eyləmə mənə mız-mız
Sonra ağlaram yalqız
Qalaram tənha, sənsiz.

Əlvida Gülayım səni sevirəm gülüm. Xahiş eləyirəm bunu səndən başqa heç kim oxumasın.”

Rauf kağızda yazılanları oxuyanda  savadını göstərib oradan xeyli səhvlər tapıp göstərdi, sonra da məktub yazarkən bizimlə məsləhətləmədiyinə görə Elşadı danladı, dedi ki, bu cür məktubdan sonra çətin qız sənə razılıq versin.Amma sən demə kino arxadaymış.
Elşad sözünə dəvam edib dedi ki, məktubu  xəlvəti Gülayın çantasına yerləşdiriblər.Axşam heç nədən xəbəri olmayan qız dərslərini oxumaq üçün çantasını açanda məktub onun əlinə keçir. Gülayın  məktubu oxuyan kimi qışqıra-qışqıra özünü anasının üstünə salır.Anası da  işdən halı olub bizim qoçağın kim olmasını araşdırır, hətta onların evlərinin telofonunu da tapır. Abunə pulunu vaxtında ödəmədiklərindən o vaxt Elşadgilin telofonunu kəsiblərmiş. Ona görə də arvadın onlara zəng eləmək cəhdi boşa çıxır. Onda arvad başına gələnləri qonu-qonşuya danışıb şıkayət üçün məktəbə gedəcəyini deyibmiş.  Gülay anasının necə biyabırçılıq edəcəyini, qız yoldaşlarının  yanında  dili gödək olacağını deyərək anasını bu yoldan çəkindirə bilibmiş.

Bizim  Elşad  həmin vaxt içəridə baş verənlərdən bixəbər halda onların evinin pəncərəsindən bir az aralıda durubmuş. Gülay qaş-qabaqlı vəziyyətdə balkona çıxıb zivələrə paltar sərərkən Elşadı görüb ona  nəlayiq sözlər deyərək ürəyini boşaltmışdı. Elşad isə məsələnin nə yerdə olduğunu bilməyərək səsini çıxartmadan  oradaca maçıyıb qalıbmış.Elə bu vaxt səsə Gülayın anası çıxmış, məsələnin nə yerdə olduğunun içinə yetib içəri keçmiş, pillələrlə aşağı, həyətə düşmüşdü.Söyə-söyə  Elşadın üstünə cumubmuşdu.İşin fırıq olduğunu görən Elşad dabana tüpürmüşdü.Arvad da yaman inadmış, o qaçır, arvad qaçır.

Qarajlara qədər bu qaçdı-tutdudan Elşad şpyon kinolarından öyrəndiyi kimi arvadı bir təhər azdırıb evlərinə  qayıda bilibmış.

Elşad bundan sonra bir daha nə Gülayı, nə də başqa qızı sevməyəcəyini deyib susdu.

Bu əhvalatı eşidəndə əvvəlcə biz güldük, tez də onun əhvalının daha da pisləşməsini nəzərə alıb susduq.Doğurdan da məsələ ciddiydi.  Sinif yoldaşımız  böyük bir biabırçılığın astanasında dayanmışdı.Əgər Gülayın anası  məktəbə gəlsə direktor və müəllimlərin əhatəsində ona ağzının odunu töksə Elşadın hansı günə düşəcəyini xatırlayanda adamın dizləri əsir, tükləri biz-biz olurdu. Əgər bir vaxt biz də onun gününə düşsək… adam  gerisini düşünməyə belə qorxur.

Elşad hər dəqiqədən bir başını yırğalayır, əlini başına vururdu. Biz dostumuz özünü ələ alsın deyə ona ürək-dirək verdik. Lakin o ağlamaqdan özünü güclə saxlayırdı.

Zəng vurulmağı ilə riyaziyyat müəlliminin gəlməsi bir oldu.”Dəftərlərinizi çıxarın, yoxlama yazacağıq”.Sonra o bizi iki yerə bölüb variantları müəyyənləşdirdi.Misal çətin idi, başımızı aşağı salıb ciddi-cəhlə hesablayırdıq.

Dərs bitdi. Gülayın anasının məktəbə gəlməməsindən Elşadın rəngi-rufu bir az özünə gəlsə də hələ də gözünün dərinliyində bir qorxu, təlaş qalmışdı.Çünki, hələ qabaqda sabah da vardı.
Biz bayıra çıxarkən hava çox gözəl idi. Uşaqlarla yaxınlıqdakı bağdan bir dəstə gül dərib qızlara payladıq. Yalnız Elşad gülü heç kimə vermədi.Birlikdə məktəbin həyətindən çıxdıq. .
Evə sarı gedərkən Gülayı gördük. Elə həmin anda  Elşadın gülü də birdən əlindən yerə düşdü.

Gülay nazlana-nazlana yeriyirdi, sanki alçaq dağları o yaratmışdı. Qız bizim yanımızdan ötənə kimi gülməyini içinə sıxmışdı. Elə ki, bir az uzaqlaşdı o dəqiqə astadan hırıldadı və gedə-gedə arxaya çönüb bizə baxmağı da yadından çıxarmadı.

Hava çox isti olduğundan biz əynimizdki kostyumu çıxardıb qoltuğumuza vurduq. Bəyaq ki, hadisəni Rauf gülməli şəkildə uşaqlara nağıl edirdi. Elşad ona nə qədər: “- Bəsdi də, alə, bağla da bu söhbəti”- desə də xeyri olmadı.

Biz məktəbdən uzaqlaşarkən dönüb geri baxdım. Elşadın əlindən düşən gül hələ də asvaltın üstündə qalmışdı.

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 4,50 ilə 5 arası)
Loading ... Loading ...

13 Şərh var
Şərh yazın »

  1. Dəhşət…

  2. Bir az boş vaxtım var idi. Maraqlı bir şey oxumaq istədim. Kultaz-dakı proza bölməsində təzə-tər yerləşdirilən bu yazını oxudum. Və başa düşdüm ki, mən kosmonavtam…

    Heç sovet dövrünün pionerlər belə əttökən məhəbbət yaşamayıb. Bu uğursuz inşa yazısına kim proza deyir?

    «Ətağanın-zadın cəddinə…» bu nə ifadədir? Bəlkə bir inanclı adam oxuyur bu yazını… Novarg nəyə görə deyir bilmirəm, doğurdan da «dəhşət…»

  3. Siz belə düşünə bilərsiniz. Fikirlərinizə sayqı ilə yanaşıram.

  4. Ayxan, intim bir sual verecem sene, omrunun nechenci baharini yashayirsan indi..?

  5. Oğlanı incitməyin də…-)

    Gözəl bir hekayə ola bilərdi.
    Məhəbbət mövzusu həmişə aktualdır…-)
    Sadəcə təcrübəsizlik mane olub.
    Lakonik olmaq və fikri ifadə etmək baxımından problemlər var.

    Ayxan bəyə uğurlar!

    Ara-sıra zəif yazıların saytda yerləşdirilməsilə bağlı iradlar səslənir.
    İrad sahibləri haqlıdırlar bir tərəfdən.
    Amma digər tərəfdən baxdıqda düşünməmək olmur ki, bəs, biz hamımız harada görünə bilərik, özümüzü sınaya, tərif, tənqid eşidə bilərik?

    Öyrənirik də yavaş-yavaş…)

    Hər cür yazı olsun, amma müəlliflər də dözümlü olsunlar tənqidə, ən fərqli fikirlərə.
    Müəllif həmişə haqlı ola bilməz, elə oxucu da.
    İstənilən müzakirədə ortaq məxrəc tapılır hər halda…

  6. Ne vecine, o boyda Canlanma’ni birce tenqidle mehv elemisen, indi bu hekayecikler sene bir ichimlik su kimi gelir… -))

  7. neye gulursuz, real gencliyimizi tesvir edibde uwaq)) indiki wagirdlerin iwi-gucu awkim bawliqli mektublar yazmaqdi da)) Ki4ikbeye bir tovsiyem var, 4aliw dunya edebiyyatindan maraqli hekayeler oxu, esl hekaye nece olur bil, sende alinacaq, yaxwi cumle qurmaq qabilliyyetin var, etaga ve s.istisnalarla. hekayevin ise ne ideyasi var, ne de mentiqe uygun mezmunu,adi gundelik yazisidi ele bil…amma yazmaqda davam et, onsuzda hami yazir :) ))

  8. evvelce salam Ayxan.cox xahis edirem ki,yazdigim tenqidlerden qetiyyen incimeyesen.hetta 1 azda ehtiyatla yanasiram,cunki heyatinin ele bir dovrundesen ki,tez hevesden dusub,yazmaqdan el ceke de bilersen,onuncun.indi kecek serhe.heqiqeten de oz yas dovrunun primitiv ‘sevgi’ ehvalatlarini yaziya almisan.men ise o qeder profissional eserler oxumusam ki,hedden artiq sixici ve menasiz gorundu menimcun.(buda tebiidir,cunki buna menim yasim ve tecrubem imkan verir).amma umumi gotursek ehvalatlari ardicil ve mentiqe uygun siralama qabiliyyetin,cumlelerin sintaktik qurulusu ve nesr diline uygunlugu ve 1 cox cehetler musbet sayila biler.ancaq gelecekde hec reva gormurem ki,yazinda kobud,gundelik islenen sozlere yer veresen bu keyfiyyeti asagi salir.eger bu isi davam ugurla davam etdirmek fikrinde olsan,tovsiyem seni yonlendire bilecek felsefi ve dedektiv hekaye,roman oxu.bunlar seni yazilarinda daha derini getmeye mecbur edecek.bu qeder.oxudugun ucun coxsagol.senden daha ugurlu yazilar oxumaq umidi ile…

  9. LAL SEVGI, bilmirəm nədən mənim bu hekayəmi heç kəs bəyənmədi. Deyirsiniz ki, gündəlik işlənənə sözləri yazma. Bu nə deməkdi? Açıqlayın, lütfən.
    Amma oxuduğunuz və dəyərli fikirlərinizi bölüşdüyünüzə görə ço sağ olun.
    P.S. Mutaliəmə gələndə hal-hazırda imtahanlara hazırlaşıram, amma Şukşinin bir sıra hekayələrini, o cümlədən “Qırmızı Kalina” povestini oxuyub başa çıxmışam…
    Şox sağ olun.

  10. Salam,Ayxan.evvela,size imtahanlarinizda bol-bol ugurlar.Konkret sualiniza geldikde ise yeni yazilan cumlede sethi,primitiv,bir azda loru sozler ister-istemez muellif haqda menfi rey oyadir.bu sozlerim indiye aid deyil.gelecekde eger yaradiciligi davam etmek isteseniz,qorxun ki,oyresenden sonra ozunuzu bundan cekindire bilmeyesiniz.fikrim aydin oldu?oxudugunuz eserlere geldikde ise secim yaxsidir.daha da fikrlerinizi formalasdirmaq isteseniz Dostoyevskini,Cek Londonu,Konan Doylu ve.s.meslehet gorurem.RUHDAN DUSMEYIN.HERSEYIN BIR VAXTI VAR.BIRGUN ALINACAQ.Helelik.

  11. Fikirləriniz maraqlıdır, çox sağ olun. Amma xahiş edirəm adınızı deyəsiniz, yoxsa həqiqətən də adınız Lal Sevgidir?

  12. Ayxan Kiçikbəy, salam!
    Əvvəlcə yazı haqqında şərhləri diqqətlə oxuyub sonra hekayəni oxudum. Biz hamımız vaxtı iə şagird olmuşuq, mən özüm 5-6 il məktəbdə müəllim də işləmişəm. Yaşına görə, özünə görə hekayən xoşuma gəldi. İnanıram ki, nəsrimizin Böyükbəyi ola bilərsən. Yazıçılıq üçün vacib olan müşahidə qabiliyyətin, təhkiyə üsulun var. Çox peşəkar hesab olunanlardan üstünlüyün də var, buna istedad da demək olar. Surətlərin xarakterini yarada bilirsən, ştrixlər yerinə düşür. Xırda dil və cümlə qürülüşü qüsurlarını demirəm, bunlar zamanında düzələcək. Bir- iki cizgi ilə portret yaratmağa çalış, oxucu qəhramanları kölgə kimi deyil, canlı hiss etməlidir.
    Sənə uğurlar! Ürəkili ol! Amma yazıçılığa uyub dərsərini zəiflətmə, yaxşı bir peşənin qulpundan yapışmaq da vacibdir, yazılarına da davam et! Başqalarına məsləhət vermək ucuz peşə olsa da bəzən həyat təcrübəsi olan adamlara qulaq asmağın faydası da olur.

  13. Ayxan,siz nece inana bilersiniz ki,ata-ana dogularken usaginin adini ”LAL SEVGI” qoysun? (zarafatdir).Bu menim ilk hekayemin adi olub.ele ugur da getirib.ona gore.adima geldikde ise…gerek bagislayasiz,xahisinizi yere salmali olacam.helelik.

Şərh yazın